Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (17-ci xütbə) (1)

اِنَّ اَبْغَضَ الْخَلائِقِ اِلَى اللّهِ رَجُلانِ: رَجُلٌ وَكَلَهُ اللّهُ اِلى نَفْسِهِ، فَهُوَ جائِرٌ عَنْ قَصْدِ السَّبيلِ، مَشْغُوفٌ بِكَلامِ بِدْعَة، وَ دُعاءِ ضَلالَة. فَهُوَ فِتْنَةٌ لِمَنِ افْتَتَنَ بِهِ، ضالٌّ عَنْ هَدْىِ مَنْ كانَ قَبْلَهُ

İmam Əli əleyhis-salamın camaata hökmranlıq edən, am-ma bu vəzifəyə layiq olmayan kəslər barəsində kəlamlarındandır. Məxluqat arasında Allahın ən düşmən bildiyi (Haqqın rəhməti heç vaxt halına şamil olmayan) iki şəxsdir: (Əvvəl) Allahın (itaətsizlik etdiyinə və asi olduğuna görə) özbaşına buraxdığı şəxs. Belə ki, (bu cür şəxs istədiyi hər bir şeyi etdiyinə görə) doğru yoldan azıb, bid’ət yaradan sözə, camaatı azğınlığa dəvətə ürək bağlayıb (dində olmayan bir şeyin dində yaranmasına səbəb olacaq sözü danışmağı sevir, camaatı azğınlığa və pis əməllərə vadar edir). Beləliklə, bu kişi onun vasitəsi ilə fitnəyə düşən şəxs üçün fitnə-fəsad səbəbidir. Ondan əvvəl doğru yolla gedənlərin (kitab və sünnəyə əməl edənlərin) yolundan azandır,

OXŞAR AUDIOLAR