Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (19-cu xütbə) (2)

 وَ اللّهِ لَقَدْ اَسَرَكَ الْكُفْرُ مَرَّةً وَ الاِْسْلامُ اُخْرى، فَما فَداكَ مِنْ واحِدَة مِنْهُما مالُكَ وَلاحَسَبُكَ. وَ اِنَّ امْرَءاً دَلَّ عَلى قَوْمِهِ السَّيْفَ، وَ ساقَ اِلَيْهِمُ الْحَتْفَ لَحَرِىٌّ اَنْ يَمْقُتَهُ الاَْقْرَبُ، وَلايَأْمَنَهُ الاَْبْعَدُ.


Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi. Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir. (Seyyid Rəzi buyurur):
Deyirəm: O Həzrətin məqsədi budur ki, Əş’əs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əş’əsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əş’əs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əş’əs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər

OXŞAR AUDIOLAR