Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (33.1)

Otuz üçüncü dərs

Dördtərəfli əlaqə

 

İnsan başqaları ilə əlaqə saxladığı zaman, onların dəyərlərinə və sərmayələrinə riayət etməli və haqqlarını tapdalamamlıdılar.

Həmçinin başqalarının malına qarşı haqsızlıq etməməli və onların malına sahib çıxmamalıdılar.

Çünki qurani-kərimə görə başqalarının malının hörməti qorunmalı və ona qarşı hörmətlə yanaşılmalıdır.

Bəzi insanlar başqalarının malına sahiblənmək üçün hakimə rüşvət verir və bu vasitə ilə öz maraqına uyğun şəkildə hökm çıxararaq, başqasının malını mənimsəyirlər.

Amma həmin insanlar bunu başa düşmürlər ki, bu yanlış və günah işlər, həmin malı halala çevirmir.

Peyğəmbərimiz (s) buyurur: Mən dünyada and və ya şahidlə mühakimə edirəm, amma bu zahiri hökm, batini hökmləri dəyişmir. Əgər əslində bu mal və sərvət bizim və ya sizin deyilsə, şahiddən istifadə ilə sizin xeyrinizə hökm olunur, amma yenə də (həmin mal) sizin malınız deyil. Məhkəmənin anlamı budur ki, dünyada ixtilaf aradan getsin və həqiqət nə olursa olsun, Qiyamətdə hər kəs cavabdeh olacaq.

 

Həmçinin Həzrət (s) buyurur: Hakimlərə rüşvət üçün verilən, eləcə də başqalarının haqqını mənimsəyərək, əldə edilən mallara yaxınlaşıb, onlardan istifadə etməyin.

 

Bəzi hədislərə görə rüşvətin günahı, Allahı inkar etməyin günahı qədərdir. Bunun səbəbi isə, məzlumun haqqının ayaq altında qalmasıdır.

Yaşadığımız dövrdə rüşvətin adı dəyişsə də, əslində rüşvət hədiyyə və rüsum adı altında yenə də insanlar içərisində qalmaqdadır.

İslam tarixini mütaliə etsək, görərik ki, Peyğəmbərimiz (s) də rüşvət ilə mübarizə aparırdı. Tarixdə qeyd olunub ki, peyğəmbər bir nəfəri vali seçmişdi. Bir gün həmin vali peyğəmbərin (s)  yanına gəldi və ona dedi: Mənim üçün hədiyyə gətirmişlər. Peyğəmbər (s) buyurdu: Oranın valisi olmasaydın, yenə hədiyyə gətirərdilər? Dedi: Xeyr. Sonra Peyğəmbər (s) ona belə buyurdu: Bu rüşvətdir və halal deyil.

Allah quranda buyurur: Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Bəqərə, 189).

 

Ayədən başa düşülür ki, hər bir şeyə öz yolundan daxil olmaq lazımdır və insan həmişə ən ağıllı və məntiqli yolu seçməlidir.

 

Əgər insan bu dörd əlaqədə sağlam olsa, hər cəhətdən kamala doğru addım atmış olar.

Bunu da unutmamalıyıq ki, kamil olmaq üçün bütün növ əllaqələrdə həqiqi kamala çatmalıyıq.

Həmin əlaqələrədən biri də, təbiətlə olan əlaqədir.  Ona görə də bilməliyik ki, aləm və təbiət,  təbiətin özü üçün yox, bəlkə insan üçün yaradılıb.

 

Təbiətin yaranmasında hədəf və məqsəd insandır. İnsan öz ömrünü, dünyadakı həyatını yaxşılaşdırmaq üçün puç etməməlidir. Dünyanın malları insanın inkişafı üçün istifadə olunmalıdır. İnsanın dəyəri dünya və təbiətdən daha üstündür. Ona görə də dünya insanın kamala çatması üçün pis yox, əksinə yaxşı vasitədir. Həmçinin dünya imtahan və inkişaf üçün bir nemətdir. Bəzən insandan hər hansı bir dünya malını alır, bəzən də əksinə, ona müəyyən bir dünya malı verirlər və insan bu vasitə ilə imtahana çəkilir.

İnsan dünyaya ona görə gəlib ki, dünyanı abadlaşdırsın.

 

Allah insanı yerdə yaradıb. İnsanın ruhu olsa da, cismi torpaqdan yaradılıb. Ona görə də Allah yerin abadlığını insandan istəyir.

 

Təbiəti abadlaşdırmaq insanın öhdəsindədir. Ona görə də ağacları məhv etmək, çayların suyunu qurutmaq və dağıtmaq olmaz. Təbiətə qarşı da məsuliyyətli olmaq lazımdır.

Allah bu aləmi insana  əmanət olaraq verib. Ona görə də bu əmanəti qorumaq lazımdır. Ağacları kəsmək yox, bəlkə ağac əkmək lazımdır.

 

Çünki islam dininin əsas hədəflərindən biri də təbiəti abadlaşdırmaqdır.

Dünya, Allah tərəfindən insanlara verilən bir nemətdir, nemət isə məsuliyyət tələb edir. Dünyaya qarşı olan məsuliyyət isə, onu abad etməkdən ibarətdir.

 

 

 

Hər bir insan cəmiyyət içərisində dörd sərmayəyə sahibdir: can, mal, abır və namus. İnsan dünya ilə əlaqədə öz kamalı üçün dünyadan istifadə etməlidir. Dünya insan üçün əsl məqsəd deyil, bəlkə dünya, insanən müvəqqəti yaşadığı yerdir. Çünki dünya körpü və keçid yeridir.

 

Otuz üçüncü dərsin xülasəsi

 

Dördtərəfli əlaqə

 

İnsanın başqaları ilə əlaqədə, aşağıdakı öhdəlikləri var:

Başqalarının sərmayələrinə riayət etməli və onları aradan aparmamalıdır.

Hər bir insanın cəmiyyətdə dörd növ sərmayəsi vardır.

 

1- Can sərmayəsi.

 

2- Mal sərmayəsi.

 

3- Abır sərmayəsi.

 

4- Namus sərmayəsi.

 

İnsanın dünya ilə əlaqədar olan vəzifəsi: İnsan dünyadan öz kamalı üçün istifadə etməlidir.

 

Dünya və onda olan müxtəlif nemətlər, insan üçün bəyənilməyən şeylər deyil, əksinə insanın kamala çatması üçün çox yaxşı vasitələrdir.

 

Dünya insanlar üçün körpü və keçid yeridir. Ona görə də dünya insanların əsl məqsədi yox, bəlkə müvəqqəti yaşadıqları bir məkan olmalıdır.

 

 

 

 

 

 

OXŞAR VIDEOLAR