Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (29.1)

İyirmi doqquzuncu dərs

 

Qəlbin unutması

 

Quran ayələrinə əsasən, insan ikicəhətli yaradılmışdır.

 

1 – Mülki yaradılış. (insanın maddi və yer varlığı).

 

2 – Mələkuti yaradılış. (İnsanın səmavi və mənəvi varlığı).

 

Əgər insan mələkuti və mənəvi hissini unudarsa, onu maddi varlıq əhatə edər və nəticədə insan inkişaf edə bilməz, mənəvi cəhətdən ölər. Cismi ölmüş insanı qəbirstanlıqda dəfn edirlər, mənəvi ölü isə diridir və nəfəs alır, amma bununla yanaşı mənəviyyatdan istifadə etmədiyi üçün, nəsəf alan ölü hesab olar.

Mənəvi cəhətdən ölmüş insanlar, mələkuti tərəfini görmür. Qurana müraciət etsək, görərik ki,  Allah insanı bəzən pisləyir, bəzən isə tərifləyir. Bunun səbəbi isə, insanların bəzisinin mənəvi cəhətdən ölü və ya diri olduğuna görədir.

Quran ayələrindəki “Nəfsin unutqanlığı”-ndan məqsəd, insanın mələkuti tərəfinin unutqanlığıdır. Əgər insan öz mənəvi varlığını unutsa və bu işi davamlı şəkildə yerinə yetirsə, diri ölü kimi olar.

 

Allah-Təala Ənfal surəsinin 24-cü ayəsində buyurur: Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.(Ənfal, 24).

 

أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ

 

Əgər insan Allahı unutsa, öz qəlbini də unudacaq. Qəlbi unutmaqdan məqsəd, insanın özü-özünə diqqətsiz olması mənasındadır. Mələkuti (Mənəvi) tərəfdən qəflətin səbəbi,  insanın özündən qaynaqlanır. Əgər insan mələkuti dəyərini unudarsa, təbii varlıqla yaşayar və artıq insani inkişafa tərəf addımlaya bilmiyəcək.

 

Həzrət Əli (ə) buyurdu: Heyvani vəziyyətdə yaşamaq, aqil insan üçün bəyənilən deyil. Çünki  insan, həqiqi insan olub, mələkuti tərəfini

 

 

yüksəldə bilər. Əgər qəlbimizi tapmaq istəsək, əvvəl gərək Allahı tapaq. Çünki insanla qəlbi arasında körpü vardır.

 

Yəni əgər qəlbin mələkuti tərəfini tapmaq istəsək, əvvəl gərək Allahı görək və əgər Allahı tapsaq, özümüzə də diqqət edərik.

İmam Əli (ə) buyurur: Hər kim özünü tanısa, Rəbbini də tanıyar.

 

 

مَنْ عَرَفَ نَفْسَهُ فَقَطْ عَرَفَ رَبَّهُ

 

Özünü tanıyan mütləq ondan əvvəl Allahı tanımışdır. Əgər insan həyatda Allahı unutmasa, onu yad etsə, qəlbində və vücudunda Allahın zikri olsa, belə bir vəziyyətdə özünün mələkuti tərəfi də yadında qalar.

Əksinə, əgər insan Allahı unutsa, özü də unudular.

Mütəal Allah bu barədə belə buyurur: Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr, 19).

 

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ ۚ أُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

 

Mümkündür ki, insanın maddi həqiqəti onun yadında olsun (heyvani tərəf) və insan yalnız həmin həqiqətə baxsın. Amma əgər mələkuti tərəfə baxmaq istəsə, Allahı xatırlamalıdır. Yəni əvvəl Allahı yada salmalı, sonra isə mələkuti tərəfə yönəlməlidir.

Bütün bu deyilənlərdən aşağıdakı nəticələri almaq olar:

 

A) İnsanın Allahla əlaqəsi olmalıdır.

B) Kamilliyə çatmaq üçün, insan gərək öz işlərində birinci Allahı nəzərdə tutsun.

Yəni əgər insan Allahı unudarsa, olduğu yerdə qalar. Amma əgər Allahı yada salıb, mənəvi inkişafa doğru addım atarsa, mələkuta tərəf yuxarı yüksələr və yüksəldiyi yerdən də aşağı tərəf baxar.

İyirmi doqquzuncu dərsin xülasəsi

Qəlbin qəfləti

Quran ayələrinə əsasən, insan iki varlıq ilə yaradılmışdır:

1-  Mülki – Maddi və yer insani varlıq.

 

2-  Mələkuti – Səmavi və insani varlıq.

 

Quran ayələrinə əsasən, nəfsin unudulmasından məqsəd, insanın mələkuti varlığının unudulmasıdır. 

Əgər insan öz mələküti varlığını unutmağa davam edərsə, həmin unutqanlıq insanın canlı ölüyə çevrilməsi ilə nəticələnər.

Allah-taala Ənfal surəsinin 24-cü ayəsində buyurur: “Allah insanla qəlbin arasındadır”.

Əgər insan Allahı unutsa, öz qəlbini də unudacaq. Çünki insanın qəlbi, Allahın zikrindən sonradır.

 

“Qəlbin unutqanlığından məqsəd, insanın öz mələkuti varlığından diqqətsiz olmasıdır”.

 

 

OXŞAR VIDEOLAR