Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 14 (a)

Kitabın elmi kimə məxsusdur?

Ayə, Rəd surəsində 43-cü ayədir. Bu, Rəd surəsinin axırıncı ayəsidir. Quran ayələrinin izahında üslubumuz, əvvəlcə lüğətləri tərcümə etmək idi. İndi isə lüğətləri tərcümə etməyə başlayaq. Yəqulu (deyir)- qeyd edir: Kim deyir? “Əl ləzinə kəfəru”- O kəslər ki, kafir olublar, haqqı örtüblər, haqqın üstünə pərdə çəkiblər. Küfr edənlər deyirlər - Nə deyirlər? “Ləstə mursələn”. Ləstə, yəni deyilsən. Mursələn-göndərilmiş. Sən peyğəmbər deyilsən. Yəni o kəslər ki, haqqı örtüblər, gəlir deyirlər ki, sən peyğəmbər deyilsən. Peyğəmbər, onlara belə cavab ver. Qul - de. Kəfa - kifayət edir. Sizin inkarınız məni narahat etmir, çünki küfr inkarıdır, örtmək inkarıdır. Bir insan haqqı örtmək istədikdə onu danacaq. Mənə kifayət edər. Nə? Billah, yəni Allah. Allah kifayət edər. Şəhidən - Şahidliyi, Mənə onun şəhadəti kifayət edər. Beyni və beynəkum - Mənimlə sizin aranızda. Mənimlə sizin aranızda Allahın şəhadəti kifayət edər ki, mən rəsulam. Allahın mənə buyurduğu sən rəsulsan, bu mənə kifayət edir. Və mən indəhu elmul kitab - Və bir də onun şəhadəti kifayət edər mənə ki, o kəs, indəhu, onun nəzdindədir elmul kitab - kitab elmi. Kitab elminə malik olanın şəhadəti də mənə kifayət edər. Bu 2 nəfər şəhadət versələr ki, mən mursələm, mən rəsulam bunların şəhadəti mənə bəsdir. Bu ağıllı və düşünülmüş şəhadətdir və digər insanlara da kifayət edici şəhadətdir. Bir Allahın şəhadəti, bir də o kəsin ki, onun nəzdində kitab elmi vardır. Bu ayə görək nədən bəhs edir? Bu ayənin nədən bəhs etdiyini bilmək üçün bir müqəddimə qeyd edək. Quranın surələri bir şəhərə bənzəyir. Elə bir şəhər ki, o xüsusi hasarlarla başqa şəhərlərdən ayrılmışdır. Sur - yəni divar. Qədim zamanlarda şəhərin kənarlarına hasar çəkirdilər. Buna hasar deyirlər. Ərəblər buna surul bələd deyirlər, yəni şəhərin divarı, şəhərin hasarı. Quranda hər surə bir məqsəd daşıyır, bir hədəf daşıyır. Allah məqsədsiz olaraq ayələri bir-birinin yanı düzməyib. Ayələr ərzaq məhsulu deyil ki, yeşiklərə kilo ilə düzülsün. Bu yeşiyə 20 dənə, o yeşiyə 10 dənə qoyulsun və.s. Ayələr uca və hikmətli Allahın tərəfindən nazil olunub. Ucadır, O, aciz deyil ki, başqası ona ayələri necə nizamlanmasını göstəriş versin. Hikmətlidir – O, özbaşına göstəriş, nizam verməz. Quranın nizamı surələrin toplanması hikmət üzərindəndir. Hər surə insanın hidayəti üçün vitamin kimi bir şeydir. Vitamin insanın cismini qidalandırır, hər surə də insanın ruhunu qidalandırır. Ona görə heç surə başqa surədən kifayət etmir. Hər surənin özünün insan üçün qidası vardır. Bir surə insana iffət dərsi verir, insan iffətli olsun deyə. O Nur surəsidir. Başqa bir surə insana malından keçmə dərsi verir. hidayəti üçün insanın surələrdən dərs alması lazımdır. Allah surələrdə bu dərsləri təcəssum edib, haqqında müxtəlif bəhslər edib. Ona görə surələr aptekdə dərman reseptlərinə bənzəyir. Düzdür dərman reseptləri həkim tərəfindən müxtəlif dərmanlardan yazılar. Ola bilər insan yazılan dərmanların nə əlaqəsi olduğunu bilməsin. Lakin həmən dərmanların tərkibi ilə sənin filan xəstəliyin sağalır. Başqa reseptə yazılan dərmanların beş tərkibi ilə başqa xəstəlik sağalır. Mümkündür bu dərmanlar hər iksidə təkrar olsun. Lakin o dərman təkrar olunmayıb. Çünki o dərmanın tərkibi ayrı, O birisininki ayrıdır. Bu katalizator xasiyyətlərinə bənzəyir. Mümkündür Quranda bir sıra ayələr nəzərə gəlir ki, onlar təkrardır. Lakin onun qonşu ayələri ilə ayrı fəzası vardır. Və o birinin qonşu ayəsi ilə də ayrı vitamini vardır. Çünki, Quranın hər surəsi bir məqsəd daşıyır. Onlar insanın hidayəti üçün qidadır. Bunun haqqında daha sonra bir az geniş qeyd edəcəyik. Rəd surəsi də Quranın hədliyi haqqındadır. Bu Quran Allahın möcüzəsi olduğu haqdadır. Rəd surəsi bununla başlayır ki, onlar Quranın Allahın möcüzəsi olduğunu qəbul etmirlər. Onlar istəyirlər desinlər ki, Quran adi kəlamdır. Ona görə onların peyğəmbərin mursəlliyi ilə hələ işləri yoxdur. Deyirdilər Quran möcüzə deyil, bizə başqa möcüzə ver. Və burada başqa möcüzələri tələb edirlər. Məsələn, 7-ci ayədə buyurulur ki, niyə bu peyğəmbərə Allah tərəfindən ayə gəlmir, möcüzə gəlmir? Bu o əsasda deyilir ki, onlar Quranı möcüzə kimi qəbul etmirlər. Ona görə deyirlər ki, Allah tərəfindən əgər bu rəsuldursa möcüzə gətirməlidir. Quran Allahın möcüzəsidir. Bunlar onun möcüzə olduğunu qəbul etmirlər. Çünki, möcüzəliyi qəbul etmələri üçün onun Allah tərəfindən olmağını peyğəmbərdən sübut istəyirdilər. Bu surə bu haqda qeyd edir. Onlar bir növ bəhanə edirdilər. Quran yenə bəhanə olmasını nəzərə almır, sübut gətirir. Buyurur, fərz edin hələ möcüzə deyil. Bunu İstəyir ki, sizə möcüzə olmasını sübut edir. Quran nəyə dəvət edir? Quranın sözü əslində nədir? Quranın sözü tövhiddir. Sizi tövhidə dəvət edir. Tövhid ayəti ilahi olmasaydı da haqq sözdür. Quranın dəvəti haqqdır. Və o haqq dəvəti də müxətlif sübutlarla gətirib. Quran buyurur, Allah təkdir, yalnız ona ibadət edin, yalnız ona tərəf qayıdın. Ona tək pərəstiş, nişanəmiz də, Allah təkdir bu aləmin həmahəngliyidir, aləmdə uyğunluqdur, bunu ayələrdə qeyd edir. Çünki buyurur, Quranın dəvəti də haqqdır, özü də haqqdır. Bəzən biz bir şəxsi inkar etmək istədikdə deyirik, onun sözünə qulaq asmayın. Çünki, O filankəsdir. Sonra qayıdıb onun nə demək istədiyinə nəzər yetiririk. Onun dediyi sözü, hamımız deyirik. Çünki, o söz haqq sözdür. Quranın da dəvəti haqq dəvətdir. Dəvəti haqqdırsa özü haqq olmaya bilməz. Kafirlərlə danışmağa başladığı zaman Quranın haqqında yanlış düşündüklərini görürlər ki, Quran Allahın kəlamıdır. Daha sonra ayrı cür ifadə edirlər. Deyirlər, sən mürsəl deyilsən, sən rəsul deyilsən - Ləstə mursələn. Sən rəsul deyilsən. Allah buyurur, onlara de ki, mənim rəsulluğuma iki sübutum var. Mənim rəsulluğuma bir sübut, Allah rəsul olmağıma şəhadət verir. Allah harda şəhadət verir? Quranın möcüzə olduğunu sübut etdik. Həmən Quran şəhadət verir ki, mən rəsulam. Keçmişdə siz şübhə etdiniz ki, Quran haqqdır, Allahın kəlamıdır, biz isə dedik ki, Quran haqqdır və onun dəvəti haqqdır. Haqq olaraq göndərilən Quranın ayələri göstərir ki, o böyük bir möcüzədir. Bu Quranın möcüzə olması haqqında geniş bir bəhsdir. Bu zaman aydın oldu ki, Quran möcüzədir. Quranda Allah şəhadət verir ki, Məhəmməd(s) Rəsulullahdır. Allah peyğəmbərin rəsulluğunu bu cür subut edir. Çünki, Quran kəlamullahdır, Allah öz kəlamında şəhadət verib ki, peyğəmbər Allahın rəsuludur. Bunu Haradan deyirik ki, Quran kəlamullahdır, Quranın möcüzəliyinin sübutları vardır? Qeyd etdik ki, onun dəvəti haqqdır. Quranın möcüzəliliyinə aid çoxlu subutlar vardır. Biri budur - Quranın təzadlı sözü yoxdur. Əgər Quran qeyri ilahi kəlam olsaydı, 23 ildə nazil olsaydı, insan 23 ildə təkmil tapır, puxtələşir. 23 ilin sözü bir-biri ilə uyğun olmur. İnsan 23 il bundan qabaq bir söz danışıb indi isə danışdığı sözlərin fərqi var. Mümkündür puxtələşməni göstərsin ki, əvvəl naqis söz danışmışdım indi isə kamil danışıram. Səhv danışmışdım, indi düz danışıram. O zaman səthi danışmışdım, indi isə dərin danışıram. Puxtələşmə bir neçə sistemdədir. İnsan bəzən naqis danışar, daha sonra kamil danışar, bəzən səhv danışar, daha sonra düzəliş verər. Bəzən insan bir şeyi səthi bilər sonra onu dərindən bilər. Bu insan əgər öz sözlərinə diqqət etsə, öz yazılarına diqqət etsə, görər ki, prosses bu cür prossesdir. Amma Quranda o cür deyil. Quran heç vaxt naqislikdən puxtələşməyə doğru getməyib. Heç vaxt səhvlikdən düzəlişə getməyib. Heç vaxt əyrilikdən düzlüyə getməyib. Quranın ayələri hamısı bir-biri ilə təkmillik edir. Nəinki biri naqisdir, biri kamildir. Mərhum Əllamə Təbətəbai Əl Mizanda bir bəhs edib, 15 dənə sübut gətirib ki, Quran möcüzədir. Birinci sübut, Quran niyə möcüzədir? Quranın möcüzəliliyinə başqa sübutlar da vardır. Bu sübut, peyğəmbər məktəb görməmiş bir şəxsdir, Quranı gətirib, bu elə möcüzədir. Quran sözlərini mütləq deyib, qəti deyib bu özü möcüzədir. Heç bir alim sözünü qəti deyə bilməz. Bu həqiqətən də belədir və başqa cür deyil. Quran sözlərini konkret deyib. İnsan sözlərini konkret deyə bilməz. İnsan deyər ki, mənə belə gəlir, mən belə düşünürəm. Quran isə özü insanları belə mübarizəyə çağırıb. Buyurur, siz də mənim tayımı gətirin. Mənim üslubumda bir kitab gətirin. Mənim fəsahəti və bəlağətimdə bir kitab gətirin. Və heç kim də bu dəvətə boyun gətirməyib, bu dəvəti qəbul etməyib, hamı bu dəvətdən imtina edib. Hətta Quranın və islamın düşmənləri də. Quranı ayrı yollarla təhqir etmək istəyiblər. Heç vaxt bu yolla Quranla mübarizəyə çıxmayıblar ki, bir surə onun tayını gətirək Qurandan yaxamızı qurtaraq.

 

Allahın şəhadətini təkrar edirlər. Bəziləri deyirlər, kitabda məqsəd Tövrat və İncildir. Elə bil Allah deyibsə, bu kifayət edər. Onlara (kafirlərə) de ki, siz dansanız da eybi yoxdur. Allahın Quranda verdiyi şəhadət kifayət edər, bir də Tövrat və İncildə olan şəhadət mənə kifayət edər. Kimlər Tövrat və İncilə malikdirsə, yəni Tövrat və İncil alimləri mənə kifayət edər. Bu da düz deyil. Çünki bu surə Məkkədə nazil olub. Məkkədə heç bir əhli kitab hələ mömin olmamışdı ki, şəhadət versinlər. Bu surə Mədinədə nazil olmayıb ki, deyək bir sıra əhli kitabdan, yəhudi və xristiyan alimlərindən qayıdıb müsəlman olublar və müsəlman olandan sonra onlar şəhadət verirlər ki, Məhəmməd (s) rəsulullahdır. Deyək ki, eybi yox sizin kafirliyiniz sizin özünüzün haqqı örtməyinə dəlalət edir, mənim rəsul olmamağıma dəlalət etmir. Çünki, mənim rəsul olduğumu Allah da bilir, bu alimlər də bilir ki, Tövrat və İncil onların yanındadır. Bura Məkkə idi. Məkkədə heç kim iman gətirməmişdi ki, onlar da bilsinlər. Buradan bəziləri öz kitablarında nəzəriyyələr deyiblər, məsələn Əbdullah ibni Səlam. Burada məqsəd, aydın olur ki, Əbdullah ibni Səlam da Mədinədə İslam gətirib və heç vaxt onun şəhadəti bu Məkki surəsidirsə ona dəlalət etməz. Yəni bunun mənası yoxdur deyək ki, bu sübut sizə kifayət edər ki, Allah buyurur, Əbdullah ibni Səlam peyğəmbər Mədinəyə hicrət edəndən sonra mömin olacaq, müsəlman olacaq, onun müsəlman olması və sonra şəhadət verməsi ki, Məhəmməd rəsulullahdır. Elə bil bir şəxs səndən soruşur: Sən hardan deyirsən bu kitab sənindir? Cavab verirsən: 20 ildən sonra mənim bir nəvəm olacaq o şəhadət verəcək ki, bu kitab mənim babamındır. Axı bu qəbul edilə bilən sübut deyil. Ayəni Əbdullah ibn Səlama məna edənlər buna bənzəyir ki, 20 ildən sonra insanın nəvəsi onun üçün subut olsun. Axı Allah onlara indi cavab vermək istəyir. Buyurur, onlara de ki, mənə Bir Allahın şəhadəti kifayət edər, Allah Quranda şəhadət verib, bir də əhli kitabdan olan bir alimin şəhadəti. O alim, sonra şəhadət verəcək indi yox. Bəs burada məqsəd nədir? Həmən kitab lovhi məhfuzdur. Bunlar Tövrat və İncildir? Onlar heç biri deyil. Kitabda Məqsəd Qurandır. “Mən indəhu elmul kitab,”- yəni o bu kəsdir ki, onun yanında kitab vardır. De, sizin küfrünüzün mənim risalətimə, mənə zərəri yoxdur. Mən heç vaxt bundan şübhəyə düşmərəm ki, rəsulam ya yox. Çünki Allah şəhadət verir ki, mən rəsulam. Siz də gərək şübhəyə düşməyəsiniz, çünki, buna Allah şəhadət verir mən rəsulam. Bir də yanında Quran olan kəsin şəhadəti. Yəni o kəs, Quranı oxuyur, oxuyandan sonra düşünür ki, bu Quran Allah kəlamıdır. Və məndə Quranı gətirən rəsulullaham. Yəni elə bil bir nəfərə deyirlər ki, sən alim deyilsən. Bu da deyir ki, mənim müəllimim bilir mən aliməm. Sizin bilməməyinizin mənə bir zərəri yoxdur. O, müəllim hansıki məni öyrədib mənim nə olduğumu o daha yaxşı bilir. Bir də mənim kitabımı kim oxusa O yaxşı bilər mən aliməm ya yox. Və ya yazdığım kitab da göstərir aliməm ya yox. Peyğəmbər də Allahın gösərişi ilə o cür bir sübut gətirir. Buyurur, Allah - əlləməl Quran, yəni mənə Quranı öyrədib, “ər rəhman əlləməl Quran” Mənim müəllimimin mənə sən rəsulsan deməsi kifayət edər. O şəhadət verir. İnsana özündən yuxarı şəhadət verər. Özündən aşağı yox. Özündən aşağı, insanı tanımaz ki, şəhadət də versin. Allah şəhadət verir, peyğəmbər rəsulullahdır.

 Bir də mənim əsərim özü şəhadət verir. Allah tərəfindən gətirdiyim kimin nəzdində olsa “mən indəhu elmul kitab” kim bu kitabı özündə yerləşdirə bilsə, Quranı açıb oxuya bilsə görər ki, mən haqqam. Elə bil bir nəfərə deyirsən ki, Qiyamət var ya yox? Cavab verir: Mövhumatdır, uydurma sözlərdir. Qayıdıb cavabında deyirsən ki, axı sən heç Qiyamət sübutlarını oxumusan? Alimlər, ilahiyyat alimləri, İslam filosofları, başqa dinin fəlsəfə alimləri, ilahiyyat alimləri Qiyamət haqqında nə yazdıqlarını oxumasan bunu bilməzsən. Oxuyandan sonra bu küfrə düşə bilmərsən. Oxusan görərsən ki, Qiyamət haqqdır. İnsanın sözünü oxuyarlar, sözünü düşünərlər sonra onu inkar edərlər. Allah buyurur, mənim sözümü düşünsəniz görərsiniz ki, Muhəmmədin risalətinə bu kifayət edər. Yəni burada insanda olan xəstəliyi başa salır. Bəşərin bir xəstəliyi də budur ki, kor-koranə inkar edir. İçərisini oxumur və onu bir kənara qoyur. Mən bir kəsdən xoşum gəlməzsə öz heyvani, təbii yaşayışımla məşğul olsam onun nə danışığını heç vaxt fikirləşmərəm. O, Haqq deyir ya batil? Elə nəsə dediyini eşidən kimi inkar edərəm. Çünki, onun dediyi mənim üçün bir heçdir. Allah buyurur, qulaq as gör nə deyir. sən deyirsənsə O mursəl deyil, onun gətirdiyi o kitabını oxu, əgər “indəhu elmul kitab olsan”, sən bir qədər bu ayələri oxusan onda bunun risalətini başa düşərsən. Necə ki, çoxları Quran oxumurdular küfrə düşmüşdülər, Quranla tanış olduqdan sonra peyğəmbərə iman gətirdilər. Tarix yazır, bəziləri qulaqlarına pambıq taxırdılar. Məkkəyə gələndə pambıq taxırdılar ki, O sehrdir, ona qulaq asmayaq. Bəzən insanlara bu cür sözlər deyərdilər ki, sehrdir qulaq asmayın. Güya onlar ağıllıdır o biriləri isə ağılsızdırlar. Bu çox bilir, o isə az bilir. Hər insanın özünün ağlı var. Hamı da sehr adı qoyulduğu üçün buna qulaq asmırdı. Həmişə insanlar axmaq olmazlar ki, hər yerdə ağıllı insan da tapılar. Məkkəyə girənlərdən bir nəfər dedi: Mənim də ağlım var, qulaq asım görüm nə deyir. Pambığı qulağından götürdü. Peyğəmbərin sözlərinə qulaq asmağa başladı. Gördü ki, bu sehr deyil. İnsanın həyatının proqramıdır, nurdur, şəfadır və ona iman gətirdi. Allah da bu cür istəyir. Heç onun içərisindən xəbərin olmadan deyirsən ki, Quran yəni ölüxanaya getmək və ya geriliyə qayıtmaqdır. Bunların Heç biri deyildir.

 

Rəsulullah – O, Allahın rəsuludur. İnsan bəzi sahələri araşdırmaq üçün fikirləşmir. Din elmi də o cür olub. Dinə elm kimi yanaşmayıblar. Fizika qanununu heç kim dəyişə bilməz. Çünki, dəyişmək istəsə sübut lazımdır. Bunun üçün fikirləşər, neçə saat labarotoriyada təcrübədən keçirər, analiz edər, sonra hamı onun sözünə diqqət edər ki, görsün O, nə deyir. Hərflərinə, kəlmələrinə diqqət olunar. Lakin İnsan bəzən Quranın da buyurduğu sözlərin sübutları olduğunu bilmir. Din haqqında alimlər bir söz deyirlərsə bunu gecə yuxuda görüb durub demirlər. Əgər deyirlərsə Allah var, qiyamət belədir, qiyamət haqqında sözlər deyirlərsə, başqa mövzulardan danışırlarsa, insanın ruhundan danışırlarsa heç vaxt bunları yuxuda görüb danışmırlar. Və bunları xəyaldan danışmırlar. Onlar bu sözləri danışırlarsa deməli ağıllı insanlardırlar danışırlar. Sənin qədər ağlı da olmasa bir az ağılları var. Ağıla hörmət naminə gərək onun sözünə, nə demək istədiyinə qulaq asasan. Ağıla hörmət etmək istəsən gərək nə dediyini düşünəsən. İnkar da etsən gərək düşünə-düşünə inkar edəsən. Amma bizim bir sıra inkarlarımız heyif ki, kor tutduğunu buraxmaz inkarıdır. Sanki belə düşünürük- əgər bir söz demişiksə gərək axıra qədər deyək. Belə danışmışıqsa axıra qədər belə danışaq. mütləq deyil ki, insan hər şeyi bilməlidir. Bu düşüncə insanda qururdur, məğrurluqdur ki, hər şeyi mütləq bilməlidir sanki. Yəni bu hər şeyi bilir, başqası isə heç nəyi bilmir. Hər şeyi o bilir başqası, heç nəyi bilmir. Sən də hər şeyi bilmirsən, başqası da hər şeyi bilmir. Onun fikrinə də hörmət et gör nə deyir. Bax gör əgər kitabında tapmaca yazıbsa sonra de tapmaca yazıb. yəni ona göstər ki, harada tapmaca yazıb. Nəinki ağız çox geniş sahədirsə insan hər şey danışa bilər. Biz dəlil əhliyik, dəlil hara aparsa gərək ora gedək. Məntiq əhliyik. Quran burada özünü tanıtmaq üçün bəşəri müraciət etdirir. Buyurur, məni tanı sonra inkar et. Gör mən kiməm sonra məni dan. Mənim qiyafəmdən xoşun gəlmirsə niyə inkar edirsən? Çünki, mən sənin istəyini danışmamışam. Ona görə məndən xoşun gəlmir. Mümkündür mənim dediyim söz sənə dərmandır lakin acıdır. Çünki, acı danışmışam bu sənə dərman olub. Bu sübut deyil ki, mən sənə batil söz dedim. Hər şirin haqq deyil. Hər acı da batil deyil. Səndə haqq meyyarı deyilsən. Heç insan da haqqın ölçüsü deyil. İnsanın istəyi də haqqla həmişə eyni olmaz. Bunları bilərkən gərək sən başqasının fikrinə də hörmət edəsən. Baxasan görəsən nə deyir. Əgər bir nəfər deyirsə İslamda hicab var gərək onu özbaşına danmayasan. Baxasan, görəsən ki, doğurdan var ya yoxdur. Əgər bir nəfər deyirsə namaz qılmaq Allahın əmridir, əgər sənin xoşuna gəlmir qılmırsansa, deməki yox! bu Allahın əmri deyil. Əsas qəlbin pak olsun. Sən Allahın tərəfindən vəkilsən? Biz heç birimiz Allahın tərəfindən vəkil deyilik. Allah bizdən namazda istəyə bilər. Sən elə bil qapını bağlayırsan deyirsən ki, Allah –bəşərdən namaz istəməyə sənin haqqın yoxudur. Allah bizdən namaz istəyib, tələb edib. Daha mən öz vəziyyətimi diniləşdirməyəcəm. İnsan mümkündür günah edir, bu bir mərhələdir. Bu nisbi olaraq ikinci mərhələdən yaxşıdır. Günahını yozmaq isə lap pisdir. İnsan mümkündür namaz qılmır. Nisbətən eybi yoxdur. Buna nisbətən namaz qılmır və qılmamağını da təmizliyə çıxarır və bunu da dini bir iş kimi bilir. Yoxsa dində namaz var. Lakin sən dinin əsasında yaşamaya bilərsən. Amma buna şəffaf olmalısan. Mən istəmirəm dinin əsasında yaşayım. Şəffaflıq insanın dini etiqadında və dinsizliyində ən lazımlı bir şeylərdəndir ki, insan özünü də aldatmasın, başqalarını da. Mən namaz qılmıram, lakin mənim namaz qılmamağım dinə aid deyil. Dində namaz var lakin mən qılmıram. Bu heç olmasa yaxşıdır. Bu bir yaxşı etabdır. Allah buyurursa, Peyğəmbər, sənin rəsulluğunu kim kitab oxuyursa, kitab onun yanında olsa O da şəhadət verər və onun da şəhadəti bəsdir. Əgər burada məqsəd Qurandırsa, o kitab hamısı onun yanındadır O isə Əlidir. Düzdür başqalarının yanında kitab olar amma dərəcələri ilə. Bütün kitab isə onun yanındadır və onun şəhadəti peyğəmbərin risalətinə kifayət edər. Bu şəxs imam Əli əleyhissəlamdır. Çünki, bütün Quran onun yanındadır. Başqaları da nə qədər Quran oxusalar Quranın həqiqiliyini və rislətin həqiqiliyini düşünərlər. Lakin O, Quranı kamil oxuyub, kamil Quran da ondadır. O şəxs Əli(ə) dır. Elə bil Allah belə buyurur, mən və Əlinin şəhadəti sənin risalətinə kifayət edər. Mən Quranı nazil etmişəm, Əli də onu özündə yerləşdirib. Bu kifayət edər. Buna aid çoxlu hədislər var ki, “indəhu elmul kitab” – Əli(ə) dır. O, Quranla düzgün yanaşıb, düzgün davranış edib. Əli(ə), Quranı haqq olan bir kitab kimi tapıb və özündə Quranı cəmləşdirib. indəhu elmul kitabdan məqsəd Əli (ə) olması barəsində bir neçə hədis qeyd edək. Buyurur, “Bəsairut dərəcat” kitabında sənədlə Əbu Cəfərdən yəni imam Məhəmməd Baqir(ə) dan nəql edir ki, imam bu ayə haqqında buyurur: Bu ayədə, məqsəd Əli (ə) dır - indəhu elmul kitab. Quranın hamısı onun nəzdindədir. Quran tamami ilə hamısı onun nəzdindədir. İnsan Əlinin qapısına müraciət etsə Quranın hamısına çatmışdır. Müəllimin müxtəlif tələbələri ola bilər. Mümkündür bir tələbə 5 ay müəllimlə dərs oxuyub başqa bir tələbə 1 il müəllimlə dərs oxuyub, bir tələbə isə həmişə müəllimlə oxuyub. insan bir tələbə kimi kamil olaraq müəllimlə oxusa, hər nə dərs oxumuşdursa müəllim ona intiqal vermis sayılar. Kim ona müraciət etsə elə müəllimə müraciət etmiş sayılar. Əli də indəhu elmul kitabdır. Quranın elmi hamısı onun yanındadır. insan imam Əliyə müraciət etdiyi zaman Quran elminin hamısına müraciət etmişdir. Bu ayəni Əl Mizan təfsirində müxtəlif hədis kitablarından nəql edib. Ayrı bir kitabda bu barədə olan sözü qeyd edək. Əddurrul Mənsurdan Suyuti nəql edir. Buyurur, biz imam Baqirin yanından keçirdik (Əbdullah ibn Səlamın oğlu) Əbu Məryəm deyir: Mən dedim ki, Allah məni sənə fəda etsin, sənə fədan olum. Bunu, Əbdullah ibn Səlamın oğluna dedim. Əbdullah ibn Səlam əhli kitab alimlərindən idi. Deyirdilər bu ayə onun haqqındadır. Deyir bu həmin kəsin oğludur ki, kitab elmi, Quran elmi onun nəzdindədir. Kitabdan məqsəd Tövrat və İncildir. Deyir imam Məhəmməd Baqir(ə) buyurdu: Yox! Sizin sahibiniz Əli ibn Əbu Talibdir ki, Quran onun nəzdindədir. O, indəhu elmul kitabdır. O elə bir şəxsdir ki, Quran onun şənində ayələr nazil edib. Bir-bir ayələri qeyd edir. Burada Müxtəlif ayələr, hədislər gətirib. Ayrı yollarla da biz “indəhu elmul kitab” kim olduğunu tapa bilərik. Çoxlu hədislər var. Peyğəmbər səhabələri içərisində hamıdan çox bilən, peyğəmbər dövründə, peyğəmbərdən sonra Əlidir. O, hamıdan çox bilirdi. Elm baxımında ona heç kim şübhə etməyib. Buna aid bir sıra hədis qeyd edək. İmam bir rəvayətdə özü buyurur: Əgər bir ayə haqqında məndən soruşsanız, sizə xəbər verərəm ki, bu ayə nə vaxt nazil olub, nədə nazil olub, ayənin nasixini, mənsuxunu deyərəm. Hansı ayə xüsusi haqdadır, hansı ayə ümumidir, möhkəmdir, mütəşabihdir, hansı Məkkədə nazil olub, hansı Mədinədə nazil olub və axıracan bunların hamısını sizə deyə bilərəm. Başqa hadislərdə özü buyurur, Mən, hətta deyərəm ki, bu aramlıqda nazil olub ya dağlıqda nazil olub. Səfərdə nazil olub ya Mədinədə, Məkkədə nazil olub. Buyurur, insan bəzi nemətlərin qədrini bilməz, o zaman nemət əlindən çıxsa qədrini bilər. Məsələn, sağlamlıq kimi. O insanın əlindən çıxsa sağlamlığın nə qədər böyük nemət olduğunu dərk edər, onu Allah vermişdi. Nemətlər dünyada dalğa kimidirlər, qərarları yoxdur. Dalğa gələr, lakin qalmaz, qayıdar. Əli insanlar haqqında o cür buyurur. Buyurur, məni məndən itirməmişdən əvvəl soruşun. Məndə gələcəklərin də, keçmişlərin də elmi toplanıb. Onların elmi məndə var. And olsun Allaha, əgər məndən məsələlər barədə soruşsalar Tövrat əhlinə Tövratla, İncil əhlinə İncil ilə, Zəbur əhlinə Zəburla, Furqan əhlinə Furqanla hökm edərəm. O zamana qədər ki, deyərlər Əli düzgün qəzavət etdi. İmam dəfələrlə öz qəlbinə işarət edib buyurub: Burada dolu elm toplanıb. Təkcə əhli yoxdur ki, o elmi Əli(ə) onlara versin. Elm elə bir növdür ki, onda iki məsələsi var. Əgər əhlinə verməsən elmə zülm etmisən. Əhlindən məhrum etsən insana zülm etmisən. Elmi gərək əhlinə və onun qədəri ilə verəsən. Bu İsa(ə) dan hədislərdir. Ona görə imam bəzən quyuya danışardı. Və bu qurbəti imamdan xəbər verirdi. Tənhalığından xəbər verirdi ki, imam nəbi elminin şəhəridir. Quranın hamısı onda idi. Necə Quran məhcurdur, peyğəmbərin şikayətlərindən biri Quranda var ki, ey Allah mənim qövmüm bu Quranı hicrana qoyublar, həyatlarından kənara qoyublar. (Furqan 30) Necəki, Quran həyatdan bəzən kənarda qalır, taxçada öpmək üçün qalır. Müsafiri yola salmaq üçün yaşayır, otaqda yalnız gəzir. Necəki Qurana təkcə müqəddəs kitab kimi baxılır, nəinki ona həyat kitabı kimi baxılır, Əli (ə) də o cürdür. Ona təkcə müqəddəs şəxs kimi baxılır. Nəinki insanlığa bir imam kimi baxılır. Bu da bir sıra hədislərdir. Bir sıra hədislər də yenə də imam Əlinin elmi haqqında vardır. Suyuti "Cəmul Cəvame” kitabında Fatimeyi Zəhra(s) dan nəql edir (üçüncü cilddə səhifə 298-də). Peyğəmbər Xanım Zəhraya buyurur, Zəhra bilirsən sənin yoldaşın kimdir? O, Mənim ummətimin ən xeyirlisidir, ən elmlisidir, mənim ümmətimdə ondan daha elmisi yoxdur. Helmdə ondan fəzilətli bir şəxs yoxdur. İslama iman gətirməkdə ondan birinci şəxs yoxdur. Peyğəmbərin təsdiqidir ki, Əli birinci islama iman gətirəndir. Əlinin islama iman gətirməsinin kiçik yaşında olması Onun iman gətirməyinə xələl gətirməz. Əvvəla onu peyğəmbər təsdiq edib. Özü onu qəbul edib ki, O, birinci müsəlmandır. Peyğəmbər özbaşına bir nəfərin islamını qəbul eləməz. Bir də əvvəldə qeyd etdik ki, bəzi insanlar yaşlarından böyükdürlər. Peyğəmbər buyurduğu, “Kənzul Ummalda” dır, Xarəzmi Mənaqibdə nəql edib, burada başqa hədislər də var. “Məndən sonra ümmətimin ən elmlisi Əli ibn Əbu Talibdir.” Burada və çoxlu kitablarda, “Əliyyun fil kitabi və sunnə” kitabının ikinci cildində bir bəhs var, 20 hədis Əlinin elmi haqqında müxtəlif sənədlərdən nəql edilib. Səqəleyn hədisi də buna dəlildir ki, Quranla Əli eyni dərəcədədir. Peyğəmbər buyurur, "Mən iki şeyi əmanət qoyuram. Bunlar bir-birləri ilə ayrılmazlar. Quranla Əhli Beyt.” Ayrılmazlar nə deməkdir? Yəni belə ki, onlar həmişə qoltuqlarında Quranla gəzərlər? Ayrılmazlar bu mənada? Ayrılmazlar kovsər hovuzuna daxil olana qədər, yəni Quran hər nəyi buyurursa imam ona əməl edib. Hər nəyi imam edibsə, Quran da onu buyurur. Əgər bir yerdə Quran bir söz deyibsə, imam əməl etmirsə deməli onda ayrılır. Yəni Quranı canlandırsan imam olar. İmamı kitab halına salsan Quran olar. Yəni Quran imami sakitdir- Süküt edən imam. İmam Qurani natiqdir - Danışan Quran. Quran imamda cilvələnir. Ona görə kitabda imamdır, imam da imamdır. Quranda imam kəliməsi Quran üçün də işlənib. O sözü ilə, bu əməli ilə. O qanunudur, bu praktikasıdır. O teoriyasıdır, bu tətbiqidir. Quran birinizə ağır gələrsə, bu zaman Əli(ə) a baxın. İnsana aydın olar. İmam Əlini düşündüyünüz zaman Qurana baxın. O, “indəhu elmul kitab” dır. Onun nəzdindədir kitab elmi. Kitab elmi onun nəzdindədirsə insan kitab elminin nəzdində olanı tapsa nələrə malik olar? Bu bir sualdır. Bəzi insanlarda kitab elminin bir zərrəsi olduğu zaman nələrə malik olur? Quran bunu nəql edir. Hətta keçmiş ümmətlərdən, Süleyman peyğəmbərdən bunu nəql edir. Süleyman peyğəmbərin zamanında bir şəxs var idi, onun yanında kitab elminin bir zərrəsi var idi. hamısı yox, bir zərrəsi. Süleyman ondan kömək istəyir. Bil Qeysin taxtını onun yanından götürüb Süleymanın yanına gətirsin deyə ondan kömək istəyir. Çünki, O, indəhu elmun minəl kitab ın birazı idi. Kitabdan bir az elm onun yanında var idi. Əgər kitabdan bir az elm olana Allaha bağlı olan biri, peyğəmbər tərəfindən, belə münasibət bağlanmalıdırsa, onda gərək biz zəif insanlar, kitab elminin hamısının yanında olduğu bir şəxslə necə münasibət qurmalıyıq? Süleymanın yanında olan indəhu elmun minəl kitabın bir azı vasitəsi ilə o taxtı gətirir. Biz, Allahın zəlil və zəif bəndələri, islamda elə bir şəxs tapmışıq ki, indəhu elmul kitab, kitabın hamısı onun yanındadır. Ondan necə əl çəkək? Quran buyurur, (Nəml surəsi, 38-ci ayədən başlayır) Süleyman dedi, ey camaat, mənim müşavirlərim, hansınız o xanımın taxtını bura gətirə bilərsiniz? Lakin o özü bura yetişməmişdən qabaq. O, Saraya girməmiş, bura gəlməmişdən qabaq hansınız onun taxtını gətirə bilərsiniz? Cinlərdən biri dedi: (O, Süleymanın işçisi idi və şərr idi) mən gətirirəm amma bu bir az vaxt çəkər, sən yerindən qalxana qədər mən onu gətirərəm. Süleyman(ə) razı olmur. Buyurur, bu çoxdur. Amma O, (onun yanında kitabdan bir az var idi) deyir: Mən onu göz qırpımından qabaq gətirirəm. Taxt Yəməndə idi. Yəməndən Kənana gətirəcəkdi. Kənan isə Qüdsdədir. Burada bir neçə məsələ var. Əvvəla bunu göstərir ki, başqasından qeyri adi bir şeyi tələb etmək şirk deyil. Əgər bu şirkdirsə onda Həzrəti Süleyman peyğəmbər müşrikdir. Amma O, Allahın rəsuludur. Özü başqasından tələb edir. Şirkdirsə bu ayəni necə məna edək? Özü də qeyri-adi işdir. Buyurmur, get bazardan çörək al gətir. O, taxtı özü də qeyri-adi formada gətirir. Bunu Allah özü də pisləmir. Əksinə, Allah gətirən şəxsi tərifləyir. Burdan göstərir ki, bir sıra insanlar vardır onlar təkvini vilayətə çatarlar. Qeyri adi işlər görməyə qüdrətləri olar. Bəli o zaman ki, onların kitab elmi ilə rabitələri olar. O elmə çatsalar, bu işi görə bilərlər. Nəinki deyirik hər yuxudan duran bu işi görə bilər. Yox! Bir şəxsin elmul kitabı olsa o zaman bu işi görə bilər. Burada geniş bəhslər var. Bu bizim bəhsimizə aid deyil amma bunu demək istədik ki, islamın fəxrindən biri budur ki, onlar islamdakı elmul kitaba (tam kitaba) malikdir. Nəinki elmun minəl kitab (kitabdan bir hissə)

 

Şura surəsi 23-cü ayə - Quranda bir sıra ayələrin adları var. Xüsusi əhəmiyyətlərinə görə, çox tövsiyyə olunmalarına görə adları vardır. O adları olan ayələrdən biridə Məvəddət ayəsidir. Məvəddət, yəni istəmək. Məvəddət, yəni məhəbbət. Qul, yəni de. Allah peyğəmbərə buyurur: De!. Bu De! əmri ilə gələn ayələrdən biridir. Başqasına desək, o sözü işlətmərik. Hansı sözü demək lazımdırsa onu deyərik. Quranda Allahın “De” əmri peyğəmbərə buyurulub. Bu, yəni peyğəmbərin diqqəti deməkdir. Bu peyğəmbərin Allah nə buyururdusa onun hamısını çatdırmaq mənası daşıyır. Hətta “De” əmri Allahdan Peyğəmbərə verilib oda ayədə qeyd olunur. Qul la əsəlukum – Sizdən istəmirəm. Əleyhi. Bu dəvətim üzərində, bu təbliğim üzərində, bu risalətimə görə sizdən istəmirəm. Əcrən – Əcr(muzd) istəmirəm. İlləl məvəddətə fil qurba - əqrabama məhəbbətdən başqa. Mən bu risalətimə, bu dəvətimə görə sizdən bundan başqa əcr istəmirəm. Kim gözəl bir işi kəsb etsə, qazansa O işin gözəlliyini savabda artırırıq. Yəni biz əvəz qaytaranda gözəlliklə qaytarırıq. Allah həm də pak edəndir. Mümkündür insan bir şəxsə biraz xarablığı olan bir şeyi təhvil verəndə, Məsələn, bir şəxsə nasaz bir radio vermək istədikdə  düzəldəndən sonra verərik. Bacarır onu da düzəldir sonra verir. Buyurur, biz sizin əməllərinizi də belə edərik. O həsənənin nəsə bir nöqsanı olsa, xələli olsa, onu da biz sizə qaytaranda nöqsanını təmizləyib, qaytararıq. Çünki, biz təmizləyənik. Şükür qəbul edənik. İnsanlar bizə şükür ünvanında nə işlər görürsə biz onları qəbul edərik. Biz elə bir növdə deyilik ki, insanların gördüyü işləri çox deyək, məsələn, ona deyək ki, sən burda bu işi gördün lakin xələlin var, burda nöqsanın var. Biz kərimik. Kərim olan xırdalıqlara girməz. O kiçik insanlardır, səviyyədə aşağı yaşayan insanlardır ki, xırdalıqlara da baxarlar. Məsələn: Niyə filan şey belə oldu. Kərim insan yuxarı məqsədlərlə yaşayır. Buyurur, biz o cürük. Niyə? Çünki, bütün gözəlliklər Allahdadır. Siz Allaha bir şey versəniz onu sizə təhvil verəndə onun gözəlini təhvil verər. məsələn, insan başqasına çirkli bir qab verir. Görürsən o qaytaranda təmizləyir qaytarır. Bu elə təhvil verməkdir. İnsan bəzən dostuna lazım olan paltarı verir. Qaytaranda görürsən dostu onu ütüləyir qaytarır. Bu Allahın həmən işidir ki, bizim əməllərimizə nisbətən bu işi görər. Bu ayə məvəddət ayəsidir. Buyurur, əcr istəmirəm. Təkcə məvəddət istəyirəm. Risalətimə əcr məvəddətdir. Bu ayənin nə üçün nazil olduğu barəsində şəni nüzulu da yazılıb. Müxtəlif təfsirlərdə vardır ki, Peyğəmbər Mədinədə dini möhkəmləndirəndən sonra, ənsar belə bir fikrə düşdü: Gedək peyğəmbərə deyək ki, bizim nə malımız varsa sənin ixtiyarındadır. Sən necə istəyirsənsə elə də et. Yəni peyğəmbər narahat olmasın, peyğəmbər özünü tək hiss etməsin. Bir növ peyğəmbərin risalətinə əcr kimi nəzərə alırdılar ki, yəni bu qədər zəhmət çəkir bu da onun əcri olsun. Ənsar gəlib belə demək istəyəndə. Hansı ki, bu iş peyğəmbərində xoşuna gəlməzdi. Ayə nazil oldu. “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” (Şura 23). Burada diqqət olunmalı bir nöqtə var o da budur ki, insan Allah yolunda heç kimdən heç nə gözləməməlidir. Əgər insan işini Allah üçün görürsə təkcə Allahla alver edir, başqası ilə yox. Ona görə əgər başqası bizim gördüyümüz işə qiymət verməsə bu zaman bizim halımız dəyişər. Allah xatirinə iş görürüksə başqası tərəfindən işimizə qiymət verilməsə bizim gərək halımızda dəyişiklik baş verməsin. Çünki, biz Allahla alver etmişik, başqası ilə yox. Əgər biz gözləsək ki, dostum gördüyüm bir iş üçün mənə təşəkkür etsin, əgər təşəkkür etməsə narahat olaram. Məlum olar ki, mən dostum üçün bu işi görürəm. Allah üçün yox. Bu şüar bütün peyğəmbərlərin şüarı idi. Mən sizdən əcr istəmirəm. Yəni Allah üçün iş görmənin ölçüsü budur ki, əcr istəməsin. Əcrdə məqsəd təkcə pul deyil. Gözləməsin ki, başqası ona nəsə yaxşı bir söz desin, o deməsə narahat olsun. Mən bir şeir oxuyuram mümkündür bu şeirimi heç kim xoşlamasın. Mən Allaha xatir oxumuşam. Əgər mən narahat olsam ki, şeirimi heç kim xoşlamır, daha şeirin səhifəsini büküb şeiri deməsəm, o zaman məlum olar ki, şeri camaat üçün dedim, Allah üçün yox. Bu bir məntiqi Quran, bütün rəsullardan bizə buyurur, Bu söz Quran surələrində təkrar olunub. Onlar buyurublar ki, biz əcr istəmirik. Peyğəmbərlərin hamısı bunu buyurub. Dəvətləri əcr müqabilində deyildi. Onlar istəyirdilər başa salsınlar ki, biz Allah xatirinə iş görürük. Yəni Allah xatirinə iş görməklə öz xatirimizə iş görmənin fərqi budur ki, əcr gözləyirsən. Hətta insan başqasından hörmət gözləyirsə bu yenə də Allaha xatir iş görmək deyil. Hətta insan başqasından qəbul gözləsə, qəbul etməsələr narahat olsa yenə də bu Allah xatirinə deyil. Əgər narahatçılıq bu olsa ki, niyə mənim sözümə baxmadılar, mən haqq deyirəm. Ya narahatçılıq bu olsa ki, haqqın sözünə baxmadılar bu isə başqa bəhsdir. Mənim sözümə baxmadılar bu şirk oldu. Çünki, özünü burada meyar tutub ki, mən yaxşı iş görürəm gərək məni də yaxşı qarşılayalar. Mömin narahat olar ki, başqası niyə sözə baxmır. Nəinki niyə mənim sözümə baxmır. Niyə haqqın sözünə baxmır. Buna görə narahat olmalıdır. Ona görə təkcə öz sözlərində narahat olmaz ki, bunu mən deyirəm. Başqasının sözündə də narahat olar ki, niyə o haqqa baxmır. Hətta özünə də narahat olar ki, niyə mən haqqa baxmıram. Mömin insana özü ilə başqasının fərqi yoxdur. Özü də baxmır özünə də narahat olmalıdır ki, niyə mən haqqa baxmıram. Həmin məntiqlə də başqasına baxmalıdır ki, niyə o haqqa baxmır. Əgər insan başqasından bir şey gözləsə, o saleh işlər görür lakin hələ Allahla alver etmir. Allaha bağlı deyil, başqasına bağlıdır. Allah buyurur, bir sıra insanlar sözlə Allaha ibadət edirlər. Çox tərifləsən Allaha çox ibadət edirlər. Bu adi insanlardır. Biz demirik ki, başqalarını tərifləməyək. Bizim başqalarının yaxşı işlərini tərifləmək əslində vəzifəmizdir. Lakin yaxşı iş görənlərin vəzifələri deyil ki, tərif gözləsinlər. Bir vəzifə var, bir də gözləmə. Uşağın vəzifəsi atasının hörmətini saxlamaqdır. Lakin atanın bunu gözləmə vəzifəsi yoxdur. Müəllim gözləməməlidir tələbə gərək hötmət etsin. Eyni halda, tələbənin vəzifəsidir müəlliminə gərək hörmət etsin. Bunlar ayrı-ayrı sözlərdir. İnsan yaxşı adamları gərək tərifləsin, yaxşı adamları gərək əzizləsin. O vəzifədir. Lakin o da gərək bunu gözləməsin ki, gərək məni tərifləyələr. Gözləsə məlumdur ki, Allah üçün iş görmür. Meyar budur. Hətta halında dəyişiklik də baş versə. Təkcə gözləmə yox. Təriflədikləri zaman ciddi iş görsə, tərifləmədikləri zaman isə süst iş görsə, zəif ruhla iş görsə bu Allah üçün olmaz. Əgər Allah üçün iş görürsə Allah da onu görür. Allah buyurur, mən zəbt edirəm - mən qeyd edirəm. Allah üçün iş görsən onu Allah unudan deyil ki, yadına salasan. Ya bir yerə baxsa başqa yeri görməsin. Biz unuda bilərik, əhatəmiz olamaya bilər, nəzərimizdən çıxar, oranı görmərik. Allah da heç biri belə deyil. Görür də, əhatəsi var, unutmaz da. Bəzən insan yaxşı bir iş görər, sonra yaxşı işini əlindən verər. O da bu hissiyat, bu niyyətlərlə ki, ya o işin özündə əvvəldə var, ya sonra gələr. Bəzən işdən sonra da gələr. Ona görə Quranın məntiqində bu deyil ki, kim yaxşı iş görsə yalnız ona yaxşı cavab ver. Buyurur kim yaxşı işi gətirə bilsə. Ona görə buyurur, kim yaxşı işi gətirə bilsə. Buyurmur, kim yaxşı işi görsə. Çoxları yaxşı işi görə bilərlər. Lakin apara bilməzlər. Çoxları çeşmədən vedrə ilə su götürərlər. Yarı yolda vedrəni deşərlər, suyu dağıdarlar. Ölçü budur ki, çeşməni evinə aparasan. Əməli Allahın yanına aparasan. Əgər əməli əvvəldə başqası üçün görsən elə əvvəldən alverin batildir. Əvvəldən Allahla alver etməmisən. Əgər əməli görmüsən ortada verdin başqasına, yenə əməli zay edirsən. Əməl hələ əlimizdədirsə ölənə qədər onu saxlamalıyıq. Ölənə qədər başqasına verə bilmərik. Bir sıra insanlar var o vaxt, bir işi sağlam niyyətlə görürlər. 10 il keçir, 10 ildən sonra, həmin 10 il bundan qabaqki iş, sağlam niyyətlə görüblərsə indi fəxr edirlər. O fəxr olunan işi başqasına bağışladılar.

 

OXŞAR VIDEOLAR