Nəhcül-bəlağənin şərhi (7) (3-cü xütbə)
7 خطبه ۳ نهج البلاغه جلسه.
كَاَنَّهُمْ لَمْ يَسْمَعُوا كَلامَ اللّهِ حَيْثُ يَقُولُ: «تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذينَ لايُريدُونَ عُلُوًّا فِى الاَْرْضِ وَلافَساداً وَالْعاقِبَةُ لِلْمُتَّقينَ.» بَلى وَ اللّهِ لَقَدْ سَمِعُوها وَ وَعَوْها، وَلكِنَّهُمْ حَلِيَتِ الدُّنْيا فى اَعْيُنِهِمْ، وَ راقَهُمْ زِبْرِجُها....
Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.)