Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (1) (4-cü xütbə)

اهْتَدَيْتُمْ فِى الظَّلْماءِ، وَ تَسَنَّمْتُمُ الْعَلْياءَ، وَ بِنَا انْفَجَرْتُمْ عَنِ السَّرارِ. وُقِرَ سَمْعٌ لَمْ يَفْقَهِ الْواعِيَةَ، وَ كَيْفَ يُراعِى النَّبْأَةَ مَنْ أصَمَّتْهُ الصَّيْحَةُ؟! رُبِطَ جَنانٌ لَمْ يُفارِقْهُ الْخَفَقانُ

İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq. Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun

OXŞAR AUDIOLAR