Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (32.1)

Otuz ikinci dərs

 

Dördtərəfli münasibətlər

 

İnsan öz dördtərəfli münasibətlərində inkişaf və təkamülə tərəf hərəkət etməlidir. Dördtərəfli münasibətlər dedikdə, aşağıdakılar nəzərdə tutulur:

A – İnsanın Allahla olan əlaqəsi. B – Özü ilə olan əlaqəsi.  C- İnsanın digər insanlar ilə olan əlaqəsi. D – İnsanın dünya və təbiət ilə olan əlaqəsi.

 

Əgər Quran ayələrinə diqqət yetirsək, görərik ki, Allah insana həmin dördtərəfli münasibətə diqqət etməyi tövsiyə edir. Hər bir insan, bu dördtərəfli münasibətə qarşı düzgün davranmalıdır.

Saglam insan o şəxsdir ki, namaz qılır və oğurluq etmir. Quran baxımından düzgün insan, həmin dörd əlaqəyə qarşı sağlam və nizamlı davranan şəxsdir.

İnsanın varlığı sadəcə bir istiqamətli əlaqə ilə bitmir. Bəlkə insan hamını nəzarətdə saxlayıb, onları tənzimləməlidir. İnsan kamala tərəf düzgün formada addım atmalı və əgər bir sahədə irəliləsə, uğur qazanar və həmin əlaqədə inkişaf edib, digər əlaqələrdən də qəflətdə qalmaz.

 

İman dərəcəsinə çatmaq üçün, insan gərək  Allahla öz əlaqəsini tənzimləsin. Bunun üçün Afaqi və Ənfusi nişanələrlə (daxil və xarici) Allaha iman gətirməli, zikr etməli və həmişə Allahı xatırlamalıdır. Belə olan təqdirdə, insanda Allaha olan məhəbbət və mərifət artar. İnsanın Allaha qarşı itaət, vilayət və ibadəti olmalıdır. Bu mənəvi yolların hər biri insanda inkişaf etməlidir. Əgər Allahı yad etsək, Allah da bizi yad edər və biz bunun vasitəsi ilə sakitlik taparıq. Əgər vilayəti qəbul etsək, zülmətdən çıxıb, nura doğru addımlayıb, nəticədə nurani olarıq. Əgər Allaha ibadət və itaət etsək, Allah ilə əlaqəmiz tənzimlənər.

 

İnsan Allahla əlaqədə mərifətə çatmalıdır. Mərifətullaha nail olanda, ilahi məhəbbət insanın qəlbində inkişaf edər, bu mərifət və məhəbbətin səmərəsi İlahi itaət və Allahın göstərişlərinə itaətdir. İnsan özü ilə əlaqədə həmişə inkişaf və çiçəklənmə halında olmalıdır. Özünü itirməməli və özünü daim yadında saxlamalıdır.

 

 

 

Allah Həşr surəsində buyurmuşdur: Əgər Allahı unutsanız, cəzası özünü unutmaqdır. (Həşr, 19).

 

 

Həmçinin Allah Maidə surəsində buyurur: Özünüzü unutmayın. (Maidə, 105).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ

 

Yəni xudpəsənd olmayın, həqiqəttələb olun, mənəvi meylləri aradan aparmayın, həmişə inkişaf və kamal fikrində olun ki, xilas olasınız, əbəs varlığa çevrilməyin,xəsarətə düşməyin, düzgün ticarət (mənəvi) edin və özünüzü ucuz satmayın.

Məsumlardan (ə) nəql olunan bir çox hədislərdə tövsiyə edilir ki, insanın iki günü eyni olmalı deyil.

Belə ki, həmin hədislərə əsasən əgər insanın iki gün eyni olsa, insan ziyana uğramışdır. Əgər insanın dünəni bu günündən yaxşı olsa, Allahın rəhmətindən uzaqlaşmışdır. İnsan ruhi cəhətdən kamal yolunda olsa, onun həm elmi, həm mənəvi baxışı və həmdə iradəsi artar.

 

Quran ayələrinin bəzisi hikmətdir və insana mərifət bəxş edir. Bəzi ayələr isə insana iradə bəxş edir. İnsan həmin ayələrə əməl etməklə, öz qəlbini böyüdür və Allah ona şərhi-sədr verir. İnsan mənəvi istiqamətdə düzgün addım atarsa, hadisələrdə istiqamət qazanıb, kamal və həqiqətə yetişər. Ona görə də insan gərək elmi və dini inkişafa tərəf addım atsın ki, mənəvi cəhətdən ölü olmasın və ziyana uğramasın.

 

İnsan, elmi baxımından ardıcıl şəkildə maarif qazanmaq və elm əldə etmək ilə, inkişafa doğru hərəkət edir. Nəsfin təmizlənməsi və qəlbin paklığının qazanılması ilə isə, mənəvi cəhətdən inkişaf edir.

 

 

 

 

Otuz ikinci dərsin xülasəsi

 

Dördtərəfli əlaqə

 

İnsan dördtərəfli əlaqələrində kamal və inkişafa doğru irəliləməlidir.

Həmin dördtərəfli əlaqə, aşağıdakılardan iabrətdir:

 

A) İnsanın Allahla olan əlaqəsi

 

 

B) İnsanın özü ilə olan əlaqəsi

 

C) İnsanın başqa insanlar ilə olan əlaqəsi

 

D) İnsanın dünya ilə olan əlaqəsi

 

İnsan Allah ilə əlaqədə, İlahi mərifətə çatar, mərifətullaha nail olduqda isə, ilahi məhəbbət onun qəlbində inkişaf edər. Bu mərifət və məhəbbətin səmərəsi isə, ilahi itaət və Allahın göstərişlərinə təslim olmaqdır.

 

İnsan özü ilə əlaqədə, həmişə inkişaf və çiçəklənmədə olmalıdır. İnsanın inkişafı iki formada gerçəkləşir:

 

A) Elmi inkişaf

Məqsəd insanın dini maarif qazanması və davamlı şəkildə elm əldə etməsidir.

 

B) Mənəvi inkişaf

Məqsəd nəfsin təmizlənməsi və qəlbin paklığının əldə edilməsidir.

 

 

 

 

 

 

 

 

 

OXŞAR VIDEOLAR