Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 8

Yasin surəsinin təfsiri (8-ci dərs)

“Ya həsrətən ələl-ibad, ma yə`tihim min rəsulin illa kanu bihi yəstəhziun.”          

Allah-mütəal vəxti bu şəhərin “əshabi qəryə”nin cərəyanını nəql elədi o üç peyğəmbər ki, bu şəhərə göndərildi. Həbibi Nəccarın müdafiəsi və bunların şəhid olmağı və bunlardan sonra bu qövmün özünün bəlaynan aradan getməsi ki, Quran buyurur ki, bunlar xamid oldular. “Və izahum xamidun”, yəni söndü bunların həyatları, daha hay-küyləri də yığışıldı. Özləri öldülər heç, o hay-küyləri də aradan getdi. Deyir belə hadisələrdən sonra deyir heyif insanlar, təəssüf insanlar vəxti peyğəmbər gəlir peyğəmbərin sözünə qulaq asmaq əvəzinə ki, Peyğəmbər hadidir, yol göstərəndir. Yol göstərmələrinin əsasında yaşasınlar, təəssüf ki, istehza edirlər, bu peyğəmbəri lağa qoyurlar.

Bir nöqtəni əvvəldə deyir buyurur ki, “Ya həsrətən ələl ibad”, demir “ya həsrətən ələl insan”. Ey həsrət olsun, təəssüf olsun bu bəndələrə, hiss eləsələr bəndədirlər heç vaxt istehzaya düşməzlər, heç vaxt belə qarşılamazlar peyğəmbəri, Allahın elçisini. Vəxti insan əbdullahlığını unudur, onda üsyançılığa və tüğyana üz verir. Əvvəldə burda bir nöqtəynən kinayə söz deyir “ya həsrətən ələn nas”, “ya həsrətən insan” deyil, “ya həsrətən ələl ibad”dır. İnsan əbdilliyi dərk eləsə, əbdin ki, həqqi yoxdur üsyan eləsin vəxti dərk eləmir ki, üsyan eləyir. İnsan haqqı nə vaxt istehza eləyər? Haqqı istehza eləmək bundan irəli gələr ki, ya  zehnində xəyal və təvəhhuma uğrayıbdı, zehni xəyalidi, yaxud özünü görür, eqoistliyə düşübdü, xudpəsəndliyə düşübdür, ya bu da olmasa əməlində şəhvət və qəzəbnən yaşayır. İnsanın bəzən zehni xarabdır, zehnini müalicə eləməlidir. Xudpəsənddir, eqoistdir, mütəkəbbirdi bundan haqqı görə bilmir, haqqı qəbul edə bilmir. Bəzən zehnini müalicə eləməməlidir, insan müalicə eləməlidir özünün əməllərini. Şəhvəti qarşısını alıbdır, qoymur haqqı qəbul eləsin, qəzəbi maneədir haqqı qəbul eləməyə. Bu məsələlər şəhvət, qəzəb və xəyal, zehn xarablığı, əməldə, yaşayışında şəhvani və qəzəblə yaşamaq. Bunlar səbəbdir insan haqqın qarşısında dayansın, bəzən haqqın qarşısında dayanmağı istehza yoluynan da qarşılasın haqqı. İstehza bəzən bu xatirədir ki, öz vicdanını sakitləşdirsin, bəzən bu xatirədir ki başqalarına mane olsun əskiltsin, öldürsün bu yolu başqaları gedə bilməsinlər.

Görmüsünüz bəzi yerlərdə, bəzi ölkələrdə namaz qılanı istəyərlər bir aşağı formada, bir insan elə bil geri qalıbdı göstərsinlər. Bu həmin istehzadı. Görürsən biri istəyir təmiz insan olsun, pak insan olsun. Bir xanımdı hicab istəyir örtsün, bir xanımdı iffətini istəyir bu forma qorusun onu görürsən ayrı bir ifadələrlə həlimdi, sadədi, geridi bu həmin istehzadı. Deyir  təəssüf ki, insanın bəzən şəhvəti, bəzən qəzəbi, bəzən xəyalı qoymur həqqi görsün. Həqqi qoymur görsün heç, istehzaya da düşür. Davamında buyurur ki, insan istehzaya da düşsə bunu dərk eləməlidir ki, nə olur tale.

 İnsan bəzi şeylərə  qayıdıb qiymət verməlidir, bunlara konkret cavab tapmalıdır. Biri budur ki, müsafirdi, ya müsafir deyil. Biri budur ki, həmişə burda qalır, ya qalmır. Heç kim həmişə burada qalmır, hamı köçür. Bu bir. Hamı köçür belə deyil ki, köçür, yəni yox olur. Bəs iki əsli burda var. Bir sən köçürsən, burda həmişə qalmayacaqsan. Bəs bura nə qədər sərmayə, kapital məsrəf eləsən götürüb apara bilməyəcəksən, çün burda həmişə qalmayacaqsan. İkinci məsələ də budur ki, müsafirsən köçürsən, bəs həmişə burada qalmayacaqsan. Mümkündü həmişə qalmayacaqsanın mənası bu olacaq ki, öləcəksən, aradan gedəcəksən, yox olacaqsan. Deyir yox. Yox da olmayacaqsan, köçəcəksən. Vəxti insan dərk elədi müsafirdi “Ya əyyuhəl insan innəkə kadihun ila rəbbikə kədhən fəmulaqih” İnşiqaq surəsinin 6-ci ayəsində buyurur: ey insan, sən ta Allahının görüşünə qədər, ta Qiyamət günü behişti, cəhənnəmi seçənə qədər, sən o vaxtacan hərəkətdəsən, gedirsən dayanmırsan. Amma bəzisini bu dünyada gedirsən dayanmırsan bəzisini, köçürsən o birisi dünyada Bərzəxdə gedirsən dayanmırsan ta, o vaxta qədər. Ona görə sən vəxti dərk elədin müsafirsən, onda müsafirə uyğun yaşamalısan. İnsan müsafirə uyğun, yəni oranın azuqəsini də, oranın lazım olan bir şeylərini də yığmalıdır. “Təzəvvədu fəinna xəyra zad ət təqva”  Azuqə yığın, çantanızı doldurun, sumkanızı doldurun ora uyğun  həyatnan. Ora uyğun həyatnan sumkanızı doldurmasanız kömrükdə qoymazlar, sərhəddə buraxmazlar. Çox şeylər burda qalmalıdır, o tərəfə qoymazlar. Buyurur, ey həsrət bu insanlara, peyğəmbər gəlib sənə desin ki, yol müsafirisən nələr lazımdı aparmağa, sən əvəzində peyğəmbərin göstərişini, peyğəmbərin buyurduqlarını, hidayətlərini “Səmən və taə” qəbul eləyəsən. Deyir sən istehza edirsən.

 

Davamında buyurur ki, aya bunlar gözlərini açıb baxmırlar? “Yərəv” Quranda fəqət baxmağa deməzlər ha, yəni diqqətli nəzər eləmirlər?. Mümkündü insan bir şeyi öz zamanında deyil ki, bu gözü ilə baxa. Tarixdə olubdu tarixi ki, bu gözlə baxmaq olmaz. Nəzər eləmək, yəni bu tarixi vərəq eləyəsən, vərəqləyəsən, araşdırasan, diqqətlə baxasan nə bu gözüynən. Bu göznən olar ki, indi var baxa biləsən tarixdəkilərə ki, bu gözüynən baxa baxammazsan. Gedib tarixi oxu, mütaliə elə, diqqət elə, fikirləş. Aya bunlar baxmırlar diqqətnən, görmürlər nələr olub keçmişdə? Nələr olubdu “Kəm əhləknə qəbləhu minəl qurun” Nə qədər qövmü bunlardan əvvəl həlak eləmişik, aradan gediblər. Çoxlu quldurlar var idi, çoxlu zor deyənlər var idi, çoxlu çox-çox yuxarı danışanlar var idi, biz hamısını aparmışıq gediblər. Hardadır indi Firon, hardadı indi Nəmrud, hardadı onlar ki, peyğəmbərlərin qarşısında istehza eliyiblər və çox-çox yuxarı sözlər deyirdilər. Hamısını həlak eləmişik gedibdi.

“Ənnəhum iləyhim la yərciun” daha onlar qayıtmayıblar, bunlar öz qövmlərinə, öz adamlarına qayıtmayıblar. Belə olmayıbdı ki, aradan aparmışıq da qayıda bilməyiblər, hətta hədislərdə var ki, insan bəzən elə can verər ki, daha bazarda bir parça alırdı. Parçanı açıb da almağa , bükməyə fürsəti olmaz. Bunlar əslən qayıtmayıblar öz cəmlərinə həlak oldular aradan gediblər.

Bəs bunlar buna diqqət eləmirlər ki, köçməlidirlər. Və bizik aləmin hakimi, “malikinnas” bizik, “Rəbbil aləmin” bizik. Özü də Allah-mütəal Quranda misallar vurub ha. O misallar ki, insanın gözünün qabağındadı. Bu tarixi cəhətdən insanın o vardı xərabələri, o qövmlərin ki, bəla gəlibdi qövmi Ad, qövmi Səmud onlar ki, bunların yollarında var idi. Bunlar Məkkədən, Ərəbistandan Şama gedəndə, Yəmənə gedəndə bu yollarda olan o qövmlər ki, Allah onlara bəla göndəribdi, onları tarixin misalını vurubdu. Bir sıra qövmlər var ki, bəla göndərib onların yollarında deyildi onlara misal vurmayıb. Amma misal vurub onlara ta bunlar gözlərini açıb bunları oxusunlar. Bunlar bir günlər var idi peyğəmbərlərin qarşısındaydılar, istehza eləyirdilər.

Davamında buyurur ki, “Və in kullun ləmma cəmiun lədəyna muhzərun

 Bir dənə qanundu bunlar hamısı bizim yanımızda ihzar olunacaqlar. Belə deyil ki, bunlar aradan getsinlər, köç qurtulsun. Bunlar bir gün Qiyamət günü hamısı bir yerdə “cəmiən muhzərun”. Hamısı bir yerdə ihzar olunacaqlar və Qiyamət günündə bunlar bizə yanımızda hesab-kitab verəcəklər. Bəs bu qanunları insan dərk eləməlidir. Allah-mütəal çoxlu qövmü həlak eləyib – bir. Bu qövmlər də eləyə bilməyiblər dünyaya qayıtsınlar – iki. Daha qüdrətləri sönüb – üç. Və bunlar bir gündə Allahın məhzərində hamısı bir yerdə cəm olacaqlar. Yəni məzlum bir gün  zalimlə bir yerdə cəm olacaqdır. Bir nəfərin haqqı yeyilibdi o, haqq yeyənlə bir yerdə oturacaqlar. Deyir siz, bunları dərk eləmirlər, diqqət eləmirlər. Qiyamətin adları var Quranda 30 dənə Qiyamətə, ya 30 dənədən çox ad vardı. Biri “Yovmil cəm”dir. Hamı yığılacaq bir yerə. Zalim də, məzlum da bir yerdə yığılacaqlar. Vəxti zalim, məzlum hamısı bir yerdə yığıldı, çoxlu insanların abrısı gedəcək, çoxlu insanlar həsrət eləyəcək. Çoxlu insanlar kaş belənçi bir Qiyamət günü baş verməyəydi bunları deyəcəklər.

“Və in kullun ləmma cəmiun lədəyna muhzərun

  bu da bir cərəyan ki, Allah-mütəal burda xəbərdarlıq eyləyib və xuşdar verir ki, bunlar bizim yanımızda yığılacaqlar. Davamında Allah-mütəal burda gəlir özünün Qiyamət nişanələrini izah eləsin. Axı axır ayədə dedi ki, hamınız bizim yanımızda bir gün yığışacaqsınız. O gün ki, yığışacağıq onu biz nə cür tapaq? Mühüm məsələlərdən biri budur ki, insanın iman be Qiyaməti ola. Vəxti iman be Qiyaməti olsa dünya zindəganlığında dəyişiklik çox yaranar. Quranın bir tərbiyəvi nöqtəsi var. Bu tərbiyəvi nöqtə təbliğdə də böyük dərdə dəyər ki, insanlara nəyi əsas çatdırılmalıdı. Quran buyurur:  bilirsiniz niyə peyğəmbərləri öldürdülər? Bilirsiniz niyə günahlar elədilər?  “Bima nəsəb yovməl hesab” Bu xatirə ki, Qiyamət gününü unutdular. Qiyamətə iman-bir, sonra Qiyamət yadında olmaq-iki. Təkcə imanlı olmaq yox ha. İman bə Qiyamət birdi. ”Zikrul məad” İnsanın Qiyamət yadında ola bu ikincisidi. Bəs insanın Qiyamət yadında olmalıdı. Bu yadında olmaqlığın həyatında böyük təsiri var və insanın həyatını paklaşdırar və nuraniləşdirər. Nə qədər insan Qiyaməti yadından çıxartsa, nə qədər insan unutsa “yövmil hesab”ı ona uyğun da bu insan günahı çox eliyər, buna uyğun da qəfləti çox eliyər. Ona görə Allah-mütəal bu ayələrin davamında başlayır  Qiyamət nişanələrini ki, insan çatsın Qiyamətə.

 Buyurur: “ayətun ləhumul-ərzul-məytə”

 Bunlara nişanədir ölü yer. O yer ki, qışdı ölüdür. Ölünün iki mənası var. Biri budur ki, ağaclar da ölüblər, ağac qışda yatar və heç nə yoxdur. Bu birdən bahar olanda başlayar bu ağac çiçəklənməyə, başlayar bu ağac meyvə verməyə. Biri budur ki, deyirik əslən yeyirik heç nə yox idi, birdən toxum əksən və bu dirilir. Bunlara nişanədir “Əl ərzul-məytə”  Nəyi nişanədir? “əhyəynəha”  Biz bu yeri dirildirik.

 Yer dirilir  “və əxrəcna minha həbbən”.  Bu ölü yerdən biz dənə çıxardırıq.  “Fəminhu yə`kulun”

bu dənədən onlar yeyirlər. Buğda çıxardırıq, taxıl məhsulları çıxardırıq, düyü çıxardırıq. Bu dənələrdən yeyirlər bunlar.

Hədislərdə var “İza rəəytumur rəbi fəəksiru zikrən nuşur” Vəxti siz baharı gördünüz Qiyaməti çox xatırladın. Niyə, Qiyamətnən baharın nə əlaqəsi var? Baharda da dirilmə var, Qiyamət də dirilməkdi. Baharda ağaclar dirilir, yer oyanır, ağac oyanır. Qiyamət günündə “Bi şərhi izən” həmçinindir, insanlar oyanırlar, insanlar dirilirlər. Deyir siz baharı görəndə bahar bir balaca Qiyamətdir.

 Buyurur:

Və cəəlna fiha cənnatin min nəxilin və ə`nabin və fəccərna fiha minəl-uyun.

Biz bu yerdə, bu ölü yerdə bağlar qərar verdik,xurma ağacından, üzümdən və “və fəccərna fiha minəl-uyun “ Bu ölü yerlərdə biz bulaqlar açdıq və sular axıtdıq “Liyə`kulu min səmərihi” ta bunlar bu meyvələrdən yesinlər “və ma əmiləthu əydihim” və bu “ma” iki cür məna olar. Yesinlər bunun meyvəsindən “və ma əmiləthu əydihim”. Bunlar öz əlləri ilə bu işi görməmişdilər, bunlar təbiidirlər. Bir sənət var, bir təbii meyvələr var. Deyir biz, su idi, torpaq idi bununla  bunlar çıxmışdılar, daha sənətlə çıxmamışdılar.  Bunlar öz əlləriynən  bu işləri görməmişdilər “əfəla yəşkurun” Aya hələ bunlar şükr eləmirlər.

Bəs Allahın nişanələrindən bu ki, Allahın insana rəhməti var, Allahın qüdrəti var, Allahın elmi var. Biri bu Qiyamət ola bilər. Bu ayələrdir ki, ölü yer dirilər. Axır sözü budur ki, vəxti sən görürsən mən sənin üçün nə şərait yerdə yaratmışam, ta sən yeyəsən. istəyəsən, istifadə eyliyəsən. Əql burda hökm eləyir, yəni şükür eləməlisən. Şükrün bir dənə ifadəsi var. O da budu ki, şükür  nə deməkdir? Şükür  budur ki, insan Allahın nemətlərini bilə. Əvvəl mərhələ budur ki, Allahın nemətlərini görə. Bəzən insan Allahın nemətlərini görməz. Vəxti insan Allahın nemətlərini gördü, görər ki, Allahın nemətlərini saysa saya gəlməz. Quran deyir: Allahın nemətlərini saysanız sayıb qurtara bilməzsiniz, bu birinci. Bəs şükrün bir kökü neməti görməkdir. “Munim”i görə neməti verəni də görə. Vəxti nemət verəni gördün bu şükrü “munim”di ki, biləsən ki, Ondan gəlib. Ondan sonra o neməti yerində məsrəf eləmək. Buna deyərlər şükür, şükrü nemət. Bəs insan üç etapda nemətləri saya və bilə həyatında nə nemətlər var. Əql nemətdir, ömür nemətdir, qəlb nemətdir, dost nemətdir, məscid nemətdir, Quran nemətdir. Çoxlu nemətlər var. Biz həyatımızda bəzən qəflət eyliyərik, unudarıq. Bu nemətləri görə, nemət verəni görə və bu neməti də öz yerində məsrəf eyləyə.....

 

OXŞAR VIDEOLAR