Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 1 (a)

Bağışlayan və mehriban Allahın adı ilə

Qurani Kərimdə imamət 2 cür bəhs olunur.

Birinci, imamlıq nə deməkdir və ikinci isə imamlar kimlərdir.? Biz hələlik imamların kim olduğu haqqında danışmırıq.Bİr neçə suala nəzər salaq.İmamlıq nə deməkdir?Peyğəmbərlik nə deməkdir?Kimlər peyğəmbərdir? İki növ imamlıq vardır.Ümumi imamlıq və xüsusi imamlıq. Ümumi imamlıq, məsələn bir şəxs imam olduqda nəyə çatır, hansı səviyyəyə çatır, nə dərəcəsi olur.? O dərəcədən danışılır.Belə bir sual var ki, kimlər o dərəcəyə çatır?. Biz hələlik bu mövzuya toxunmuruq. Düzdür burada İbrahim(ə)in o dərəcəyə çatmağı barədə ayə göstərilir, lakin o mövzuya toxunmuruq. İzah etmək istədiyimiz məsələ budur ki, İbrahim(ə) peyğəmbər idi, imamlığa çatdıqda nə dəyişdi, nə baş verdi?Ümumi imamlıq, imamlığın mənasından, imamlığın mahiyyətindən danışırıq. Buyurur ki, O zaman ki, İbrahimi imtahan etdi onun Rəbbi (Rəb ərəb dilində - insanın həm sahibidir, həm də onu idarə edir) kəlmələrlə nəticədə tamamladı onları. İndi onları kim tamamladı? Bir mənası budur ki, İbrahim tamamladı. Bir mənası da budur ki, onları Allah tamamladı. Yəni Allah tövhid verib, o kəlmələri tamamladı.Buyurdu : “Həqiqətən mən səni camaat üçün imam qərar verirəm”. Yəni mən səni camaata imam qərar verdim. Dedi (İbrahim dedi), mənim nəslimdən də mi? (Yəni imamlıq təkcə mənə məxsusdur yoxsa nəslimdən də olar mı). Buyurdu: (Allah dedi), mənim əhdim zalimlərə çatmaz.(Bəqərə 124) (Allah nə inkar etdi, nə də tam, sərbəst söz verdi) Əlbəttə, Allah sözün içində söz verib. Tam, sərbəst söz verməyib. Buyurub: İbrahim, imamlığın ölçüsü vardır. Mənim əhdim zalimlərə çatmaz. Yəni (imamlıq) zalimlərə çatmaz. Bu ayədə bir neçə cəhətdən bəhs edəcəyik. Birinci ibtila bəhsidir. Yəni İbrahimin imtahanı. İmtahan olanda nə olar?Quranda ibtila, yəni imtahan nəyə deyilir?. İkinci bəhs budur ki, o kəlmələrdən məqsəd nədir? Yəni Allah o kəlmələrlə İbrahimi imtahana çəkib. Üçüncü bəhs budur ki,imamlıqdan məqsəd nədir ki, Allah buyurur:Mən İbrahimi imam etdim. Dördüncü bəhs budur ki, zalim kimə deyilir? Əgər aydın olsa ki, zalim kimə deyilir, imamət də aydın olur.

Birinci dərs – ibtila(İmtahan). Müəllim tələbəsini imtahan edir. Onun  haqqında tam məlumatı yoxdur, imtahan edib nəticəsini anlamaq istəyir. Allahda da imtahan bu mənadadır. Allah buyurur ki, mən sizi imtahan edecəyəm,(məqsəd budur ki,inanın bilmədiyi özünə aydın olsun). Allah Taala hər şeyi bilir. Qurani Kərimdə ayə var ki, Allah sirri də bilir, sirdən gizlini də bilir(Taha sur.7ci ayə). Yəni belə deyil ki, Allah təkcə aşkarı bilir. Aşkarı da bilir, sirri də bilir, hətta sirdən gizli bir şey ola bilərki Allah onu da bilir. Allah hər şeyi bildiyi halda niyə imtahana çəkir?Məlumdur ki, Quranda imtahana çəkmək Allahın bilməməyi mənasında deyil. Allah hərşeyi bilir, özü də əvvəldən bilir. Quranda imtahanın mənası budur ki, insan üzə çıxsın, zühur tapsın. Necə? Biz alma toxumunu yerə əkirik. Mən bilirəm ki, bunu əksəm alma olacaq. İmtahanın mənası budur ki, bunu əkəndə proseslər baş versin və alma və meyvə versin. İmtahan da Allah tərəfindən bəşər üçündür ki, bəşər öz istedadlarını, öz daxili imkanlarını üzə çıxarsın. Mümkündür ki, belə bir sual yaransın. Nəyə lazımdır ki, üzə çıxarsın?Onsuzda Allah Taala bilir ki, üzə çıxanda nə olacaq. Bizim cənnətimiz və cəhənnəmimiz əməlimizlədir. Zühur əməldir ki, cəhənnəmi və cənnəti düzəldir. İnsanın əməli necə zühur tapırsa o elə cənnəti, cəhənnəmidir. Allah cəhənnəmi yaradıb ki,günahkarları ora atsın. Bizdə deyirik:Allah, elə indidən bilirsən. Deyirik Allah cənnəti yaradıb yaxşı əməl sahiblərini ora salsın. Deyirik Allah, sən bilirsən.Elə  kimi bilirsən göndər cənnətə. Cənnət, cəhənnəmi biz məkan kimi təsəvvür edirik, ona görə düşünürük ki, insanları ora Allah öz elmi əsasında göndərir. Deyirik ,Allah sən onsuzda bilirsən.Göndər!

 Cənnət, cəhənnəm insanın əməlidir, əməlinin zühurudur. Vaxtı ilə əməl etməmisənsə, yəni cənnətin və cəhənnəmin yoxdur. Buna Qurandan bir neçə sübut gətirmək olar. Bəqərə surəsi 23-24-cü ayədə buyurur:” Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!” “Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. Əgər həqiqətən sizin şübhəniz var ki, Quran ilahi bir kitab deyil,gedin bənzərini gətirin bizə də aydın edin ki, bu həqiqətən də bəşər kitabıdır. Deyir, yox əgər gedib gətirə bilmədiniz qorxun o oddan ki, alovu yandıran odun insandır və daşdır. Təndir yandıranda odun tökürlər.Cəhənnəmin odunu isə camaat və daşdır. Daşdan da məqsəd insanın pərəstiş etdiyi bütlərdir. Deməli cəhənnəmin odunu iki cürdür: birincisi, bütlər (onlara ki, insan pərəstiş edir istər canlı, istər cansız). İkincisi də insanlar( ki, pərəstiş edir, yəni büdpərəstdir). Bu ayədən bilinir ki, insanın əməli cəhənnəmi təmin edir. O insan ki, əməl etmir cənnət də yoxdur, cəhənnəmdə.

 İkinci sübut merac hədisləridir. Peyğəmbər meracda olarkən cənnətdə bir hadisə baş verdiyini görür və təəccüblənir. Görür ki, bir sıra mələklər sürətlə bina tikməyə çalışırlar . Sonra birdən,bir müddət da istirahət edirlər. Peyğəmbər təəccüb etdi.Buyurdu: Bunlar yavaş-yavaş işləsinlər ki, bir müddət da istirahətə çıxmasınlar. Cəbraildən soruşdu ki, bunlar niyə belə edirlər?(Cəbrail) Dedi:Bunların materialı dünyadandır. Bir şəxs əməl edəndə, saleh iş görəndə material olur və işləyirlər. Material olmayanda isə işləmirlər. Bu da bir sübutdur ki, insanın əməli cənnəti və cəhənnəmi tənzimləyir. Yəni o demək deyil ki, cəhənnəm var və var olduğu üçün insanı ora atırlar. Yəni ki, Allahın elmi varsa insanı ora atmalıdır. Əməl zühur etməsə cəhənnəm yoxdur. Tikan toxumu tikan deyil. Cücərəndə tikan olur. Gül toxumu gül deyil. Cücərəndə gül olur. Cənnət və cəhənnəm də elədir. Quranda Qiyamət haqqında bir sıra ayələr var. Qiyamət aşkar olma günüdür. O gün ki, daxildəki sirlər üzə çıxırlar. İmtahan üzə çıxarmaq üçündür, imtahan əmələ gətirmək üçündür. Çünki əməl olmasa Qiyamət tənzim olmaz. Biz deyirik ki, Allah cəhənnəmi hazırlayıb.Əslində İnsanın əməli cəhənnəmi hazırlayır. İnsanın əməli cənnəti hazırlayır. Allahın elmində, bir “elmi zati” deyilən birşey var, yəni Allah qədimdən bilir. Bir də “elmi feli” var, yəni bir şeyin üzə çıxmasıdır. Allah Taala buyurur mən imtahan edirəm sizi, yəni sizi üzə çıxarıram, sizi zühur edirəm. Bu zahir olmasa heç nə yoxdur. Mənim cəhənnəmdə yanmaq ilə, cənnətdə nemət ilə zati əlaqəm var, amma qərarlaşma əlaqəm yoxdur. Qiyaməti iki cür təsəvvür etmək olar, belə təsəvvür etmək olar ki, orda məcazi əlaqə var. Mən necə dünyada qərarlaşıram filan günahı eləsən filan cəza verə bilərsən. Günah ilə o cəza arasında əlaqə yoxdur. Mən əlaqə yaradıram,azaldıram, çoxaldıram. Biz deyirik Qiyamətdə də, cəhənnəmdə də o günah ilə cəzanın əlaqəsi olmalıdır. Ona görə Allah günahın müqabilində cəza hazırlamışdır. Günah ayrı, cəza ayrı. Günah mənim işimdir, cəza Allahın işidir. Günah mənim işimdir. Cəza günahın içəri üzüdür. Biz burda o cəzanı görmürük amma var. Hardan deyirik ki, günahın içəri üzü cəzadır. Buna aid başqa ayələr var. Məsələn Nisa surəsi 2 ci ayədə. Buyurur:” Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.” onlar ki, yetimin malını yeyirlər, od yeyirlər. Onlar ki, yetimin malını yeyirlər zülm baxımından qarınlarına od yeyir, lakin üzə çıxmır. Yetimin malını kim yeyə bilər? Tutaq ki, alver edirəm yetim malını satır, mən də alıram. Bu onun malını yeməkdir, lakin zülm baxımından yox, razılaşma yolu ilə. Bir də var ki, mən onu aldadıram, zorla yeyirəm. Quranda başqa bir ayə də var,buyurur ki, cəhənnəm kafirləri əhatə edib, özləri bilmirlər. Nəinki Qiyamət günü cəhənnəm onları əhatə edəcək. İndi(hal hazırda) onları cəhənnəm əhatə edib, onlar bilmirlər. Bilmirlər ki,hər hansı günahı o edir cəhənnəm onu əhatə edir. Bizim günahlarımız bir baxımdan günahdır, digər baxımdan oddur. Biz dünyada günah tərəfini görürük. Digər tərəfə qəflət edirik. Axirətdə o tərəfini görəcəyik. Gözümüz iti deyil.(Qaf sur.22ayə) Fəqət Qiyamət günü pərdə götürüləcək və gözümüz iti olacaq. Mən günahın ləzzət tərəfini görürəm, amma od tərəfini görmürəm. Allahın etdiyi imtahan elmi imtahanı deyil, zühur imtahanıdır. İmtahanda məqsəd budur ki, insan öz binasını tiksin. İmtahandan məqsəd budur ki, insan özünü becərsin. Nəinki Allahın elmi(bilməsi). O məna ilə əlaqəsi yoxdur ki, Allah bilir, ya bilmir. Cənnəti və cəhənnəmi mənim əməlim tənzimləyir. Mən əməli etməsəm, onlar(cənnət və ya cəhənnəm) yoxdur. Ona görə bəzi insanlar “Əraf”da olurlar. Yəni onlar özlərinə nə cəhənnəmi tənzim ediblər, nə də cənnəti. Buna aid Quranda çoxlu ayələr də vardır ki, insanın əməli tənzim edir. İbtilada məqsəd Allahın etidiyi imtahan müəllim imtahanı deyil. İbtilada məqsəd insanın özünün özünü zühur etdirməsidir, özünün imkanlarını əmələ çıxarmasıdır. Əmələ çıxanda bu əməlin digər tərəfi ya cəhənnəmdir, ya cənnətdir. Bəziləri bu dünyada əməllərinin mahiyyətini görürlər. Təkasur surəsi( 5-6 cı ayələr)ndə belə bir ayə var, deyir ki, əgər onların yəqin elmləri olsaydı, Qiyamət günü odu görərdilər. Yasin surəsində bir ayə var, bununla Allah Qiyaməti bizə başa salmaq istəyir.” dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»

 De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir»”.(Yasin sur.ayə 78-79) Məsəl budur ki, bir nəfər sümük tapır, sevinirdi ki, Qiyamətin olmamağına sübut tapdım. Gətirib peyğəmbərin yanına dedi ki, ya Rəsulallah kim bu çürümüş sümüyü kim dirildə bilər?. Əlində sümüyü sıxdı. Orada Allah bir neçə sübut gətirib. Biri də budur:” O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.”(Yasin sur.80 ayə). Bunun nə əlaqəsi var Qiyamətlə? Bunun Tövhidlə çox əlaqəsi var ki, Allahın əzəmətini göstərir. Qiyamətlə əlaqəsi var. Alimlər buyurublar ki, yaşıl ağac özündə od yığar. Yaşıllığı da od yığmaqladır. Kökü olan ağac karbon yığır. Karbon da ki, yanmağın əsl maddəsidir. Ağac yaşıl olduğu müddətdə yığır. Kökü qırılanda daha karbon yığa bilməz. Ondan sonra yığdığını qaytarır. Nəinki sonra yanır. Əvvəl yanır, sonra üzə çıxarır. Yəni od qazanılırquruyandan sonar yandırdıqda qazandığı karbonları büruzə verir, azad edir. Allah Taalanın məqsədi,Qiyaməti belə təmsil etməkdir. Yəni, yaşılsınız, cavansınız, dünyada yaşayırsınız. Karbon qazanırsınız , amma bilmirsiniz, çünki yaşıllığınız mane olur. Quruyanda, onlar üzə çıxanda görəcəksiniz. Bir gün İmam Əli(ə)in tələbəsi Qiyamət haqqında sual verir ki,

 -Qiyamət necə olacaq?

 İmam tələbənin əlindən yapışır, aparır, bir çaxmaq daşı tapır.

-İmam(ə) buyurur:gör bunda od var mı?

 -Tələbə deyir, yoxdur.

İmam daşları bir birinə vurur od çıxır.

-İmam buyurur: od var, amma çıxmır. Bir-birinə dəydəndə, zühur etdi və çıxdı.

Bizdə də od var, əməllərimizlə qazanırıq. Lakin hələ döyülməyib, bir-birinə dəyməyib. İnsanın əməlləri hesablananda, od bir-birinə dəyəndə zühur edəcək, od çıxacaq. Əməl olmasa, od yoxdur. Əməl olmasa insanın cəhənnəmi də təmin olmaz, cənnəti də. İmtahan insanın əməli baxımdan inkişaf etməsidir. Allahın elminə o mənada aid deyil. İmtahan, yəni budur ki, mən özümü üzə çıxarıram. İmtahan budur ki, mən karbon qazıyam. Quran buyurur ki, insan 2 çöhrədə imtahan olur, insanın imtahanının 2 siması var. Fəcr surəsi 15-16 cı ayədə buyurulur:” İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" O imtahanın bir çöhrəsidir. Bir çehərsi də var ki, əksinə onu imtahan edəndə ruzusunu aldı, dar etdi. Varlandığı zaman niyə imtahan olduğunu başa düşmədiki ,əlindən gedəndə imtahan olduğunu dərk etdi. Deyir, Allah məni təhqir etdi, Allah məni saymır. Bu ayələrdən düşünülür ki, Allah buyurur mən 2 cür imtahan edirəm. Bir imtahanı fəqirliklə ilə edirəm, bir imtahanı zənginliklə ilə edirəm. O insanın istedadları 2 cür üzə çıxar. Bəzən istedadları yoxsul olanda üzə çıxar. Bəzən istedadları Allah var verəndə üzə çıxar. Nemətlə fəxr etmək olmaz. Mənə nemət verəndə, nemətin qarşısında şükür tələb edir. Mən şükür etməsəm, imtahandan keçmirəm. İnsan bəzən varlılıqla imtahan olur, bəzən yoxsulluqla. Nə varlılıq insana fəxrdir, nə yoxsulluq insana zillətdir. Nə o böyüklük səbəbidir, nə bu kiçiklik səbəbidir. İkisinin də səbəbi budur ki,insan imtahan olsun, yəni insanın istedadları üzə çıxsın. İnsanın baxışı mənfi baxışdır. Nə onda əzizlənir, nə də bunda təhqir olunur. İmam Əli(ə) Nəhcül Bəlağədə buyurur: Əgər dünya üstünlük səbəbi olsaydı, onda Allah çoxlu peyğəmbərlərinə dünya verərdi. Bəzi peyğəmbərlər var ki,onlara çoxlu dünya malı verilib. Məlumdur ki, dünya bir mənəvi dəyər deyil. İmtahandır. Biri o paltarda imtahan olunur, digəri bu paltarda imtahan olunur. Bəzi insanlar varki, yoxsulluq imtahanını verə bilirlər, onda özlərini itirməzlər. Varlılıq imtahanı yetişəndə tüğyan edirlər. Varlılıq imtahanında tüğyan məsələsi var. Bir də yoxsulluq imtahanı var. Yoxsulluqda da mümkündür ki, insan küfr etsin. İnsan yoxsulluq, kasıblıq imtahanına düşür. Necə nemət şükür tələb edirsə, yoxsulluq də səbr tələbedir. Orda da dözmək əvəzinə insan mümkündür ki,küfrə düşsün, Allahdan uzaqlaşsın, günaha düşsün. Varlılıq imtahanı yoxsulluq imtahanından çətindir. Onda insanın istedadlarının üzə çıxmağında maqnit daha çoxdur. Düzdür yoxsulluqda da var, bunda isə daha çoxdur. Peyğəmbər dövründə yoxsulluq imtahanı var idi. Nisbi baxımdan imtahanı verdilər. Yenə bəzi müharibələrdə qaçdılar, bəzi müharibələrdə peyğəmbərin sözünə baxmadılar. Lakin nisbi nəzərdə imtahandan çıxdılar. Lakin peyğəmbərin səhabələrinin çoxu varlılıq imtahanından çıxmadırlar. İnsan iki simada imtahan olunur, biri var simasında, ikincisi yox simasında. Quranda hər iki sima da görünüb. Həzrəti Əyyub(ə) yoxsulluq simasında imtahan olundu, Süleyman(ə) peyğəmbər varlılıq simasında. İkisi də imtahana çəkilirdi. Səbri Əyyub, Şükrü Süleyman ikisi də simvoldur. Həzrəti Əyyub(ə) hər şeyə səbr etdi. Süleyman peyğəmbər də hər şeyə çatanda belə bir cümlə dedi heç biri məndə deyil. Hamısı Rəbbimdəndir. Bəzi insanlar mala, dövlətə yetişəndə belə düşünürlər ki, öz ağılları ilə qazanıblar. Quranda Qarun ilə Süleymanın imtahanı haqqında buyurulur. Qarun deyirdi mən bunlara çatmışam, özüm çatmışam, çalışmışam, o tərəf, bu tərəfə qaçmışam. Bunlar hamısı mənim özümdəndir, ona görə niyə başqasına əl tutum, niyə kömək edim? Mən özüm çalışmışam. Süleyman(ə) dedi bu mənim Rəbbimin fəzlidir ki, mənə bəxş edib. O mənbəyi görürdü, bu isə mənbəyi görmürdü. Lampa yanır biri deyir yandırıb söndürən yandırır. Bir deyir yox stansiya yandırır. Məsələn pəncərəni açırsan külək gəlir. Qarun deyir pəncərə külək verir. Bilmir ki,külək bayırdan gəlir, pəncərə şərait yaradır ki, külək içəriyə girsin. Ya sən pəncərəni açırsan nur gəlir içəriyə. Qarun deyirdi pəncərəni açanda nuru verən pəncərədir. Ona görə də, deyirdi özüm çatmışam. Bilmirdi ki, nuru günəş verir, külək özündəndir, mənbə yadından çıxır. Mənbə Süleymanın yadında idi. Bu baxış fərqidir ki, Süleymanı Süleyman edir, Qarunu Qarun. İkisində də mal-dövlət var idi. Lakin onun baxışı mənbə baxışı idi, yuxarı baxış idi, hər şeyi görürdü. Bu isə dar çərçəvəsində özünü görürdü.bu mərhələyə çatmışdır ki, keçmişinə də, gələcəyinə də sədd çəkiləndə təkcə özünü görər. Deyirdi ki, mən qazanmışam. Yəni onda sədd yox idi. O mənbəyi görürdü. Qısası imtahan məsələsi insanın istedadlarının zühuru məsələsidir və bu Quranda iki simada olur. İmtahanı danışdıq. Allah İbrahimi imtahan etdi. İmtahandan məqsəd zühurdur. İmtahan üçün məxsus vaxt yoxdur. Həmişə, hər an insan imtahan olunur. Hər an insanın istedadı zühur edir. Ona görə heç kəs imtahandan istisna deyil. Çünki heç kim dayanmır, hamı gedir ya mənfiyə tərəf, ya müsbətə tərəf. Allahın sünnətidir, qanundur ki, hamı imtahan olunur. Bütün toxumlar becəriləcək. İstər tikan becərsinlər, istər gül becərsinlər. Hər an becərilir.insan münasibət bağlayan hər iş, istər müsbət münasibət, istər mənfi münasibət, o imtahandır. İmtahan insanın ruhunun zühurudur. Sonra deyir kəlmələrlə imtahan etdik.O, imtahandan keçdi, sonra onu imam etdik. Kəlmələr barəsində danışmadan öncə istərdim ki imamlıq bəhsini nəzərinizə çatdırım.. İbrahimə verilən imamlığın, iki mənası var: Bir lüğətdə, bir də termin kimi mənası var. İmamın lüğət mənası, qabaqda gedəndir, hansıki, onun ardıyla gedilir. Buna imam deyirlər. Biz ”imam camaata“iqtida edirik,qabaqda olana imam camaat deyirik. Hər işin qabaqda gedəninə lüğət baxımından imam deyirlər.Bu mənada nəbidə imamdır, peyğəmbər də imamdır. Çünki ümmətin qabağında gedir. Bu mənada bir qrupun başçısı da imamdır. Çünki onların qabağında gedir, bunlar isə onun arxasından. Bu lüğət mənasındadır. Bəzi alimlərə, bəzi şəxsiyyətlərə tarixdə imam deyiblər, bu lüğət mənasında işlənir. Birdə termincə imam vardır. Quranda imam müxtəlif yerlərdə işlənib. Quranda kitab haqqında imam kəlməsi işlədilib. Tövrata imam deyilib. Buyurur, Allah tərəfindən bir kitab nazil olub ki, imamdır. Niyə Tövrata imam deyilib? Bu lüğət mənasındadır. Çünki insanlar Tövratı qabaqlarına qoyub onunla getməli idilər. O imam olmalı idi. Quran kitabı arxalarına qoyan bir sıra insan haqqındada danışır, (məcazi mənada). Yəni kitabın dediyi ilə getmirlər. İstəyirlər ki,kitabı öz dedikləri ilə aparsınlar. Bəzi insanlar öz əməllərinə, əsasən, Quranı təfsir edirlər. Burda məna budur. Burda onun əməli imam olur.Əslində Quran imam olmalıdır, kitab imam olmalıdır. Quran, Tövrat imamdır.  İkincisi, Quran bir sıra kitablar üçün də imam terminini işlədib. Buyurur, Lövhiməhfuz da imamdır, imamun mubin. Quranda buyurulur, hər şeyi biz imamda qeyd edirik. Alimlər bunun Lövhi məhfuz olduğunu deyir. Hər şey orada yazılıb, o yazılma əsasında insan yaşayır. Orada yazılıb ki, o insanların imamıdır, insan onun ardınca gedir.Quranda  İnsanlara da imam işlədilib. İstər müsbət insanlara, istər mənfi insanlara imam işlənib. Quranda, küfr imamlarını öldürün işlənilib. Burda imam mənfi mənada işlənir. Qiyamət günü hər insanı öz imamı ilə çağıracağıq. Bu ayə sübutdur ki, hər insanın imamı vardır. Hər zaman Allah tərəfindən bir pak imam olmalıdır.Çünki, Qurani Kərimdə hər insanı imamı ilə çağıracağıq ayəsi vardır.(İsra sur.71 ci ayə). Burda insan mənasında işlənib. Quranda imam müxtəlif mənalarda işlənib,biz bir azını qeyd etdik.Allah buyurur:”Mən İbrahimi imam etdim,”. burada məqsəd nədir? Bəzi alimlər deyirlər ki,mən İbrahimi imam etdim, yəni nəbi etdim. Allahın bu kəlmədəki məqsədi belədir:”mən səni imtahan etdim indi səni nəbi edirəm”. İmamdan məqsəd burda lüğət mənasındadır. Lüğətdə imam, yəni qabaqda gedən, peyğəmbər də lüğət baxımından bir növ imamdır. Burda ayrı bir xüsusi termin deyil ki, İbrahimi imam etdim. Ona görə sadə bir söz demək istəyir, peyğəmbər etdim bu mənada buyurur imam etdim. Sonra İbrahim deyir:”mənim nəslimi də imam et,” o mənadadır. Bu nəzəriyyə düz nəzəriyyə deyil. Burda imam nübuvvət mənasında ola bilməz. Çünki bu imtahanlar olan zaman İbrahim peyğəmbər idi. İbrahim peyğəmbərliyi ola-ola imtahan olunub. Ola bilməz ki, İbrahim peyğəmbərliyi ola-ola imtahan olunur, sonra bu imtahandan çıxanda Allah onu peyğəmbər edir.

OXŞAR VIDEOLAR