Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 4 (a)

Bəhsimiz Qurani Kərimdə imamətdir.

İmamət haqqında olan ayələri araşdırırıq.Belə bir nəticə almışıq ki,imamətlik sırf zahiri bir vəzifə, zahiri bir ünvan deyil. İmamət vilayətlə əlaqədədir. İmam Allahın vəlisidir. Həm təkvinən vəlisidir,(elə bir səviyyəyə çatıb ki, mələkut aləmi və əmr aləmi ilə rabitədədir) həm təşriiən vəlisidir ki, ona biz itaət etməliyik.Nisa surəsinə 59-cu ayəyə nəzər salaq:” Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!”. Cəmiyyəti onlar idarə edir, onlara itaət edin. Bu ayədə çoxlu bəhslər var. Birinci bəhs budur: “Allaha itaət edin və peyğəmbərə itaət edin” bu itaətlər nə ilə fərqlənir? . Allah birbaşa bizə buyurmur.Allah bizə peyğəmbərlə buyurur. Vəhylə buyurur. Peyğəmbərə itaət edin buyursaydı və ya Allaha itaət edin buyursaydı hansı olardı?”Allaha itaət edin və peyğəmbərə itaət edin” burada məqsəd təkrardır? Elə bir təkrar ki, “ətiu” itaət edin- yenidən təkrarlanır. Ulul əmrdə isə təkrarlanmır. Buyurur: Ətiullah sonra buyurur: Ətiurrəsul. Yəni ululəmrdə isə təkrarlanmır. Bu ayəni neçə cür qeyd etmək olardı. Bir Allah buyurardı: Ətiullah vərrəsul və ululəmr.Bu Ərəb qrammatikası cəhətdən səhv deyil.Yəni, itaət edin Allaha, rəsula və əmr sahiblərinə. Bir də belə buyurardı: Ətiullah ətiurrəsul və ətiulululəmr.Yəni hamısına müstəqil olaraq itaət edin.Allaha, itaət edin rəsula itaət edin və ululəmrə. Allah Taala isə elə buyurmamışdır. Ayrı üslubda buyurub. Ətiullah ayrı sonra ayrıca ətiurrəsul və ululəmr. Alimlər buyururlar, rəsulullahın 2 vəzifəsi və 2 mühim şəni var idi. Şən yəni səviyyə. Peyğəmbər bir şəxs idi eyni anda isə 2 şəxsiyyət, 2 iş öhdəsində idi. Bir rəsul idi, vəhy vasitəsi idi.Vəhyi Allahdan alırdı insanlara çatdırırdı. O vəhydə, o vəzifədə bizim ancaq vəzifəmiz çatdırmaqdır. Peyğəmbər bu vəzifədə başqa çatdırma rolu oynamır. Nə vəhy olunursa,onu çatdırır. Buna təbliğ vəzifəsi deyirlər. Bu özü Quranda 2 hissəyə bölünür. Vəhyi peyğəmbər alır-2 hissəyə bölünür. Bir vəhyi alır tilavət edir. Peyğəmbərin bir vəzifəsi belə idi ki, Allahdan nə vəhy almışdırsa onu tilavət etsin yəni Qurandan ayələri tilavət etsin. Təkcə tilavət vəzifəsi yox idi. Qurandan peyğəmbərin ayələri izah etmək vəzifəsi də olduğu bilinir. Yəni təkcə ayələri camaata tilavət edir?Xeyir.Bundan başqa eyni zamanda ayələri təfsir, izah etməli idi. Yəni İslamda təfsirçi peyğəmbərdir. Qurandan bilirik ki,Quranı ilk izah edən elə Rəsulullahdır. Bu izah elə vəhyin bir növüdür. Quranın izahı da peyğəmbərin vəhy sifətlərindən biri idi.Vəhyi,Quranın ayələrini həmdə onun izahını Allah tərəfindən alırdı. Bunu haradan deyə bilərik? Quranda, Nəhl surəsində 44-cü ayə buyurur:” (Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər.” Bu ayədən məlum olur ki, peyğəmbərin bir vəzifəsi də budur ki, nazil olmuş Quranı izah etsin. Bu ayə əsasında Quranı izah etməli idi. Biz Peyğəmbər izah etməlidir sözünü Allah Taalanın buyurduğu həmən ayəyə görə deyirik.Bu ayənin mənası budur ki, biz bunu sən camaata izah edəsən deyə nazil etdik. Bu ayə buyurmur sən camaata tilavət edəsən, Quranın ayələrini oxuyasan deyə. Buyurur: Sən camaata izah edəsən.Bəs bu izahların Allah tərəfindən oluduğunu haradan qeyd etmək olar? Mümkündür peyğəmbər Quran ayələrini öz tərəfindən izah edib. Qiyamət surəsində 19-cu ayədə buyurur: Peyğəmbər vəhyə tələsirdi. Bilirsiniz ki, Quran iki dəfə nazil olub. Bir bütövlüklə, bir də tədricən nazil olmuşdur. Tədricən nazil olanda Peyğəmbər,camaata çatdırmağa və hifs etməyə tələsirdi.Ayə nazil oldu , tələsmə gözlə biz oxuyaq sonra de. Buyurur,gözlə dilini tərpətmə,tələsmə. Yəni sən düzdür bunları bilirsən çünki,Quranı bütövlüklə bir dəfə sənə nazil etmişik. Lakin dilini tərpətmə tələsəsən.Yığıb sənə oxutdurmaq bizim öhdəmizdədir. Sonra onu sənə bəyan etmək də bizim öhdəmizdədir. Bəyan Quranda bizim öhdəmizədir. Bu ayədən bilinir ki, Quranın bəyanı, Quranın izahı da Allahın öhdəsində idi. Allah peyğəmbərə Quranın bəyanını da verirdi.Sadəcə olaraq peyğəmbərin bir vəzifəsi də Quranı tilavət etmək, izah etmək idi.Səhabələrdən bir sıra hədislər vardır.Buyururlar : Biz peyğəmbərdən izahı ilə hər gün 10 ayə öyrənərdik.Hər gün peyğəmbər məsciddə gələrdi 10 ayə oxuyardı, izahını da verərdi. Bəzi səhabələr peyğəmbərdən belə nəql ediblər: Peyğəmbərdən ayənin mənasını soruşurdular və O da izah edirdi. Sonra bu kimin tərəfində olduğunu deyiblər. Qeyd edirlər ki,Allah belə buyurur. Həmin bu ulul əmr ayəsində, peyğəmbər buyurub: Ulul əmrin hamısı Allah tərəfindən izah olunmuşdur. Bəs Quranı bəyan etmək və onun tilavəti peyğəmbərin birinci vəzifəsi idi. Bu vəzifədə peyğəmbər ancaq Allahın dediklərini camaata çatdırırdı. Biz peyğəmbərin Quranına ,bəyanına qulaq asmaqla Allaha itaət edirik. Çünki peyğəmbər burada ancaq vasitə rolu oynayır, ancaq çatdırma rolu oynayır. Mən peyğəmbərin sözünə baxıramsa bunun səbəbi onun rəsul olmağıdır. Məhəmməd(s) Allah tərəfindən rəsul olduğu üçün bizə ayəni oxuyur bizdə ona itaət edirik. Bu itaət həmin ətiullahdır.Bununla Allaha itaət edirik. Bu bir vəzifədir. Quranın ayələrindən aydın olur ki, peyğəmbərin ayrı vəzifəsi də var idi. O da imamlıq idi. Peyğəmbər imam idi, hakim idi, qərar çıxarırdı, həm müharibə qərarı, həm sülh qərarı və.s. Bir şəxsi komandir seçirdi, bir şəxsi komandirlikdən çıxarırdı, bir şəxsi vali göndərirdi, bir şəxsi nümayəndə göndərirdi.Məsələn: Zəkat nümayəndəsi göndərirdi. Qəzavət edirdi, yəni iki nəfərin ixtilaflarında hakimlik edirdi.Bunlar Qurani Kərimin ayələrində qeyd olunmuşdur.Bu Rəsulluq deyil, bu imamlıqdır. Düzdür peyğəmbər məsumdur səhv etməz. Lakin bu ayəni camaata çatdırmaqdır.Bunların fərqini izah edəcəyik.Qurandan məlum olur ki, peyğəmbərin imalıq vəzifəsi də vardır. Peyğəmbərin həm rəsulluq,həm nəbilik,həm də İmamlıq vəsifəsi var idi. Bunlar qeyd etdiyimiz ayələrdən məlum olur.Məsələn Əhzab surəsi 36-cı ayə buyurur:" Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!". Peyğəmbər bir işə qəzavət edəndə biz mütləq “eşitdim və qəbul etdim” deməliyik. Peyğəmbərin qəzavətinə biz gərək itaət edək. Peyğəmbər məhkəmədə bir qərar çıxararsa biz “yox elə deyil” deyə bilmərik. Yəni deyə bilmərik,Ya Rəsulallah təkcə sənə Allahın ayələrini oxuyanda və ya ayələrin izahında tabeyik. Lakin bizim şəxsi ixtilafımıza sən qərar çıxarsan sənə tabe deyilik. Haq mənəm batil odur deyə bilmərik. Bizim bu vəzifəmiz yoxdur, bizim bu hüququmuz yoxdur. Allah Əhzab 36 cı ayədə buyurdu ki,Peyğəmbərin bizim üzərimizdə belə bir hüququ və vəliliyi vardır. Hətta Allahın peyğəmbərinə, Allahın qəzavətinə üsyan,etiraz edənlərə Allah Taala “yolun azmışlar” buyurur .Bu barədə digər ayə Əhzab sur. 6-cı ayə buyurur:” Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”. Yəni mənimlə peyğəmbərin canı arada qalarsa, təhlükəyə düşərsə mən gərək öz canımı peyğəmbərə fəda edim. O mənim özümə öz canımdan da üstündür. Peyğəmbərin möminlərə vilayəti hətta özlərinin vilayətindən də üstündür. Yəni mənim canıma nə qədər vilayətim varsa, Peyğəmbərin mənim canıma özümündən çox vilayəti vardır. Bu vilayət təkcə ayə nazil olmaq,təkcə ayəni izah etmək deyil. Peyğəmbər mənim özümdən özümə də ixtiyar sahibidir.Bir budur ki, peyğəmbər əraziyə ixtiyar sahibidir.Məscidə İxtiyar sahibidir. Bir də budur ki, peyğəmbər mənim özümə ixtiyar sahibidir. Mən özümə necə ixtiyarım varsa, peyğəmbərin ixtiyar sahibliyi mənim özümə özümdən də çoxdur. Bu ayə bunu izah edir ki,gərək hər işdə peyğəmbərin sözünə əməl edəsən. Təkcə ayə nazil olanda yox.Hər zaman. Düzdür, İslam tarixində bəziləri peyğəmbərin bu vəzifəsinə inanmırdılar.Onların fikrinə görə, Ancaq rəsulluq vəzifəsini qəbul edirdilər.Yəni Onun vəzifəsi- peyğəmbərə təkcə ayə nazil olunsun, ayəni izah etsin. Ancaq peyğəmbərin bu vəzifəsi var.Bəziləri isə bu fikrin əksini deyirdilər. Sonralar bu bəhs haqqında danışacağıq. Sonra Nisa surəsi 65-ci ayə buyurur:” Amma xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” Bu ayənin şəni nuzulu var. Qeyd edirlər bir yəhudi ilə bir müsəlman ixtilafları var idi. Yəhudi deyirdi, gəlin gedək peyğəmbər bizə hakimlik eləsin. Haqq da onunla idi. Müsəlman münafiq idi? Dedi yox, gedək sizin alimlərinizin yanına.Bu ayə nazil oldu.Mümkündür insan bir qərara təslim olsun lakin ürəyində bu qərara qarşı narahatçılıq keçirsin. Buyurur: Hətta ürəklərində narahatçılıq keçirsələr onlar imana çatmayıblar. Gərək bütövlüklə peyğəmbərin hökmünü razı olaraq qəbul etsinlər. Bu nə ayə nazil olmaqdır, nə də ayəni izah etməkdir. Bu cəmiyyəti idarə etməkdir. Cəmiyyətdə idarəçilik roludur.Rəsulullahın bu rolu da var idi. Buyurur gərək ona müraciət edəsiniz, onun qərarından da razı olasınız və təslim olasınız. Həşr surəsində 7-ci ayədə buyurur:” Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.”. Buyurmur peyğəmbər sizə Qurandan hansı ayələri oxuyub onu qəbul edin, hansı ayələri izah edib qəbul edin.Buyurur, ümumiyyətlə peyğəmbər nə deyir qəbul edin. Yəni nədən sizi çəkindirir çəkinin. Bu peyğəmbərə böyük vəzifə sayılır. Təkcə Quranın bəyanı peyğəmbərin ümumi bir vilayəti buradan məna olur ki, peyğəmbər ümumi sizə vəlidir. Əgər peyğəmbər buyurursa Hudeybiyyədə sülh edin gərək baş üstə deyəsiniz. Əgər peyğəmbər başqa yerlərdə desə filan işi görün gərək baş üstə deyəsiniz. Bu təkcə o peyğəmbərin vasitəliyidir. Peyğəmbərin iki vəzifəsi vardır. Bir vəzifəsi orada vasitədir, ikinci vəzifəsi orada özü şəxsən idarəçidir. Allah buyurur:”Ətiullah və ətiurrəsul”. Buyururlar: Allaha itaət edin, həmin o ayədə və ayənin izahındadır. Peyğəmbərə itaət peyğəmbərin özünün xüsusi qərarlarındadır. Düzdür peyğəmbərin xüsusi qərarı ismətindəndir, məsumluğundandır, lakin o yalnız vəhydir. Məsumluq yalnız vəhydir. Bəzi insanlar məsumdurlar amma peyğəmbərlik vəhyləri yoxdur. Buyurur peyğəmbərin nəbiliyi, Allahdan sizə təkcə budur ki, Quran gətirib, imamlığı vardır Və mütləq onun sözünə baxmalısınız.Verdiyi qərarları da dinləməlisiniz. Düzdür o qərarlar ismətə söykənir. İndi peyğəmbərin məsum olduğunu qeyd edəcəyik. Ancaq məsumluq yalnız ayənin vəhyidir. Orada peyğəmbər ayənin vəhyində vasitədir, burada isə vəlidir. Təkvini vilayətə malik olduğuna görə buyurur, onun sözünə baxın. Ona görə ayədə iki dəfə itaət edin ayrı ayrılıqda gəlib “ətiullah və ətiurrəsul”. Ululəmr də həmin işdir imamlıq məsələsidir lakin ətiu orada təkrar olunmayıb. Ətiurrəsul və ululəmr. Yəni bunlar eyni vəzifədir daşıyırlar. Rəsulullah da bu itaətdə həmin imamlıq itaətidir ona görə ətiu onların arasında təkrar olunmayıb. Lakin bu Allahla ətiurrəsul arasında təkrar olunub. Çünki Ətiullah yəni peyğəmbərin bu vəzifəsinə baxın ki, sizə ayə və ayənin izahını gətirib. Düzdür qeyd etdik ki, peyğəmbər məsumdursa peyğəmbərin sözünə kim baxsa elə Allahın sözünə baxıb. O təkcə Allahın ayə nazil etməsidir. Burada ətiullahdan məqsəd yəni Allah ayə nazil edib,Peyğəmbər izah edib. Ətiurrəsulda məqsəd elə peyğəmbərin imamlığıdır. Bu bir məsələ. İndi ayənin özünə nəzər salaq.  Bu peyğəmbərin Quranda iki vəzifəsi olduğu barəsində bir müqəddimə idi. İndi ayənin özündən “Allaha itaət aydındır, rəsula itaət aydındır” mənası necədir?. Ululəmr kim olduğu aydın buyurur. Bizim məqsədimiz “ululəmr kimdir”onu izah edək. Birinci mətləbimiz ululəmr haqda budur ki, ululəmr kim olur olsun gərək məsum olsun. Qeyri məsum ululəmr ola bilməz. Hər kim olursa olsun.Bunu nəyə əsasən qeyd edirik? Diqqət edin. Allahın zidd söz buyurması mümkün deyil. Mümkün deyil ki, Allah bir yerdə filan işi gör, başqa yerdə həmən işi görmə desin. Allah təzadlı sözlər buyurmaz. Allah həkimdir. Allah iki zidd söz danışmaz.Çünki, iki zidd söz danışmağın məqsədi ya insanı aldadmaqdır ya da cəhalətdəndir. Nə cəhalət Allaha yaraşar, nə də aldatmaq. Allah bir birinə 2 zidd söz danışmaz. Çünki Allah hər şeyi bilir, cəhaləti yoxdur. Əgər bu ayədə Allah  itaət edin ululəmrə buyurusa,hansı formada itaət etməyimizi istəyir?. Mütləq yoxsa qeydli?. Quranda itaət ayələri haqqında bir nəfər maraqlansa görər ki,çox adamlara itaət buyurulub, Allaha da. Məsələn Quran çox ayədə buyurub ətiullah, Allaha itaət, Peyğəmbərə itaət, və ya məsələn ata anaya da itaət et. Buyurur: Ata ananıza itaət edin. Amma şərtli. Ata anaya itaət et buyurulur lakin bu şərtli itaətdir. Buyurur: İtaət edin ata ananıza o vaxta qədər ki,onlar sizi haqq tərəfə aparırlar.Buyurur: Əgər sizi batil tərəfə çağırsalar, şirkə çağırsalar onlara itaət etməyin. Bildiyimiz kimi, Loğman surəsində ata ananın itaəti buyurulub lakin bu şərtli itaətdir. Çünki onlar batil tərəfə də apara bilərlər. Allah heç vaxt batilə itaət, əyriyə itaət edin buyurmaz. Ata anaya dünyada hörmət etmək, zahiri hörmətini saxlamaq, hətta batil yola da getsə sənin itaətini sındırmamağın buyrulmuşdur. Və lakin itaət etmə. Yəni ata anaya mütləq itaət yoxdur. Lakin ayə ululəmrə mütləq itaət edin buyurur. Buyurmur ululəmrə itaət edin o zamana qədər ki, onlar haq desələr və ya haq olsalar. Buyurur: Ululəmrə itaət edin.Çünki, mütləq itaət məsumluqdan irəli gəlir. Əgər ululəmr məsum olmasa Allah buyurmaz mütləq itaət edin. Çünki onda təzadlı olardı. Digər ayələrdə buyurur: Günahın dalınca getməyin, zülmün dalınca getməyin.Məsum olduqları üçün mütləq itaət edin buyurur. Ululəmr məsum olmazsa bizi zülmə tərəf aparacaqdır. Ayə itaət edin buyurur. Digər ayələrdə zülmə tabe olma, günaha tabe olma buyurulur. Mütləq itaət məsumluğun nəticəsidir. Bir şəxs məsum olmasa Allah Taala heç vaxt ona itaət etməyi əmr etməz. Bunu alimlərin çoxu qeyd etmişdirlər. Əlbəttə bunu əhli sünnət alimləridə qeyd ediblər. Bu ayə ilə deyil,onlar başqa ayələrdə və Rəsulullahın hədisləri ilə qeyd etmişdirlər.Onlar peyğəmbərin məsumluğuna belə bir sübut gətirirlər. Deyirlər ki, başqa ayələrdə peyğəmbərə itaət edin kəlməsi var. Fəxr Razi deyir ki, peyğəmbərə mütləq itaət var və peyğəmbər məsumdur. O, peyğəmbərin məsum olmasının Qurandan məlum olduğunu qeyd edir, çünki Allah buyurub peyğəmbərə mütləq itaət edin. Ola bilməz ki, peyğəmbərə mütləq itaət edək, lakin o məsum olmasın. Həmin sübutun burada da cərəyanı vardır. Düzdür orada rəsulullaha aid deyiblər. ululəmrə də aid belə bir sübut vardır. Bizim təfsir kitablarımızda da belə sübutlar vardır. Ululəmr hər kim olur olsun məsum olmalıdır. məsumsuz ululəmr olmaq mümkün deyil. Məfhumi ilə işimiz yoxdur. Ululəmrin lüğət mənası ümumidir. Əmr sahibi. Nümunəsi gərək məsum olsun. Mümkündür ki, bir şeyin mənası ümumi olsun. Lakin nümunəsi bir şey olsa. Məsələn deyirik xaliq. Xaliqin geniş mənası var. Yaradan. Ümumi bir ifadədir. Lakin aləmdə xaliq bir dənədir. Bir dənəlik bu mənanın içində deyil, məfhumunda deyil. Nümunəsindədir. Biz demirik ululəmrin mənası imamlardır. Ululəmrin mənası əmr sahibləridir. Lakin deyirik əmr sahiblərinin nümunəsi ancaq imamlardır. Çünki ancaq onlardır məsum. Ayə məna baxımından ümumidir, nümunəsi 12 nəfərdir. Allah Quranda buyurur: Peyğəmbərlərə itaət edin. Bu peyğəmbərlər ümumi mənadadır. onun içində 124 min yoxdur. Ənbiya yəni nəbilər hamısı. Mümkündür ki,itaətdə 125 nəfər min olsun. lakin mistaqən (termincə nümunə) 124 mindir. Biz qeyd etmək istəyirik ki,nəinki məfhumu,ayənin mistaqı 12 imamdır. mistaqı 12 imam olmasını daha sonar qeyd edəcəyik. Ayədəki ululəmr kim olur olsun gərək məsum olsun. Çünki mütləq itaət məsumluq tələb edir. Bu bir məsələ. Ayrı baxımdan da məsumluğu buradan alimlər, təfsirçilər ələ almışdırlar. Biz,qeyd etdik ki,itaət deyiblər. Bir də, ululəmrin mütləq məsum olduğunu qeyd ediblər.Çünki rəsulla bir yerdə gəlmişdir. Ətiurrəsul və ululəmr məlumdur ki, ululəmr onlardırlar ki,bu işdə rəsulla bir səviyyədədirlər.Yəni İmamlıqda. Bunların bir-birinin yanında gəlməsi o demək deyil ki, bunlar günaha dolmuşdur. Allah onunla rəsulullahı bir-birinin yanında gətirib buyurur, ətiurrəsul və ululəmr. rəsulla bir yerdə, paralel gəlməsində məqsəd məlumdur ki,onlar rəsula yaxındırlar. Əlbəttə birinci sübut bundan möhkəm sübutdur və birinci daha yaxşıdır. O ayədə məsumluğu qeyd edir. Əvvəldə oxuduğumuz ayə daha genişdir. Ayə qeyd etdik ki, “zalimlərə mənim əhdim çatmaz”. O ayədə məsumluğun bir budağından danışırdıq. Çünki məsumluğun iki budağı var. məsum insan odur ki, bir günah etməz, bir də səhv etməz. Bir günahsızlıq var məsumda, bir səhvsizlik . O ayə günahsızlığı qeyd edirdi. Buyurur: ”mənim əhdim zalimlərə çatmaz”, yəni onlar günah edərlər. Səhv edənə zalim deməzlər. Günah edənə zalim deyərlər. O ayə məsumluğun bir budağını tuturdu, bu ayə ondan genişdir. Ululəmr gərək məsum olsun.O,həm günahdan, həm də səhvdən məsum olmalıdır. Nə günah edər, nə səhv edər. Çünki mütləq itaət bunu tələb edir. Əgər Allah bizə buyurubsa ona itaət et, o şəxs səhv edə bilsə mən azaram. Günah edə bilsə də azaram. Mümkündür xəyanət də, Səhv də edə bilsə azaram. Ona görə mütləq itaət həm səhvdən məsumluq tələb edir, həm günahdan məsumluq tələb edir. Bu ayə ilə o ayənin fərqi budur. Digər ayədə əgər ululəmr məsumdurlarsa görürsünüz ki, imamət nə dərindir. İmamət zahiri bir ünvan deyil. Ona görə imamımız bir hədisdə bir nəfərə buyurur: İmamətin dərəcəsi o qədər deyil ki, bizim kimisinə verilsin. İmam bir nəfərə buyurur: İmamlıq dinin tamamlığıdır, müsəlmanlığın zimamı, əfsarı imamlığın əlindədir. Ona görə imamətin İslamda böyük bir rolu vardır. O qədər böyük rolu var ki, dinin təkmili onunladır. İmamət dini təkmilləyir dini kamilləşdirir. İmamət olmasa risalət tamam olmaz. Nəinki naqis deyilir. Və buradan görürük ki, imamət niyə belədir. İmamət nübuvvətin davamıdır. Əgər imam olmasaydı nəbi davam tapmazdı. Əgər imam məsumdursa Məsumluq bunu çatdırır ki, imamın elmi təkcə adi elmlər deyil.Yəni insanlarda olan elmlərdən deyil. Biz insanlar elmi müəllimdən öyrənmişik, kitabdan öyrənmişik. Bu elmin üsuludur. Bu elmdə səhv də var, azma da var. Əgər imam məsumdursa onun elmi həmin qaynaqdandır ki, rəsulullahın da elmi həmin qaynaqdandır. Belə deyil ki, müəllim sinifdə dərs desin imamda təhsil alsın. Ona görə imam təkcə ravi deyil. Əgər imam Əli Rəsulullahdan nəql edibsə təkcə ravi deyil, imam Sadiq təkcə ravi deyil. Başqa səhabələr ravidir. İmam özü ravi deyil. İmam özü o rabitədədir ki, rəsulullah onunla rabitədədir. Düzdür imama vəhyi nübuvvət olmaz. İmamın elmi lədunnisi var. İmama da Allah tərəfində elm bəxş oluna bilər, əta oluna bilər. Çünki məsumdur o cür elmi məsumluq tələb edir. Bizim üsuli kafidə də belə bir hədislərimiz var. İmamın elmi adi elmdən fərqlənir. Bu da üsuli kafidə bir fəsildir. Üsuli Kafi 8 cild kitabdır, 8 hissədir. Bir hissəsi kitabul höccədir. Kitabul Höccə ümumi 2 hissəyə bölünür. Biri imamların bir-bir tərcüməyi halıdır,doğumu, vəfatı nə vaxt olub. Əvvəl hissəsi imamlıq haqqındadır. Yəni imaməti ammə haqqındadır. İkincisi hisssəsi imaməti xassə haqqındadır. Əvvəl hissəsində imamət haqqında bir sıra gözəl fəsillər var. Bir fəsli budur imamlar nəbi elminin varisidirlər, bütün ənbiyaların elminin varisidirlər.Bu Məktəb elmi deyil. Bu elmi lədunnidir.Bu barədə ayrı bəhslər də var, ayrı hissələr də var ki, imamların elmi adi elmdən fərqlənir. Əgər ululəmr məsumdurlarsa diqqət edin.- nizamla gedir ,nəticə aldıq ki, məsumdurlar sonra məsumluqdan nəticə aldıq bunların elmi qeyri-adi elmdir, məktəb elmi deyil, müəllimdən alınan elm deyil. O mənbəylə bağlanırlar ki,Allahla rəsulullah bağlanıb. Buna tarixdə bir şahid də demək olar. Peyğəmbərə ilk dəfə vəhy çatanda İmam Əli də orada idi Şeytanın fəryadını eşitdi. Rəsulullahdan soruşdu:Mən eşitdiyim bu fəryad nədir?. Peyğəmbər buyurur: bu Şeytanın fəryadıdır. Bəzi qapılar bağlandı. Bəzi aldatma qapıları var idi, bağlandı. Ona görə fəryad edir. Davamında buyurur: Əli mən nəyi eşidirəmsə sən də onu eşidərsən, nəyi görürəmsə sən də onu görürsən. Yalnız məndən sonra nəbi yoxdur. Nübuvvət qapısı bağlanır,lakin vilayət bağlanmır. Mən nəyi eşidirəmsə sən də onu eşidirsən, nəyi görürəmsə sən də onu görürsən.Yalnız müəllim tələbə səviyyəsində. Bu da bir hədisdir.Buyurur: imam Əlidə olan elm o elm idi ki,onu peyğəmbərdən eşidib.Buyurur təkcə O,(İmam Əli(ə) eşidib). Bizim hələ ululəmrin nümunələri ilə işimiz yoxdur. Deyirik ululəmr gərək bunlar olsunlar. Əgər ululəmr o şəxslərdir ki, bir ismət məqamına malik olurlar .Onlar dinin izahında da ünvandırlar, bir mənbədirlər. Biz dinin izahında da bunlara müraciət eləməliyik. Çünki bunların elmləri elə bir elmdir ki,nə bir səhabədə vardır,nə də bir alimdə. Alim elmi deyil. Bunlar elmi lədunnidən qidalanırlar. Bunlar ayrı mənbədən qidalanırlar. Ona görə bunlar dinin təbyinində mənbədirlər. Məsələn əgər İmam Sadiq buyursa bu belə hökmdür, filan vəzifə belədir o ravilik deyildir. İmam dinin bir mənbəyidir. Niyə dinin mənbəyidir. Çünki elmin ismət qolu məsumluqla bir yerdədir. Mən imamla başqa bir alimi müqayisə edə bilmərəm ki,hansı peyğəmbərdən yaxşı hədis nəql edib. O müqayisə olunmaz. Çünki imam mənbədir, o vasitədir. İmam dinin izahında həmin rəsulullah kimidir. Ravi isə ondan fərqlidir. Ravi mümkündür ki Rəsulullahdan səhv başa düşsün. Mümkündür ki, rəsulullahdan səhv başa düşəndən sonra da özü də əlavə etsin, əskiltsin. Ululəmrdə isə bu mümkün deyil. Çünki, ululəmr məsumdur dinin izahçısıdır. Məsum dini izah edə bilər. Yəni biz məsumluqdan istifadə edirik. Həmin peyğəmbərin vəzifəsi Quranın izahında,oxunuşunda həmin vəzifə izah cəhətindən ululəmrə də qayıdır.O da məsumdur. Burada da Qurandan müxtəlif fəsillər vardır. Belə hədislər vardır ki, Quranın hamısı Əhli Beytin yanındadır. Əgər bir şəxs Quranı bilmək istəsə Quranın izahını düşünsün, məsumlardan qidalansın, ululəmrdən qidalansın.Buna Səqəleyn hədisi də sübutdur. Səqəleyn hədisi böyük bir hədisdir. Səqəleyn hədisi İslam aləmində şübhə imkanı olmayan hədislərdəndir. Kim Səqəleyn hədisinə şübhə etsə gərək hədislərin hamısına şübhə esin. Məsələn:Bir şəxs möhkəm bir binanın, bütün binaların hamısından möhkəm olan binanın mühəndisinə möhkəmlik baxımından şübhə etsin. Desin ki, bu yaxşı tikilməyib, bünövrəsi möhkəm deyil. Bu müqayisədə bütün binalardan möhkəmdir. Əgər bu binanı da sən sual altına versən o biri binalar ondan üstün olması sual altına girir. Səqəleyn hədisi belədir. Səqəleyn hədisi nə buyurur? Peyğəmbər buyurur: Mən özümdən sonra iki ağır əmanət qoyuram. Biri Qurandır ki, onun bir tərəfi mənim əlimdədir, bir tərəfi insanların əlindədir. Biri Əhli beytdir. Mən Səqəleyni çox izah etmək istəmirəm. Məqsədim bir cəhətlədir. Hədislərin hamısının izaha ehtiyacı var. Buyurur: Quran və Əhli beyt bir-birindən ayrılmazdır. Siz də onların ikisindən yapışsanız azmazsınız. Burada bizim bəhzimizə aid bir neçə söz var. Əvvəla Quran Əhli beytdən ayrılmaz. Yəni Quran Əhli beytdən ayrılmazın bir mənası fiziki ayrılmazdır. Quran hardadır Əhli beyt də oradadır. Həmişə Əhli Beytin əlində,   Quran vardır. Fiziki ayrılmamaq deyil. Mənəvi ayrılmamaqdır. Yəni Quran nə deyirsə Əhli Beyt də onu deyir. Əhli Beyt nəyi deyirsə Quran da onu hökmən deyir. Əgər imamlardan bir hədis varsa elə Quran da onu deyir. Sən imamın həqiqətən söylədiyi elə bir hədis tapa bilməzsən ki,Qurani Kərimin ayələri ilə zidd olsun. O mənim zehnimin qasirliyidir , balacalığıdır,Qurana əhatəm yoxdur(Əgər başa düşməsəm). Səqəleyn buyurur ki,elə imam nə deyirsə, Quran da onu deyir. Ona görə əgər imam Əli mənə hədis desə lazım deyil gedim Qurana baxım. Səqəleyn nə deyirsə elə Quran da onu deyir, imam da. Yəni bir-birlərindən ayrılmazdırlar. Əgər Quran bir sözü deyirsə imam da hökmən onu deyir. Bu bir məsələ. Bir də dərəcə baxımından da Quran nəyi deyirsə imam ona əməl edib. İmam nəyə əməl edibsə hökmən onu Quran deyib. Bir söz baxımından elədir,bir də əməldə. Əgər Quran deyirsə bir işi görün hökmən imam o işi görmüşdür. Çünki imam o işi görməsəydi o zaman imam Qurandan ayrılmış olardı. Çünki buyrur:Ayrılmazlar. Əgər imam Quranda deyilməyən bir işi görübsə orada imam Qurandan ayrılıb. Səqəleyn hədisi neçə baxımdan bərəkətli hədisdir. Bir çatdırır ki, Quran necə məsumdur əimmə də elə məsumdur. Quran necə təhrif olunmayıbsa imamlar da azmayıb. Quran nəyi deyir imamların həyatı da onu deyir. Əgər Quranı siz canlandırsanız insan etsəniz onlar imamlardırlar. Əgər imamı kitab halına salsanız Quran olar. Səqəleyn bunu buyurur. İkisindən yapışmasanız azarsınız. Müaviyə dövrünə nəzər salaq. Müaviyə gördü ki,məğlub olur Qurandan sui-istifadə etdi. Dedi:Quranı nizələrə keçirin. İnsanları aldatdı. Azmış insanlar da canlı Quranla yazılı Qurana fərq qoydular. İmam Əli(ə) buyurur: ”Ənə Quranun natiq”(Biharul Ənvar cild:39.səh:272). Hədislərdə belədir. Mən natiq Quranam. Danışan Quranam. Nəinki Quranı danışanam. Danışan Quranam.İstəyir ki, Səqəleyni onlara izah etsin. Mən elə Quranın danışan şəkliyəm. Sizin cəhalətdən istifadə edirlər, onunla məni ayırırlar. Mən ondan ayrı deyiləm. Məni vuran onu da vurur. Elə bilin bir şəxs Quranı öpür amma namazdan xoşu gəlmir. Namaz qılanı təhqir edir amma Quranı öpür. deyir qurban olum Qurana. Bu mənim cəhalətimdən sui-istifadə edir. Çünki Quranın namaz ayələri elə odur. Ola bilməz ki, sən Quranın namaz ayələri ilə onu ayırasan. O elə Quranın namaz ayələri səviyyəsidir. Quranın bir tənzili vardır, bir də təvili. Tənzil elə həmin ayələrdir. Təvil elə həmin gerçəkdə zahirdə olan həyata keçirilmişidir. Namaz ayələri elə namazdır ki, zahirdə qılınır.

 

OXŞAR VIDEOLAR