Nəhcül-bəlağənin şərhi (23) (1-ci xütbə)
ثُمَّ أَسْكَنَ سُبْحَانَهُ آدَمَ دَاراً أَرْغَدَ فِيهَا -عِيشَتَهُ- عَيْشَهُ وَ آمَنَ فِيهَا مَحَلَّتَهُ وَ حَذَّرَهُ إِبْلِيسَ وَ عَدَاوَتَهُ .فَاغْتَرَّهُ عَدُوُّهُ نَفَاسَةً عَلَيْهِ بِدَارِ الْمُقَامِ وَ مُرَافَقَةِ الْأَبْرَارِ
Sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı. Şeytandan və onun düşmənçiliyindən qorxutdu. Sonra düşməni onu aldatdı (Qur’ani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi:
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى
«Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ünsiyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı