Saytımızda axtarın

     MENU
NƏCM SURƏSİNİN TƏFSİRİ

Nəcm surəsinin təfsiri (6)

Nəcm surəsinin təfsiri (6)

 

Bismillahir rəhmanir rəhim.

Əfərə əytumul latə vəl uzza. Və mənatəs salisətəl uxra. Ələkumuz zəkəru və ləhul unsa.

Keçmiş ayələr (Nəcm surəsinin 18-ci ayəsinə qədər) merac barəsində idi. Bu ayələr, İslam peyğəmbərinin meraca getməsindən, Allahın böyük nişanələrini görməsindən, kəşf və şühud məqamına çatmasından bəhs edir.

İslam peyğəmbərinin vəzifələrindən biri insanları hidayət etməsidir. Bu hidayət məsuliyyəti çox ağır bir məsuliyyətdir. Çünki, insanlar ağaca, daşa, bütə pərəstiş edirdilər. Peyğəmbər meracdan enib, bunları bu səviyyədən yuxarı qaldıracaq. Ən ağır məsuliyyətlərdən biri budur. İnsan o zirvədən aşağı enə, bu səviyyədə olanlarla mübahisə edə, taki, bunlar hidayət olalar.

Ayədə buyurulur ki, Əfərə əytum yəni, Mənə xəbər verin, sübutunuzu gətirin, pərəstiş etdiyiniz bu üç dənə büt (Lat, Üzza və Mənat) nəyə qadirdilər?

Ələkumuz zəkəru və ləhul unsa. Bilirsiniz ki, bütpərəstlərin, bütpərəstliklərində özlərinə xass bir mədəniyyətləri var idi. O mədəniyyətlər əgər izah olsa, bu ayələr izah olunar.

Əvvəla bunlar mələkləri, Allahın qızları bilirdilər və bu əqidədə, mələklərə qız kimi büt düzəldirdilər. Mələkləri görmədiklərinə görə, düzəltdikləri bütlər o mələklərə timsal olduğuna görə, bu timsallara ibadət edirdilər. Bu timsallara ibadət etməkdən əlavə, gəlib bir sıra əməllər edirdilər. O cümlədən, bütlərə ip bağlayırdılar, xurafat və mövhumat işləri edirdilər. Onlardan şəfaət istəyirdilər. Həqiqətdə, bu bütlər ona ki, timsaldı ondan şəfaət istəyirdilər.

Şəfaəti burada sizlər üçün izah edim.

Bütpərəstlər Qiyamət gününə inanmırdılar. Onlar bütlərdən, buna görə şəfaət istəmirdilər ki, Qiyamət günü oddan nicat tapsınlar. Çünki, bütpərəstlikdə Qiyamətə, cənnət və cəhənnəmə inam yoxdur.

Ayələrdə var ki, bütpərəstlər gəlib peyğəmbərə deyirdilər ki, bu sümük təzədən necə diriləcək, insanlar çürüyəndən sonra, təzədən necə qəbirlərindən duracaqlar.

Bunlar hamısı göstərir ki, bütpərəstlikdə Qiyamətə inam yox idi. Onların əsas əqidələrindən biri bu idi ki, fəqət dünyadı və şəfaəti də dünyada qəbul edirdilər. Deyirdilər ki, bu bütlər, dünyada bizim işlərimizi həll edərlər, vasitəçi olarlar, biz güclənib qalib gələrik, ruzimiz çoxalar, şəfa taparıq. Bu bir neçə əqidə bütpərəstlərə aid idi.

Allah taala buyurur ki, sizin bu əqidələrinizə heç bir dəliliniz yoxdur. Dəlilsiz söz danışırsınız.

Bilirsiniz ki, cahiliyyətin iki əlaməti vardır. Birincisi odur ki, elmin yerində güman oturar. Yəni, gümanla, əqidə düzələr, gümanla, fəlsəfə düzələr, gümanla, məktəb düzələr, gümanla, inam düzələr. İnsan elmlə, sübutla, dəlillə, məntiqlə əqidə və inam düzətmək yerinə, gümanla, xəyalla, arzu ilə hərəkət edər. “Mənə elə gəlir”, “belə başa düşürəm”, və bunu kimi sübutsuz sözlər, bütün bunlar cahiliyyətin bir nişanəsidir.

Elm aləmində, gümanı elm ilə əvəz etmək. İnsan ağılın yerinə, şəhvət və qəzəbini hakim edə. O elmi sahədədir, düşüncə sahəsindədir, bu isə yaşayış və meyl sahəsindədir.

İnsan həm yolu görməlidir, həm də yolu getməlidir. Görmək və bilmək sahəsində, gümana qapıla, elmi qırağa qoya, məntiqi və sübutu qırağa qoya. Yaşayışda, istiqamət sahəsində, həyat axarında ağlı qırağa qoya, şəhvət və qəzəblə yaşaya.

Bəs, cahiliyyətin iki əlaməti vardır. Buyurur, birinci əlamət, sizin tamam əqidələrinizin heç biri sübuta söykənmir. Deyirsiniz ki, mələklər Allahın qızlarıdır, sübutunuz nədir? Əvvəla, mələklərdə cinsiyyət yoxdur. İnsanın ruhunda da cinsiyyət yoxdur. Qadın və kişilik insanın bədəninə aiddir. İnsanın ruhunda nə qadınlıq var, nə də kişilik var. Ona gərə də, kişi hansı həqiqətdən yaranıbsa, qadın da həmin həqiqətdən yaranıbdır. (Nisa surəsinin birinci ayəsinə bax)

İslam bərabərlik məsələsindən də incə söz deyir. Nəinki, qadın kişi ilə bərabərdir, bəlkə, qadının ruhu, kişinin ruhu ilə eynidir. Bərabərlik mənası deyil. Bərabərliyin mənası budur ki, bunlar iki şeydilər, bunlar məqamda bərabərdilrlər, bunlar dərəcədə bərabərdilrlər, bəlkə elə deyil. Onların hər ikisi də bir həqiqətdəndirlər, bərabərlik və musavat mənası deyil, eyniyyət mənasındadır.

Mələklərdə cinsiyyət yoxdur ki, qadın ola və ya kişi ola, Allahın qızları ola. Bu bir məsələ. İkinci məsələ isə, əslən Allahın qızı yoxdur, Allahın ehtiyacı yoxdur, Allah cism deyil, anadan olma, uşağı olma və s. belə şeylər Allahda yoxdur.

Mələklər məbud deyillər, məbud ancaq Allahdır. Sizin buna sübütunuz yoxdur ki, mələklər məbuddur. Mələklər müdəbbiratdır. Allahın yer üzərində işlərini tədbir edirlər, özü də Allahın izni ilə. Mələklər aləmdə Allaha vasitədirlər, özü də Allahın izni ilə, Allaha asılı olaraq.

Siz ki, bu işləri görürsünüz, mələkləri büt etmiziniz (istər mələkləri, istərsə də daşları və ağacları) və bulara pərəstiş edirsiniz, bunlar əsassız və məntiqsiz bir şeylərdir. Şəfaət bir addır bunlara qoymusunuz. Bu daş və ağac sizə nə şəfaət edəcəkdir? (o şəfaət ki onlar deyirlər, dünya şəfaəti)

Ona görə də Quran, bu ayələrdə, bu məsələləri izah edir və axırda bir ümumi qanun deyir. Buyurur, niyə cahiliyyətdə yaşayırsınız? Ümumi qanun əcib bir sözdür, niyə cahiliyyət qanunları ilə yaşayırsınız? Elminizi qoyub, güman ilə yaşayırsınız, əqlinizi qoyub, şəhvət və qəzəblə yaşayırsınız. Niyə belə bir həyat qurmusunuz? Görməkdə, məntiqsizlik və güman, yaşamaqda isə ağılsızlıq, şəhvət və qəzəb sizə hakimdir. Orada xəyal qüvvəsi ilə, burada isə şəhvət və qəzəb qüvvəsi ilə. O sizi aşağı endirir və cahiliyyət dövründə yaşatdırır.

Buyurur ki, Əfərə əytumul latə vəl uzza. Xəbər verirsiniz bu üç dənə bütdən (lat, üzza və mənat) ki, hər üçü də “müənnəs”dir, hər üçü də qadın cinsinə mənsub olan büttdür. Ələkumuz zəkəru və ləhul unsa. Burada Allah taala mübahisə yolu ilə onları qane etmək istəyir. Bunlar öz həyatlarında oğlan uşaqlarından xoşları gələrdi, qız uşağından xoşları gəlməzdi və bu mədəniyyətlə yaşayardılar. Buyurur ki, necə olur bu, bizim nəzərimizdə insanın övladları arasında oğlan və qızın fərqi yoxdur. Hər ikisi də Allahın insana bəxs etdiyi nemətdir. Amma sizin mədəniyyətinizdə fərqlənir, necə olur belə bölürsünüz, qızları Allaha verirsiniz (bu batil sözdür, Allahın qızı yoxdur, mələklər qız deyillər) sizin bu bölgünüz təəccüblü bölgüdür.

O zaman ki, insan məntiqə söykənmədi, sözləri də bir-birilə uyğun gəlməz. Buna təzadlı təfəkkür deyərlər. Bir sahədə bir cür söz deyərlər, başqa sahədə ayrı bir söz deyərlər, onlar da bir-birilə uyğun deyil. Sözündən məktəb düzəldə bilməz, çünki, sözləri ayrı-ayrı sözlərdir.

Bəzən insanların təfəkkürləri bir-birinə bağlıdır. Buna məktəb deyərlər. İslam dini məktəbdir. İslam dininin əqidəsi, iqtisada bağlıdır, iqtisadı əxlaqa bağlıdır, əxlaqı əmələ bağlıdır. Bunların hamısı bir-birinə bağlı bir təfəkkürlərdir. Bir-birindən nəticə alınmış ki, əsası Tövhiddir.

Amma insan gümanı ilə təfəkkür düzəltsə, müxtəlif sahədə bir-birinə uyğun olmayan sözlər danışar. Buyurur ki, necə olur ki, qız-oğlan məsələsinə gələndə, oğlanı üstün tutursunuz, qızı əskik tutursunuz. Eyni halda ki, bu düz söz deyil. Lakin bölgü zamanı, mələkləri Allahın qızı bilirsiniz, oğlanları isə özünüzə nisbət verirsiniz.

Ələkumuz zəkəru və ləhul unsa. Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!

Tilkə izən qismətun ziiza. Elə isə bu ədalətsiz bölgüdür. Siz bölgüyü zalimcəsinə bölürsünüz, öz dediyinizə görə. Amma bizim dediyimizə görə, nə qadın, nə də kişi heç biri bir-birindən fərqi yoxdur. Qız, oğlan Allahın nemətidir. Bəzi qızlar müqəddəs Məryəm, Fatimeyi- Zəhra olur, bəzi oğlanlar isə Əbu-ləhəb.

Ona görə də, kamal və mənəviyyat sahəsində cinsiyyət, nə şərtdir, nə də manedir. “Əs-sadiqin”, “vəs-sadiqat”. “Vəs-sabirin”, “vəs-sabirat”. Quran bəzən bu cür təkid edir. Eyni halda ki, bu cür iki kəlmə gətirməsəydi də, hər iki cinsə aid ola bilərdi. Bu cür təkidlərlə istəyir ki, o cahiliyyətin baxışını vursun.

Deyir ki, siz ki, beləsiniz, bəs necə olur bölgü zamanı Allaha əskiyi verirsiniz, (öz baxışınızda, əslində belə deyil) bu zalimanə bir bölgüdür. Bundan əlavə sizin ki, etiqadınız var bunlar şəfaətçidirlər, hanı dəlilləriniz? Niyə dəlilsiz danışırsınız?

İn hiyə illə əsmaun səmməytumuha əntum və abaukum. Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir!

İnsanın bəzən əqidəsi düz olmaz, bəzən isə əqidə tapmasının yolu düz olmaz. Bütpərəstlik əqidəsi düz deyil. Çünki, sübutsuz və dəlilsiz sözlərdir. Buna əqidənin düz olmamağı deyərlər. İkinci məsələ isə, Qurani-kərim bunu bəzən vurğulayır. Buyurur ki, sizin əslən həqiqəti tapmaq yolunuz düz deyil, mərifətşünaslığınız düz deyil. Bu yolla həqiqət tapmazlar. “Bizim ata-babalarımız belə deyirlər deyə, biz de belə deyək”, həqiqəti tapmaq üçün, bu yol düz yol deyil.

İnsan əgər həqiqəti tapmaq istəyirsə, əqllə, sübutla, məntiqlə tapmalıdır. Nəinki, kor-koranə və təqlid etmək vasitəsilə, əqidə axtarıb tapmalıdır.

Buyurur ki, siz və sizin ata-babalarınız buna ad qoyub.

Ma ənzələllahu bihə min sultanin Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir.

Sizin dəliliniz yoxdur ki, bunlar dünyada şəfaətçidirlər və işlərinizi həll edirlər və ona görə də bu bütlərə pərəstiş edirsiniz. Sizin cahiliyyət yaşayışında iki müşkülünüz var.

İn yəttəbiunə illəz zənn Onlar (müşriklər) yalnız zənnə uyurlar. Elmi qırağa qoyurlar, gümana tabe olurlar. (Bu düşüncə sahəsində)

Və ma təhvəl ənfus və o ki, ürəkləri istəyir. (Bu da yaşayış sahəsində) Əqli kənara qoyurlar, şəhvət və qəzəblə yaşayırlar...

OXŞAR VIDEOLAR