Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (31) (1-ci xütbə)

ثُمَّ اخْتَارَ سُبْحَانَهُ لِمُحَمَّدٍ (صلی الله علیه و آله و سلم)لِقَاءَهُ وَ رَضِيَ لَهُ مَا عِنْدَهُ وَ أَكْرَمَهُ عَنْ دَارِ الدُّنْيَا وَ رَغِبَ بِهِ عَنْ مَقَامِ الْبَلْوَى فَقَبَضَهُ إِلَيْهِ كَرِيماً (صلی الله علیه و آله و سلم) وَ خَلَّفَ فِيكُمْ مَا خَلَّفَتِ الْأَنْبِيَاءُ فِي أُمَمِهَا إِذْ لَمْ يَتْرُكُوهُمْ هَمَلًا بِغَيْرِ طَرِيقٍ وَاضِحٍ وَ لَا عَلَمٍ قَائِمٍ 

 Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar.

OXŞAR AUDIOLAR