Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 5 (b)

Bu ayəyə (Maidə sur.67 ci ayə) Təbliğ ayəsi deyilir.

Çünki, ayədə “bəlliğ” sözü vardır. Bəlliğ məsdəri, kökü təbliğ sözündəndir. Ona görə bu ayə təbliğ ayəsi adlanır. Əvvəl hərfi tərcümə etmək istərdik. “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”. Bu ayədə ilk sual ortaya çıxdı. o da budur ki, çatdırmaq nədir?Çünki, burada Allah təkidlə və şiddətlə buyurur çatdırın. Bu mühim bir şeydir ki, Allah bunu ona görə də şiddətlə buyrur. İlk sual budur- Çatdırmaq nədir? Quran burada çatdırmaq nədir onu buyurmamışdır. Ümumi qeyd olunub. Mənası-“Bu sənin rəbbin tərəfindən bir çatdırılmadır”. Bir şeyi xüsusi ilə qeyd etmək istərdik ki, Qurani Kərim bəzən ümumi buyurur. Ayələrdə mövzular ümumi olaraq işlənmiş, bəzən kamil olaraq açıq aydın nəyin necə olduğu buyurulmamışdır. Bəzi şeylərin elə ümumi buyurulması Qurani Kərimin səliqələrindən biridir. Bunun məqsədləri vardır. Bir məqsəd budur ki, Quran təhrifdən qorunub. “Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.”Burada zikrdə məqsəd Qurani Kərimdir. Allah Quranı hifz edir, lakin möcüzəli hifz etmir. Elə deyil ki, bir şəxs Quranı dəyişmək istəsin mələk əlindən vursun, və ya bir od Cəhənnəmdən o şəxsin başına düşüb onu yandırsın. Qurani Kərim möcüzə şəklində dəyişilmir. Allah Qurani Kərim ayələrini bir növ elə nazil etmişdir ki,heçkəsdə bu ayələri dəyişmək həvəsi yaranmır.

Quranda mütəşabeh ayələr vardır. Mütəşabeh, yəni ayrı mənaya yozula bilən. Çünki Quranın hamısı möhkəm, konkret, aydın olsaydı digər kitablar kimi təhrif olunardı. Çox insanlar Quranın ayələrinə toxunar və dəyişərdilər. Burada isə ayəni dəyişməyə ehtiyac yoxdur, onun mənasını dəyişirlər. Mütəşəbeh ayələr də bu ayələrdəndir. Bir sıra ayələr vardır ki, kullidir. Hər hansı bir şəxs bu ayələri istədiyi kimi öz xeyrinə yoza bilər. Buradan bir sual meydana gəlir ki, onda bəs necə o ayələrin mənasını bilmək olar? Bəs elə isə biz ayrı yola yozula bilən ayələrin mənasını necə məna edə bilərik? Allah Taala onların da yolu olduğunu buyurur. O da budur ki, onları ana ayələrin yanına göndərmək lazımdır. Qurani Kərimdə bir sıra ayələr vardır ki,onlara ana ayələr,və ya bir sıra ayələrdə var ki,bala ayələr adlanır. Yəni Quranda bir sıra ayələr var ana, bir sıra ayələr bala ayədir. Möhkəm və konkret olan olan ayələr Quranın anasıdır. Mütəşabeh və yozula bilən ayələr isə bala ayələr adlanır.Mütəşabeh ayələr Quran təhrif olunmaması üçün də nazil olmasını qeyd etmək olar. Bir şəxs belə ayələrin mənasını bimək istərsə gərək möhkəm ayələrə müraciət edərək onların yəni mütəşabeh ayələrin dəqiq mənasını tapsın. Əgər bir şəxs sülhə nifrət edib həmişə döyüş axtarsa o zaman döyüş ayələrinə müraciət edir. Quran buyurur, döyüşün, müharibə edin. Əgər bir şəxsdə sülh axtarır, döyüşə nifrət edirsə o zaman O da ayələrə müraciət edərək hətta döyüş ayələrinin içərisində sülh axtarır. Bu ikisi də öz səliqəsi əsasında ayəni yozur. Düzdür Quranı təhrif etmədilər, ikisi də düzdür. Möhkəm ayələr yaddan çıxaraq mütəşabeh ayələrdə hansı şəraitdə sülh hansı şəraitdə müharibəni araşdırılır . O ayələrdə hansı şəraitdə sülh, hansı şəraitdə müharibə edin buyurulursa bunları birləşdirir. Quranda şəfaət olmadığını deyənlər bu ayəyə əsaslanırlar. Quran buyurur: “Qiyamət günündə şəfaət qəbul olunmayacaq”. Diqqət etmirlər ki,şəfaət haqqında başqa ayələr də vardır. “Şəfaət etməyi Allah kimə istəsə verər”. Onlar bunu yaddan çıxarır. Quran buyurur: Bəzi insanların ürəklərində qurd var, azma var, öz səliqələri ilə yaşamaq var, nəfspərəstlik var onlar istəyir ayələri öz xeyirlərinə yozsunlar. Lakin onlar tapmaq istəsələr, həmin mütəşabeh ayələri möhkəm ayələrə məna etməlidirlər. Əgər Allah buyurursa sizin əməllərinizi görürəm bu zaman onlar Allahın gözü, cismi olduğuna inansınlar. Qiyamət günü görünəcək əqidəsi budur. O bu ayələri öz xeyrinə yozur. Allah görür - yəni gözlə görür,Allahın gözü var. Ayədə Allahın gözünün olduğu yoxdur amma bu elə yozur. Bunun əqidəsi Quranı öz xeyrinə yozmaqdır.  Tələbə olub, Quranı öyrənmək istəyən şəxs isə başa düşür ki, düzdür Allah görür amma başqa ayə var ki, Allahın tayı yoxdur. Allah görür lakin elə formada ki, tayı yoxdur, cismi yoxdur. Bu ayələri bir-birinin yanına məna etməklə insan düşünə bilər ki, Quranın nəzəriyyəsi vardır. Onlar Quranı təkcə öz əqidələrinin sübutu üçün istifadə edirlər. Nə Qurandan sübut gətirirlərsə öz əqidələrinə Qurandan sübut axtarırlar. Bir budur ki, əqidəmizi Qurandan əxz edək. O düz işdir. Bir də budur ki, əqidələrimizi Quran ilə əsaslandıraq. Yəni bizim keçmişdə əqidələrimiz var və o əqidələrimizi axtaraq,Qurandan nəsə tapaq və ona istinad edək. Yəni qısası budur ki, Quran bəzi yerdə ümumi buyurub, təhrif olunmamağı üçün ehtiyat edib. İmamət ayələri də şəffaf görsənir ki, Quran hər hansı bir sözü buyurmaq istəyərsə onu 100 faiz buyurmur. Əsasən kamil bir söz buyurulmayıb ki,insan ondan dəqiq məna ilə istifadə etsin. İnsan bilir ki, bu söz deyilib. Çünki təhrif ehtimalı bu ayələrdə çoxdur. O nədir ki, Allah nazil etmişdir? Bizim bəhsimiz Qurandan araşdırmaqdır. Hələlik hədislə işimiz yoxdur, hədis bəhsini sonra edərik. Müxtəlif nəzəriyyələr vermişdirlər. Təfsirlərə nəzər salsanız elə bir nəzəriyyə yoxdur ki, Allah Taala nazil etsin, lakin peyğəmbər buyursun ki, bu ayəni Allah buyurub amma müxtəlif nəzəriyyələr vardır. Bəziləri namazı, bəziləri isə ümumiyyətlə İslam dinini, bəziləri isə həcci məqsəd kimi qeyd ediblər. Bu barədə çoxlu nəzəriyyələr vardır. Təfsirlər müxtəlif nəzəriyyələr ilə doludur. Bir nəzəriyyə də bizə İmam Əlinin vilayət məsələsini çatdırır. Allah Taala təkid edir ki, çatdır. Çatdırmasan risalətini tamamlamamısan. Görək Quran öz baxımından buyurur. Əvvəla bu Maidə surəsi axırıncı surələrdəndir. Bilirsiniz ki, Quranın nazil olma nizamı onun tərtib nizamı deyil.Məsələn Əvvəl Ələq surəsi, sonra Müddəssir, Müzzəmmil, İnşirah  surələri nazil olublar. Və o nizamla Quran cəmlənməyib. Bəs Qurani Kərim hansı nizamla, nə vaxt cəmlənib, və kim cəmləyib o geniş bir bəhsdir. Bunu izah etmək istərdik ki, hamı Quran nazil olma sırasıyla olmadığını deyir. Yəni belə deyil ki,desinlər bu surə və ya ayə əvvəl nazil olub bunu əvvələ qoyaq, bu axırda nazil olub axıra qoyaq. Çünki görürsünüz Bəqərə Mədinədə nazil olub lakin əvvəldədir. Ali İmran Mədinədə nazil olub lakin əvvəldədir. Quranda nizam nazil olma sırasıyla deyil. Quran alimləri buyururlar: Maidə surəsi axırıncı surələrdəndir. Bu bir əlamət. Araşdıraq ki, bəs o çatdırılmaq nə ola bilər. Əgər Ələq surəsində olsaydı demək olardı ki,bu namazdır. Əgər Muzzəmmil, Müddəssir surəsində olsaydı yenədə elə qeyd etmək olardı.O Maidə surəsindədir. Çatdır onun həyatına aid olanı. Digər məsələ isə Çatdırılmağın mühim bir iş olmasıdır. Çünki, bu risalətlə bərabər olan bir şeydir. Hətta o Risaləti əvəz edir. O olmasa risalət çatdırılmır. Onu çatdırmasan deməli risalət çatdırılmaz. Peyğəmbərin risaləti ilə bərabərdir. O qədər mühimdir ki, peyğəmbərin ömrünün axırına aiddir və onun risaləti ilə bərabərdir. Bu iki. Üçüncü xüsusiyyət isə bu ayələrdən belə başa düşülür ki, onun çatdırılmağı bir az təhlükəli bir işdir. Doğurdanda bu qorxmalı bir iş idi. Zati əhəmiyyəti cəmiyyətdə də nəsə bir söz söhbətə, qarışıqlığa səbəb ola bilərdi. Bilinir ki, bu ayədən peyğəmbər nəsə ehtiyyat edirdi, təşvişdə idi ki, çatdırsam necə olar düşünürdü. Allah ona görə buyurur: Ya Rəsulum sən nəbisən. Çatdır! Bəzi yerlərdə Allah Taala peyğəmbərlə öz adı ilə Muhəmməd(s) adı ilə danışır. Bir şəxs kimi. Burada isə rəsul adı ilə danışır. “Sən bir rəsulsan, elçisən, və məsuliyyətin var ki, çatdırasan”. Camaata bunu deməlisən. Allah burada “ya əyyuhal rəsul” buyurur. Peyğəmbərin özünə də göstərişin əhəmiyyətini göstərir ki, qorxmasın. İndi qeyd etmək istərdik ki,burada qorxu deyəndə nə nəzərdə tutulur? Üçüncü məsələ budur ki, bu əhəmiyyətliliyindən əlavə təhlükəli bir məsələ idi. Camaatın içində söz söhbətə səbəb ola bilərdi. Bəs biz bu sözü haradan qeyd edirik? Ayə buyurur: “Allah səni insanlardan qoruyar. Allah kafir qövmü hidayət etməz”. Axı Allah hamını hidayət edir necə olur buyursun ki, Allah kafir qövmü hidayət etməz? Burada “Qövmdə hidayət” iki mənada işlənib. Bir hidayət- düz yolu göstərməkdir. Bu, nəbilərin, ənbiyanın, peyğəmbərlərin işidir. Bir hidayət də var-Bu insanı öz məqsədinə aparmaq, çatmaq, yetişmək mənasındadır. Birinci mənada Allah hamını hidayət edir, düz yolu göstərmək Allah Taala üçün fərq etmir, Allah kafirə də düz yolu göstərir, möminə də düz yolu göstərir. Camaat üçün hidayət Quranın adlarındandır. Quran Hamı üçün hidayətdir həm kafir üçün, həm mömin üçün. İkinci məna isə insan öz məqsədinə çatır. Heç vaxt kafir tam məqsədinə çata bilməz. Niyə? Çünki, aləmin kamilən prossesi insanın öz əlində deyil. Allah tarixdə bir sıra qanunlar qoymuşdur ki,bunlar varlığın qanunlarıdır. Bizim bədənimizində qanunları vardır. Mənim bədənim hər yeməyi yeyə bilməz. Məsələn hər hansı bir yeməyi versən qaytara bilər. Varlığın da qanunları vardır. Varlıq zülmü qəbul edə bilməz. Allah bir növ aləmə nizam qoymuşdur. Tarixin mədəsində zülm müvəqqəti yerləşə bilər.Daha sonra atar. Bəlaların da mənası budur. Firon bəlaya düşür. Allah buyurur: “Biz onları həlak etdik” Fironu bir şəxs kimi həlak etməsini buyurmur. Buyurur: Biz qalanları belə etdik. “Biz yer üzündə fəsad edən insanlar belə etdik”. Allah istəyir ki,bunun tarixdə ümumi bir qanun olduğunu buyursun. Bir o bəhsdir. Qeyd edirlər ki, tarixin sünnətlərinin çoxunu bəşər öz mütaliyələrindən əldə etmişdir. İlk bu sözü açan isə Qurandır. Tarixi, varlığı, insan həyatına aid qanunları açan Qurani Kərimdir. Yəni bir sıra qanunlar cəmiyyətdə sabitdir.Onların fərqi yoxudur. Məsələn: Quran buyurur: Kafirlər hidayət olunmaz. Yəni necə? Yəni kafir öz məqsədini axıracan həyata keçirə bilməz. Əgər Firon istəsə ki, Musa olmasın bu həyata keçə bilməz. Axıra qədər tam həyata keçə bilməz. Hidayət bu mənadadır. Hidayət müsbət mənada deyil, yəni öz məqsədinə çatmaqdır. İnsan günah etmək istəyir. Məqsədi o günahdır. Buyurur: “Allah zalim qövmü hidayət etməz”. Bunları Allah öz tutduğu məqsədlərin axrına çatdırmaz. Niyə? Çünki, aləmin nizamı haqqla dolanır. Bizim etiqadımız vardır ki, Allah “Rəbbul aləmin”dir. Allah təkcə xaliq deyil. Allah belə deyil ki, təkcə yaradıb amma onunla işi yoxdur. Rəbbul aləmin. Yəni idarə də edir. Əlbəttə Allahın idarə etməsi insanın məhdud ixtiyarı ilə birlikdədir. Yəni insanın ixtiyarı da bir dərəcəyə qədərdir. O bir dərəcədən çox olsa bəla, əzab nazil olar. Yəni əgər çox fəsad etsə. Bir qapı düşünək. O qapının üstünə vedrə qoyublar, vedrədə su var. Mümkündür bir şəxs qapının dəstəyini açsa başına vedrədən su tökülə bilər. Çünki qapının dəstəyi ilə vedrənin əlaqəsi vardır. Quran buyurduğuna görə aləm də belədir. Bizim günahlarımız ilə suda boğulmağımızın əlaqəsi vardır. Biz hiss etmirik. Rəbbul aləmin onlara əlaqə verir. Yəni belə deyil, insanın qüdrəti istər haqq olsun istərsə batil qüdrətini hesablasın. Bunun müsbət qüdrəti var, bunun isə mənfi qüdrəti vardır. Bu buna qalibdir. İnsanın qüdrətləri hesablanmaz. Çünki burada Allahın da iradəsi vardır. Rəbbul aləmin də vardır. Quran Bədr müharibəsini izah edərkən buyurur: “Siz onlardan az idiniz, biz sizə mələkləri imdad göndərdik.” Bu nə məna daşıyır. Onları istədilər Yusufu zindana salsınlar ki, adı sanı düşsün. Allah zalim qövmü hidayət etməz. Onlar istədilər Musanı öldürsünlər buna görə də neçə uşaq öldürdülər. Bəni israildən nə qədər körpə uşaq var idisə bir çoxunu öldürdülər. “Biz Musanı verdik,onlar öz əlləri ilə onu böyütdü”. Allah öz əmrlərinə qalibdir. Aləmdə insan məhdud və müvəqqəti ixtiyarı vardır. İnsanın tam ixtiyarı yoxdur. Məhdud və müvəqqəti ixtiyarı var. Bu ixtiyar müəyyən həddə qədərdir. İnsan zülmü axıra qədər edə bilməz. Bir həddə əzab və bəla nazil olar. Çünki, bu bizim etiqadımızdan irəli gəlir ki, O, aləmlərin Rəbbidir. Və bu tarixdə də göstərilir. Məsələn Quranın bir sıra hekayələri insana ancaq bunu başa salır ki, hər şey sənin əlində deyil. Bunu izah edir ki,”Mən istəsəm əlindən alaram”. Çox vaxtlar Allah Taala istəmir ki,insanı məhdudiyyətlərə salsın. Bəzən istəyir ki,insan dünya həyatında özü yaşasın, ixtiyarı olsun. Sanki mədəmiz kimi. Mədəmiz bir az zəhərli yeməyi bir qıraqda saxlayır. Daha çox zəhərli olsa qaytarar. Aləmin nizamı eynidir. Aləmdə belə bir nizam vardır. Bu bəhsin davamı var. İnşallah sonrakı bəhslərdə tarix bəhslərinə yenə bu mövzuya qayıdacağıq. “Allah zalim qövmü hidayət etməz”. Buyurur: Qorxma de! Allah səni camaatdan qoruyar”. Çünki,Allahın aləmdə qanunu vardır. Allah zalim qövmü hidayət etməz. Batil sona yetişməz,uğura və məqsədə çatmaz. Batil əsasında qurulan hər hansı bir iş axıra çatmaz. Bismillahla başlanmayan iş o mənaya işarədir. Təkcə bismillah deməsin. Peyğəmbərin çatdırmalı olduğu iş üç sifətə malik olmalıdır. Peyğəmbərin həyatının sonuna aid olmalıdır.Daha sonra isə mühim və təhlükəli olmalıdır. Burada insanların təşvişə düşməyindən narahat idi. Çünki kafirlər peyğəmbər çatdırmalı olduğu bu sözü ilə insanlar arasında təşviş yaratmağa çalışırdılar. İndi görək bu nədir? Yürütdükləri nəzəriyyələrdə vilayət heç biri üç sifətə uyğun deyil. Bu namaz ola bilməz. Peyğəmbərin ömrünün sonuna aiddirsə namazda hansı təhlükə ola bilər? Və ya Tövhid olarsa. Bütün üsuli dini və furuiddini bu üç sifətdə saysaq heç biri uyğun deyil. Bunların nə təhlükəliliyi yoxdur, nə əhəmiyyəti o qədər deyil, nə də peyğəmbərin ömrünün axırına aid deyildir. Tövhiddir? Xeyir. Çünki tövhidi peyğəmbər İslam dini gələndə buyurdu ki, lə iləhə ilallah desinlər. Özü də heç qorxmadan. Burada isə peyğəmbər ehtiyat edirdi. Bəs peyğəmbər bunu çatdırdı ya çatdırmadı? Peyğəmbər əmindir və çatdırmalıdır. Bəs çatdırmayıb? Bəlkə peyğəmbər çatdırmayıb ona görə bilməyiblər? Və ya çatdırıb  bizim bilməyimizi istəmirlər? Görək çatdırmaq nədir? Hələki hədisə baxmırıq. Lakin hədisdə çatdırmağın nə olduğu var. 50 hədis, təfsir kitabında var ki, Əhli Sünnət bu ayənin Qədir Xumda nazil olmasını qeyd edir. Bu fakt 50 təfsir və hədis kitabında vardır. Mərhum Əllamə Əmini bu ayənin təfsirində Təfsiri Qədir kitabında o 50 kitabın adını qeyd etmişdir. Yalnız Qədir Xum hadisəsinə aid olan kitabları. Qədir Xum məsələsində çoxlu bəhslər vardır ki,onlar bir-birindən ayrıdır. Bir Qədir Xum hədisi vardır “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır”. Bu ayrı bir bəhsdir və onu ayrıca araşdırmaq lazımdır. Bir də yuxarıda qeyd etdiyimiz Təbliğ ayəsi. Başqa ayələr vardır ki, onların hamısı birlikdə Qədiri təşkil edir. Bunlar ayrı-ayrı bəhslərdir. Biz hələ o sahəni izah etmək istəmirik. Qurani Kərimlə izah etmək istərdik. Mərhum Əllamə Təbətəbai Əl Mizan təfsirində bu barədə buyurur. Əvvəlcə gəlin müvəqqəti olsada qeyd etdiyimiz nəzəriyyələri bir kənara qoyaq. Qurani Kərimin özünə müraciət edək. Quran peyğəmbərin ömrünün sonuna görə nələri təhlükə görürdü? Mühim olan nə idi ki,əgər çatdırılmasaydı risalət aradan gedərdi.Buyurur,mütləq çatdırmalısan. Əllamə “Əl Mizan” təfsirində bir sıra hədislər gətirir, Qurandan ayələr gətirir ki, İslam zühur edərkən bəzilərinin ilk məqsədi onun zahir olmasının qabağını almaq idi. Məqsəd İslam dini üzə çıxmasın deyə idi. İslam zühur etdi. Sonra çalışdılar ki, İslam elə Məkkədə qalsın. Ona görə Həbəşistana hicrət onları narahat etdi. Sual oluna bilərki onlar,nədən narahat idilər? Çünki,məqsədləri ilə uyğun gəlmirdi ki, İslam genişlənsin. Bunlar İslamın zühuruna qüdrətləri çatmadı ki, onun genişlənməyinə mane olsunlar. Zühura müxtəlif maneələr etdilər. Bu maneələrdən biridə, insanların peyğəmbərlə çox təmasda olmasının qarşısını alırdılar. Ona görə də peyğəmbəri şərlədilər. Dedilər: O, sehrbazdır, şairdir, dəlidir. İxtilaf yaradıb, bizi ata-baba dinimizdən çıxarmağa çalışır. Bu sözlərin hamısında məqsəd, İslamın zühur olmamasıdır. Və ya Quranı şərlədilər. Əfsanədir, keçmiş əfsanələrin tayıdır(Ənam sur.25 və.s). Bunlar mövhumatdır, uydurmadır. İnsanlar Qurana yaxınlaşmasın deyə, Məkkəyə daxil olanların qulağına pambıq qoyurdular ki, sehrbaz sizə sehr etməsin. Düzdür peyğəmbərin Məkkədə dərdi bundan da dərin idi. Məsələn Əbu Ləhəbi öz işləri üçün istismar etmişdilər. Dedilər əmisi deyirki O,dəlidir. Kimsə Məkkəyə girəndə əvvəlcədən onun dəli olmasını əmisinin dili ilə gələnlərə çatdırıdılar. Əbu Ləhəb deyirdi ki, biz müalicəylə məşğuluq. Quranda çox az halda ad çəkilməsi adət olunur.Amma Əbu Ləhəbin adı verilir. Quranda kafirlərin heç birinin adı yoxdur. Təfsirdə var məsələn bu filankəsdir. Adının verilməsi onun dəhşətini göstərir. İslamın zühurunda bundan böyük maneə yoxdur. Bu qeyd etdiklərimiz zühur məsələsi idi. Sonra isə yayılma məsələsində də peyğəmbəri Həbəşistana hicrətdən qaytarmağı planlaşdırdılar və.s. Lakin İslam zühur da tapdı, və yayıldı. İndi davam etmək məsələsinə diqqət edək. İnsan bir növ bir iş görür lakin şeytan vəs vəsə verir ki, bu baş tutmadı bəlkə başqa biri baş tutar. Din davam edəcək ya yox? Bunların məqsədləri bu idi ki, din davam etməsin. Bunlar inanmırdılar ki, Məhəmməd(s) peyğəmbərdir. Onların həqiqi baxışları bu idi, bu şəxs səltənətpərəstdir. O, hakimiyyəti sevir. Özləri kimi fikirləşirdilər. Deyirdilər O,sultandır, şahdır. Bu təhlillə qeyd edirdilər ki, davamçısıda öz oğlu olacaqdır. İnsanın oğlu olmasa bəqası (davamı) da yoxdur. Düzdür İslam dini baş tutmasının qarşısını ala bilmədik, lakin aradan getməsi üçün çalışmalıyıq. Onsuzda davam etməyəcək Çünki, O, əbtərdir. Bu söz, Kövsər surəsində buyurulub. O təkcə tənə deyil,həmdə kafirlərin özlərinin arzuları idi. Özlərinin təhlilləri belə idi. Təkcə əxlaqi təhlil deyil ki,tənə vursunlar. Bu tənədən üstün söz idi. İstəyirdilər camaata öz təhlillərini desinlər ki, İslam davam etməyəcək. Qurandan aydın olur ki, əhli kitabda və kafirlərdə belə bir həvəs var idi. Quranda ayədə buyurur: “Onların arzuları budur ki, sizi təzədən cahiliyyət dövrünə, keçmiş yaşayışınıza qaytarsınlar”. Onların arzuları və təhlilləri var idi ki, bir gün müsəlman olan insanlar həmin İslamdan qayıtsınlar yenidən cahiliyyət dövrünə gəlsinlər. Qurani Kərimdə buda qeyd olunur ki, bu həvəs və arzuları elə onların sonuncu arzuları idi. Bir növ Rəsulullahın ölümünü gözləyirdilər. Və Rəsulullahın ölümünü elə dinin ölümü kimi məna edirdilər. Uhudda qaçanların bəziləri də o təhlilin təsiri altında idilər. Fikirləşirdilər Rəsulullah öldü din də öldü elə isə gəlin qaçaq və Əbu Süfyanla təzədən dost olaq. Quran buyurur: Məhəmməd (s) də başqa peyğəmbərlər kimi öləcəkdir. Onların təhlilində bu idi ki, şəxs getdi və bu din o insana, şəxsə bağlı olduğu üçün sona çatacaq. Onlar, bir az dözək O,öləndən sonra işlər qaydasına düşəcək deyirdilər.

 

OXŞAR VIDEOLAR