Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 12 (a)

Quranın sözü budur ki, əgər yalançılar qrupunu fərz etsək, bu cəm 5 nəfərin hamısna şamil olur. Yəni bunlar da, bu risalətdə, bu məmuriyyətdə şərikdirlər. Sonralar, bu risalətin və məmuriyyətin, Allah tərəfindən bəzən nübuvvət şəklində, bəzən imamət şəklində, bəzən sırf vilayət şəklində olduğunu qeyd edəcəyik. Xanım Zəhra(s) da, İmam Əli(ə) də, İmam Həsən(ə) və İmam Hüseyn(ə) da bu risalətdə və məmuriyyətdə şərik idilər. Bu ayə bizə islamın həmkarlarını göstərir. Bu məmuriyyəti çiyninə götürülənləri göstərir. Ayə təkcə möminlərdən nümunə göstərmir. Və təkcə bu ayənin mənası “onlar peyğəmbərə yaxın idilər” deyil. Bunlar peyğəmbərlə şərik idilər ki, bu məmuriyyətidə apardılar. Bunlar ikisi də ayrı-ayrı sözlərdir. Məni bir nəfər qonaq çağırıb, övladımı da özümlə götürüb apardım. Bir- bəzən bu ünvanda götürüb gətirirəm, yəni elə bu övladımdır. İstəyirəm övladım da orada olsun. Bir də - bu ünvanda ki, mənim övladımla əlaqəm həmkar əlaqəsi kimidir. Ona görə də övladımı da götürüb gətirirəm. Bizim hədis mənbələrimizdə məsələ bu cürdür - Zəhra(s) ilə Peyğəmbərin əlaqəsi, Zəhra(ə)nın imam Əli(ə) la əlaqəsi, Peyğəmbər(s) ilə imam Həsən(ə), imam Hüseyn(ə) ın əlaqəsi və bunların beşinin bir-biri ilə əlaqəsi təkcə nəvə, baba, yoldaş əlaqəsi deyil. Onların risalətdə və məmuriyyətdə həmkarlıq əlaqəsi vardır. Ona görə Peyğəmbər buyurur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”. Nəvə baba əlaqəsi olsaydı bəli, Hüseyn(ə) Məhəmməd (s) dandır. Daha Məhəmməd(s) Hüseyn(ə)dən deyil. O cür əlaqəsi olsaydı bir tərəfi düz deyil. Amma həmkar əlaqəsi olsaydı bəli bu ondandır, o bundandır. Məmuriyyətin mərhələsi bir zamanı onundur, bir zamanı isə bunun. Məhəmməd(s) başlamalıydı, Əli bir cür, Həsən bir cür, Hüseyn də bir cür davam etməlidirlər. Bu İslam məmuriyyətinin və İslam dininin imamlarını, ilahi rəsullarını, ilahi insanlarını təqdim edir. Dəvətdə və iddiada şərik olan insanları göstərir. Çünki, kazibində yalnız o zaman ola bilər. Tamaşaçı olsaydılar kazibin olmazdı. Bu Əhli Beytə mühim bir fəzilətdir ki, başqa ayələrdə yoxdur. Beş kimsə haqqında başqa ayələrdə belə bir fəzilət yoxdur. Bəzi təfsirlərdə fəziləti bu ünvanda qeyd ediblər, peyğəmbərin onları çox istədiyini göstərirdi. Qeyd etmək istərdik ki, peyğəmbərin istəyinin də hikməti var idi. Peyğəmbər imam Həsən(ə) və imam Hüseyn(ə)ı yalnız nəvə kimi istəmirdi. “Hüseyn məndəndir, mən Hüseyndənəm” məntiqi ilə də istəyirdi. Əli(ə)ı damad kimi istəmirdi. “Əliyyun məl həqqi val həqqu mə Əliyyin” məntiqi ilə istəyirdi.

Xanım Zəhran (s) ı övladı kimi istəmirdi. Zəhra(s) dan Cənnət qoxusu gəlirdi, O, Cənnət meyvəsi idi. “Və hura insiyyədir”. Bir baxımdan Huri idi, bir baxımdan insan idi. Ona görə Xanımı istəyirdi. Bunlar Peyğəmbərin işlərində şərik idilər. Təbliğ və dəvət, Allah məmuriyyəti nübuvvət ilə eyni olmadığını gələcəkdə qeyd edəcəyik. Bu İmamət ilə də eyni deyil. Nübuvvətdə də Allah məmuriyyəti var, imamətdə də Allah məmuriyyəti var. Ola bilər bunların heç biri olmasın. Yəni Allah məmuriyyəti, dəvət olsun. Vilayət cövhərində məmuriyyətlik var, risalət vardır. Risalət nübuvvət ilə də uyğun gələr, məmuriyyət imamətlə də uyğun gələ bilər. Bu məsələdə, bu cövhərdə ikisi də şərik idilər. Bu mahiyyətdə nəbi və imam bir-biri ilə şərik idilər. Harun Musa məsəlini vurduğu zaman məmuriyyətdə şəriklik məsəlini qeyd edib. Burada isə nübuvvəti çıxıb. Buyurub lakin sən nəbi deyilsən. Quranda olan şəriklik Harun və Musa arasındadır. “Şərikən fi əmri”. Bu Quranda ayədir. O şəriklik Əlidə də Muhamməd(s) ə nisbətən var idi. Əmrdə şərik idilər. Ona görə bunun Allah tərəfindən ilahi bir məsuliyyət, Allah tərəfindən ilahi bir məmuriyyət olduğunu qeyd edəcəyik. Bu həmişə nübuvvət şəklində olmayıb, imamət şəklində də olub. Allah bəzən məmuriyyəti imam kimi göndərir, bəzən isə məmur göndərir rəsul kimi, nəbi kimi. Məmurluğun məmuriyyəti, Allah tərəfindən fərqi olur. Bunlar da hamısı bu dəvətdə şərik idilər. İmam Əli(ə) da, Xanım Zəhra(s) da, imam Həsən(ə) də, imam Hüseyn(ə) də və Peyğəmbər Rəsulullah (s) da. Bu ayənin izahında bu yerə çatdıq ki, bu şəxslər peyğəmbərlə mubahiləyə gediblər lakin onlar ümmətin nümunəsi kimi getməyiblər. Peyğəmbər bu 5 nəfəri mömünlərdən bir numunə olaraq aparmayıb. Aparıb ki, onlar Peyğəmbərlə bu ünvanda şərikdirlər. Ayədən və tarixi təhlillərdən də çıxacaq ki, bunlar peyğəmbərin bu yolda xüsusi adamları idi, bunlara da ilahi məmuriyyət var idi. Bunlar da məsuliyyət daşıyırdılar. Nübuvvət məsuliyyəti daşımırdılar, lakin bunlar da Allah tərəfindən bir məsuliyyətə yiyələnmişdilər. O ünvanda bunlar o cərəyanda iştirak edirdilər. Nəyinki möminlərdən bir nümunə ünvanında. Bu cərəyana tamaşaçı deyildilər. Özləri də bu cərəyanda iştirakçı idilər. Ona görə mübahilə bu formada idi ki, yalançılara Allahın lənəti cəm olaraq şamil olunurdu. Allahın lənəti bizim cəmdə olan yalançılara da sizin cəmdə olan yalançılara da şamil olunur. Yalanın deyilməyi bir iddia da, bir dəvət də, bir söz də olar. Əgər peyğəmbər onları tamaşaçı kimi aparmışdısa onların sözləri yox idi. Və tarixdə də görsənir ki, itrət Əhli Beyt ümmətdən ayrıdır. Məsələn ümmətə itrəti tapşırır. Peyğəmbər hədisdə, Əhli Beyti, itrətini ümmətə tapşırır. Deməli onlar ümmətin içindən deyillər. Onlar möminlərdən nümunə kimi deyillər ki, buyursun bunlar sizin nümunələrinizdir. Tövsiyyə edir. Buyurur, mən sizə iki ağır əmanət tapşırıb gedirəm, itrətim - Əhli Beytim və Qurani Kərim. Bunları ayırır. Möminlərdən nümunə kimi yox. Biz bu cərəyanı tarixdə oxusaq görürük ki, onlar İslam tarixində də bir həmkar kimi peyğəmbərlə çıxış ediblər. Nəinki bir möminlərdən nümunə olaraq. Əli(ə) Peyğəmbərin qardaşıdır. Əli(ə) ın Peyğəmbərlə qardaşlığı möminlərin bir biri ilə qardaşlığı kimi deyildi. “İnnəməl möminunə ixvə”(bütün möminlər qardaşdırlar(Hucurat 10)) bu bütün möminləri əhatə edir. Lakin, Əli(ə) peyğəmbərlə qardaşdır. Özü ayrıca bir məsələdir. “Əntə əxi fid dunya val əxirə.”- Sən mənim qardaşımsan dünya və axirətdə. Və biz peyğəmbərin tarixini oxusaq görərik ki, Əli (ə) bir ilahi məsuliyyət üçün dünyaya gəlib. Kəbədə doğulmağı özü bir ilhamdır ki, O, ayrı bir iş üçün hazırlanır. Məsələn, peyğəmbər anadan olduğu zaman Əbu Talib Fatimə binti Əsədə, imam Əlinin anasına bir cümlə dedi: xəbər verildi ki, bu vilayət nuru Əbu Talibi əbdullahdadır. Dedi: Muhamməd(s) anadan oldu bundan 30 il sonra da elə bir şəxs anadan olacaq ki, O da sənin gözünü işıqlandıracaq. Və bu hədisin davamı var. Yəni Əbu Talib xəbər verir ki, bunun həmkarı da gələcək. İlk iman gətirmək, o həmkarlıq ünvanında da ilk iman gətirməkdir. Nəyinki, möminlərdən bir nümunə kimi. Peyğəmbərin vəzirliyini o qonaqlıq evində qəbul etmək elə bu həmkarlıq ünvanında da qəbul etmək idi. Möminlərdən bir nümunə deyildi. Peyğəmbər orada mömin axtarmırdı özünə həmkar axtarırdı. Peyğəmbərin sualı bu deyildi ki, mənə kim iman gətirir? Peyğəmbərin orada sualı bu idi. Kim bu yolda mənə həmkar olur? Ona görə də bu sözü deməkdə heç kim cürət etmədi çünki, peyğəmbər bir nəfərdir. Çoxu xülya, arzu və ideal bir xəyal axtardığına bənzəyirdi. Hətta Əbu Talibə güldülər, lağ və istehza ilə dedilər:  Bundan sonra Əli sənin də böyüyün oldu. Məlumdur onlar peyğəmbərin sualından və Əlinin cavabından düşünmüşdülər ki, peyğəmbər iman gətirən axtarmırdı. Və Əli də əlini peyğəmbərə iman ünvanında vermədi. Onun əlini ayrı ünvanda qaldırdı və buyurdu. Ona görə də onlar istehza ilə Əbu Talibə dedilər ki, “Əli sənində böyüyün oldu”. Əgər iman gətirən olsaydılar sualları belə verməli idilər, O da Muhammədə iman gətirdi. Onlar isə elə demirdilər. Əbu Talibə istehza edirdilər. Siz tarixi, hətta bəraət ayələrini, Tövbə surəsinin ilk ayələrini, bu barədə olan hədisləri oxusanız görərsiniz ki, bunlar hamısı bunu göstərir. Əli, imam Həsən, imam Hüseyn, Xanım Zəhra İslam dininin aparıcı bir ulduzları idilər. Onlar ümmət deyildilər. Yalnız mömin və müsəlman deyildilər. Onlar mömin və müsəlmanlardan yuxarıdırlar. Onlar möminlər və müsəlmanlara şahid idilər. Bizim əməllərimizə şahiddirlər, bizim əməllərimiz onlara göstərilir. Onlar hamısı Allah tərəfindən höccətdirlər. Onlar bu ünvanda çıxış ediblər. İmamların mömin, müsəlman kimi iman vəzifələri var idi. Bir də imamlıq vəzifələri var idi. Bəzən imamlıq vəzifələrindən çıxış ediblər. Və tarixi araşdırsaq görürük ki, onların fəaliyyəti belə formada olub. Mübahilə ayəsi də bu formada buyurur. Onlar bu işdə, dəvətdə iştirakçıdırlar. Ona görə Uhudun intiqamını Hüseyn(ə)dan Kərbəlada aldılar. Əgər onlar möminlərdən bir nümunə olsaydılar bu intiqamı başqalarından da alardılar. Uhud, Bədr döyüşündə və başqa döyüşlərdə büdpərəstlərdən ölmüş insanların intiqamını Yezid Kərbəlada imam Hüseyn(ə)dan alır. Bilirdi ki, İmam Hüseyn(ə) o cərəyanların içində aparıcılardan biridir. Məsələn ilahi məsuliyyətlər peyğəmbərə necə gəlib davamında zaman baxımından imam Hüseynə gəlib. Ondan intiqamını alırdı. Tarixi araşdırsanız bu hadisəni görərsiniz. Tarixdə də görsənir ki, onlar möminlərin nümunəsi kimi çıxış etməyiblər. Ümmətə bir höccət kimi, bir yol göstərən kimi, hadi kimi, imam kimi çıxış ediblər. Və bu tarixin göz qabağında məhşur səhifələrində görünüb. Bu ayədə bizə elə onu buyurur. Bunların da bu məsələdə iştirakları var idi. Tamaşaçı deyildilər. Əl Mizan təfsirini Əllamə Təbətəbai yazıb. İstərdik bu ayənin təfsirini qeyd edək. Bu təfsirin sonu hədislərlə bitir. Orada Əllamə müxtəlif kitablardan bu ayə haqqında bir sıra hədislər gətirib. O hədisləri qeyd etmək istərdik. Əvvəla hədis bizə o cərəyana bir neçə baxışla baxmağı öyrədir. Hər cərəyanın müxtəlif faydaları var. Məsələn bir insanın övladı yıxılıb, buna bir baxış ilə baxmaq olar ki, uşaq yıxılıb ona hansı dərmanı alaq. Onda öyrənirik ki, uşaq yıxılanda dərmanı haradan alaq. Dərman haradadır, aptek haradadır? onu axtarırıq və tapırıq. Bu bir təcrübədir ki, bununla Aptekin yolunu öyrənirik. Bir ayrı baxışla da baxmaq olar. Uşaq niyə yıxılıb? O amili araşdırmaq olar. Buna ayrı baxışla da baxmaq olar. Bunun davamında, mübahilə cərəyanına, hədislərə baxanda görürük imamlar neçə baxışla baxıblar və bizə nəyi öyrədiblər. Ona görə ayələrə hədislə yəni imamların dili ilə, imamların baxışı ilə, gözü ilə baxırıq və bəsirətimiz bir az da çoxalır. İndi o hədislərin bir qismini qeyd edək. Birinci hədisi, Əllamə Təbətəbai “təfsiri qovmidən” qeyd edib. Bu təfsir kitabıdır. Orada bu hadisəni İmam Sadiq əleyhissəlamdan nəql edib. İmam Sadiq buyurur: Nəcran xristianları, Peyğəmbərin hüzuruna gəlirlər. Onlara 3 nəfər yoldaşlıq edib. Onların üç dənə böyükləri var idi. Adlarını qeyd edib. Aqib, Seyyid, Əhbər. Onlar Mədinədə namaz vaxtları çatırlar. Nəcrandan bir qonaq kimi Peyğəmbərin hüzuruna gəlirlər. Öz ibadət vaxtlarında məsciddə özünə məxsus ibadət edirlər. Onlar nağara çalardılar sonra ibadət edərdilər. Məsciddə Nağara çaldıqları zaman səhabələrin bəzisi narahat olur, peyğəmbərə şikayət edirlər: Ya Rəsulallah bura İslam məscididir. Burada, peyğəmbərin hüzurunda nağara çalmazlar. Peyğəmbər onlara maneə olur buyurur, qoyun çalsınlar. Bu hadisəni təhlil edəcəyik. Bunlar nağaralarını çalıb, ibadətlərini etdikdən sonra peyğəmbərə yaxınlaşıb sual verdilər. Peyğəmbər istəmirdi səhabələr onlara düşmən gözüylə baxsınlar. Peyğəmbərdən soruşurlar ki, sən camaatı hansı dinə dəvət edirsən? Peyğəmbər buyurur: Mən insanları tək Allahlığa dəvət edirəm. Allahdan başqa məbud yoxdur - yəni tövhid və mən də Allahın elçisiyəm - yəni nübuvvət.  İsa Allahın bəndəsidir. Məxluqdur, O yeyir , içir və danışır. Burda onlar, üç məsələnin də heç birini qəbul etmirdilər. Nə Allahı məbud bilirdilər. Nə Məhəmməd(s) rəsulullahdır, nə də İsa məxluqdur. Onların bu üç məsələnin üçündə də peyğəmbərlə problemləri var idi. Peyğəmbər onlara işarə ilə başa saldı ki, niyə İsa məxluqdur yeyir, içir, yatır. Yenə qayıtdılar ki, əgər məxluqdursa bəs atası kimdir? Burada rəsulullaha vəhy olundu ki, onlara de: Siz Adəm haqqında nə deyirsiniz? O da bir bəndədir, yeyir içir, söz deyir və ailə qurur ya yox? Həmin sualla vəhy olundu. Onlara de: Adəm haqqında nə deyirsiniz? Peyğəmbər onlardan soruşduqda onlar da belə cavab verdi ki, bəli məxluq bir bəndədir. Məxluqdur, insan hansı işləri görürsə, o da həmən işləri görər. Bəs onun atası kimdir? Bu sualı ona görə verdilər çünki, onlar Adəmin də məxluq olduğunu etiraf etdilər. Dedilər, bəs məxluqdursa atası kimdir? Peyğəmbər onlardan soruşdu: Siz əgər deyirsinizsə məxluqun gərək atası olsun. O zaman Adəmin məxluq olduğunu etiraf etdiniz bəs onun atası kimdir? Əgər məxluqdursa atası kimdir? Xristiyanlar bilmədilər nə cavab versinlər. Bu Prossesin harada bitməsini bilmirdilər. Burada çaşdılar ki, peyğəmbər onların öz sualını özlərinə qaytardı. O zaman onlar məcburdular ki, bu sualın cavabını axtarıb tapsınlar. Əgər Adəm məxluqdursa bəs onda atası kimdir? Allah bu ayəni nazil etdi. Adəmin məsəli İsanın məsəli kimdir. Hədisi axıra qədər qeyd edək. Peyğəmbər buyurdu: Bəhsimiz bitdiyi üçün gəlin mübahilə edək. Mübahilə bu mənada ki, əgər mən düzəmsə Allahın lənəti sizə nazil olsun. Əgər yalançıyamsa Allahın lənəti mənə nazil olsun. Xristiyanlar dedilər: insaflı davrandın, bu yaxşı fikirdir. Qərara gəldilər ki, bu işi görsünlər. İnsan bəzən bir söz deyəndən sonra görər ki, nə deyib. Xristiyanlar qayıtdılar öz böyüklərinin yanına, onlar böyükləri ilə məsləhətə başladılar. Böyükləri dedi, baxın görün əgər ümməti ilə gəlirsə o zaman mübahilə edin. Əgər peyğəmbər öz cəmiyyətinə söykənirsə o zaman O, peyğəmbər deyil. Əgər öz əqrəbası ilə, ən yaxınları ilə, istəkliləri ilə gəlirsə o zaman onunla mübahilə etməyin, bu işə girməyin. Çünki, heç kim öz övladı, yoldaşı, qızı və ən yaxınının əleyhinə qərar etməz. Məgər yəqini olarsa ki, onlara heç bir ziyan yetişməyəcək onda bu işə başlayar. Bilin ki, o zaman bu işə sadiqdir. Sübh oldu. Gördülər ki, peyğəmbər Əlini, imam Həsən, imam Hüseyni, Xanım Zəhranı özü ilə gətirib. Soruşmağa başladılar, çünki, məşvərətçi onlara demişdi ki, baxın görün kimləri özü ilə gətirir. Soruşdular bunlar kimdir?. Buyurdu: Bu mənim damadım, vəsimdir, əmi oğlum budur və qızımın da yoldaşıdır. Dedilər: Bəs bunlar kimdir?

Buyurdu: Qızımdır və bunlar da nəvələrimdir, övladlarımdır. Xristiyanlar vəhşətə düşdülər və rəsulullaha dedilər ki, biz səni razı salmağa hazırıq, bu mübahilədən bizi bağışla daha bu işi görməyək. Peyğəmbər də onlarla müsalihə etdi və onlar öz yerlərinə qayıtdılar. Bu bir hədisdir. Bu hədisin bir neçə dərsi var. Biz bu dərslərin ikisini qeyd edək. Əvvəla bu hədisdə qonağa hörmət məsələsi var idi. Peyğəmbər İslam məscidində onlarla hələ söhbət etməmiş, hələ danışmamış coşmurdu. Çünki, qonağa hörmət məsələsi var. Burada səbr məsələsi var. Cavab verməkdə, peyğəmbər səbr və hövsələ ilə cavab verirdi. Bir şey batildirsə o demək deyil ki, orada bu şeyin batilliyini çatdırmaq lazımdır. Sözün batilliyi bir şeydir, batilliyini çatdırmaq isə başqa şeydir. Bir də müqəddəslərə hörmətlə yanaşmaq məsələsi var. İndi ola bilər bizim baxışımızda onların ibadətləri ibadət deyil, amma öz baxışlarında ibadətdir və bir ibadət edirlər. Biz onların ibadətlərinə hörmətlə yanaşmalıyıq. Nəzəri bəhslər başqa şeydir ki, insan onu araşdırmalıdır. İnsan Hər sahədə gərək araşdırsın. Amma başqalarının işlərinə hörmətlə yanaşmalıdır. Mümkündür mənim bir nəfərin süfrə düzəltməyinə xoşum gəlmir. Amma o ona müqəddəs kimi baxır. Süfrə düzəldir və ondan xoşu gəlir. Nəzəri bəhs ayrı şeydir ki, mən bir nəfərlə nəzərən bəhs edim. Nəzər, yəni teori bəhsi. Əməli bəhs isə hələ heç nə aydın olmamışdan qabaq bir nəfəri təhqir etməkdir. Məsələ hələ aydın deyil. Bulanıq bir fəzada sən bir şəxsi təhqir edirsən. Haqqı araşdırma olmadan, bir şəxsi təhqir eləmək olar. Bu da sənin nəzərində haqqı araşdırmaqdır. Rəsulullah burada bizə dərs verir. İnsanlarla necə davranmaq dərsi. O, Peyğəmbər idi, Allahın rəsulu, Allahın elçisi idi. Haqqı mütləq idi, çünki məsum idi. Lakin davranmağı isə çox təbii idi. Və bu, insanın başqasıyla nə cür davranmalı olduğuna aid olan bir dərsdir. İkinci dərs məşvərətdir. Məşvərət də mühim bir rol oynayır. Mübahilə cərəyanında bu da göstərilir. Ayrı hədisləri qeyd edərkən bura da qayıdacağıq. Bəzi hədislərlə qeyd edəcəyik ki, əgər Nəcran xristianları mübahiləyə girsəydilər necə olacaqdılar. Onları hansı həlakət gözləyirdi? Həm də Rəsulullahdan bir sıra kəlmələr var ki, əgər onlar mübahiləyə girsəydilər göydən od yağardı. Belə bir hədislər var və ayrı hədis bunlar çevrilərdilər. Bu barədə hədislər var onları qeyd edəcəyik. Biz belə yanaşma ilə baxırıq ki, onların məşvərət etmələri onları çoxlu böyük məğlubiyyətlərdən qurtardı. Bu bizə göstərir ki, məşvərətin nə qədər rolu var. İnsan bir işi tək görsə bəzən istiqlalından irəli gəlməz, qururundan irəli gələr. Özünü üstün görüb başqalarını aşağı görməkdən irəli gələr. Nəyinki müstəqil olmaqdan. Məşvərət mühim bir şeydir. Məşvərət başqa ağıllardan istifadə etməkdir, başqa gözləri də özünə tərəf köməkçi tutmaqdır. Bəzən elə hesab edirlər ki, məşvərətin mənası, öz gözünü kor etməkdir. Xeyir, o məşvərət deyil. O robot olmaqdır, o kor koranə təqlid etməkdir. İslam onu qadağan edib. İslam kor koranə təqlidi haqqa da olsa qəbul etmir. Məşvərət budur ki, öz gözün açıq ola-ola başqalarının gözlərindən istifadə edəsən. Başqalarının əqllərini də öz əqlinə birləşdirəsən. Məşvərət budur. Məşvərət budur ki, o bulağı da öz arxına gətirəsən. Arx özünkü olsa da, özünün bir çeşmən, bulağın olsa da başqa bulaqlardan da istifadə etmək üçün su gətirəsən. Bu həyatda çox lazımlıdır. Məşvərət olmasa insan uduzar və ziyan edər. İqtisadi həyatda da, dünyəvi həyatda da, maddi həyatda da, üxrəvi həyatda da o cürdür. Biz gərək mənəviyyatımızda da ailəmizlə də məşvərət edək. Biz övladlarımızı tərbiyyə edəndə yoldaşımızla məşvərət etməliyik. Bu insanın öz yoldaşı ilə həm ünsiyyətə səbəb olar, həm də iki əqli bir-birinə yaxınlaşdırar. Bir-birini dərk edərlər. Həm də uşağın tərbiyyəsində bir hesablanmış iş olar. Əgər məşvərətsiz bir iş olsa ata uşağına başqa iş görər, ana bir başqa iş görər. Bunlar bir-birini təsirsiz edərlər, nəyinki bir-birinə kömək edərlər. Bəzən ata uşağı dartır bir tərəfə, ana isə o biri tərəfə. Bunlar bir-birini təsirsiz edər. Amma məşvərətli olsa, ikisi ayrı işlər də görsə bir-birinə kömək edərlər. Çünki, ikisi düşünülmüş şəkildə bir iş görürlər. Lakin ayrı şəkildə. Birinin vəzifəsi uşağına pul verməkdir, birinin vəzifəsi uşağı danlamaqdır, uşağa yekdil yanaşmaqdır. Eybi yoxdur amma ikisi bir-biri ilə uyğundur əgər məşvərət ediblərsə. İkisi nə iş gördüklərini düşünürlər. Lakin məşvərət etməsələr uşaq kiçikliyində bir növ ziyan çəkər, böyüklüyündə isə ata-ana ziyan çəkər. Kiçikliyində uşaq ziyan çəkər çünki, O, iki tərbiyyə, iki abu havayla böyüyər. Böyüklüyündə isə ata-ana ziyan çəkər. Uşaq bu təzadlıqdan sui-istifadə edə bilər. Ziddiyyətdən nə vaxt istəsə ata ilə ananın arasını vurar. Çünki, onların zəif nöqtəsinin harda olduğunu bilər. Lakin məşvərət olsa həmişə ata-ana düzgün tərbiyyə edə bilərlər. Bu mubahilədə göstərir ki, bunlar ƏBƏDİ həlakətdə (oxuyacağıq), hətta özlərinin yox bütün xristianların əbədi həlakətdən nicat tapmalarına məşvərət səbəb oldu. Əgər rəsulullah dua etsəydi dünyada bir dənə də olsun xristian qalmazdı. İstəyirik ki, bunlardan dərs almağımız üçün ikinci hədisi də sizlərə qeyd edək. Bizim Peyğəmbərdən və İmamlarımızdan dərslər alınası hədislərimiz olduqca çoxdur. Niyə də onlardan məhrum qalmalıyıq. Bu hədisləri qeyd etməklə öyrənirik ki, imamlar, rəsulullah bizim həyatımız üçün nurdurlar onlar bunun üçün mühüm sözlər buyurublar. Biz bu hədisləri bir-bir oxuyub istifadə edə bilərik. “Uyunul Əxbar” kitabında imam Rza(ə)dan olan hədisləri yığıblar. imam Rza(ə) nə hədis buyurubsa onu bu kitabda qeyd ediblər. İmam Rza(ə) Məmun və bir sıra üləma ilə, alimlərlə bəhs edirdi. Məmun alim sevən idi. Özü də alim idi. Mötəzilə əqidəsinə malik idi. O, bəhsi xoşlayırdı, həmişə bəhs edirdi. Onlar belə bir bəhs qoymuşdular – “ümmətlə itrətin fərqi nədir?.” Yəni itrət ümmət deyildir. Və o ümmətdən üstündür. Peyğəmbərin itrəti ümmətdən üstündür. Onunda Fəziləti var. Yəni itrət möminlərin bir nümunəsi deyil.-bəhs bu idi. Peyğəmbərin bizə xüsusi tapşırdığı Əhli Beyti, möminlərin bir nümunəsi kimi deyillər. Onlar möminlərin ağasıdır. Cənnət cavanlarının ağalarıdırlar. Cənnət cavanlarının ağalarıdırlar o demək deyilki cənnətdə qocaların da ayrı ağaları var. Yəni cənnətdə olanların hamısının ağalarıdırlar. Lakin bir sıra hədislər qoşmuşdular ki, filankəs və filankəs cənnət qocalarının ağalarıdırlar. İmam Cavad(ə) bu barədə buyurdu: “Axı cənnətdə qoca yoxdur, qoca tapsanız ağasınıda tapın.” Alimlər İmam Rzadan bir sıra bəhsləri soruşur, imam bəhslər davamında buyurur: Bəhs bunda idi ki, Allah kimləri ayırıb və seçib.? Allah bir sıra insanları ayırıb. Ayırması təbiz (bölmə) deyil İstifadır. İstifa, yəni seçib. Çünki, Allah həkimdir, Allah pakla bir dərəcə paka fərq qoymalıdır. Bu fərq ədalətli fərqdir. Nəyinki zülmlü fərqdir. Biri çox işləyirsə, biri az işləyirsə gərək bunlara fərq qoyasan. Bu ədalətli fərqdir. Zülmlü fərq isə budur ki, ikisi bərabər işləyir lakin sən isə nəfsani istəyinə görə onlara fərq qoyursan. Bu zülmlü fərqdir. Bir nəfər çox təmizdir, bir nəfər isə biraz təmizdir. Əgər sən çox təmizə fərq qoysan bu ədalətli fərqdir. Quranda istifa gəlib. Yəni Allah seçib. Məsələn: Allah Məryəmi seçib. Məryəmi özbaşına seçməyib, başqa xanımlardan ayırıb. Çünki, Məryəm müqəddəsə idi, mütəhhərə idi. Quranda onun haqqında mütəhhərə buyurulur. Çünki, Məryəm o məqama yetişmişdi ki, O, hesabsız ruzulanırdı. Daha o cənnət meyvələri ilə qidalanırdı. O, dünya meyvəsiylə qidalanmırdı. Onda mənəvi dərəcə olduğu üçün seçilmişdi. Seçilməyi özünün ruhi dərəcəsindən idi. Bu seçilmə bəhsi idi. Buna çatdıq ki, Allah itrəti də ayırırdı. İtrəti harada ayırırdı? imam Rza bu ayəyə istinad edir. Buyurur: Allah buyurub ki, övladlarınızı, xanımlarınızı və özünüzü. Orada olan alimlər imam Rzaya dedilər, yox ənfusəna peyğəmbərin özüdür nəyinki Əlidir. Özümüz- Yəni elə bil peyğəmbər buyurur, övladlarınızı, xanımlarımızı və özümü, - özümüzü də gətirin. Alimlər belə dedilər: Bizim nəzərimizdə bu “ənfusəna”da məqsəd Əli deyil. Çünki, Əli olsa Əli peyğəmbərinki özü deyil ayrı cisimdir? İmam buyurdu: Məqsəd Peyğəmbər deyil, Əlidir. Sonra imam istinad etdi. Rəsulullahın da davranışı bu növ idi. Çalışardı ayələri əməldə də camaata başa salsın. Nazil olan ayələr və o ayələrin izahı Peyğəmbərin davranışı idi. Əhli Beyti o zaman Təthir ayəsində davranışında da göstərmək istəyirdi ki, Əhli Beyt kimdir. Ona görə peyğəmbər 6 ay sübh namazında gedib imam Əlinin, Xanım Zəhranın qapısını döyürdü, onları namaza aparırdı, “əssalamu əleykum ya Əhləl Beyti rəsulillah” buyururdu. 6 ay bu xitabla bu müraciətlə buyururdu. Sonra namaza gedirdi. Ayəni öz davranışı ilə təkmil edirdi. Rəsulullahın davranışı, rəsulullahın sünnəti belədir. O ayələr ki, nazil olmuşdu onları öz davranışı ilə təkmil edirdi, məna edirdi. Təkcə dili ilə məna etmirdi. Dilindən əlavə davranışı ilə də məna edirdi. Bu ayə buyurur, imam Rza da buna istinad edirdi. Onlar isə deyirlər, burda ənfusəna özümüzdür. Məqsəd Əli deyil. İmam buyurdu: Xeyir. Tarixdə çoxlu cərəyanlar var ki, orada rəsulullah davranışında və sözündə Əli yə özüm deyib. Dedilər: Birin gətirin. İmam buyurdu: Bir qəbilə var idi, bunlar peyğəmbərin əmrlərini, göstərişlərini yerinə yetirmirdilər, əks gedirdilər. Peyğəmbər isə onlar haqqında Bəni Vəliə qəbiləsi haqqında bu cümləni buyurub: Bəni vəliə əgər öz xilaf işlərindən əl çəkməsə, əl götürməsələr bir kəsi onların aradan aparmağına göndərərəm ki, O, mənim özümdür. Və Əlini ora göndərir. İmam O ayəni burada məna etmək istəyir. Və başqa hadisələrdə də məsələn, bəraət ayələrini aparanda peyğəmbər başqasına verir sonra geri qaytarır ayələri Əli aparır. Allah Taala buyurur: “Ya sən aparmalısan ya da sənin özün.” Bu hədislər o ayəni tarixi cərəyanlarda həyata keçirməkdir və məna etməkdir. Və əbnaəna bizim övladlarımız - imam Həsən və imam Hüseyndir. Heç kim ümmətdən bu fəzilətlərə yetişməyib. Ümmətdə Heç kim nəfsi rəsulullah , ibni rəsulullah deyil. Heç kim bu sözü deyə bilməz ki, mən rəsulullahın özüyəm, mən rəsulullahın övladıyam. Bu hədis nəyi deyir? Bu hədis Əlinin peyğəmbərin özü olmağını göstərir. İmam Əli(ə) ın haqqında ən böyük ayə bu ayədir. Ən böyük ayə yəni, Əli peyğəmbərin özüdür ayəsidir. Yəni peyğəmbərin özü nə deməkdir? Yəni Əli nə iş görürsə peyğəmbər də elə o işi görür. Peyğəmbər nə iş görürsə Əli də elə o işi görür. Əgər Qədiri Xum oldusa, yəni peyğəmbər getmədi yəni Əli onun özüdür. Əgər peyğəmbər Təbuka, Mədinədən uzağa səfərə gedirsə özünü qoyur yerinə. Ona görə münafiqlər narahat olurlar ki, peyğəmbər getmədi özü qaldı. Yəni heç zərrə qədər də davranışda Əli ilə peyğəmbərin fərqi yoxdur. Yalnız Əli nəbi deyil, peyğəmbər deyil. “Ya Əli sən nəyi görürsənsə məndə onu görürəm, mən nəyi görürəm sən də onu görürsən, mən nəyi eşidirəm sən də onu eşidirsən. Təkcə sən nəbi deyilsən.” Çünki nübuvvət qapısı bağlıdır. Əli peyğəmbərin özüdür - yəni budur. Əlini peyğəmbərlə ayırmaq olmaz. Nəinki o nəbidir. Sözlərini onun sözlərindən ayırmaq olmaz. Necə peyğəmbərin sözləri sənəddir, Əlinin sözləri də sənəddir. Çünki, onun özüdür. Elə ola bilməz biz sunnəti rəsulullaha müraciət edək, lakin sünnəti Əliyə müracəit etməyək. Bu ayə buyurur ki, elə sunnəti Əli sunnəti Rəsulullahdır. Əgər sunnəti peyğəmbərə müraciət etməyimiz vacibdirsə, gərək Əlinin sunnətinə də müraciət edək. Niyə? Çünki, Əli nəfsi Rəsuldur, Əli Peyğəmbərin özüdür. Bunları ayırmaq olmaz. Əgər ayırsaq bu sunnəti rəsulullahdan ayrılmaqdır. Çünki, Əlinin gördüyü işlər hamısı sunnəti rəsulullahdır. Bu ayəyə əsasən. O hissələri biz görməsək biz deməli sunnəti rəsulullahın o hissələrini görməmişik. O da sunnəti rəsulullahdır. Bu insana bir ayrı göz açır. Əlini işlərinə nisbətən, Əlinin sözlərinə nisbətən, Əlinin davranışına nisbətən insana ayrı bir göz açır. Heç bir ümmətdə bu məsələ yoxdur. Yəni müsəlmanlardan heçkəsin İslamda belə bir dərəcəsi yoxdur. Ona görə Əhməd ibni Hənbəl, (Hənbəli məzhəbinin böyüyü) buyurur ki, Əli Əbu Talib oğluyla heç kim müqayisə oluna bilməz. Yəni heç bir səhabə ilə onu müqayisə etmək olmaz. O rəsulullahın səhabəsi ünvanında bizə hörmətli deyil. O rəsulullahın özü ünvanında bizə hörmətlidir. O bu ünvanda deyil ki, peyğəmbərin səhabələrindən biridir. Əhməd ibn Hənbəl deyir: Onunla başqalarını müqayisə etmək olmaz. Rəsulullahın səhabələri bizə peyğəmbərin iman gətirənləri kimi hörmətlidirlər. Bu isə peyğəmbərin bir həmkarı kimi hörmətlidir. Və bu sözlə o sözün fərqi var. Səhabə peyğəmbərin nəfsi deyildir. Səhabə insanın dostudur. İnsanla bahəm gələndir. Nəfs isə insanın özüdür. İnsanla bahəm gələn insanı kamilən dərk etməyə bilər. O insan ki, insanla birlikdə gəlir o insanın özü demək deyil. Yalnız sahəbədir. Onunla müsahibət edib, yol yoldaşı olub. Yol yoldaşı olmaq adamın özü olmaq demək deyil. Əli(ə) isə peyğəmbərin özüdür, yol yoldaşı deyil. Adamın çoxlu yol yoldaşları var onlar yolda birlikdə olur, lakin nə o bunu başa düşür, nə bu onu başa düşür. Axırda adlarını bilirlər. Mümkündür heç adlarını da bilməsinlər. Rəsulullahın səhabələri peyğəmbərlə o zamanda yol yoldaşı olublar. Bəzisi peyğəmbərdən istifadə ediblər, bəzisi isə peyğəmbərdən paklıq alıblar. Quran ayələrdə onları tərifləyib amma onlar elə səhabədirlər, yəni yol yoldaşıdırlar. Lakin Əli(ə) isə səhibə deyil. Əgər Quran bizə sənəddirsə Quran burada ənfusəna buyurur. Yəni elə Özü.

 

OXŞAR VIDEOLAR