Nəhcül-bəlağənin şərhi (22-ci xütbə) (1)
اَلا وَ اِنَّ الشَّيْطانَ قَدْ ذَمَرَ حِزْبَهُ، وَ اسْتَجْلَبَ جَلَبَهُ، لِيَعُودَ الْجَوْرُ اِلى اَوْطانِهِ، وَ يَرْجِعَ الْباطِلُ اِلى نِصابِهِ. وَ اللّهِ ما اَنْكَرُوا عَلَىَّ مُنْكَراً، وَلا جَعَلُوا بَيْنى وَ بَيْنَهُمْ نَصِفاً
İmam Əli əleyhis-salamın (Osmanın qətlini onun adı ilə bağlayan Təlhə və Zübeyr kimi şəxslərin pislənib məzəmmət edildiyi) xütbələrindəndir. (Onların iddiasının batilliyini sübut edir, sonra isə öz şücaət və igidliyini bəyan edir.) Agah olun ki, şeytan zülm və cövrün öz yerlərinə dönməsi (fasiqin zülmü özünə peşə etməsi), batilin əslinə qayıtması (cahilin nadürüst danışması) üçün öz dəstəsini səfərbər edib və şər qoşununu toplayıb. Allaha and olsun, pis bir işi (Osmanın qətlini mənimlə bağlayıb onun öldürülməsində razılığım olduğunu yalandan iddia etdilər) mənim adımla bağlamaqdan çəkinmədilər, mənimlə öz aralarında ədalət və insafla danışmadılar (çünki ədalət və insafla rəftar etsəydilər onların iddiasının batilliyi aydın olardı) və (onların doğru olmayan iddiası belədir ki,)