Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (18-ci xütbə) (2)

خطبه ۱۸: (۲)
وَ اِلهُهُمْ واحِدٌ، وَ نَبِيُّهُمْ واحِدٌ، وَ كِتابُهُمْ واحِدٌ. اَفَامَرَهُمُ اللّهُ تَعالى بِالاِْخْتِلافِ فَاَطاعُوهُ؟ اَمْ نَهاهُمْ عَنْهُ فَعَصَوْهُ؟ اَمْ اَنْزَلَ اللّهُ سُبْحانَهُ ديناً ناقِصاً فَاسْتَعانَ بِهِمْ عَلى اِتْمامِهِ؟

18-ci xütbə (2)
Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir. Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi və onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib?

OXŞAR AUDIOLAR