Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (2) (2-ci xütbə)

َلايَفْتَقِرُ مَنْ كَفاهُ، فَاِنَّهُ اَرْجَحُ مَا وُزِنَ
وَ اَفْضَلُ ما خُزِنَ. وَ اَشْهَدُ اَنْ لا اِلهَ اِلاَّ اللّهُ وَحْدَهُ لاشَريكَ لَهُ، شَهادَةً مُمْتَحَناً اِخْلاصُها، مُعْتَقَداً مُصاصُها. نَتَمَسَّكُ بِها اَبَداً ما اَبْقانا، وَ نَدَّخِرُها لاَِهاويلِ ما يَلْقانا، فَاِنَّها عَزيمَةُ الاْيمانِ


Onun ehtiyacdan qurtardığı kəs möhtac olmaz, çünki Onun ehtiyacdan qurtarmağı (əgər əql tərəzisi ilə ölçülsə) eyni çəkidə və bərabərində olan hər bir şeydən daha artıqdır, saxlanıb, qorunan hər şeydən (xəzinələrdəki cəvahirlərdən) daha yaxşıdır.

Şəhadət verirəm ki, bütün kamal sifətləri özündə cəmləşdirən Allahdan başqa heç bir mə’bud yoxdur və şəriki olmayan yalnız Odur. Şəhadət verirəm, doğru və ixlaslı bir şəhadətlə (dildə deyib qəlbdə inanmadan deyil), diri olduqca özümüzü onunla (kəlmeyi-şəhadətlə) günahlardan qoruyur, qiyamətdə bizi gözləyən qorxular və çətinliklər üçün ona olan imanı azuqə saxlayırıq.

OXŞAR AUDIOLAR