Nəhcül-bəlağənin şərhi (3) (4-cü xütbə)
اَقَمْتُ لَكُمْ عَلى سَنَنِ الْحَقِّ فى جَوادِّ الْمَضَلَّةِ، حَيْثُ تَلْتَقُونَ وَلادَليلَ، وَ تَحْتَفِرُونَ وَلاتُميهُونَ. اَلْيَوْمَ اُنْطِقُ لَكُمُ الْعَجْماءَ ذاتَ الْبَيانِ. غَرَبَ رَأْىُ امْرِئ تَخَلَّفَ عَنّى. مَاشَكَكْتُ فِى الْحَقِّ مُذْ اُريتُهُ
Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm