Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 1 (b)

Qurani Kərimdə bu ayədə İbrahim(ə)ın peyğəmbər olmasına aid iki şahid qeyd olunur.

Birinci şahid - təfsirçilərin hamısı imtahanlara deyirlər. Burada söhbət İbrahim(ə) in İsmail(ə) i qurban kəsmək imtahanından gedir. Həmin imtahanda İbrahim(ə) peyğəmbər idi, hətta qoca peyğəmbər idi. Çünki Allah İsmaili və İshaqı İbrahimə qoca yaşında müjdə vermişdi. İbrahimə müjdə verməyə gələn mələk (bu Cəbrail(ə) deyil), dedi: “ola bilər bu qoca yaşında övladın olsun”. Qurani Kərim ayələrindən məlumdur ki, İbrahim(ə) övlad sahibi olmaqdan ümidini kəsmişdi.Lakin mələklər müjdə verəndə İbrahim(ə) təəccübləndi.

 İbrahim(ə) Allah Taaladan soruşur: nəslimdən də mi? Yəni imtahan baş verən zaman övladı var idi. Əgər övladı olmasaydı İbrahim(ə) deyərdi ki, əgər mənə uşaq nəsib etsən ona da imamlıq çatar mı? Bu duada məqsəd İbrahim(ə) ın Allah Taaladan dolayısı yolla özünə övlad istəməsi deyildi. Aydındır ki, söhbət ondan getmir. Söhbət, təkcə ona imamlıq verib verməməsindən gedir. Bu Allah Taala ilə danışığa uyğun deyil. Həm də ki,övladı olmamağından məyus olduğu halda, Allah Taalanı məcbur edə ki, mənə övlad verəsən. Ondan konkret qurtulum. İmamlığından danışsaq. İbrahim (ə) ın “Mənim nəslimdəndəmi?” kəlməsi  onu çatdırır ki, İbrahim(ə)in övladı var idi. Bunu qəbul etməsələr belə, onun övlad müjdəsi var idi. O hadisə baş vermiş, mələk nazil olub müjdə vermişdi. Ona görə bilirdi ki, övladı var. Bunların hamısı İbrahim(ə) ın  peyğəmbər olduğu vaxt baş vermişdir. Yəni burada nübuvvət mənasında deyil.Bəs  İbrahim(ə) hansı mənada imam oldu? Əhli sünnətin təfsirçilərinin çoxu imaməti burada nübuvvət mənasında götürürlər. “İmam oldu, yəni nəbi oldu”. Çünki, lüğət baxımından nəbiyə, peyğəmbərə də imam demək olar. O da öndə gedəndir. Bir neçə cəhətdən bu məna düzgün deyil. Çünki bu müraciət olunanda və bu vəzifə veriləndə İbrahim(ə) peyğəmbər idi. Yəni mümkün deyil ki, bir şəxs peyğəmbər olarkən, Allah Taala onu imtahan etəsin, sonra da imtahandan çıxdıqda desin ki, “mən səni peyğəmbər etdim”. İbrahim onsuz da peyğəmbər idi.

 İkinci nəzəriyyəyə nəzər salaq. İmam burada termin mənasındadır.Peyğəmbər dedikdə düz yol göstərən nəzərdə tutulur. Termin olaraq “qiratut tərib” deyilir, yəni insana yolu göstərir. Bu peyğəmbərlikdir ki, məqsədi hidayət etməkdir.

 Bəşər düz yolu seçməkdən azğınlıqda olarkən vəhy nazil oldu. Nəbi vəhyi insanlara çatdırdı ki, insanlar düz yolun hansı olduğunu tanısınlar. Buna peyğəmbərlik deyilir. Bir də vəzifə olaraq bu işi icra etmək vəzifəsi vardır. Yəni bir şəxs olmalıdır ki, bu qanunları icra etsin, din qanunlarına rəhbərlik etsin, həyatakeçirsin. İkinci nəzəriyyə budur ki, ona imam deyilir. İmam O şəxsdir ki, qanunları həyata keçirir.İmamın vəzifəsi odur ki, peyğəmbər tərəfindən vəhy olunmuş qanunları həyata keçirsin.

İmamət-cəmiyyətə rəhbərlikdir, cəmiyyətə hakimiyyətdir, din qanunlarını həyata keçirməkdir. Bizim peyğəmbərimiz həm də imam idi. Çünki Mədinədə İslam qanunlarını həyata keçirirdi. İndi biz başa düşdüyümüz mənada imamət həmin rəhbərlik olur. İbrahim bu imtahanlardan sonra bu mənada imam oldu. Quranda var mı ki, bir nəfər həm peyğəmbər ola bilər, həm də imam? Bəli, var.Buyurur biz bəzi peyğəmbərlərə mülk vermişik. Mülk yəni mal, hakimlik. Bəzi peyğəmbərlərə hakimlik vermişik. Bu ayələrlə o ayələri uyğunlaşdırsaq, orada işlənən mülk bu mənadadır.Qurani Kərimdə “Nisa” 54 ayədə buyurulur ki, biz İbrahimin nəslinə kitab vermişik, hikmət vermişik, böyük mülk vermişik. Burada İbrahim(ə)in kitab və hikməti nübuvvət mənasındadır. Allah bir nəfərə kitab və hikmət verəndə o nəbi olar.Buyurulur ki,İbrahim(ə)a  kitab vermişik, hikmət vermişik, bir də “mülkü əzim”(böyük mülk,böyük hakimiyyət) vermişik. Əgər bu ayəni, digər ayə ilə uyğunlaşdırsaq görərik ki, bu ayədə İbrahim(ə) nəbi idi, peyğəmbər idi sonra imam oldu. Onun nəbiliyi hikmət və kitab almağıdır, imamlığı isə Allah Taalanın bu ayədə buyurduğu “mülkü əzimdir”. Bu ayədən ayrı məqam da düşünülür. Ali İbrahimin mülkü əzim olmağı və hakimliyi nəyin əsasındadır?Allah Taala əvvəl buyurur ki, İbrahimin nəslinə kitab və hikmət vermişik, Sonra buyurur “mülki əzim” vermişik. Məlumdur ki, bu “mülki əzim” kitab və hikmət istiqamətindədir. Yəni sırf hakimlik deyil, dini həyata keçirməkdir. Əvvəla sırf hakimlik olsaydı Allah bunu əzim saymazdı. Allah dünyanı o qədərdə böyük saymır. Ayədə də buyurur ki, dünya malı dəyərsizdir. Allah böyük mülk və böyük hakimliyi əzəmətli bir sifətlə buyurub. Məlumdur ki, bu hakimlik dini istiqamət daşıyır. Yəni dini həyata keçirməyin hakimliyidir. Deyir, biz onlara kitab və hikmət vermişik, sonra biz onlara mülk vermişik. Məlumdur ki, bu mülk kitab və hikmət istiqamətindədir. Sonra Quranı araşdırsanız görərsiniz ki, orada çoxlu ayələr var ki, mülkə işarə edilir. Bəzi peyğəmbərlərə biz mülk vermişik. Həzrəti Davud(ə) peyğəmbər haqqında Bəqərə 251-də də , Sad 20-də qeyd olunur. Buyurub, Allah Davuda həm mülk verib, həm də hikmət verib. İkisi bir yerdə cəmlənib. Həm nübuvvət var, həm hakimlik var. Davud həm peyğəmbər idi, həm hakim. Bir ayədə buyurur ki, bizim bəndəmiz Davudu xatırla ki, onun mülkünü möhkəmləndirdik. Bir də Süleyman haqqında buyurur,(Süleyman dedi: ) Allah məni bağışla, mənə bir mülk ver ki, indiyə qədər heç kimə verməmisən. Talut haqqında Qurani Kərim Buyurur: insanlar bəni İsrail peyğəmbərlərinin birinə, bizə bir məlik, hakim seç deyirlər. Bu ayə iki cür başa düşülür.Peyğəmbərə deyirlər ki, bizə bir hakim seç, peyğəmbər də onlar üçün Talutu seçir. Buyurur: Talut sizə hakimdir. Onlar etiraz edirlər və deyirlər ki, Talut hakim ola bilməz, o tanınmış deyil. Bəqərə 246-cı ayədə buyurur: (Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: "Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!". Burada təfsirçilər ixtilaf ediblər ki, bu hakim mütləq hakim idi, yəni ya ictimai hakim idi ya da hərbi hakim idi. Yəni komandir idi yoxsa mütləq hakim idi.? Onlar peyğəmbərə dedilər ki, bizə hakim seç şəhərimiz hakimsizdir yoxsa istədilər desinlər ki, qoşunumuz başçısızdır, bizə başçı seç.? Bəzi alimlərin fikirinə görə, bu mütləq hakim idi. O zamanın peyğəmbəri yalnız peyğəmbər idi, imam deyildi. Onlar daha sonra peyğəmbərə dedilər ki, bizə bir imam lazımdır. Onların fikrinə görə güya Peyğəmbər özü imam seçməlidir. 247-ci ayə onları başa salır(Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər.). Yəni,əvvəla peyğəmbər imam seçməz. Onların peyğəmbəri onlara dedi ki, Allah Talutu sizə hakim seçdi. Yəni onlara başa saldı ki, siz ki məndən istəmisiniz amma imamı Allah seçməlidir. Allah sizə Talutu hakim seçir. Onlar isə dedilər ki, Taluta necə bizə imam ola bilər?Halbuki, biz ondan üstünük. Mülk cəhətədən bizim malımız çoxdur, onda isə azdır. Sonra isə burda hakimliyin şəraiti deyilir. Əksinə, onun elmi və qüdrəti çoxdur. Quranda bir sıra ayələr göstərir ki, Quranda Hakim olmaq mənasında imamlıq məsələsidə var. Quranda imamlıq mülk terminiylə də işlənib. Orada göstərir ki, nübuvvət, peyğəmbərlik, Allah Taaladan vəhy almaq ayrı məsələdi. Allah Taala onada işarə edib. O da mülk, hakimlik məsələsidir. Bir sıra təfsirçilər deyirlər ki, burda imam belə mənaya gəlir.Onlar, Ali İbrahimə biz kitab, hikmət verdik və mülk verdik ayəsinə əsasən belə düşünürlər. Başqa ayələrdə də buyurulur, biz yalnız sizlərə bu ayələrdən birini təqdim etdik.Belə ayələrdən bir ayə də Sad surəsindədir. Sad 17-də buyurulur ki,” Davudu yadına sal biz ona böyük qudrət vermişik”. Yenə həmin sözü təkrar edir. Mülkü möhkəmləndirmişik. Bunlar deyirlər ki, burada imam hakimlik mənasındadır. Allah İbrahimi imam seçdi, yəni hakim seçdi. Biz adətən təfsirlərimizdə bunu görürük. Quranın özünü araşdırırıq. Bunlar isə bu ayənin haqqında bir sıra hədislərinin olduğunu deyirlər. İbrahimi imam etdik bu mənadadır. İmamlıq, yəni hakimlik mənasındadır. Əlbəttə bir şərtlə. Hakimlik kitab və hikmət istiqamətindədir. İmam deyəndə bu cür başa düşürük. İmaməti bucür tərif ediblər. İmamlıq, yəni - həm dünyada, həm axirətdə ümumi rəhbərlik deməkdir. Deyirlər ki,burada da bu mənadadır. Hədislər gətirirlər. İndi mən hədislərin birini qeyd etmək istərdim ki, bu ayədə imamlığı bu mənada deyiblər. Hədisdə qeyd olunur: Əbdul Əzim İmam Əliyən Nəqi(ə) dövründə gəlib imama öz üsuli dini və əqaidi barəsində danışır. Deyir ki, mən bunlara inanıram.İnancımda bir səhvim varmı? İmam da o şəxsin düz olduğunu təsdiq edir. Sənin etiqadın səhihdir. Sonra buyurur: İmamət dinin cilovudur, dini aparır və müsəlmanların nizam intizamıdır. Dünya imamla saleh olar. Dünya imamla düzlüyə yetişər, insanlar dünyada hərcmərclikdən imamla qurtularlar. Namazın tamamlığı, zəkatın tamamlığı, həccin tamamlığı və vergilərin camaata çatdırılması, sədəqələrin yerinə çatdırılması, cəza qanunlarının həyata keçirilməsi və əhkam, sərhədləri qorumaq – bunların hamısı imamladır. İmam Allahın halalını halal edər, haramını haram edər. Halalını halal edər, yəni o halal ki, Allah halal edib, halallığını həyata keçirər. O haram ki, Allah haram edib haramlığını həyata keçirər(yəni insanlar arasında təbliğ edər) icra edər. Bu hədis Üsuli Kafidə gəlib. Görürük ki, bu hədis bu ayənin təfsirində istifadə olunub. Burada imaməti həmin hakimlik mənasında buyurulub. Bu da bir nəzəriyyədir ki, hədisdə və ayənin özündə istifadə ediblər,buda mülki əzim olduğunu izah edir.

Üçüncü nəzəriyyə isə belədir: Vilayəti iki cür məna ilə izah ediblər. Bir-vilayəti zahiri, vilyəti təşrii,iki- vilayəti batini, vilayəti təkvini. Birincisi budur: Tutaq ki, bir nəfər hakimdir. Buna vilayəti təşrii deyirlər. Yəni zahirdə insanın dünyəvi işlərinə, ictimai işlərinə hakim olur. Bu vilayəti təşriidir. Niyə vilayəti təşrii deyilir?Çünki bu cür imamı da Allah seçməlidir ona deyirik vilayəti təşrii. Vilayət, yəni ona verilən bu vəzifəni, bu məqamı öhdəsinə alıb. İbrahim də o cür vilayəti təşriiyə malik idi, bizim peyğəmbərimiz də vilayəti təşriiyə malik idi. Yəni öz zəmanəsinin imamları idilər.Bütün işləri Vilayəti təşrii ilə həyata keçirir, sülh edir, cihad edir, onu əsir edir, bunu azad edir. Buna vilayəti təşrii deyilir.

Vilayəti təkvini isə belədir: Qurani Kərim ayələrinin bəzilərindən düşünülür ki, bir sıra insanlar o dərəcəyə çata bilərlər ki, qəlblərə nüfuz etsinlər.Amma cisimlərə hakimlik ilə, cəmiyyətə  hakimlik ilə insanın qəlbinə təsir göstərmək olmaz. Allahın müqəllibəl qülub(qəlbləri haldan hala salan) məzhərinin nümunəsidir, Yer üzündə Allahın bu sifətinin canişinidir. Müqəllibəl qülub, yəni qəlbləri dəyişən. Yəni bir yolu göstərmək vardır, bir də yolu aparmaq. Sən yolu tanımırsan və ünvanı istəyirsən. Bir nəfərdən soruşursan deyir gəl aparım, əlindən yapışır aparır. Biri də budur ki, ünvanı verir və deyir get. Peyğəmbər ikinci misal kimidir.Yəni deyir get. Peyğəmbər vəhy vasitəsilə qanunları alır. Bu nübuvvətdir. Biri də var ki, aparır. Ünvan budur, get yox gəl aparım. Vilayəti təkvini budur ki, aparır. Təkvin, yəni varlıq. Təkvin, yəni insanın daxilində, qəlbində əhatəsi var. Bu vilayəti təkvini Quranda istifadə olunub. Bu təsir bir sıra insanlarda var, onlar bir dərəcəyə yetişirlər ki, onların gözləri açıq olur. Onlar çox şeyləri bilirlər amma bu şeyləri biz bilmirik. Çox şeylərə nüfuz edirlər ki, biz edə bilmirik.Quran buyurur ki, siz yəqin elminiz olsaydı Qiyaməti görərdiniz. Məlumdur ki, Qiyaməti görmənin bu dünyada imkanı var. Lakin yəqin elmi lazımdır. Bəzi adamlar bu səviyyəyə çatırlar və başqalarına mənəvi nüfuz edə bilirlər. Vilayəti təkvini, ürəklərə imamlıqdır. Vilayəti təşrii isə dünyada cisimlərə, bədənlərə imamlıqdır. Vilayəti təkvini qəlbi yuxarıya, kamala, inkişafa aparır. Bu Əllama Təbətəbainin nəzəriyyəsidir. Deyir, Allah bir nəfəri bir sıra ibtiladan, imtahandan sonra imam edəndə onu zahiri hakim etməz. Bu imtahanlarda bir sıra dərəcələrə, daxildə bir sıra mənəvi kamala çatırlar. Vilayət, yəni başqa qəlblərə təsir edə bilən mənəvi kamal. Əgər vilayəti bu mənada qəbul etsək, qeybət ona təsir etməz.

İmam qaib(qeybdə) də olsa vəlidir. Çünki o münbit qəlblərin əlindən yapışıb aparır. Ürəyinə söz salmaqla, bir dostla tanış etməklə, başına bir hadisə gətirməklə vilayətini icra edir. Dünyanın səbəbləri bizim əlimizdə olmadığı üçün, insanın nə ilə hidayət olduğunu bilmirik və o vasitə insanın qarşısında nə cür yaranır?. Anidən insanən qəlbinə bir söz gələ bilər. Məgər Musa(ə)nın anası uşağını Nil çayına necə atdı? Quran buyurur: Biz onun qəlbinə ilham etdik və bunun nəticəsində O,uşağı çaya atdı.Bu Musa(ə)ın anasına Allahın hidayətidir. Bir sıra insanlar da bu cür hidayət olunublar və hər zaman belə olmuşdur. Təsir göstərmək, xəbərdarlıq, qanunu vermək deyil. Bu peyğəmbərin işidir indi də bu cürdür. Biz namazda deyirik: “Allah bizi düz yola hidayət et.” Hamını hidayət edən Allahdır, bəs Allahdan nə istəyirik?

Hidayət birinci mənada - yolu göstərmək mənasında yox. İkinci mənada ki, mənzilə çatdırmaqdır. Bu ayədə,” ihdinəs siratəl müstəqim” də məqsəd yolu göstərmək deyil. Quranda Allah hamıya yolu göstərir. Məqsəd məqsədə çatdırmaqdır ki, “Allah bizi məqsədimizə çatdır”. Əlləma Təbətəbai buyurur: Bu ayədə buyurulur ki, İbrahim peyğəmbər imam oldu, yəni “vəliyyi təkvini” oldu. Allah onu elə bir səviyyəyə çatdırdı ki, Allahın hidayət yolunu ikinci mənada həyata keçirir. Allah dünyada etdiyi bütün işləri vasitə ilə edir. Heç nə vasitəsiz deyil. Hədisdə buyurulur: Allah hər işi səbəb və nəticə ilə edir. Camaata nübuvvət vasitəsilə söz çatdırır. Allah birbaşa fiziki olaraq bizə demir, Allah cisim deyil ki, gəlib bizə oruc tut, namaz qıl desin. Nəbiyə vəhy edir, nəbi də bizə çatdırır. Hidayətin birinci mənada vasitəsi nəbidir. Hidayətin ikinci mənasında olan məqsədə çatdırmaq vasitəsi imamdır. Nəbi-Camaata çatdırmaq üçün hidayəti təşriiyə vasitədir. İmam feyzə vasitədir. Niyə imamı feyz vasitəsi ediblər? İmam kamalı göstərmək üçün deyil,kamala çatdırmaq üçün bir vasitədir. Kamalı göstərmək peyğəmbərin işidir. Kamala aparmaq isə imamın işidir.Bunun səbəbi nədir?Çünki İmam özü bu məqama çatıb və dərk edib.Yalnız dərk edən kimisə o məqama apara bilər.İmamətə çatmaq üçün mühüm şərtlər var. Özü çatandan sonra aparar. Çatmayan isə aparmaz. Yəni bu alim buyurur ki, bir nəfər imam olanda başqa qəlblərə nüfuz edir, hidayət onun əlində olur. Bu həmişə Yer üzündə hidayət üçün lazımdır. İnsanları hidayətə çatdırmalıdır. Mümkündür imamət bir gün ikinci mənada olmasın. Lakin üçüncü mənada - vilayəti təkvini həmişə var. Həmişə Allah tərəfindən münbit qəlbləri yuxarı aparan bir şəxs mövcuddur. Bu həmişə olur. Yer üzündə 2 nəfər də olsa,biri imamdır. Yer üzünün həmişə vəlisi var. Heç vaxt Yer üzü vəlisiz deyil. Belə ki, münbit qəlbləri yuxarıya aparsın. Bizi kamala aparmaqdır, yuxarıya çıxarmaqdır. Allah da bunu səbəb-nəticə sistemi ilə verir. Onu icra edən imamdır. Onu Allahdan alıb insana bəxş edən imamdır. İmam feyz vasitəsidir. İmam olmasa Yer üzü dağılmalı, kamal qapısı bağlanmalıdır.Bəs bunu haradan bilirik? Gərək sübutu olsun. Əllamə Təbatəbai buyurur: İmamın hidayəti təkvini olması ayədə buyurulub.İmam hidayəti təkvini edərək qəlbləri aparır. Quranda bir sıra ayələr var ki, imaməti onlar məna ediblər. Məsələn Ənbiya surəsinin 73-cü ayəsində buyurur:Biz onları imam etdik (onlardan məqsəd İbrahim, İshaq, Yəqubdur) bizim əmrimizlə hidayət edirlər. Peyğəmbər də hidayət edir. Lakin o vəhy vasitəsilə hidayət edir, vasitəsi başqadır. Bəs əmr nədir? Səcdə surəsi 24-cü ayə buyurur: biz onları imam etdik, əmrlə hidayət edirdilər. Peyğəmbərin vəzifəsi vəhylə hidayətdir, yəni yol göstərmək. İmamın vəzifəsi əmrlə hidayətdir. Əllamə deyir:Quranda əmrin mənası, bir dəfəlikdir(Qəmər sur.50 ci ayə). Allahın aləmi 2 yerə bölünür. Əllamə buyurur, bir xəlq aləmi, bir də əmr aləmi . Xəlq aləmi dəyişilən maddi və dünya aləmidir . Xəlq aləmində yaranma da var. Bu xəlq aləmi dəyişilmə aləmidir. Xəlq aləmində yaranış tədricidir. Bir uşaq 9 aya yaranır. Nütfədən çevrilib körpə uşaq olmağı 9 ay çəkir. Çünki xəlq aləmidir, dəyişilmədir, tədricidir. Əmr aləmində dəyişilmə bir dəfəlikdir. Yasin surəsində buyurulur, onun əmri belədir, bir şeyə ol desə olar.(Yasin 82) Əmr aləmində bir şey tədrici deyil. Ol desə olar. Məsələn ruhun yaranışı əmr aləminə aiddir. Ruhun yaranışı tədrici deyil. Allah buyurur mən cismi nütfə etdim, nütfə inkişaf etdi, mən ona ruh verdim. Allah ruhu tədrici yaratmır. Ruh bir dəfəlik yaranır. Əmr aləmi tədrici deyil.Yaranışda isə xəlq aləmi tədricidir. Hər şey tədricidir. Mələklər də o cürdür. Mələklər də əmr aləminə aiddir. İbrahim peyğəmbər əm aləmi ilə tanış olmaq istəyirdi. Allah buyurdu:Get 4 ədəd quşu götür, doğra, qarışdır, apar at hərəsini bir yerə, sonra səslə gəlsin. Bu əmr aləmi ilə tanış olmaqdır.Ol dedikdə necə olmağın şahidi olmaq istəyirdi. Ona görə bu cərəyandan sonra biz ona bunları göstərdik, o mələkutla tanış oldu. Yəni bu varlığın 2 çöhrəsi vardır. Bir çöhrəsi gördüyümüz dəyişilmə çöhrəsidir. Bizim bədənimiz də elədir. Bir çöhrəmiz bədənimizdir ki, getdikcə dəyişilir. Bir çöhrəsi isə sabit çöhrədir. Mən-O mən əmr aləminə aiddir. Sən indi də uşaqlığından danışsan deyəcəksən mən. Mən məktəbdə filan sinifdə oxuyurdum. Çünki bu tədrici bir şey deyil. Bu mən sabitdir və əmr aləminə aiddir. İbrahim istəyirdi ki, əmr aləmi nə demək olduğunun şahidi olsun.

Merac da əmr aləmi ilədir. Meracda Allah Məhəmməd(s) peyğəmbərə əmr aləmini başa salırdı. Qısası nə oldu? Əmr aləmi tədric deyil, birdəndir. Qəmər surəsi 50-ci ayədə buyurulur ki, bizim əmr aləmimizə aid olan işlər birdir, təkdir. Göz qırpımı necədirsə əmr aləminə aid olan da o cürdür. Əmr aləminə aid olan bir dəfəlik olur.”Səndən ruh haqqında soruşurlar de ki, Ruh rəbbimin əmridir.”(İsra sur.85) Bəzi insanlar səhv tərcümə edib deyirlər ki, ruha qarışmayın. Yox. Ruh əmr aləmindəndir. Rəbbimin əmrindəndir. Quran bir ayədə buyurulur ki, xəlq də Allahındır, əmr də Allahındır. Əllamə də ayələrdən istifadə edib deyir ki, xəlq aləmi və əmr aləmi var. Əmr aləmi həmin mələkutdur. Terminlərdən biri də mələkutdur. Bu aləmin batinidir. Hər mövcudun zahiri və batini var. Mənim bədənim, zahirim xəlq aləminə aiddir, mənim ruhum əmr aləminə, mələkuta aiddir. mələkuta aid olduğunu hardan deyirik? Yasin surəsində buyurur:hər şeyin mələkutu Allahın əlindədir. Məlumdur əmr mələkuta aiddir, yəni desə ol olar. Və bu ayədən düşünülür ki, təkcə insanın yox, hər şeyin mələkutu var. “Mələkutu kullu şeyin”(Yasin 83). Biz insanda bədən və ruhun olduğunu başa düşürük . Maddi mövcudda olan mələkutu görmürük. Quran buyurur:Onlar da, onların mələkut aləmi də təsbih edir. Quran buyurur:Onlar da səcdə edirlər, amma biz görümürük. Quş da danışır, amma biz görmürük. İmam aləmin mələkutu ilə tanışdır. Çünki qəlblə əhatəsi var. Ruh əmr aləminə aiddir. Ona görə o ruha nüfuz ilə təsir edir. Əllamə buyurur: İmam əmr ilə hidayət edir. Peyğəmbər isə vəhy ilə hidayət edir. Ona görə imam insanı hidayət edir, yəni aparır, çatdırır. Nəbinin çatdırmaq vəzifəsi yoxdur, göstərmək vəzifəsi var. Quran ayələrdə buyurur:Bizim vəzifəmiz ancaq çatdırmaqdır. Aydın çatdırmaq peyğəmbərlik vəzifəsidir. İmamın vəzifəsi münbit qəlbləri aparmaqdır. Qəlbi münbit olmayan insanların da imamı var. Onların imamı şeytandır. Şeytan da vəlidir. Şeytanın da fasiq insanlara “hidayəti təkvinisi” var. O da insanların qəlbinə nüfuz edir. Vəsvəsə fasiq qəlbə nüfuzdur. İmam isə saleh qəlblərə nüfuz edir. İnsan nəsə becərmək istəsə, imam su tökür ki, becərsin. İnsan tikan olmağını istəsə, onda şeytan su tökür. Allah da vəlidir, zülmətlərdən nura çıxarır. Allahın vəliliyini imam həyata keçirir. İmam xəlifətullahdır, Allahın vəli yolunda vasitəçidir. Quranda Şeytanın vəli olması haqqında ayə var.(ayə)

OXŞAR VIDEOLAR