Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 2 (b)

İstər məsum olsun, istərsə də məsum olmasın. Heç kim məsum deyil deyirlər.Hətta onların fikrinə görə Peyğəmbərin məsumluğu şübhə altındadır.Yəni məsumdur ya yox? Belə bir nəzəriyyə var. Bəzilərinin etiqadları səhvdir. Peyğəmbər günah edə bilməz amma səhv edə bilər. Ayə də istinad edərək belə məna çıxır ki, peyğəmbər səhv edə bilər. Peyğəmbər hirslənərdi. Bəzən peyğəmbər dünya haqqında, təbiət haqqında, dünyəvi elm haqqında səhv sözlər deyərdi sonra aydın olardı ki, səhvdir buyurardı: Bəşərəm mən də səhv edə bilərəm. beləcə onların peyğəmbərin səhvləri olduğuna etiqadları vardır. Nəbiyə o cür nəzəriyyə verənlər imamətdə məsumluğu şərt bilməzlər. Hətta əgər bir şəxs zorla da olsa məcazi imam olsa belə imadır. Çünki, məsumluq şərt deyil. İmam Hüseyn(ə) zamanı bu ayələr belə başa düşülürdü. İmam Hüseyn(ə)i bəziləri tənqid edirdilər.Hətta şəri cəhətdən tənqid edirdilər. Güya belə başa düşürdülər ki,imam müsəlmanların xəlifəsinə qarşı çıxır. İmama, sən imama qarşı çıxırsan deyirdilər. İmamətdə ismət şərt olmasa Yezid də imamdır.

İmtahan etdik imtahan olandan sonra AllahTaala buyurur: Mən səni imam etdim. Allah Taalanın mən səni imam etdim deməsi imamlığın Allahın işlərindən olduğunu aydın edir.İmamı Allah Taalann seçməsinin faktiki ayələrlə qeyd edirəm. Biri, “mən səni imam etdim”. İkinci- “Allah imtahan edir, imtahandan çıxandan sonra imam edir” gedişatı özü bir dəlildir. Allah Taalanın əlindədir. Gedişat özü göstərir ki, imtahanın nəticəsi olaraq nəbilikdən sonra imam oldu. Üç- İbrahimin müraciəti. Əgər imamı Allah seçməsəydi İbrahim Allaha müraciət etməzdi.Əgər imamı xalqa seçsəydi İbrahim xalqa müraciət edərdi.” Mənim nəslimdən də mi” sualını vermək onu göstərir ki, İbrahim, imamı Allah seçdiyini qəbul edir. Ayrı yol yoxdur. Dördüncü fakt- “Əhd”dir. “Mənim əhdim”. İmamət Allahın əhdidir. İmamət xalqla imamın əlaqəsi deyil, Allahla imamlıq verdiyi şəxsin əlaqəsidir. İmamət üsuli dindən sayılır. Bəziləri imaməti firuiddindən sayırlar. Firuiddin insana aiddir. Namaz, oruc və.s bunlar insan icra etdiyi vacibi əməllərdir. Usuli din isə Allaha aiddir. İmamı Allah seçirsə imamət usuli din olur. İmamət ilahi bir dərəcədir ona görə də imamət usuli dindəndir. İmamət insanın prezident seçməsinə bənzəmir. Bu xalqla insanın əlaqəsidir. İmamət Allah Taalanın seçməyində peyğəmbərlə Allahın əlaqəsinə bənzəyir. Beşinci fakt-“zalimin, yəni məsum olmayan”. Zalim olmayan, yəni məsum. Məsumu da Allahdan başqa heç kim tanımır.İmam zalim olmamalıdır və onu Allah Taala seçməlidir. Bir sıra zülmlər insanın daxilindədir. Qurani Kərim ayələrinə baxanda günahlar təkcə üzvlərlə olmur.Qəlblə, daxili sifətlərlə, niyyətlə də günah etmək olur. Riya, kin daxildə olan günahlardandır. Əzavi cəvahirlə olan günahlar məsələn: qətl və.s. Əgər məsum imam olmalıdırsa imamı Allah seçməlidir. Yuxarıda qeyd etdiyimiz ayədən 5 fakt dedik ki, imamı Allah seçməlidir. İkinci bəhsimiz-bu ayə ilə, imam hansı şəraitə malikdir İmamət hətta nübuvvətdən ağır şəraitə də malikdir.İmamət nübuvvətdən aşağı səviyyədə deyil, imamət nübuvvətdən yuxarı səviyyədədir. Onda İbrahim(ə) imtahan olunmazdı. Onda gərək İbrahimi günaha dəvət edəydi və onun məqamını aşağı salardı. İbtila etdi, ibtiladan çıxandan sonra imam etdi. İmamətin şərti nübuvvətdən daha ağırdır. Əgər nəbi məsumdursa deməli imamlığın şərti minimum məsumluqdur. Çünki nəbilikdən daha ağırdır.

 İkinci fakt bu məsələyə zalimin məsələsidir. İnsanın etdiyi hər günah zülm sayılır. Bu ayədən bir neçə məsələ meydana gəlir.bir- İmamı Allah seçir, ikinci məsələ imam məsum olmalıdır, üç imamlığın mənası aydın oldu ki, imamlıq həm vilayəti təkvinidir, həm vilayəti təşriidir. İmamlıq deyəndə həm rəhbərlik, həm insanların qəlblərinə nüfuz edən,həmdə qəlblərinə əhatə başa düşürük. Bu da üçüncü məsələ idi. İndiki zamanda nəbi ola bilməz. Nəbi qanunu Allahdan alır insanlara çatdırır. Axırıncı qanun sonuncu Peyğəmbər vasitəsiylə gəlib. Qiyamətə qədər din İslam dinidir. Daha təzə qanun gəlməyəcək. Ona görə də peyğəmbərə ehtiyac yoxdur. Əgər təzə peyğəmbər gəlsəydi, peyğəmbər də imam da olması mümkün idi. Daha təzə peyğəmbər gəlməyəcək. Allahın qanunu həmişə həyata keçməlidir. Ona görə həmişə imam olmalıdır. Yer üzü höccətsiz olmaz. Quranda ayə var ki, “hər qövmün hadisi var.” Nəbi ilə hadinin fərqi var.Qeyd etdiyimiz ayə buyurur: Biz nəbi göndərmişik və hər qövmün də hadisi var. Əgər o hadi həmin nəbi olsaydı Allah buyurardı “biz nəbi göndərmişik və O,hadidir.” Allah ayrı-ayrı buyurur:”biz nəbi göndərmişik və hər qövmün hadisi var”. Hər qövm, yəni tayfa, qəbilə, hər insanlar, hər xalqlar üçün indi də gələcəkdə də hadi var.Həmişə hidayət edən olmalıdır. Bir ayə qeyd etdik( Bəqərə 124-cü ayə). İmamətin iki sahəsi var imaməti ammə, yəni ümumi imamlıq nədir, bir də xüsusi imamlar kimlərdir. Biz hələ kimlər imamdırdan danışmırıq. Biz, imamlıq nədir ondan danışırıq. O ayələrdən nəticə aldıq ki, imam nübuvvətdən də yuxarı dərəcəyə malikdir. İmam vilayəti təkviniyə malik olur. Aləmdə vəli olur və O, təkvinən digər qəlblərə nüfuz edir. Onlardan- “biz imam qərar vermişik”.Yuxarıda bəzi peyğəmbərlərin adını çəkib.Musadan və digər peyğəmbərlərdən misallar qeyd olunub. Buyurur:”Onlardan imam etmişik”Onlar bizim əmrimizlə hidayət etsinlər deyə. Bunların (yəni imamların)hidayətləri bizim əmrimiz vasitəsilədir. Niyə onları imam etmişik,? Çünki səbr edirdilər. Səbr dərəcələri vardır. Və bizim ayələrimizə yəqinləri vardır. Əhli yəqin və əhli səbr olduqları üçün onları imam etmişik.Onlarda əmrimizlə hidayət edirdilər. Bu ayə imamətin mənbəyindən danışır. İmamlıq yəqin və səbrdən gəlir. Bu ayədən belə nəticə ala bilirik ki, insanın nə qədər səbri çoxalsa, nə qədər yəqini çoxalsa o qədər imamət xəttinə yaxın ola bilər. İmamət Allahın işidir.”Cəalnə” yəni biz qərar verdik, başqası vermir. Birinci cümlədən bu məlum olur ki, imam Allah tərəfindən seçilir. İkinci cümlə imamın vəzifəsini göstərir. “Yəhdunə bi əmrina”. Hidayət 2 növdür. Birinci hidayət- vəhylə, yəni çatdırır. Allah peyğəmbərə verir:Bunları camaata çatdır. Yəni de ki, namaz qılın, oruc tutun, zəkat verin. Bunları Allah Quranda Cəbraillə peyğəmbərə nazil edib, o da çatdırıb. Bu bir növ hidayətdir. Vəhy hidayətidir. İkinci hidayət- əmr hidayəti.Peyğəmbər o işi görmür. Bir sıra insanların dərəcələri aləmin mələkutu ilə rabitədə oluraq kamilləşir. Əmr ilə rabitədə olurlar və o əmrlə hidayət edirlər. Onlar əmrlə rabitədə olduqları üçün hidayət edirlər. Əmrlə insanın rabitəsi olanda qəlbləri tanıyır, qəlbləri bilir, qəlblərin xəstəliklərini, dərmanını bilir. Qəlblərə nüfuz edir. Qəlblərin həkimi olur. Qəlblərin bağbanı olur. İmamlar da belə hidayət edirlər. Qəlbləri suvarırlar, günəş saçırlar, bir ağacın suyu çoxdur işığı yoxdur ona işıq verirlər. Birinin işığı var suyu yoxdur ona su verirlər. Onlar kamal yolunun maneələrini aradan aparırlar ki, kamilləşsin. Birinin qabağına dost çıxarırlar ki, o kamilləşsin.Elə zənn edirik ki, bizim tanış olduğumuz şəxslər adi vaxtlar təsudüfidir . bizim baxışımızda özbaşınadır. Deməli yuxarıdan baxdıqda biz bir yerə yığışmış qarışqalara bənzəyirik. Əhatəsi var hamısınıda görür. Aləmin gedişatı da bir baxışla təsadüfi baş verir, güya özbaşınadır. Allah Taala “Rəbbul aləmindir”. Aləmi Allah Taala idarə edir. İdarəsi, bizim görməyimizlə kifayətlənəsi deyil. İdarəsi bu növdür ki, münbit qəlbləri, münbit şəraitdə olan qəlbləri yuxarıya aparır. İstər amilləri mən hiss edim, istər etməyim. Hidayətlə əmrin mənası budur. İnsanın bəzən qəlbinə bir fikir gəlir, iradə gəlir,bir hadisə ilə qarşılaşır, bəzən də hətta bəlaya düşür. Bunlar hamısı əmrlə hidayətin budaqlarıdır. Biz öz baxışımızla baxanda görürük ki,bunlar təsadüfidir. Amilini bilmirik. Amilini bilməmək, amilin yoxluğuna dəlil deyil. Amili bizdən yuxarıdadır. Bu iki cümləni qeyd edək. İmam əhli səbr olmalıdır. Niyə imam əhli səbr olmalıdır?. İki səbəbə görə imam başqalarına nümunədir və nümunə də bütün kamalların yanında olar.” İmam aparır “, özü çatmalıdır ki, aparsın. Kim çatmayıbsa apara bilməz.İmam aparırsa hamısı mərhələləri getməlidir, səbr də onlardan biridir. Səbr də onlardan biridir ki, imam gərək əhli səbr olsun. özü də mütləq səbr olmalıdır. Bizdə də səbr var. Müəyyən zamanda, müəyyən qədər. Birdən səbrimiz tükənir. İmam isə belə deyil. İmamın səbri mütləqdir. Ayə mütləqdir. Hədislərdə də var imamdan həyatımız üçün biz bir şey öyrənməliyik. O səbrdir. Biz öz 12 imamımıza da baxsaq bunların əhli səbr olduqlarını görərik. İmam Əli(ə) buyurur: 25 il gözümdə tikan, boğazımda sümük qalmış kimi səbr etdim. Nə ata bilirdim, nə uda bilirdim, nə çıxara bilirdim, nə içəriyə apara bilirdim. Gözdə olan tikan kimi,bəzən onu nə çıxarmaq olar, nə içəriyə vermək olar. Çıxardıldıqda da gözü zədələyər, içəriyə veriləndə də gözü zədələyər. İmamın səbri o cür idi. Ya İmam Hüseyn(ə)in səbrinə hədis var buyurur: İmamın səbrinə mələklər təəccüb edirdilər.Yəni , məxluq ola bilərmi ki, belə səbr etsin?. Kərbəla faciəsi adi bir nəfərə yox hətta səbrli bir insana mində biri gəlsə özlərini itirərlər. İnsan qərib bir yerə qonaq çağırırlar,18 min məktub yazırlar və sonda belə vəziyyət yaranır.Hər hansı bir insanı adi qonaq çağırsalar getsə görsə ki, evdə deyillər narahat olar. Nəinki hələ evdə deyillər, hətta həmən şəxslər düşmən çıxırlar. Bu hələ minimumu. Sonra su vermirlər, sonra balalarını şəhid edirlər,imam ailəsi əsir olacağını,hər nə bildiklərini etdiklərini (müxtəlif işlər) öz gözüylə görür. Bu mühim bir səbr tələb edir. İmamın qucağında olan 6 aylıq balası oxla vurmaqla əlindən alırlar. Bu ayrı bir səbr istəyir. Bu səbr imamdadır.” Biz onları imam etdik, çünki səbr edirdilər”. Səbr imamət dərəcəsinə mühüm bir açardır. Sonra buyurur ki, səbr imamda olan bir kamaldır. Bundan əlavə səbr imamətə lazımdır.İmamda həm səbr kamalda olmalıdır, həm də imamlığı icra etmək səbr tələb edir. İcra edəndə müxtəlif insanlar olacaq, müxtəlif qarşıdurma olacaq, bir yerdə 3-4 nəfəri idarə etmək üçün səbr lazımdır. Hərənin müxtəlif səliqəsi var. Ümmətə imam olmaq səbr tələb edir. Səbri iki baxışla verir. Əvvəla səbr kamaldır, imamda olmalıdır. İkincisi imamətə səbr lazımdır. Səbr haqqında hədisə baxaq.Buyuru:” İmanın başı səbrdir”. Başla bədənin münasibətinə insan diqqət etsə baş olmasa bədənin xeyri yoxdur. Səbr olmasa imanın xeyri yoxdur. Ali İmran surəsində buyurur: İmandan sonra insan Allaha iman gətirdi, Allaha inandı, etiqat etdi ondan sonra gərək səbr kamalını özündə əldə etsin. Səbr kamalını özündə əldə etməsə imanı əldən çıxar. Çox insanlar var ki, biri namaz qılır, hicab örtür, Allahın əhkamına riayət edirlər və.s bir ildən sonra bu işləri tərk edirlər. Bu o demək deyil imanı, səbri yox idi. Çünki, insan dünyada olduğu hər bir mərhələdə səbr tələb olunur. Səbr tələb etməsə, səbr etməsə olmaz. İmanı səbr saxlayır,səbr qidalandırır. Səbr olmasa iman əldən çıxar. Hədislərdə buyurulur: Səbr üç növdür. Müsibətlərdə səbr, insan hadisələrdə özünü itirməsin və səbr etsin. Günahların qarşısında səbr, insan günah qarşısında özünü idarə etsin.Buna təqva deyirlər. Vacibata əməl edəndə səbr. Xülasə səbr imanın başıdır. Bu olmasa insan imanını əldən verə bilər. Quranda səbrin mühim yeri var. İmam əhli səbrdir, əhli yəqindir.” Bizim ayələrimizə yəqini var”. İslam bir mərhələdir, iman bir mərhələdir, yəqin başqa mərhələdir. Bəzi insanlar müsəlmandırlar. Şəhadətini dildə deyir və olur müsəlman. Dildə İslamı demək- müsəlman olmaqdır. Hardan deyirik dildə? Hücurat 14-cü ayə.” (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" – dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”. Quran ayələrindən məlumdur ki, iman özü də bir dərəcədə deyil. Bəzi insanlara iman qonaq gedir. Var ordadır.zərf kimi məsələn, zərfə bir şey qoymusan. O onun zatından deyil, ondadır. Sonra çıxarda da bilərsən. Bir sıra imanlar belədir qəlbə daxil olub amma qəlbdə qonaqdır. İman sizə gözəllikdir, qəlbinizdə var, lakin qəlbinizə həkk olunmayıb. Qəlbdə olmaq bir şeydir, qəlbdə həkk olmaq isə başqa şeydir. Quranla bilinir ki, bəzi imanlar o cürdür. İman insanda qonaqdır. Allah Taala belə termin işlədib:”Allah onların qəlblərinə imanı yazır”. Buyurmur iman daxil olur.Buyurur: iman yazılıb. Biri var qəlb qab olsun iman ona tökülsün. Bir də var iman qəlbə yazılsın. Əgər iman qəlbə qonaq gəlsə sabah çıxa bilər. Əgər iman qəlbə həkk olunsa çıxmaz. Ev yiyəsi kimi. Ev yiyəsi evdə narahatçılıq olsa çıxmaz əksinə həmən narahatçılığı aradan qaldırar. Qonaq gəlib görsə yağış yağır, hadisə baş verir çıxıb gedər. Bir sıra imanlar mütəzəlzildir.

 

OXŞAR VIDEOLAR