Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (10) (2-ci xütbə)

هُمْ اَساسُ الدِّينِ، وَ عِمادُ الْيَقينِ. اِلَيْهِمْ يَفىءُ الْغالى، وَ بِهِمْ يَلْحَقُ التّالى، وَ لَهُمْ خَصائِصُ حَقِّ الْوِلايَةِ، وَ فيهِمُ الْوَصِيَّةُ وَالْوِراثَةُ. اَلاْنَ اِذْ رَجَعَ الْحَقُّ اِلى اَهْلِهِ، وَ نُقِلَ اِلى مُنْتَقَلِهِ


Əhli-Beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur və Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti onlardır ki,) Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) irs aparmaq sabit olmuşdur (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqlidirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək onun irsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər).

OXŞAR AUDIOLAR