Nəhcül-bəlağənin şərhi (7) (16-cı xütbə)
عَلَيْها باقِى الْكِتابِ، وَ آثارُ النُبُوَّةِ،وَ مِنْها مَنْفَذُ السُّنَّةِ، وَ اِلَيْها مَصيرُ الْعاقِبَةِ. هَلَكَ مَنِ ادَّعى، وَ خَابَ مَنِ افْتَرى. مَنْ اَبْدى صَفْحَتَهُ لِلْحَقِّ هَلَكَ
Bu doğru yoldan (xalis ədalətdən) Allah Peyğəmbərinin yolu, sünnəsi əldə olunur və işlərin sonu (dünya və axirətdə insanlar) ona doğru qayıdır. Haqdan qeyrisini iddia edən hər kəs həlak oldu, yalan danışan hər kimsə ziyan gördü. Nadan camaatın arasında haqqı bəyan edən hər kimsə həlak olur. (Onların əllərindən və dilindən ziyan görür və ya öldürülür.)