Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (30.1)

Otuzuncu dərs

İnsanın üstünlükləri

 

 

إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

 

Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun. (İnsan, 3).

 

Digər varlıqlar ilə müqayisədə, insanın əqli var. Heyvanlarda ətraf mühitə qarşı nisbi agahlıq var və onlar öz düşmənlərini, eləcə də özlərinə məxsus olan qidaları ayırd edə bilirlər. Amma bununla belə heyvanlar aləmin sirlərindən xəbərsizdilər.

İnsan isə öz istedadları ilə dünya və onun qanunlarını kəşf edir və aləmi öz ixtiyarına ala bilir (təsxir). İnsan digər varlıqların sirlərinindən agah olub, onları öz xeyrinə istifadə edə bilər. Heyvanda hiss var, amma onlar aləmdəki qanunları kəşf edə bilmir.

 

İnsanın digər canlılar ilə müştərək tərəfləri olsa da, onlar arasında bir sıra əsaslı fərqlər də var.

 

İnsanın digər canlılar ilə əsas fərqləri aşağıdakılardan ibarətdir:

 

A – İnsanlar heyvanlar ilə müqayisədə idrak, ağıl, özünü və dünyanı kəşfdə əqli tanıma mexanizmi ilə çoxlu həqiqətlərə çatırlar.

 

B – Heyvanlar ilə müqayisədə, cazibələrdə maddi və təbii cazibələrdən əlavə, mənəvi cazibələr də insanı əhatə edir.

 

İnsanın daxilində istedadlar var və o, həmin istedadları kəşf edə bilər. Heyvanlar isə yemək, yatmaq və şəhvətə qarşı meyildən başqa heç bir şeyə malik deyillər. İnsanın isə heyvanlar ilə müqayisədə əqli, mənəvi meyli, fədakarlığı və digər dəyərli xüsusiyyətləri vardır. Yəni insan yaşadığı aləmin yalnız zahirini yox, bəlkə  onun qanun və sirlərini də müşahidə edir.

 

Ümumi olaraq insanın iki meyli vardır. Onlardan biri mənəvi, digəri isə Təbii meyldir.

Mənəvi meyli dedikdə, insanın paklıq, elm, gözəllik, ibadət, əql və digər mənəvi keyfiyyətləri nəzərdə tutulur.

Təbii meyl dedikdə isə, yemək, içmək, yatmaq, şəhvət və bu kimi bir çox dünyəvi meyillər nəzərdə tutulur.

 

 

 

C) İnsanın digər canlılardan üçüncü fərqi, onun müxtəlif bacarıqlara sahib olmasıdır.

İnsan xasiyyətlərinin təsiri ilə əməl edir. Bitkilər daxillərində olan qüvvə ilə böyüyüb, təsir qəbul edir, amma onlar bu inkişafda heç bir iradəyə malik deyillər.

 

Heyvanlar bitkilərdən üstün varlıqlardır. Çünki heyvanlar azad olmasalarda,  agahdılar.(hiss edirlər).

İnsanlar isə bitki və heyvanlar ilə fərqli olaraq, həm azad, həm agah və həmdə iradəyə sahibilər. Belə ki, insan öz meyillərin qarşısında dayanıb, azad iradə ilə seçim edib, nəfsi qarşısında müqavimət göstərməyə qadirdir.

 

İnsanın iradəsi öz əqlıinin ixtiyarında olduğu üçün, o ixtiyar sahibidir. İnsan heyvan kimi meyl ilə yaşaya bilər, eyni zamanda da əqli ilə aləmin sirləri və qanunlarını kəşf edib, iradə ilə meyillərini seçib, müqavimət göstərə bilər.

 

İnsan təbii və instiktiv meyl qüvvəsindən başqa, iradayə də malikdir. Buna görə öz daxili istəkləri qarşısında dayanıb, meyillərini əqlin fərmanı altına ala bilər.

 

 

Otuzuncu dərsin xülasəsi

 

İnsanın üstünlükləri

 

İnsanın digər canlılar ilə müştərək tərəfləri olsa da, onlar arasında əsas və dərin fərqlər də var.

 

İnsanın digər canlılar ilə əsas fərqləri bunlardır:

 

A) İnsnlar heyvanlardan fərqli olaraq, idrak, özünü və dünyanı kəşfdə əqli tanıma mexanizmi ilə çoxlu həqiqətlərə çatırlar.

 

 

 

B) Heyvanlar ilə müqayisədə, cazibələrdə maddi və təbii cazibələrdən savayı mənəvi cazibələr də insanı əhatə edir.

 

C) İnsanın digər canlılardan üçüncü fərqi, insanın müxtəlif bacarıqlarıdır.

 

İnsanın təbii və instiktiv qüvvə və meylindən başqa, iradəsi də vardır. Buna görə də insan, öz daxili istəkləri müqabilində durub, bütün meyillərini ağlın fərmanına tabe edə bilər.

 

 

 

 

OXŞAR VIDEOLAR