Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 3 (a)

Qurani Kərimdə minimum imanın 2 dərəcəsi  qeyd olunub.

Hətta bəzi alimlər buyurublar:O Quranda 4 dərəcədir. Minimum 2 dərəcə iman aşağıda qeyd etdiyimiz kimidir.İman qəlbdədir lakin, hələ həkk olunmayıb. Mücadilə surəsi 22-ci ayə buyurur:” (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla -öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə -dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir.”. İmanın qəlbdə olmasının faydası belədir: İnsan namaz qılır, oruc tutur, zəkat verir. Həyat 2 cürdür: Bir adi həyat yəni yaşadığımız həyat, birdə təlatümlü həyatdır. Adi həyat adidir, təlatümlü deyil, balaca qayıqda da olsaq orada hərəkət edəcəyik. Dəniz dalğalansa, tufan olsa balaca qayıqlar batar. Həyat da bunun kimidir. Həyat adi həyat olsa burada namaz da var, oruc da var. Dalğalar gələndə yəni tufan baş verəndə dünyasıyla dini çarpışar. İman qonaqdırsa dünyasıyla bəzi mənfəətlər toqquşarsa gedər, əgər iman qəlbə yazılmışdırsa getməz. Məsələn: İmam Hüseyin (ə) a Kufəlilər yalan demirdilər. Onlar imam Hüseyn(ə)ı sakit istəyirdilər. İstəyirdilər ki,dünyaları da olsun, imanlarıda. Nouman ibni Bəşir Kufənin valisi idi, sakit adam idi,O da həyatında İmam Hüseyn(ə)ı istəyirdi.Düşünürdü ki, imam gələcək, məscidlərində namaz qılacaq, imam camaat olacaq.İmamı bu qədər çox istəyirdilər. Sonra isə vəziyyət dəyişdi.Və İmam Hüseyn(ə) Küfəlilərin dəvəti ilə gəldi. imam Hüseyn(ə)ı dəvət edəndə dəniz sakit idi, gələndə təlatüm baş verdi. İmam Hüseyn(ə)la dünyaları toqquşdu.Onlar dünyalarından əl çəkmədilər. İmam Hüseynə əks durmaq dünyalarına dəymədi, qızıl sikkələrinə dəymədi. İbn Ziyad Yezidin göstərişi ilə çoxlu qızıl sikkələr söz verirdi. Bunlar İmam Hüseyn(ə)la dünyanın arasında qalmışdılar. Ya Hüseyn ya qızıl sikkələr. Ya Hüseyn ya dünyalarında yaşamaq. Ya Hüseyn ya Yezidin yanında yaxşı olmaq, Yezidə yaxınlaşmaq və Yezidə yaxınlaşmaqdan faydalanmaq. Bu vəziyyətə, belə bir toqquşmaya onlar hazır deyildilər. Bizdə də adi həyatda iman var.Məsələn:namaz qılanıq, oruc tutanıq. Məscid,tufansız dənizə bənzəyir. Bəzilərinin imanı yoxdur hətta məsciddə də qeybət edirlər.İmanı eyni zamanda sakit həyatdır. İnsanın nəfsi, dünyəvi istəkləri ilə toqquşsa burada ayrı iman lazımdır. İmam buyurur: “Camaat özünü dindar göstərir, imtahana düşəndə dindar azalar”. Bəla ilə üzbə üz gələndə dindar azalar. Hansı dindarlar? Qəlblərinə iman yazılan dindarlar.Həmən siyahısı azalar. Hamı ona hazır deyil. O insandan xüsusi hazırlıq tələb edir.Bu xüsusi bir dərəcədir.İnsan gərək o dərəcəyə çatsın. İnsanın gərək yəqini olsun. Yəqin olmasa insanın o cür imanı olmaz. Biz də bəzi şeyləri bilirik, lakin şəkk edirik. Deyirik nə vaxtsa olacaq. O söz də bizim imanımızı zəiflədir. Olacaq da. Yəni kamil olmağına arxayın deyilik. Bu şəkkdir. Bəzən riyaziyyatı necə oxumağımızı sübutlarla bilirik. Məsələn: Əqlimiz qəbul edir - Allah adildir qiyamət olmasa olmaz, Allah hakimdir qiyamət olmasa olmaz. Bu bilməkdir. Bu da bir mərhələdir, bu elmi yəqindir. Adamın elmi ilə, əqli arxayın olur qəlbi isə arxayın deyil. Qəlb dəqiq deyil. Biz hamımız inanırıq ki, ölüm var. Ölümün mahiyyətini bilmirik. Öləndə insan necə olur? Heç kəs inkar etmir. Hamının ölümə elmlə yəqini var. Biri də insan bilməsidir. Yəqin,bilməkdən bir pillə yuxarıdır.İnsan Qiyaməti görür, cənnəti görür, cəhənnəmi görür. Nəinki bilir. Sübutlarla bilir ?Xeyir.Əksinə yəqinliklə bilir. Bu da yəqinin başqa formasıdır. Buna “eynul yəqin” deyilir. Cəhənnəmi görür. Biri də budur ki, cəhənnəmi görmür cəhənnəmin içindədir və ya cənnətin içindədir. Buna “həqqul yəqin” deyilir. Bu terminlər Qurani Kərimdə var. Buna “odu” misal deyə bilərik.Məsələn: Sən dostuna,mən bu gün evdə samovarda çay qoyacam demisən.Yəni samovarda odun yandıracam, qazla yox.Dostun axşam fikirləşir ki, görəsən doğurdanda od yandırdı? Buna şəkk deyirlər. Gəlir evinizin yanından keçəndə görür ki,nəsə tüstü çıxır buna yəqin deyirlər. Çünki tüstünü gördü. Bu elmdir. Elm zehni nəticə almaqdır. Mən sübutlarla qiyamətə nəticə alıram. Qapını görürsən içəri girirsən,odun yandığın görürsən bu da görmədir. Sonra əlini oda vurursan. Əlin yanır. Elmi yəqin -tüstünü görməkdir. Odu görmək eynul yəqindir. Oda əl vuraraq onun istiliyin öz bədənində hiss edirsən buna isə deyirlər həqqul yəqin. Bu 3 cürdür. Bəzi insanlar həqiqətləri bilirlər, bəzi insanlar həqiqətləri görürlər, bəzi insanlar isə həqiqətin içindədirlər.Əbu Əli Sina zamanında Əbu Səid Əbu Xəyri var idi. Biri filosof idi, biri isə arif. Biri əhli din idi, qəlb əhli idi, biri isə əhli əql idi.Bir gün bunları görüşdürür, danışdırırlar.Onlar danışandan sonra Əbu Xəyridən soruşurlar ki, ibni Sinanı sən necə gördün, necə adam idi?.Əbu Xəyri deyir: Mən nəyi görürdüm O, onu bilirdi. Sonra Əbu Əli Sinadan soruşdular: Sən onu necə gördün? İbni Sina deyir: Mən nəyi bilirdim O, onu görürdü. Mənim əqlim nəyi bilirdi o da qəlbiylə onu görürdü. Bu yəqin üç mərhələdir. Qurani Kərimlə kimin nə qədər yəqini çoxalsa o qədər də hidayət məqamında o aləmlə irtibatı çox olduğu bilinər. Və ona Allah Taala tərəfindən bir sıra dərəcələr verilə bilər. Hansı ayələrdən bilinir? Hədid surəsində ayədə buyurulur: Mövzu budur ki, bizim yəqinimiz çoxalsa dünyada çox şeylər görmək olar, Bizim yəqinimiz yoxdur onun üçün görmürük. Qaf surəsi 21 və 22-ci ayələrdə buyurulur:” Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir. (Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qəflətdə idin. Artıq bu gün gözündən pərdəni qaldırdıq. Bu gün artıq gözün sərrastdır!” Bu insana nə deyəcəklər?. Bu insana, sən bu işdən qəflətdə idin deyəcəklər. Yəni əhəmiyyət vermirdin, diqqətin yox idi, etina etmirdin, qəflətdə idin. Pərdəni səndən götürdük. Bu gün sənin gözün itidir. Bu ayənin mənası budur ki, pərdəni götürdük, yəni bu dünyada da görməyə imkanın var idi amma onunla insan arasında pərdə var idi. Pərdə arada olduğu üçün qəflətdə idin. Pərdə aradan getsəydi görə bilərdin. İmam Əli(ə) Nəhcül Bəlağədə buyurur: “Pərdələr aradan getsə də mənim yəqinliyim çoxalmaz”. Pərdələr qafil insanlarda olur. Pərdəsi olan şəxs yatmış kimidir. Oyaq olanda isə pərdə yoxdur. Yatanı pərdə görməyə qoymur. Oyaq olan şəxs isə görür. Bu ayənin nəticəsi budur ki,insan qəflət olmasa görər. Demək istəyirik ki, imam əhli yəqindir bu əhli yəqinliyinə görə mələkut aləmi ilə rabitəsi var, hər şeyi görür, ona görə hidayət verir. Qurandan bir sıra ayələri qeyd etmək istərdim, buyurur: Kimin yəqini çox olarsa çox şey görər. İmam da yəqin əhli olduğu üçün görür və hidayət edir. Digər ayə isə Mutəffifin surəsindəndir. 18, 19, 20-ci ayələridir.Allah insanları müxtəlif surələrdə müxtəlif adlarla bölüb.Vaqiə surəsində insanları 3 qrupa bölür.Bunlar-əshabi yəmin, əshabi şimal, muqərrabun. Bir sıra insanlar sağçılardır, bir sıra insanlar solçulardır, bir sıra insanlar muqərrəbdir. Orada belə buyurur: Bir sıra insanların əbrar adı var. Əbrar yəni yaxşı adamlar əhli namaz, əhli Quran, əhli dua, əhli ehsan və.s. Onlar yaxşı adamdırlar. Buyurur: “Əbrarın yazı dəftərləri illiyindədir, yəni yuxarıda. Onların əməl dəftərləri aşağıda deyil, yuxarıdadır. Sən nə bilirsən illiyin nədir? Yazılmış kitabdır. O kitabı Allahın muqərrəb insanları görür.”Bu ayədən məlumdur ki,bir sıra insanlar başqa insanların əməllərini görürlər. Onlara pərdə yoxdur. Bizim başqa insanların əməllərinə pərdəmiz var. Görmürük. Demirik ki, bu yaxşı adamdır və ya pis adamdır, əməli nədir?. Çünki əməlin bir hissəsi niyyətdədir yəni daxildə.Buyurur: Muqərrəblər kitabu əbrara şahiddir. Qeyd etdik ki, insanların əməllərini Peyğəmbərə, İmam Zamana təqdim edirlər. Ayədən şahid var. Allahın muqərrəb insanları əbrarın kitabına şahid olarlar. Onlar o qədər kamilləşiblər ki,  əməlləri görürlər. Onlarda pərdə yoxdur. Qəlbləri görürlər. Bəzi təfsirçilər muqərrəbun sözü mələklərə aid olduğunu qeyd edirlər.Yəni  bunlar insan deyil mələkdirlər. Bu mələk deyil 28-ci ayədə buyurur: Cənnətdə təsnim var ki, ondan yalnız muqərrəb insanlar içirlər. Bu mələk deyil. Məlumdur ki,çeşmədən insan içər. Bir bu ayəyə əsasən muqərrəb mələk olmaz bir də Vaqiə surəsində 88-ci ayədə orda insanları 3 qrupa böləndə bir qrupu müqərrəb insanlar adlandırır . Buyurur:Müqərrəb insanlara Allah müxtəlif nemətlər verər.Və həmən nemətləri sayır. Bu ikinci ayə göstərir ki, insan Allahın müqərrəb bəndəsi olub Allaha yaxınlaşsa çox şey görər. Biz görmədiyimizə görə müqərrəb deyilik. Hələ əbrar belə deyilik. Allahın müqərrəb insanlarına pərdə yoxdur. Üçüncü ayə Təkasur surəsi Qurani Kərimdə şahidlərdən biridir.İnsan dünyada bəzi şeyləri görə bilər amma maneəsi olduğu üçün görmür. Təkasur surəsində Qiyamətin qəflətindən söhbət gedir. Yəni adam Qiyamətə qəflətdədir. Qəflət, yəni etina etmir. Biz çox vaxt qiyamətin fikrində olmuruq. Adi bəşər qiyamətə qəflət edər. Allah Taalada burada buyurur: “Sizi təkasur məşğul edib”. Təkasur, yəni dünyanı çox istəmək, maddiyatı çox istəmək. İnsan dünyanı çox istəyəndə hətta ölənə qədər qiyamətə qəflət edir. Ölənə qədər qəflətə düşürsünüz. Öləndən sonra qəflət aradan gedir. Ondan sonra bilirsiniz. Ölənə qədər qəflətdəsiniz öləndən sonra pərdələr açılır.Bunun amili (səbəbi) də təkasurdur. Buyurur: Həmişə belə deyilsiniz. İndi bu dünyada təkasur səbəb olub ki, qəflətə düşəsiniz. Buyurur: Bunlar iki mərhələdədir. Qəflətdə olanlar öləndən sonra bir az bilər,ona həqiqətlər aydın olar. Sən bir nəfərlə tanış deyilsən ona pis baxırsan. Sonra bir az tanış oldun, dost oldun onda bəzi pərdələr aradan gedir. Bir az da çox dostluq etdim ondan sonra çoxlu pərdələr gedir.Buyurur: Öləndə bəzi həqiqətlər aydın olar. Sonra bərzəxdən də qurtuldunuz getdiniz qiyamətə, orada da yenə ayrı pərdələr qalxır. Ona görə 2 mərhələdədir. Bir biləsiniz bu demək deyil ki, burada bilə bilməzsiniz. Dünyada sizi təkasur məşğul edib, bilmirsiniz amma dünyada da bilə bilərdiniz. Sonra buyurur: Əgər siz elmi yəqini tapsaydınız cəhənnəmi indi də görərdiniz. Sonra gözünüzlə də görəcəksiniz. Bu ayədən aydın olur ki, insan dünyada yəqin əldə edə bilsə cəhənnəmi də görə bilər.Peyğəmbərlərin səhabələrindən Zeyd ibn Harisə adlı şəxs var idi. Peyğəmbər bir gün ondan soruşur: Sən necə sübhü səhər etdin (necə oyandın). Harisə dedi: Yəqin əhli idim. Peyğəmbər buyurdu: Hər şeyin əlaməti var. Yəqininin əlaməti nə idi? Dedi :Mən cəhənnəmi və cənnəti görürəm. Cəhənnəmdə əzab çəkənləri, cənnətdə nemətlənənləri görürəm. Bu yəqinin əlamətidir. Əllamə Məclisi buyurur: Bu insanın qəlbinə nuraniyyət gəlmişdi, qəlbi açılmışdı, görürdü bu imanının möhkəm olmağına görə idi. Bu əhli yəqin olmağından idi ki, belə bir nuraniyyət gəlmişdi. İmam bu məna ilə əhli yəqindir. Ona görə imamdan pərdələr götürülüb, hər şeyi görür. Bu bəhslə aydın oldu ki, əhli yəqin olmanın yuxarı dərəcəsi imama aiddir, insanlar da əldə edə bilərlər. Qapı bəşərə bağlı deyil. İnsanlar əhli yəqin ola bilərlər. Əllamə Təbətəbainin bir qardaşı var idi. Seyyid Məhəmməd Həsən Təbatəabi. Əllamənin öz adı Məhəmməd Hüseyndir. Qardaşı da böyük bir alim, arif,əhli yəqin idi. Lakin bu Təbrizdə yaşayırdı. Bu hekayəni nəql edən Ayətullah Həsənzadə Amilidir.O,hal hazırdada sağdır. Buyurur: Biz Qumda Əllamə Təbatəbai ilə dərs oxuyanda onunla birgə Təbrizə gedərdik.Qardaşını da görərdik(Seyid Məhəmməd Həsən Təbatəbaini). Bu iki qardaşın ustadları Seyyid Əli Qazi Təbatəbai idi(O, Ayətullah Behcətin və onun kimi bir sıra alimlərin ustadı olmuşdur).O, Allahın övliyalarından biri idi. Bir nəfər onun haqqında şəkk edirdi, bu onun qəlbindən keçəni bilirdi O, yol ilə gedə-gedə bir ilana dedi ki, öl onun gözünün qabağında ilan öldü.O böyük adam idi, əhli yəqin idi.Hətta öləndən sonar da O, yenə tələbələrini tərbiyə etdi. Lakin Əllamənin qardaşı vasitəsilə, ona deyərdi. Məlumdur bu şəxsin də o aləmlə nə qədər rabitəsi var idi. Bunu nəql edən diridir, böyük bir alimdir, böyük bir arifdir. O deyir ki, mən bir gün ona dedim ki, mənə də göstəriş versin.Buyurur, bu sözü dedim. Bir gün öz şəhərimizdə, Amulda ailə ilə oturmuşduq.Ailəmlə münasibətlərimiz bir az soyumuşdu. Fikirləşdim ki,kənar şəhərlərə çıxım bir az ürəyim rahatlaşsın. Ustadımızın qardaşını görmək üçün Təbrizə getdim.Mən heç nə deməmiş O, mənə dedi ki,Ustad buyurur: “ona tapşır ki, ailəsi ilə yaxşı münasibətdə olsun”. Deyir mən indiyə qədər daxili həyatım barəsində heç kimə heçnə deməmişdim. Lakin bunun xəbəri var idi. Bunun əhatəsi var idi. Bəli əhli yəqinin xəbəri olar çünki, əhli yəqində pərdə yoxdur. Pərdə həmin günahlardır. Qurandan bir sıra ayələr var ki, insanın günahları, şəhvət, insanın arzuları,həqiqətlə insanın qəlbinin arasında maneə olmağa səbəbdir. O günahlar getsə insan həqiqətləri görər. Çünki insanların bəzilərinin qəlblərində pas var ona görə görmür. Həmən paslar getsə görər. Quranda ayədə buyurulur: “Onlar kordurlar, kardırlar görmürlər.” Nəinki adamı görmürlər. Həqiqəti görmürlər. Çünki gözləri kor olub. Günah gözlərini kor edib. İmam həm əhli səbrdir, həm əhli yəqindir. Bunu ayrı məna ilə də işlətsək imam həm yolu görür, həm də yolu gedib ona görə apara bilir. Həm yolu tam görüb, tanıyıb, o yola yəqindir. Həm də gedib ,ona görə apara bilir.” Biz onları imam etdik çünki səbr əhli idilər.” Bir insan imam olanda insana böyük bir nemət verilir. İmam bir nemətdir. Yer üzündə imam varsa deməli Allahın bir neməti var. Əllamə Təbatəbai buyurur:Həmən nemət imamdır. Başqa nemətlər onun budaqlarıdır. İmamət hər şeyin köküdür. İmam olanda insan yuxarıya gedir.Xacə Nəsrəddin Tusi nin əqaiddən bəhs edən “Təcridul etiqad” adlı bir kitabı var. Əslində bu kitab,onun ustadı Əllamə Hillinindir. Bu isə ona şərh yazıb. Deyirlər əgər bu tələbə ona şərh yazmasaydı heçnə  məlum olmayacaqdı. Çünki çox qısa yazılmışdır. Xacə Nəsrəddin bir cümlə qeyd etmişdir. Əllamə Hilli yazısına şərh olaraq belə bir söz yazmışdır “imamın vücudu lütfdür”. İmam olmasa insan hidayət tapmaz. İmam olmasa yuxarıya getməz, aparmazlar. Bir nəfər əlindən yapışmaz. İmamın ğaib olması bizdəndir. İnsan nemətə naşükür olsa Allah onu məhrum edər. Allah qanunu dünyada təkvin qanunu ilədir, təşrii qanunu ilə yox. İnsan nemətə düz münasibət bəsləməsə Allah əlindən alar. Qeybət də o cürdür. imam qeybə çəkilibsə bu o demək deyil ki, Allah insanlar üçün xeyir iş görüb, insanları sevirmi imamı qeybə çəkməklə?.Əksinə İnsanları naşükür bilir. O , 313 nəfər xalis insan olsa o zaman gələcəkdir. Ənbiya surəsində buyurur:İmamları insanlar üçün bizim əmrimizlə hidayət edən qərar vermişik.Onlara xeyirli işlər görməyi vəhy etmişik. Diqqət edin! Buyurmur ki, onlara xeyir iş görməyi vəhy etmişik. O peyğəmbərə vəhy oluna bilər. Onlara xeyir işlərin görülməyini vəhy etmişik. Namaz qılmağı onlara vəhy etmişik.Namaz qılsınlar deyil, namaz qılmağı onlara vəhy etmişik. Məsdəri onlara vəhy etmişik. Zəkat verməyi vəhy etmişik və onlar bizə ibadət edəndirlər. Burada bir sıra insanlardan söhbət gedir ki, onlar imam olurlar. Əmrlə hidayət edirlər, Allah da onlara vəhy edib. Bu vəhy nədir ki, Allah imama vəhy edir?. İmama məgər vəhy olar?. Vəhy peyğəmbərə olar. Bəziləri buyurur: Allah buyurur biz onları imam etmişik elə imamdan məqsəd peyğəmbər etmişikdir. İmam lüğət mənasında, yəni qabaqda gedən, peyğəmbər də hər ümmətin rəhbəridir. Ona görə onları imam etmişik deyəndə imamın termin mənası deyil.Biz qeyd etdik ki,imam təkvini vilayətə malikdir, təşrii vilayətə malikdir, insanları əmrə hidayət edir.Yuxarıda qeyd olunanlar o mənayla deyil. İmam, yəni rəhbər. Peyğəmbər də hər ümmətin rəhbəridir burada buyurur biz onları peyğəmbər etmişik. Biz deyirik bu düz deyil. Burada imam elə həmin mənadadır.İbrahim haqqında qeyd etdik.Diqqət edin. Buyurur: onları qərar vermişik. “Hum” sözü  yəni cəalna hum. Qərar vermişik onları. Onların içində İbrahim də var. Əvvəldəki ayələrdə İbrahimdən də söhbət gedirdi. Əvvəldəki ayələr Həzrəti İbrahim haqqında buyurur: Ayə 51-dən başlayır buyurur: İbrahim məxsus bir əqlə malik idi biz vermişdik. Ona görə əmisi ilə bəhs etdi. Əmisi Azər büdpərəst idi onunla bəhs etdi. Burda əb sözü əmi mənasındadır ata mənasında deyil. Çünki bu ərəb dilində əb ataya da deyilir əmiyə də. Lakin burda ata mənasında işlənməz, çünki bizim mütəvatur hədisimiz var ki, peyğəmbərin nəsli Adəmə qədər təkallahlıdır. Ona görə burada əb sözü heç vaxt ata mənasında işlənməz. Çünki İbrahimin atası peyğəmbərin də cəddidir, nəslidir. Əvvəldə İbrahim əmisi ilə, qövmü ilə mübahisə edir ki, niyə büdpərəstlik edirsiniz. Sonra bütləri sındırır. Ayənin qısasını qeyd edirəm ki, nə haqda gedir. Ayə 68-də onların qərarını buyurur. Onlar belə qərarlaşırlar ki,İbrahimi od vurub yandıraq,siz bütlərinizə kömək edəsiniz deyə. Büt bunlara kömək etməlidir, bunlar isə deyirlər İbrahimi yandıraq.Bütlər yazıqdırlar, birdən İbrahim kimi adam çıxar digərlərini də sındırar. Bu cərəyan baş verəndən sonra Allah buyurur: “Biz oda belə dedik.Ey Od, sən İbrahimə sərin və salamat ol.” İbrahimi yandırma, və onu salamat saxla. İbrahim oda düşmədi, salama düşdü. Şəkli, siması od idi. Bəzi insanlar şəhid olurlar müsibət deyil.Görünüşü müsibətdir. Həqiqəti salamatdır. İmam Əli şəhid olanda buyurur:And olsun Kəbənin rəbbinə qurtuldum. Qurtulmaq zahiri mənada deyil. İmam Əlinin saqqalından, mübarək üzündən qan tökülürdü. Od da o cür idi. Sonra buyurur: ayə 71-də “Biz İbrahimə nicat verdik.” Ona nicat verdik. Təkcə İbrahimə yox Lutada. Lut İbrahimin xalası oğlu idi. O da bir ümməti hidayət edirdi. Bir zamanda iki peyğəmbər var idi. İbrahim böyük peyğəmbər idi ululəzm peyğəmbərlərindən idi. Lut təbliğ peyğəmbəri idi. Hidayət edirdi. Onun qövmü çox pozğun işlərlə məşğul idi, xüsusi ilə livat əməli ilə məşğul idilər. Allah onlara bəla nazil etdi. Bəla nazil edəndən sonra Lut nicat tapdı. Buyurur: Biz İbrahimə və Luta nicat verdik. İbrahim Babilistanda idi. Lut da Babilistanda idi, Sonra Fələstinə tərəf köçdülər. Nicat verdik onları ora yəni Fələstinə köçürdüm. O yer bütün dünyalar üçün, bütün insanlar üçün bərəkətlidi. Lutu ora apardıq. İkisi də ora köçdülər getdilər. Orda olanda İbrahimə İshaqı sonra Yəqubu bəxş etdik. İshaq İbrahimin oğludur, Yəqub da İshaqın oğludur. Bütün sonrakı peyğəmbərlər hamısı İbrahimin nəslindəndir.Yusif və 11 qardaşı Yəqubun oğludur. Həzrəti Musa, Həzrəti İsa, Həzrəti Zəkəriyya Həzrəti Yəhya bunlar isə Yəqubun oğludur.Bunlar hamısı Bəni İsraildir.Onlar Yusif dən deyil, Yusifin o biri qardaşlarındandırlar. Yəni Yəqubun nəslindəndirlər. Hamısı Bəni İsraildir. Məryəm Xanım da hətta Bəni İsraildir. Yəni İsa peyğəmbər də, Məryəmlə Yəqubun nəslindəndir. Bizim peyğəmbər də yenə İsmail ilə Yəquba qayıdır. Ona görə ki, İbrahim(ə) şeyxul ənbiyadır. Bəni İsrail 12 qol idi, hər qoldan da peyğəmbər var idi. Bizim söhbətimiz bu deyil.Buyurur: Bunların hamısını saleh etmişik. Burada söhbət kimdən gedir?. İbrahimdən, Lutdan, İshaqdan, Yəqubdan. Buyurur: Bunların hamısını biz saleh etmişik.

 

OXŞAR VIDEOLAR