Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (34) (1-ci xütbə)

وَ فَرَضَ عَلَيْكُمْ حَجَّ بَيْتِهِ الْحَرَامِ الَّذِي جَعَلَهُ قِبْلَةً لِلْأَنَامِ يَرِدُونَهُ وُرُودَ الْأَنْعَامِ وَ -يَوْلَهُونَ‏- يَأْلَهُونَ إِلَيْهِ -وَلَهَ‏- وُلُوهَ الْحَمَامِ وَ جَعَلَهُ سُبْحَانَهُ عَلَامَةً لِتَوَاضُعِهِمْ لِعَظَمَتِهِ وَ إِذْعَانِهِمْ لِعِزَّتِهِ وَ اخْتَارَ مِنْ خَلْقِهِ سُمَّاعاً أَجَابُوا إِلَيْهِ دَعْوَتَهُ


(Kə’bənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar, göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi və fərmanını təsdiqləyərək yerinə yetirər.

OXŞAR AUDIOLAR