Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (25-ci xütbə) (1)

نهج البلاغه خطبه ۲۵ (۱)
ما هِىَ اِلاَّ الْكُوفَةُ اَقْبِضُها وَ اَبْسُطُها. اِنْ لَمْ تَكُونى اِلاّ اَنْتِ تَهُبُّ اَعاصيرُكِ، فَقَبَّحَكِ اللّهُ. - وَ تَمَثَّلَ بِقَوْلِ الشَّاعِر:
لَعَمْرُ اَبيكَ الْخَيْرِ يا عَمْرُو اِنَّنى * عَلى وَضَر مِنْ ذَا الاِْناءِ قَليل

25-ci xütbə (1)
İmam Əli əleyhis-salamın xütbələrindəndir. Müaviyənin səhabələrinin və qoşununun şəhərləri ələ keçirmə xəbəri ardı-arası kəsilmədən o Həzrətə çatırdı və Bosr ibn Əbi Ərtatın o Həzrət tərəfində Yəməndə vali və hakim olan Übəydullah ibn Abbas və Səid ibn Nəmran üzərində qələbəsindən sonra, onlar Kufədə o Həzrətin yanına gəldilər. O Həzrət öz səhabələrinin cihada tənbəllik etmələrindən və onun rəyinə, tədbirinə qarşı çıxmalarından əziyyət çəkdiyi, sıxıldığı bir halda durub minbərə qalxdı və buyurdu:
İxtiyarı və ipi əlimdə olan Kufədən başqa heç bir yer mənim hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə (sənin əhlinin fitnə-fəsadı, nifaqı və ikiüzlülüyü zahir olsa) onda Allah səni pis vəziyyətə salsın. (Xaraba və viran etsin ki, kimsə səni tanımasın.) Misal olaraq şairin bu şe’rini oxudu: لَعَمْرُ أَبِيكَ الْخَيرِ يا عَمْرُو إِنَّنِى عَلى وَضَرٍ مِن ذا الْإِنآءِ قَلِيلٍ -yəni, ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq çirkə və yağa çatmışam. (Məmləkətdə payının bu qədər az olmasına işarə edilir.)

OXŞAR AUDIOLAR