Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (1) (5-ci xütbə)

   ..اَيُّهَا النّاسُ، شُقُّوا اَمْواجَ الْفِتَنِ بِسُفُنِ النَّجاةِ، وَ عَرِّجُوا عَنْ طَريقِ الْمُنافَرَةِ، وَ ضَعُوا تيجانَ الْمُفاخَرَةِ. اَفْلَحَ مَنْ نَهَضَ بِجَناح  
اَوِ اسْتَسْلَمَ فَاَراحَ. هذا ماءٌ آجِنٌ، وَلُقْمَةٌ يَغَصُّ بِها آكِلُها. وَ مُجْتَنِى الثَّمَرَةِ لِغَيْرِ وَقْتِ ايناعِها كَالزّارِعِ بِغَيْرِ اَرْضِهِ....

Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin bey’ət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır. Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin. Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun . qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.)

OXŞAR AUDIOLAR