Nəhcül-bəlağənin şərhi (28) (1-ci xütbə)
رُسُلٌ لَا تُقَصِّرُ بِهِمْ قِلَّةُ عَدَدِهِمْ وَ لَا كَثْرَةُ الْمُكَذِّبِينَ لَهُمْ مِنْ سَابِقٍ سُمِّيَ لَهُ مَنْ بَعْدَهُ أَوْ غَابِرٍ عَرَّفَهُ مَنْ قَبْلَهُ. عَلَى ذَلِكَ نَسَلَتِ الْقُرُونُ وَ مَضَتِ الدُّهُورُ وَ سَلَفَتِ الْآبَاءُ وَ خَلَفَتِ الْأَبْنَاءُ
(və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi.