Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (3) (3-cü xütbə)

خطبه ۳، جلسه ۳
حَتّى مَضَى الاَْوَّلُ لِسَبيلِهِ، فَاَدْلى بِها اِلَى ابْنِ الْخَطّابِ بَعْدَهُ. - ثُمِّ تَمَثَّلَ بِقَوْلِ الاَْعْشى: -  شَتّانَ ما يَوْمى عَلى كُورِها *** وَ يَوْمُ حَيّانَ اَخى جابِرِ فَيا عَجَباً بَيْنا هُوَ يَسْتَقيلُها فى حَياتِهِ، اِذْ عَقَدَها لاِخَرَ بعد وَفاتِهِ. لَشَدَّ ما تَشَطَّرا ضَرْعَيْها! فَصَيَّرَها فى حَوْزَة خَشْناءَ، يَغْلُظُ كَلْمُها، وَ يَخْشُنُ مَسُّها، وَ يَكْثُرُ الْعِثارُ فيها، وَ الاِْعْتِذارُ مِنْها. فَصاحِبُها كَراكِبِ الصَّعْبَةِ، اِنْ اَشْنَقَ لَها خَرَمَ، وَ اِنْ اَسْلَسَ لَها تَقَحَّمَ! فَمُنِىَ النَّاسُ لَعَمْرُ اللّهِ بِخَبْط وَ شِماس  ،وَ تَلَوُّن وَ اعْتِراض  . فَصَبَرْتُ عَلى طُولِ الْمُدَّةِ، وَ شِدَّةِ الْمِحْنَةِ.


Birincisi  öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi-özündən sonra-İbn Xəttabın  boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Ə’şanın şe’rini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ (Bu şe’ri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var. Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan bey’ətinin geri götürülməsini istəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə  vəsiyyət edir. Bu iki xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər . (Beləliklə,  xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi , halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi. Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.

OXŞAR AUDIOLAR