Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (25-ci xütbə) (2)

نهج البلاغه خطبه ۲۵ (۲)
قالَ عَلَيْهِ السَّلاَمُ:- اُنْبِئْتُ بُسْراً قَدِ اطَّلَعَ الْيَمَنَ، وَ اِنِّى وَ اللّهِ لاََظُنُّ اَنَّ هؤُلاءِ الْقَوْمَ سَيُدالُونَ مِنْكُمْ بِاجْتِماعِهِمْ عَلى باطِلِهِمْ،وَ تَفَرُّقِكُمْ عَنْ حَقِّكُمْ، وَ بِمَعْصِيَتِكُمْ اِمامَكُمْ فِى الْحَقِّ، وَ طاعَتِهِمْ اِمامَهُمْ فِى الْباطِلِ، وَ بِاَدائِهِمُ الاَْمانَةَ اِلى صاحِبِهِمْ وَ خِيانَتِكُمْ، وَ بِصَلاحِهِمْ فى بِلادِهِمْ وَ فَسادِكُمْ

25-ci xütbə (2)
Ondan sonra buyurdu: Mənə xəbər çatıb ki, Bosr (Müaviyənin əmrilə böyük bir qoşunla) Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolunda təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib hakimiyyətə sahib olcaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda İmam və rəhbərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz (onların bey’əti davamlıdır, siz isə əhdinizi pozursunuz). Bir də şəhərlərindəki islah işlərinə (bir-birilə ülfət və dostluq edir, birliklərini saxlayırlar), sizin isə fəsadınıza görə (bir-birinizə kin, paxıllıq bəsləməyinizə, ikiüzlülüyünüzə və təfriqənizə görə. Bu bir qövmün məğlubiyyət səbəbidir)

OXŞAR AUDIOLAR