Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (17-ci xütbə) (6)

جاهِلٌ خَبّاطُ جَهالات. عاش رَكّابُ عَشَوات، لَمْ يَعَضَّ عَلَى الْعِلْمِ بِضِرْس قاطِع. يُذْرِى الرِّواياتِ اِذْراءَ الرّيحِ الْهَشيمَ. لامَلىءٌ وَ اللّهِ بِاِصْدارِ ما وَرَدَ عَلَيْهِ، وَلا هُوَ اَهْلٌ لِما فُوِّضَ اِلَيْهِ

Nadandır və nadanlığı ilə də çoxlu səhv edir. Gözlərinin nuru çatmır (cəhalət və nadanlığın zülmətində əlacsız qalıb, hansı yolla gedəcəyini bilmir) və önünü görməyən dəvələrə çox minir (çətin məsələlərdə mat-məəttəl qalır, nə cavab verəcəyini bilmir). Nadanlığına görə qəti cavab verə bilmir (dedikləri təxəyyül əsasındadır. Heç bir məsələdə elmi və yəqinliyi yoxdur). Hədisləri (məlumatsızlığı, səhihliyini və batilliyini başa düşməməsi səbəbindən) küləyin quru və faydasız otları dağıtması kimi göyə sovurur (hədislərdəki məqsədi başa düşmür və onlardan harada istifadə yerini bilmir, hədisləri səbəbsiz olaraq hər yerdə danışır). Allaha and olsun, ona verilən suala cavab vermək gücündə deyil (elm və bilikdən bəhrələnməyib). (Camaatın din və dünya işlərindən) ona həvalə olunana ləyaqəti çatmır.

OXŞAR AUDIOLAR