Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (23-cü xütbə) (3)

وَ كَذلِكَ الْمَرْءُ الْمُسْلِمُ الْبَرىءُ مِنَ الْخِيانَةِ يَنْتَظِرُ مِنَ اللّهِ اِحْدَى الْحُسْنَيَيْنِ: اِمّا داعِىَ اللّهِ، فَما عِنْدَ اللّهِ خَيْرٌ لَهُ، وَ اِمّا رِزْقَ اللّهِ، فَاِذا هُوَ ذُو اَهْل وَ مال، وَ مَعَهُ دينُهُ وَ حَسَبُهُ. اِنَّ الْمالَ وَ الْبَنِينَ حَرْثُ الدُّنْيا، وَ الْعَمَلَ الصّالِحَ حَرْثُ الاْخِرَةِ
Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir: -Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır. -Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir.

OXŞAR AUDIOLAR