Saytımızda axtarın

     MENU
HUCURAT SURƏSİNİN TƏFSİRİ

Hucurat surəsinin təfsiri (2-ci hissə)

 

 Bismillahir Rəhmanir Rəhim.

Hücurat surəsinin ikinci ayəsində Peyğəmbərlə davranışı Peyğəmbərin məhzərində ədəbli olmağı tapşırır. Quran Rəsuləllah barəsində çoklu göstərişləri vardır. Biz insanlar necə Rəsuləllahla davranaq. Bir sıra ayələr var Əhzab surəsində buyurur: Rəsuləllahın vaxdını tələf etməyin. O məşğuldur ya mələklər vəhy gətirir, ya elmi işlərə məşğuldur, risalət işlərinə məşğuldur vaxdını gedib tutarsız, vaxdını alasız belə etməyin. Əgər siz evinədə gedibsiz peyğəmbərin qonaq çağranda gedin, özüdə əvvəlcədən təmam vaxdı olmadan getməyin.O vaxt ki, vaxd yetişdi o vaxd gedin. Yemək yedikdən sora daqılın ta oturub adi söhbətlərlə Peyğəmbərin vaxtını almayın. Elmi suallarınız varsa soruşun, amma adi sualları soruşub Peyğəmbərin vaxtını tutasız o cür etməyin. Əhzab surəsində bular danışılır.

Nur surəsində buyurulur ki, Peyğəmbərlə danışanda öznüz bir-birinizə necə müraciət edirsiniz o cür müraciət etməyin. Öznüz bir birinizə adnızı ilə səsləyirsiz, lakin peyğəmbərlə danışanda Ya Rəsuləllah deyin, Ya Nəbiyallah deyin. Peyğəmbərin ünvanına riayət edin. Peyğəmbərin Rəsulluğunu, Nəbiliyini ilə müraciət edin. Nur surəsindədə buları buyurur.

 

Bu surədədə hücurat surəsindədə buyurulur ucadan Peyğəmbər ilə danışmayın.

1.O vaxt ki peyğəmbərlə söhbət edirsiniz,

2.Peyğəmbərin məclisindəsiniz lakin peyğəmbər danışmır siz danışırsız.

Bəs, həm peyğəmbərin məclisinin ehtiramını qoruyun, həm peyğəmbərin özünün ehtiramını qoruyun.

Buyurur: Ey o kəslər ki, iman gətirmisiniz səsinizi ucaltmayın peyğəmbərin səsinin yuxarısından ucaltmayın yəni peyğəmbərdən uca danışmayın. O vaxd ki, peyğəmbər sizlə söhbət edir, bahəm söhbət edirsiniz, səsinizi peyğəmbərin səsindən ucaltmayın. O cür ki, başqaları ilə ucadan danışırsız, Peyğəmbərlə ucadan danışmayın. Ədəbə riayət edin. Bərkdən Rəsuləllahla söhbət etməyin. Bəziləri bu ikinci cümləyi peyğəmbərin məclisinə aid bilirlər ki, birinci cümlə peyğəmbərlə xitab olaraq, peyğəmbərin özü ilə danışaraq ki peyğəmbərin soutu var. O zaman ki peyğəmbərlə üzbə üz olursuz öz səsinizi ondan ucaltmayın. İkincidə, yox, peyğəmbər məhzərində ucadan danışmayın o cür ki bəziniz bəzinizlə ucadan danışırsız o işi görməyin peyğəmbərlə. Peyğəmbəri adi bir insan kimi görməyin, ki sizin əməlləriniz onda məhv olar. Əməlləriniz heç olar. Həbt, bir budur ki, fürsəti əldən verərsiz peyğəmbərdən istifadə etməyə.

Bəzi insanlar var oların məhzərində olmaq, oların feyzindən faydalanmaq, oların kəlmələrindən faydalanmaq,oların düşüncəsindən, elmindən faydalanmaq, fürsətdir. Bu fürsəti əldən verərsiniz, əməlləriniz, oturduqunu vaxt keçirdiyiniz vaxt heç olar. Bəzi təfsir alimləri bu hissəyi məna ediblər. Yəni bu işləriniz heç olar. Bu zəhmətləriniz heç olar. Digəri də budur ki, məna edək keçmiş əməlləriniz bundan heç olar.

Ehbat nəzəriyyəsi, Əhli beyt məktəbində fərq edir, başqa məktəblərin nəzəriyyəsi ilə. Quranın baxışı budur ki, Qiyamət günü insanın pis əməlləridə bəzən olacaq, yaxşı əməlləridə. Yəni Qiyamət günü əməl nameiəsində pis günahlarda yazılacaq, savablarda yazılacaq. Bəs belə deyil ki, hesablıyacaqlar mühasibədə nə qalır onu yazsınlar. Bir borclu və bu ki, başqasından pul almalıdı bunada borcludu o cür davranmıyacaqlar ki, pəs sən bu qədər pul almalısan məndən. Bu qədərdə pul mənə borclusan. Nəticə budur. Nəticə budur deyil orda. Saleh əməllərdə orda var fasid əməllərdə orda var hər ikisidə orda var. Nəticə bu deyil.

Bu xilaf bəzi məzhəblərdi misli mötəzilə ki, onlar nəticə budur ehbati (ehbat-yəni gələcək gunahlar, gələcək pis əməllər keçmiş yaxşı əməllərin hamısını aradan aparsın, nəticədə qalsın pis). Bu mütləq olaraq Quranan uyğun deyil. Quran buyurur: Qiyamət günü insanların saleh işləridə var, fasid işləridə var. Xələtu sailən Quranın ayələrindəndir. Saleh işlərlə qeyri saleh işləri qarışdırıblar və olar hazırdı.

Fəmən yəməl misqalə zərrətin şərrən yərəh. mən yəməl misqalə zərrətin xəyrən yərəh. Xeyir şər əməllərin hamısı hazırdı. Amma o ki, bəzi ehbata etiqadımız olsun. Bu ki bəzi əməllər mümkündü bəzi əməlləri aradan apara. Nə mütləq, nə ümumi ki, bu bəzi hədislərimizdə var ki, bir sırə əməllər qeybət məsələ namazın qəbulluqunu aradan aparar. Filan əməl, filan əməli bəzi dairlərdə nə mütləq,nə ümumi hədislərə görə qəbul olunar. Ona görə bu ayəni, belədə məna etmək olar ki, Ya sizin bu oturduqunuz, peyqəmbərin məhzərində olmaqınız, çün ədəbsizliklə bir yerdədi, əməlləriniz boş olar. Vaxtınız heç olar. O feyz ki, almalı idiniz, rəhmət ki peyqəmbərdən almalı idiniz, o elm ki, peyqəmbərdən almalı idiniz, o vəhydən ki, istifadə etməliydiniz. O neçə saat ki, peyqəmbərin məhzərində idiniz, ondan faydasız olarsız.

2 ci mənasıda budur ki, bu iş, bu ədəbsizcə peyqəmbərlə davranmaq,  səbəbdi keçmiş əməlləriniz həbt olsun, keçmiş əməlləriniz məhv olsun.

Bir baxışı budur ki, bəzən insan peyğəmbərə ihanət edərək, təhqir edərək bu niyyəti var. Onda bu ədəbsizlik küfr mənası daşıyar. Amma bəzən məsiyyətdi, bilmədəndi, nadanlıqdandı ondada mümkündü bir sıra əməllər Həbt ola. Nə mütləq ümumi. Bir sıra əməllər ədəbsiz rəftarla həbt ola.

Məqsəd budur ki,niyə öz əməllərinizi heç edirsiniz. Niyə vaxtınızı ədəbsiz rəftarla heç edirsiniz. Və əntum la təşirun. O halda ki, agah olmusunuz, şüurnuz yoxdu ki, nə əldən verirsiniz?

İnsan bəzən mühasibə etməlidir. Rəftarları ilə nə əldən gedir, nə ələ gəlir. Əgər bu mühasibəni etsə, çoxlu rəftarlarında dəyişiklik yaradarar, praqramlarında dəyişiklik yaradar.

Siz mühasibə etmisiniz, peyğəmbəri çaqırmaq məsələsini, peyqəmbərlə ucadan hayla danışmaq məsələsini, riayət etməyibsiz, diqqətsiz nə əldən çıxır. İki saat peyğəmbərlə edə bilərdiniz elm öyrənəsiz, feyz alasız. Peyqəmbərdən çoxlu hikmətlər öyrənəsiniz. Məhrum oldunuz, və düşünmürsüz ki nədən məhrum oldunuz. Buyurur ki, İnnəlləziynə yəğuzzunə əsfətahum ində rəsulillah. Bu ayə təkid olaraq qabaqkı ayəyə buyurur ki, o adamlar ki, səslərini azaldırlar, tonunu peyqəmbərin hüzurunda azaldırlar,

Uləikəlləziynə təhnəllah qulubəhum lit təqva. Bular o kəslərdir ki Allah buların qəlblərini imtahan edibdir təqvayə. Buların qəlblərində təqva imtahanı olubdur. Və qəlbləri təqvalanıblar. İnsan ədəbi riayət etsə,qəlbi təqvalanar.

Buyurur ləhum məğfuratun və əclun əzim. Bular üçün Allah yanında məğfirət var. Əgər nöqsanları həyatlarında var idi Əgər bir eybdə, günahda həyatlarında var idi, Bu ədəb səbəbdi məğfirətə. İkinci məsələdə fəqət məğfirət deyil. Əcrun Əzim. Böyük əcr bulara vardır. Bilirsinuz ki, hər İnsan baqışlanmalıdır. O vəqt ki baqışlandı ikinci etapda belesinə ğida verilməlidir. Ğəfur un rəhmdir. Əvvəl məğfirətdir sora rəhmətdir. Burdada buyurur bulara məğfirətdə var sorada əcr var həmdə əzəmətli əcr. Çün Rəsuləllahın məhzərini riayət etmək, rəsulullahın hüzurunda ədəbli olmaq bu böyük əcrə sahibdir. Bu ayə gösdərir ki insan ədəbli olsa çoxlu feyzdən istifadə edər, bəhrələnər. Bizim hədislərimizdədə çoxlu ədəb barəsində sözlər vardır.

Xəmsun mən ləm Təkun fiyhi ləm yəkun fiyhi təkurun mustəmti. Hər kəsin bu beş xasiyyəti olmasa, onda düzgün sifət yoxdur. Onda etibar edilməli xasiyyət yokdur. Əgər bu 5 xasiyyət olmasa. Yəni insanın insaniyyətində bu 5 xasiyyət rol oynayır. İmam Sadiq (ə) buyurur. Soruşurlar nədi o beş xasiyyət ya Rəsullullah ki hər kimdə olsa bu beş xasiyyət ondan faydalanmalıdı, o xasiyyəti vardi, İnsaniyyətdən bəhrələnibdir. Buyurur ki,

Əd-din. Dini ola. Bir adamın ki dini olmasa ondan gözəl xasiyyət gözləmək olmaz.

Vəl-əğl. İnsanın əqli ola.

Vəl-həya. İnsanın həyası ola.

Vəl-husnul hull. Gözəl əxlaqı ola

Vəl-husnul ədəb. Gözəl ədəbi ola. İnsanlarla gözəl ədəblə davrana. Ədəb mühüm rol oynayır insanın kamalında. Əl ədəbu yuvni ənil həsəb. İnsanın ədəbi olsa bu ata baba fəxrindən ehtiyacsızdır. Ədəb özü rolu Ata baba fəxrindəndı əvəz edər. Əl adab hul lalun mucəddədə. Ədəb özü bir fəxrli zinətdir, fəxrli paltardı insana. Ona görə bizim dinimiz də tövsiyyə olumubdur ədəb. Məxsusən ədəb məəAllah. Allahla ədəb. Ədəb məə Rəsulillah. Və başqa insanlarla ədəb ki bu surədə ədəblər bir bir izah olunubdur. Əssələmanun aleykum və rəhmətullahir və bərəkətuh.

OXŞAR VIDEOLAR