Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (17)

Loğman surəsinin təfsiri (17)

 

Bismillahir rəhmanir rəhim

“Və iza ğəşiyəhum məvcun kəz zuləli dəəvullahə muxlisinə ləhud dinə fələmma nəccahum iləl bərri fəminhum muqtəsid”

Allahı tanımaq yollarından biri, aləmdəki məxluqatın nəzm-intizamını araşdırmaqdır. Loğman surəsinin 31-ci ayəsi (ki, keçmiş ayə idi) bir nümunə idi. Gəminin hərəkəti və dənizdə gəminin bu sahildən o sahilə yük daşıması kimi. Eyni zamanda bütün bunların da qanunlara və sistemə ehtiyacı var, varlığın içində. Allah taala suyun xasiyyətində, taxtanın xasiyyətində, küləyin xasiyyətində bir sıra sistem qoyub və bu sistemlə gəmi hərəkət edir. Bununla şüurlu varlığı, hikmətli varlığı tapmaq olar.

İkinci məsələdə insan öz içərisinə qayıda və nəzər edə. Buna fitrətlə Allahı tapmaq deyərlər. Bütün insanların içərisində Allahı tanımaq hissi vardır. Bu Allahı tanımaq hissinin, bəzən dünya məşğuliyyətilə üstü örtülər. İnsan o qədər dünyaya məşğul olar ki, içəridəki bu hissin üzərinə sanki bir pərdə çəkilər. Amma müsibətlər vaxtı, o zaman ki, dünyada olan  zahiri səbəblər qırılar, həmin pərdə kənara çəkilər və insan daxildən Allahı görər. İçəridəki hiss üzə çıxar. Bu o demək deyil ki, Allah, qorxudan yaranar. Bəlkə, bu vəziyyət, o pərdələri, məşğul olmağı tənzim edər və pərdələr kənara çəkilər. Nəticədə insan içərisini görər.

Bəzən insan adi şəraitdə birinin nemətini hiss etmir. Məsələn, dostunu kənarında hiss etmir, çünki hansısa bir filmə baxır. Amma film sona çatandan sonra, evində ağır bir hadisə baş verərsə, görərsən ki, insan dostuna tərəf yönəlir. Bu yönəlmək o demək deyil ki, bunu televizor yaratdı. Bəlkə, mənası budur ki, məşğulluğu qurtardı. İnsanın məşğulluğu qurtaran vaxtı ətrafında olanlara, onu əhatə edənlərə baxar.

Bəzən insanın gözü kor olar. Bəzən insanın qulağı kar olar, çünki məşğuldur. “Əl hakumut təkasur” Sizi məşğul edibdir. Dünyaya həris olmaq, çox yığmaq sizi məşğul edibdir. Amma o vaxt ki, əzab, müsibət gəldi və dünyadakı zahiri səbəblər sənin məsələlərini həll etmədisə, o zaman məşğulluqdan çıxacaqsan və oyanacaqsan. Bu oyanmaq bəzən müvəqətidir, bəzən isə daimidir.

Qurani kərim belə misal vurur, buyurur;  “Və iza ğəşiyəhum məvcun” O vaxt ki, onları dalğa əhatə etdi

“kəz zuləl” o dalğa ki, böyük bir dalğa idi.

“Zuləl”in lüğətdə müxtəlif mənaları vardır. Bir mənası dağ, bir mənası kölgəlik, bir mənası isə buluddur, o bulud ki, kölgə salar. “Zuləl” – o bulud ki, kölgə salar. Bu ayədə hər üçünü də məna etsək, ayənin mənası düz olar. Amma bu ayədə gələn “məvc”la uyğun olan, üçüncü mənadır. Yəni, o bulud ki, kölgə salır.

Ayənin mənası bu olar; dalğalar o qədər ucaldı ki, hərəkətdə olan gəmiyə  həmin dalğalar bulud kimi kölgə saldı. Yəni, hər an bu dalğa gəmini batıra bilər.

Buyurur, bu halətdə  tamam zahiri əlaqələr insandan uzaqlaşır. Daha insanın pulunun burda faydası olmaz. İnsan bu hadisənin içində, hər nə zahiri səbəb ki, özünün qalmağı üçün, özünü inkişafı üçün fikirləşirdi, hamısı qırılar. Bir hiss içəridə görünər. Bu hiss, pərdələr kənara çəkilən zaman yaranmaz, bu hiss həmişə var idi, sadəcə insan görmürdü.

Quranın sözü bu deyil ki, qorxu halında bu hiss yaranar. Bəlkə, bu hiss qorxu halında görünər. Yəni, insanda var idi, insanın daxilində, fitrətində Allahı tapmaq hissi var. “And olsun ruha, and olsun bu ruhu yaradana ki, tamam ruhlarda Allah taala “fucur” və “təqva” hissini qoyubdur”.  “Fucur” yəni, pisi tapmaq və bilmək. “Təqva” isə yaxşını bilmək.

Bütün insanların içərisində “din” fitridir. “Peyğəmbər, üzünü çevir o dinə ki, Allah tamam insanları o din üzərində xəlq edibdir”. Yəni, insanların daxilində, fitrətində Allahı tapmaq, Allaha pərəstiş və Allahı tanımaq hissi vardır. Lakin, insan dünyada məşğul olur və bu hiss örtülür. Bu hiss hadisələrdə yaranmır, bəlkə hadisə zamanı üzərindəki pərdələr kənara çəkilir. Fitridir, nəinki hadisə zamanı yaranır.

“dəəvullahə muxlisinə ləhud din” Bunlar, Allahı xalis olaraq çağırırlar. Yəni, daha məşğuliyyət kənara çəkildi, öz daxillərini, öz içərilərini gördülər və Allahı tapdılar. Bu zaman xaliscəsinə Allahı çağırarlar.

Amma “fələmma nəccahum iləl bərr”

O vaxt ki, xaliscəsinə Allahı çağırırlar.

Bilirisiz ki, dua əgər xaliscəsinə olarsa, icabət olar (Uduni əstəcib) Quranın incə nöqtələrindən biri budur ki, ixlasla əgər çağırsan, cavab verərəm. Hətta kafir, müşrik də  Allahı ixlasla, xaliscəsinə çağırarsa, Allah taala nicat verər.

İcabətə şərt, istirardı. “Mustər” o insana deyərlər ki, çarəsi hər yerdən kəsilə və hiss edə ki, ancaq və ancaq müşkül həll edən Allahdır, ancaq və ancaq səbəb yaradan Allahdır, ancaq və ancaq nicat verən Allahdır, belə bir şəxs mustərdir.

Bəzən, zahiri səbəblər aradan gedir və insan məcburi mustər olar. (Necə ki, bu adam, dalğaların ortasında, gəminin içində) Bu icbari və məcburi mustərdir.

Amma hünər budur ki, insan dünyada həqiqi, ixtiyari üzrə mustər ola. İxtiyari mustər odur ki, zahiri səbəblər ətrafında ola ola, bilə ki, asılıdır. O vaxt ki, insan hiss eylədi, nə var hamısı Allaha aslıdır, Allahın iradəsi ilə bu, təsirini dayandırar, Allahın iradəsi ilə təsir buraxar, belə şəxs imkanı ola ola, hiss edir ki, “əl-fəqr”. Rəsulullah (s) buyurdu ki, “əl- fəqru fəxri”. Bu o, fəqrdir – insan hiss edə ki, heç nə özünün deyil, hamısı asılıdır, hamısı bağlıdır.

İnsan iki hisslə dünyada yaşamalıdır.

Nə məğrur olmalıdır, nə də məyus olmalıdır. O insanlar ki, zahiri səbəblərə aldanırlar, bunlar məğrur olurlar. O insanların ki, ətraflarında səbəb yoxdur və zahiri səbəbə malik deyillər, bunlar da məyus olurlar.

O vaxt ki, insanın daxilində Allaha imanı oyandı, görər ki, (o ki, səbəbi var) mümkündür səbəb dayansın və təsirini buraxmasın, çünki Allah səbəb yandırandır. Edə bilər açar, qapını açmasın. Onun ki, səbəbi yoxdur, Allah edə bilər ona səbəb yaratsın. Açarsız qapı açılsın. Hz.Yusifə açarsız qapı açılırdı. O vaxt ki, Züleyxanın əlindən qaçırdı, qapılar açarsız açılırdı. Bəs, səbəb yaradan da, səbəb yandıran da Allahdır. Bəs, zahiri səbəbin olmayanda məyus olma, çünki Allah səbəb becərdə bilər. Səbəbin olanda da məğrur olma, çünki səbəbin ola ola, bıçağın ola ola mümkündür ki, bıçaq kəsməsin. (Necə ki, Hz.İbrahimdə belə oldu) Allah taala Hz.İbrahimdə səbəb yandırdı, Hz.Yusifdə isə Allah taala səbəb yaratdı.

Əgər insan dünyada bu hisslə yaşaya ki, tamam aləmdəki varlıqlar, aləmdəki səbəblər hamısı Allaha bağlıdır, onda belə insan mustər halında yaşayır.

Bəs, mustər iki qisimdir.

Birincisi, ixtiyari mustərdir ki, insan düşüncə əsasında bu mərhələyə, bu hissə  çata ki, aləmdə hər nə var bağlı və asılıdır. Bu, ixtiyari olaraq istirara çatmaqdır. Bu insanın varı ola ola da, açarı ola ola da, yenə Allaha təvəkkül edər.

Amma bəzi insanlar var ki, icbari və məcburi mustər olarlar. Onlar ki, zahiri səbəbləri əllərindən alarıq. Əllərindən alınandan sonra, pərdələr qəlblərindən kənara çəkilər. O vaxt ki, pərdələr qəlbdən çəkildi görərlər ki, qəlblərində olan ancaq və ancaq Allahdır, ancaq Allahdır aləmi idarə edən. Və onda dəəvullahə muxlisinə ləhud din” Bəs, bu ayədəki Allahı çağırmaq, ikinci qisim (icbari mustər) insanların çağırışıdır.

Davamında buyurur, “fələmma nəccahum iləl bərri” O vaxt ki, biz bunları quruya çıxardıq, dənizdən (o haldan) nicat verdik.

Bəzi ayələrdə buyurur ki, “izahum muşrikun” bunlar yenə öz şərikliklərinə davam verərlər, yenə öz keçmiş işlərində və inanclarında olarlar.

Bu ayə isə buyurur ki, fəminhum muqtəsid” Bəziləri orta yolu seçərlər. O zaman ki, orta yolu seçdilər, Allahı taparlar və oyanarlar. Bu hadisə onların oyanışlarına səbəb olar.

“və ma yəchədu biayatina” Bizim nişanələrimizi danmaz  “illa kullu xəttarin kəfur” O adam Bizim nişanələrimizi danar ki, “xəttar”dır. “Xəttar” xətr sözündəndir. “Xətr”in bir mənası qəddar deməkdir. O adam ki,qəddardır və kinəlidir o, Bizim nişanələri danar. O adam ki, əhd sındırandır o, Bizim nişanələri danar və həmin şəxs naşükürdür.

Bəs, əgər nemət verəndə şükür etsən, əgər əhd-peyman sındırmasan, o zaman sən, Allahın nişanələrini həyatda qəbul edərsən və təslim olarsan...

 

OXŞAR VIDEOLAR