Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (7) (2-ci xütbə)

بِهِمْ سارَتْ اَعْلامُهُ. وَ قامَ لِواؤُهُ، فى فِتَن داسَتْهُمْ بِاَخْفافِها، وَ وَطِئَتْهُمْ بِاَظْلافِها، وَ قامَتْ عَلى سَنابِكِها. فَهُمْ فيها تائِهُونَ حائِرُونَ جاهِلُونَ مَفْتُونُونَ. فى خَيْرِ دار وَ شَرِّ جيران. نَوْمُهُمْ سُهُودٌ، وَ كُحْلُهُمْ دُمُوعٌ، بِاَرْض عَالِمُها مُلْجَمٌ، وَ جاهِلُها مُكْرَمٌ

(Beləliklə, o gücləndi və) onların köməyilə hiylələri işə düşdü və onun küfr və azğınlıq bayrağı dalğalandı. Öz fitnələrilə (dördayaqlılar ayaqlarının altındakı hər şeyi tapdaladıqları kimi), insanları tapdalayıb əzdiyi hamının sərgərdan, nadan, giriftar olduğu vaxt, dünyanın ən yaxşı yerində (Məkkeyi Müəzzəmədə) yuxuları yuxusuzluq, gözlərinin sürməsi ağlamaq olan ən pis qonşuların (Məkkə əhalisi) arasında (fitnəkarlığa, qantökməyə və çətinliyə elə düçar olmuşdular ki, bir an belə istirahət etmirdilər), düşüncəlisinin ağzının bağlandığı, zəlil olduğu, nadanının isə cilovu qırılmış və möhtərəm sayıldığı bir əraziyə onu (Həzrət Məhəmmədi) göndərdi.

OXŞAR AUDIOLAR