Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (23-cü xütbə) (1)

اما بَعْدُ، فَاِنَّ الاَْمْرَ يَنْزِلُ مِنَ السَّماءِ اِلَى الاَْرْضِ كَقَطَراتِ الْمَطَرِ اِلى كُلِّ نَفْس بِما قُسِمَ لَها مِنْ زِيادَة اَوْ نُقْصان، فَاِذا رَأى اَحَدُكُمْ لاَِخيهِ غَفيرَةً فى اَهْل اَوْ مال اَوْ نَفْس فَلاتَكُونَنَّ لَهُ فِتْنَةً

İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:) Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü- -qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır. Buna görə də sizlərdən biriniz (eyni cinsdən olan) qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın)

OXŞAR AUDIOLAR