Nəhcül-bəlağənin şərhi (21-ci xütbə)
فَاِنَّ الْغايَةَ اَمامَكُمْ، وَ اِنَّ وَرَاءَكُمُ السّاعَةَ تَحْدُوكُمْ. تَخَفَّفُوا تَلْحَقُوا، فَاِنَّما يُنْتَظَرُ بِاَوَّلِكُمْ آخِرُكُمْ.
Aqibət və son qarşınızdadır (nəticədə hər bir kəs sonu görəcək, Behiştə, yaxud Cəhənnəmə daxil olacaq), sizi haylayıb qovan qiyamət və ölüm ardınızdadır, (çünki Qiyamət və ölüm gələsidir, elə bil kiminsə ardınca düşüb qovur, buna görə də) yüngülləşin (qiymətli yükləri tərk edin), yetişin (gedənlərə çatın) ki, sizin əvvəldəkilərinizi saxlayıb, axırdakılarınızı gözləyirlər. (Sizdən öncə gedənləri yolda saxlayıblar, axırıncı nəfərin onlara qovuşmasını və bütün karvanın bir dəfəlik Qiyamətə daxil olmalarını gözləyirlər.