Nəhcül-bəlağənin şərhi (4) (2-ci xütbə)
اَرْسَلَهُ بِالدِّينِ الْمَشْهُورِ، وَالْعَلَمِ الْمَأْثُورِ، وَالْكِتابِ الْمَسْطُورِ، وَالنُّورِ السّاطِع ِ، وَالضِّياء اللاّمِع ِ،وَ الاَْمْرِ الصّادِع
Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (o Həzrətin möcüzələri), gətirdiyi kitabla (ki, xalqın arasındadır), parlaq nur və işıq saçan aydınlıqla (əqli və nəqli dəlillərlə), haqla batili bir-birindən ayıran fərmanla göndərdi.