Nəhcül-bəlağənin şərhi (17-ci xütbə) (7)
لايَحْسَبُ الْعِلْم فى شَىْء مِمَّا اَنْكَرَهُ، وَلايَرى اَنَّ مِنْ وَراءِ ما بَلَغَ مَذْهَباً لِغَيْرِهِ.وَ اِنْ اَظْلَمَ عَلَيْهِ اَمْرٌ اكْتَتَمَ بِهِ لِما يَعْلَمُ مِنْ جَهْلِ نَفْسِهِ. تَصْرُخُ مِنْ جَوْرِ قَضائِهِ الدِّماءُ، وَ تَعِجُّ مِنْهُ الْمَواريثُ
Özünün inkar etdiyi şeyi başqa birisinin bildiyini güman etmir. Başqa birinin onun dediyinə zidd biliyinin olduğuna inanmır (özünü hamıdan daha bilikli sandığından, kimsənin onun dedi¬yinin əksinə sözü olduğunu güman etmir). Hər hansı bir məsələ ona qaranlıq qaldıqda (məsələnin cavbında ilişib qalanda), onu bilmədiyini başa düşdükdə (bilənlərdən) gizlədər və («o bilmir» deməsinlər deyə) aşkarlamağa qoymaz. Onun zülm və sitəmlə verdiyi hökmlərə görə axıdılan nahaq qanlar dilə gələrək fəryad çəkirlər. Miraslar (haqsız yerə öz sahiblərinə çatmadıqlarına görə) onun zülmünün əlindən uca səslə nalə çəkirlər. Cəhalət və nadanlıqla yaşayan