Saytımızda axtarın

     MENU
NƏCM SURƏSİNİN TƏFSİRİ

Nəcm surəsinin təfsiri (3)

Nəcm surəsinin təfsiri (3)

 

Bismillahir rəhmanir rəhim

Bəhsimiz Nəcm surəsinin əvvəl ayələrində idi. Bu ayələr iki cür təfsir olunubdur. Birincisi budur ki, bu ayələr Peyğəmbər və Cəbrail barəsindədir.

Həzrət Peyğəmbər Cəbraili iki dəfə öz simasında görübdür. Bu fəqət Rəsulullaha məxsusdur. Sair insanlar Cəbraili öz həqiqi simasında görə bilməyiblər. Cəbrail onlara nazil olub, Cəbrailin səsini eşidiblər, lakin onu həqiqi simasında görməyiblər.

İslam Peyğəmbəri risalətə yetişən zaman və meraca gedəndə, Cəbraili öz simasında görüb.

Bəzi təfsirçilərin nəzərləri budur ki, Nəcm surəsinin bu ayələri Cəbrail barəsindədir. “ma kəzəbəl fuad ma rəa” “Qəlb yalan görmədi, onu ki, gördü”. Səhv etmədi, həqiqətən də gördü, xəyal və yuxu deyildi. “Kəzəbə” burada, varlıq mənasındadır, xəbər mənasında deyil. “Kezb” burada bu mənaya deyil ki, qəlb bir xəbər verir, o xəbəri də yalan deyir. Xeyr, səhv etmədi, onu ki, gördü səhv görmədi, həqiqətən də gördü.

Bəzi təfsirçilərin nəzərinə görə bunların hamısı Cəbrail barəsindədir.

Surənin əvvəlindəki ayə “Əlləməhu şədidul quva” Bunu peyğəmbərə öyrətdi, O ki, şədidul quva”dır. O ki, gücü, qüvvəsi şədiddir.Şədidul quva”nı Cəbrail barəsində təfsir ediblər. Həmin təfsirçilər ayələri axıracan Cəbrail barəsində məna ediblər və bu əsasda, bu ayələr belə bir məna verər. Buyurur, “Əlləməhu şədidul quva” Cəbrail Peyğəmbərə təlim verdi. O Cəbrail ki, şədidul quva”dır. “Zu mirrətin” Qüdrət sahibidir. “fəstəva” Ərşin üstündə dayandı. “və huvə bil ufuqil əla” o halda ki, “ufuqi əla”da idi, yüksəkdə idi. “summə dəna fətədəlla” sonra yaxınlaşdı, o qədər yaxınlaşdı ki, asılı oldu. “fəkanə qabə qəvsəyni əv ədna” iki kaman uzunluğunda məsafədə oldu. “fə əvha ila əbdihi ma əvha” Cəbrail, Allahın bəndəsinə nazil edəcəyini, vəhy eylədi.  “ma kəzəbəl fuad ma rəa” Qəlb gördüyünü yalan görmədi. “əfətumarunəhu əla ma yəra” mübahisəmi edirsiniz? (gördüyü haqda) Peyğəmbər dediyi sözlərlə mübahisə edirsiniz? Əgər bu ayələri Cəbrail və Rəsulullahın əlaqəsi kimi təfsir etsək, belə bir məna almış olarıq.

Amma bu təfsir neçə cəhətə görə bu ayələrlə uyğun deyil.

Birincisi budur ki, Quranda heç yerdə yoxdur ki, Cəbrail Rəsulullaha təlim verə. Rəsulullahın məqamı o qədər yüksəkdir ki, Cəbrail ona təlim verə bilməz. Cəbrail vəhyi çatdıra bilər, elçilik edə bilər. Allah taala vəhyi Cəbrailin vasitəsi ilə nazil edər. Peyğəmbərin besəti zamanı da Cəbrail “İqrə” “Oxu” deyir. Cəbrail burada Peyğəmbəri öyrətmir, “oxu” deyir. Ayənin davamında deyir, “O Allah ki, insanın öyrədir qələmlə”. Allah təlim verir, Allah müəllimdir, amma Cəbrail deyir “oxu”.

Bəs, Quranın heç bir yerində yoxdur ki, Cəbrail, Rəsulullahın müəllimidir. Bu bir nöqtə.

İkinci nöqtə budur ki, Merac zamanı Cərailin özü etiraf edir. Meracda Peyğəmbərlə Cəbrail bir yerə çatandan sonra, Cəbrail buyurur ki, daha burdan yuxarı mən çıxa bilmərəm. Əgər bir qarışqa boyu qədər irəli gəlsəm, o zaman qanadlarım yanar.

Bəs, (“dəna fətədəlla” yaxınlaşdı, o qədər yaxınlaşdı ki, asılı oldu) bunlar Cəbrailə aid deyil. Cəbrailin o məqamda yeri yoxdur ki, deyək bu ayələr ona aiddir və onun barəsindədir.

Ümumiyyətlə, biz Peyğəmbərin tərcümeyi halını üç hissəyə bölə bilərik.

Birincisi budur ki, həddi-büluğdan əvvəl. İmam Əli (ə) Qasiə xütbəsində buyurur ki, Allah taala, Peyğəmbərin tərbiyəsi və ona yol göstərməyi üçün iki mələyə tapşırıq vermişdır.

İkincisi həddi-büluğdan sonra, nübuvvətdən əvvəl.

Üçüncüsü isə nübuvətdən sonra.

Bilirsiz ki, Quranın iki məqamı var. Quran bir ipdir. Quranda nazil olmaq ki, var, bir nazil olmaq yağışın nazil olmağıdır. Yuxarıdan, buluddan yağış yerə nazil olur. Yuxarı daha boş olar, nəyi var aşağı gələr. Bu cür nazil olmağa “təcafi” terminini işlədərlər. Yuxarıdakının hər nəyi var aşağı gəlir.

İkinci nazil olma var ki, “təcəlli” termini ilə işlədərlər. Yuxarıdan ip kimi aşağı sallanır, ip kimi asılıdır. “Ənzəlnahu” yəni, asdıq. Bir ucu göydə olur, yerdə də o ipin bir tərəfi qalır.

Qurani kərimin Zuxruf surəsinin 3-4-cü ayəsində buyurulur ki, “Biz bu Quranı ərəb dilində nazil etmişik. Eyni halda bu Quran (ummul-kitabda) yenə bu səviyyədə qalıbdır. Quran özü ucadır, hikmətlə doludur”.

Bəs, Quran bir ipdir, asılıbdır. Bir tərəfi bəşərin əlindədir ki, o “ərəbi mubin”dir, aşkar ərəb dilindədir, ləfz paltarındadır. Quranın digər tərəfi “əliyyun həkim”dir, ucadır, hikmətlə doludur.

Peyğəmbərə Cəbrailin nazil etdiyi, Qurani ərəbidir. Amma Cəbrail də “ləəliyyun həkim”lə, Quranın o səthi ilə əlaqədədir, ayələrdə bizim dəlilimiz yoxdur. Əksinə, bəzən Rəsulullah O səviyyədən Quranı ala bilər. Nəml surəsinin 6-cı ayəsində buyurur ki, “Sən Quranı kimin nəzdindən alarsan? O Allah ki, “əliyyun həkim”dir. O Allah ki, “həkimun əlim”dir, Onu sənə bir-başa verər “lədun”.

“Lədun” hətta, “indəllah”dan da incədir. “İndəllah” Allahın ixtiyarındadır. Bir kitab əgər sənin kitabxananda olarsa “ind” deyə bilərsən ki, mənim nəzdimdədir. Amma kitab əgər əlində olsa, biz ona da deyərik məndədir, amma ərəblər ona “lədiy” deyərlər. “Lədəllah” “indəllah”dan incədir. “Lədəllah” yəni, onun əlidədir, onun qarşısındadır. “İndəllah” isə onun ixtiyarındadır, ola bilsin onun kitabxanasındadır və ya rəfindədir.

Bəs, Peyğəmbər bir səviyyəyə çata bilər ki, o səviyyədə Quranı birbaşa Allahdan alar. Quranı birbaşa Allahdan almaq, elə həmin “ləəliyyun həkim”i almaqdır. Bəs, “ləəliyyun həkim” Quranın sifətidir, Allahın sifətidir ki, Allah öz kəlamında bu sifəti təcəlli veribdir. Quranın yuxarı səviyyəsi “əliyyun həkim”dir. Rəsulullahın da birbaşa o sahə ilə əlaqəsi var.

Şüəra surəsində buyurulduğu kimi, Ruhul əmin sənin qəlbinə Quranla nazil olur. O nazil olmaqla “ərəbiyyun mubin”i çatdırır. Amma sən yuxarı çıxsan, Quranın o biri tərəfi ilə əlaqədə olarsan.

Bəs, bu şahidlər göstərir ki, Rəsulullahın məqamı, bir məqam deyil ki, Cəbrail ona təlim versin. Cəbrail ona təlim verə bilməz.

Quranda əlavə bir nöqtə də var, o da budur ki, tamam mələklər səcdə ediblər. Allah taala Hz.Adəmin xilafət məsələsində buyurdu ki, Mən insanı “xəlifətullah” edirəm. Nəinki, təkcə Hz.Adəmi, Hz.Adəmin “xəlifətullah” bəhsi deyildi. Əgər Hz.Adəmin “xəlifətullah” bəhsi olsaydı, mələklər onda yalan deyirdilər, Hz.Adəm nəbidir, qan tökən deyil, fəsad edən deyil. Allah taala buyurdu ki, Mən bir şeylər bilirəm ki, siz bilmirsiniz. Məlumdur ki, o sözləri də düz idi. Bu insan qan tökəndi, fəsad edəndi və Allahın sözündən də belə çıxmışdır, mələklər belə düşünmüşdülər ki, bu insanı “xəlifətullah” edir, nəinki fəqət Hz.Adəmi.

Bəs, insanda “xəlifətullah” olmağa istedad və dərəcə var. Əgər insanda bu istedad varsa, o zaman Allah taala bütün mələklərə göstəriş verir ki, (Cəbrail də onların içində) bu insana səcdə etsinlər. O vaxt ki, bu insana səcdə etdilər, kamil insanın qarşısında səcdə etdilər, o ki, Allahın “əsmai-husna”sını özündə birləşdiribdir, bu daha Cəbraildən təlim ala bilməz. Bu Cəbrailin müəllimidir.

Quran Bəqərə surəsinin 30-cu ayəsindən başlayır ta 40-ci ayəyə qədər, o ayələrdə mələklərlə insanın fərqini iki şeydə bilir.

Birincisi budur ki, insan birbaşa Allah taaladan “əsma”nı öyrəndi. Bütün adları Allah taala insana öyrətdi, Adəmə birbaşa öyrətdi.

Amma mələklərin təlimində Adəmə dedi ki, Adəm, o mələklərə təlim ver, öyrət.

Bəs, bir fərq budur ki,  kamil insan Allahdan birbaşa öyrənir. Lakin mələklər, bu kamil insandan öyrənirlər.

İkinci fərqi budur ki, insan təlim tapır, mələklər isə “nəbə” tapırlar. Elmlə “nəbə”nin fəqi budur ki, elm bilməkdir, öyrənməkdir. “Nəbə” xəbərdar olmaqdır. İnsan mümkündür ki, bir iclasın həqiqətini bilməyə, bir fəlsəfi qanunu araşdırırlar, bu insan ümumi xəbərdar olur ki, bir fəlsəfi qanunu araşdırırlar, amma səviyyəsi o qədər olmur ki, o qanunun həqiqətini bilsin.

Mələklər tamam “əsma”yı öyrənə bilməzdilər. Onlar, birbaşa öyrənə bilmədilər, bəlkə kamil insanın əli ilə təlim aldılar. (Bu bir məsələ) İkinci məsələ də budur ki, əslən təlim almadılar, bəlkə, “nəbə” xəbərdar oldular.

Bu səviyyədəki mələklər, kamil insanın qarşısında heç vaxt “Əlləməhu şədidul quva” ola bilməz.  

Bu izahlar göstərir ki, təlim Allah tərəfindən idi. Ayəni bir daha təfsir edək. Bu ayənin təfsiri hamısı Allaha qayıdır. Ayə demək istəyir ki, Meracda Rəsulullah bir məqama çatdı ki, o məqamda “liqaullah”a yetişdi. “Liqaullah” yəni, Allahla görüşmək. Amma Allahla görüşmək, cismi, fiziki görüşmək deyildi və bu mümkün deyil. Allah cisim deyil, məkanı yoxdur ki, gözlə görünə. Bəlkə bu, qəlb şühududur, qəlbi müşahidədir.

“Allahı qəlblə müşahidə etmək”, “qəlblə görünmə” Quranın başqa ayələrində və hədislərimizdə gəlibdir. Bu ayələri “Cəbrail ilə insanın əlaqələri” kimi deyil, bəlkə “Allahla insanın əlaqələri” kimi izah ediblər.

Mərhum şeyx Tusi “Əmali” kitabında ibn Abbasdan, o da Rəsulullahdan nəql edir ki, Peyğəmbəri-Əkrəm buyurdu; Mən meraca gedən zaman, Allahıma yaxınlaşdım, o qədər ki, mənlə Allahın arasında iki kaman qədər, ya ondan da az fasilə oldu.

Mərhum Səduq “İləluş-şərai” kitabında İmam Musa ibn Cəfərdən bir hədis nəql edir. Bu hədis göstərir ki, Peyğəmbər meracda Allahı qəlbi ilə müşahidə eylədi, şühuda yetişdi.

Əli ibn İbrahim təfsirində gəlib ki, “sonra Rəsulullah öz Rəbbinə yaxınlaşdı”.

Bütün bunların hamısı insana ayrı bir gözün,“qəlbin gözü”nü sübut edir və insan o qəlblə Allahı görər.

Bizim başqa qaynaqlarımızda da vardır ki, Peyğəmbər meracda “liqaullah”a yetişdi.

İmam Səccadın (ə) Şamda Yezidə söylədiyi bir xütbəsi var ki, orda buyurur, Ey Yezid icazə ver, bu taxta parçasında oturum mən də danışım. (O yerdə ki, batil danışıla, Bəni-üməyyə təbliğ oluna, ora minbər deyil, taxta parçasıdır) Yezid izn verir. İmam Səccad (ə) özünü təqdim edəndə bir yerə yetişir ki, buyurur, “Mən o kəsin oğluyam ki, meraca qalxdı, Allaha yaxınlaşdı, o qədər yaxınlaşdı ki, Allahla iki kaman qədər fasiləsi oldu.”

Bunlar izah olunmalıdır, “liqaullah” fəlsəfəsi izah olunmalıdır, Allahı qəlblə müşahidə etmək, izah olunmalıdır.

Mən bu gün sizlərə bunu izah etmək istəyirdim ki, bu ayələr Allahla Rəsulullahın əlaqəsindədir. Allah təlim verdi Rəsulullaha, Allah vəhy etdi Rəsulullaha. Rəsulullah, Allahı qəlbi ilə görməkdə səhv etmədi və haqqı dedi. (Bu ayələr Cəbrail bəhsi deyil).

 

OXŞAR VIDEOLAR