Saytımızda axtarın

     MENU
HUCURAT SURƏSİNİN TƏFSİRİ

Hucurat surəsinin təfsiri (1-ci hissə)

Bismillahir Rəhmanir Rəhim.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

Hücurət surəsinin ilk ayəsidir. Hücurət surəsi Mədəni surəsidi. Surələri iki hissəyə bölüblər:  Məkki, Mədəni.

O surələr ki Hicrətdən əvvəl nazil olub Məkki, o surələr ki Hicrətdən sora nazil olub Mədənidi.

Yəni zamanla Məkki Mədənilik bölünür nə inki məkanla. Mümkündü bir sıra surələr Hicrətdən sora Mədinə məkanında nazil olmuya amma Mədəni surə adlanar.

Fərqi Məkki və Mədəninən məzmundadı, muhtəvadadi. Adətən, Məkki surələr etiqad surələridir: Tohiddir, Nübuvvətdir, Məaddır. Əgər əxlaq və hüquqdanda söhbət açır ümumi əxlaqdır, ümumi hüquqdur. Öldürməyin,  zərər vurmayın, təqvalı olun və ümumi əxlaq ki, insanın fitrəti də başa düşür.

Lakin Mədinədə xırdalıqlara, şəriət hökümlərinə, əxlaqın xırdalıqlarına, hüququn xırdalıqlarına varid olubdu.

Allah mütəal izah edibdir. Əvvəl əqidə möhkəmlənməyi, sora əqidə əsasında əməl və əxlaqın təfsilatını izah etmək. Bu tədric təbliğdə dəvədə Məkki və Mədəni surələrdə riaəyət olunub.

Bu surə Hücurət adlanar. 18 ayədir. Hücurat “otaqlar “mənasınındadı. Çünki 4-cü ayədə Hücurat kəliməsi işlənibdir. Bu surə Hücuratla indi adlanır.

Əvvəl surənin mövzusu Allahla ədəbdir. İnsan Allahın qarşısında nə cür ədəblə riayət etməlidir. İkincisi Peyğəmbərlə ədəbdir. Peyğəmbərlə hansı cür etiqada riaəy etməlidir. Üçüncüsü başqa insanlarla möminlərlə, ayrı inaanlarla ədəbi riayət etməlidir. Oların hörmətini necə qorumalıdır. Dördüncü o ki insana dəyərdi nədi? Ömrünü məsrəf etməlidi hansı yolda insan ömrünü məsrəf etməlidir. Beşincisi bu ki İslamın həqiqəti nədir? Altıncısı imanın həqiqəti nədir? Bu surə bu hissələrdən ibarətdir. Və əxlaq surəsidə adlana bilər. Çünki, çok hissəsi əxlaqi mövzulardir. İstər Allahla, isdər Rəsuləllahla, istər başqa insanlarla.

İlk ayədə buyurulur ki: Ey möminlər olar ki iman gətirmisiz qabaqa salmayın heç bir şeyi Allah və Peyğəmbərdən.

Bəzi tərcümələrdə qabaqa düşməyin tərcümə ediblər lakin, la tuqəddimu bu deməkdi ki qabaqa salmayın. Allahdan bir şeyi qabaqa salmayın. Peyğəmbərdən bir şeyi qabaqa salmayın. İstər öznüzün söznüzü qabaqa salasız, öz söznüzü deyəsiz Allahın Peyğəmbərin sözünü demiyəsiz. İstər başqasının sözünü deyəsiz başqasını qabaqa salasız. Nə öz sözünüzü qabaqa salın, nə başqasının sözünü qabaqa salın. Qabaqa salmıyının mənası bu demək deyil ki dala qalasız. Qabaqa salmıyın mənası budur ki “tabe olun”. Allahın göstərişinə Allahın sözünə tabe olun, peyğəmbərin sözünə, göstərişinə tabe olun,qabaqa düşməyin. Dala da qalmayın. Çünki hər ikisidə təqsirdi hər ikisidə yoldan çıxmaqdır. Həm ziyarəti camiidə var, Əhli beyt barəsində, həm imam Səccad (ə)-ın münacatı şəbaniyyəsində var. Buyurur ki: O ki sizdən üz çevirə, sizdən qabaqa düşə o yoldan çıxıbdır. Məsiyyətə düşübdür. O ki müqəssir ola azalda dala qala sizdən oda yoldan azıbdır. O ku siznən həmişədir birlikdədir, o sizə birləşibdir.

Bu ki ayə buyurub, qabaqa salmayın heç kimsəyi yəni Allaha peyğəmbərə tabe olun.

Bu ayənin şəni nüzulları var. Şəni nüzullar la ayənin genişliyidə öz yerində qalır, təkcə o şəni nüzula aid deyil. Amma şəni nüzul izah edir. Nümunələr misal vurur.

Bir şəni nüzulu budur ki, Peyğəmbər Əkrəm (s) o vaxt ki bir müharibəyə gedirdi Xeybər tərəfinə gedirdi. Bir şəxsi Mədinə özünün əvəzinə qərar verirdi. Səhabələrdən biri Rəsuləllaha etiraz etdi və tairi təklif etdi ki flankəsi öz yerinə canişin, xəlifə qoy. Nə o ki sən ad qoymusan. Bu etirazdan bu təklifdən sora ayə nazil oldu. Allahdan Peyğəmbərdən qabaqa düşməyin.

Digər bir şəni nüzulu budur ki, bəziləri orucduqda o zaman ki səfərə çıxdılar Peyğəmbəri Əkrəmdə o səfərdə idi. Peyğəmbər dəstur buyurdu ki, süfrə açın, çörək yeyək. Bəziləri başladılar etiraz etməyə ki, Ya Rəsuləllah Ramazan ayıdır, orucluqdur.O zaman bu ayə nazil oldu ki siz Allahdan, peyğəmbərdən qabağa düşməyin.

Oruc hökmünü Allah mütəal göndərib. Peyğəmbər sizə çatdırıb. Harda da oruc tutmamalısız, hardada olar iftar etmək onu da Peyğəmbər izah edir. Allah mütəal göndərib.

Pəs siz Peyğəmbərdən Allahdan qabağa düşməyin. Bunlar göstərir ki insan bəzən öz fikrini, öz düşüncəsini, öz baxışını Allahdan qabağa salar, peyğəmbərdən qabağa salar və bu ayə ona aiddir.

Allahnan ədəbə riayət edin. Allahnan ədəb budur ki Allahdan qabağa düşməyin, gözdəyin Allah nə buyurur ona tabe olun.

Mələklərin sifəti budur. Quran o zaman ki, mələklər barədə danışır buyurur ki, mələklər bu cürdülər “Heç vaxt danışıqda, sözdə Allahdan qabağa düşməzdilər.”

Mələklər heç zaman belə deyildilər ki Allahdan qabağa düşsünlər bir söz dedinlər ki, onu Allah deməyibdi. Həmişə əməl edərdilər, tabe idilər Allahın əmrlərinə. Bu həmindir ki qabağa düşməyiblər Allahdan.

Həmin bu xasiyyəti bizim ziyarətlərimizdə, dualarımızda Əhli beyt barəsində bu ayə qeyd olunubdur. Yəni mələklər ayəsi ziyarətlərdə dualarda Əhli beyt barəsində gəlibdir ki bularda . Heç vaxt Allahdan qabağa düşməzlər əməl edəndə Allahın əmri olmadan əməl etməzlər. Bu Allahla ədəbdir ki , Quranı araşdırsan Peyğəmbərlərin ədəbini Allahla tam görərsən ki ənbiya Allahla o vaxt danışırlar, O vaxt ki Allaha dua edirlər , o vaxt ki, Allahdan bir şey isdəyirlər ordada gözləyirlər Allahdan qabaqa düşməsinlər.

Həzrəti Əyyub (s) o çətinliklərə səbr etdi, dözdü ta o vaxda qədər ki, Allah izn verməmişdi dua etsin. Vəzifəsi səbr etmək, dözmək idi. O vaxt ki, Allah icazə verdi onda buyurdu ki, mənə əziyyət, çətinlik toxunubdur və Allahdan bu çətinliyin aradan aparmaqını istədi bu yol ilə. Hətta kinayə yolu ilə.

Həzrəti Musa o vaxt ki, Allahla danışırdı acdıqda deyir Allah mən hər nə yetişsə onada ehtiyacım var. Tələbi göstəriş formasında deyil. Quranda peyğəmbərlərin danışıq üsulunu Allahla insan araşdırsa görər ki nə qədər Allahla ədəbli danışıq üsuluna riayət edir.

Bəs: 1-ci noqtə budur ki, Allahdan heç kimsəni qabağa salmayın. Nə özünüzü, nə başqalarını , nə başqa məktəbi, nə öz sözünüzü, nə düşüncənizi.

Peyğəmbərdəndə heç kimsəni qabağa salmayın. Tabe olun peyğəmbərə. Davamında buyurur ki, vəttəqullah- bu vəttəqullah Quranın üslubudu. Quran o vaxta can ki, iki nəfər barəsində danışır qaytarır yenə Allaha. Deyir Rəsuləllahın ədəbidə bunun xatirinədir ki biz tapşırmışıq. Nəhayət budur ki Allah təqvalı olun. Peyğəmbərdən qabağa düşməməkdə buna cəhətdir ki Allaha təqvalı olasınız. İnnəllahə səmiul əlim. Allah eşidəndi, biləndir. Sizin danışıqlarınızl eşidir, sizin əməllərinizi görür. Ona görə riayət edin. Ədəbnizə riayət edin biləndir, davranışınıza riayət etsəniz biləndir. Və birinci qanun Hüsurət surəsində Allahla, peyğəmbərlə ədəbli olmaq və olara tabe olmaq, təqvanı Allaha nisbət və peyğəmbərə nisbət riayət etməkdir. Əssəlamun aleykum və rəhmətullah və bərəkətuh.

OXŞAR VIDEOLAR