Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (8) (16-cı xütbə)

كَفى بِالْمَرْءِ جَهْلاً اَنْ لايَعْرِفَ قَدْرَهُ. لايَهْلِكُ عَلَى التَّقْوى سِنْخُ اَصْل، وَلايَظْمَأُ عَلَيْها زَرْعُ قَوْم. فَاسْتَتِرُوا بِبُيُوتِكُمْ، وَاَصْلِحُوا ذاتَ بَيْنِكُمْ، وَالتَّوْبَةُ مِنْ وَرائِكُمْ. وَلايَحْمَدْ حامِدٌ اِلاّ رَبَّهُ، وَلايَلُمْ لائِمٌ اِلاّ نَفْسَهُ

Öz məqam və qədrini bilməyən kişiyə cəhalət və nadanlıq bəs edər. Təqva və günahdan çəkinmək üzərində qurulmuş sarsılmaz əsas və möhkəm dayaq məhv olmaz, camaatın əkdiyi onun təsirindən susuz qalmaz. Öz evlərinizdə gizlənin (fitnə-fəsad üçün bayıra çıxmayın) aranızda olan ixtilafları aradan qaldırın, tövbə (Allaha tərəf qayıdaraq pis əməllərdən peşman olmaq) sizin arxanızdadır. (Günahlardan peşman olduğunuz zaman tövbəyə qayıdın, o sizdən ayrı deyil.) Heç bir şükr edən (nemət gördükdə) Pərvərdigarından başqasına həmd və şükr etməsin (çünki bütün nemətlər Ondandır.) Heç bir məzəmmət edən də (bir şər gördükdə) özündən başqasını məzəmmət etməsin.

OXŞAR AUDIOLAR