Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (2) (4-cü xütbə)

مازِلْتُ اَنْتَظِرُ بِكُمْ عَواقِبَ الْغَدْرِ، وَاَتَوَسَّمُكُمْ بِحِلْيَةِ الْمُغْتَرِّينَ. سَتَرَنى عَنْكُمْ جِلْبابُ الدِّينِ، وَ بَصَّرَنيكُمْ صِدْقُ النِّيَّةِ

Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına bey’ət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım).

OXŞAR AUDIOLAR