Nəhcül-bəlağənin şərhi (14-cü xütbə)
اَرْضُكُمْ قَريبَةٌ مِنَ الْماءِ، بَعيدَةٌ مِنَ السَّماءِ. خَفَّتْ عُقُولُكُمْ، وَ سَفِهَتْ حُلُومُكُمْ. فَاَنْتُمْ غَرَضٌ لِنابِل، وَ اُكْلَةٌ لاِكِل، وَ فَريسَةٌ لِصائِل
İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır: Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir . Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.