Nəhcül-bəlağənin şərhi (24-cü xütbə) (1)
نهج البلاغه خطبه ۲۴ (۱)
وَ لَعَمْرى ما عَلَىَّ مِنْ قِتالِ مَنْ خالَفَ الْحَقَّ، وَ خابَطَ الْغَىَّ مِنْ اِدْهان وَلا ايهان
24-cü xütbə (1)
İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Döyüşdə öz möhkəmlik və dəyanətini izhar edib, o Həzrətin vuruşmaqda süstlük etdiyini deyən bir kəsin sözünü düzgün bilməyib, camaatı təqva və pərhizkarlığa rəğbətləndirərək buyurur:) Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır).