Quranda imamət - 4 (b)
Sizin cəhalətinizdən su-istifadə edirlər. Əgər ululəmr məsumdurlarsa kim olurlar olsunlar onlar mütləq elm mənbəyidirlər.Buraya “Ənə mədinətul elm” də aiddir. Səhabələrdən başqa hədislərdə var. Buyurur: “Sizin ən qəzavətliniz Əlidir”.Başqa hədislərdə buyururulur:Əgər Əli bir qəzavət etsə gərək heç kim başqa söz deməsin. Ululəmr əgər məsumdurlarsa deməli onlar dinin izahında da, şəriətin izahında da mənbədirlər. Ululəmr belədirsə buradan indi ayrı hissəyə keçək. Quran buyurur: “Əqimus səlat” namaz qılın. Bu sözün nəticəsi budur ki, mən gərək namazla tanış olum. Gərək namazı həm tanıyam həmdə qılam. Düzdür bu ayə namazı qıl buyurur. Lakin namazın müqəddiməsi tanımaqdır. Əgər ayə buyrursa rəsula və ululəmrə itaət edin bu ayəyə əməl etməyin müqəddiməsi budur ki,gərək insan imamı tanısın. Ululəmri tanımasa bu ayəyə itaət edə bilməz. Buradan belə nəticə alırıq ki, insanın imamını tanıması hər zaman vacibdir. Çünki imamını tanımamaq cahilliyətdir. Buradan belə nəticə çıxır. Çünki itaət etməyin nəticəsi tanımaq itaət etməkdir. Çünki buyurur: “əmr sahiblərinə itaət edin”. Əmr sahibləri kimlərdir?. Buradan o hədislərlə imamı tanımağın vacibliyi vurğulanır.Bu hədislərlə ayənin izahından belə nəticə alırıq ki, imamı insan tanımasa itaət edə bilməz. Nisa 59-cu ayə. Allah buyurur: Möminlər,Allaha itaət edin,rəsula itaət edin və sizdən olan əmr sahiblərinə. Qeyd etdik ki, əmr sahibləri kim olurlarsa olsunlar gərək məsum olsunlar. İki bəhs edəcəyik. Bir bəhs budur. Allah bəzi ayələrdə xitab edir:”ya əyyuhən nas” ey camaat. Bəzi ayələrdə “ya əyyuhəl ləzinə amənu” ey o kəslər ki, iman gətirmisiniz. Bəzən müraciət möminlərədir, bəzənsə müraciət camaatadır. Bir fərz budur ki, bəşəri olan ayələrdə müraciət ya əyyuhən nasdır. Bəzi ayələr isə iman gətirənlərə xitab edilir ki, insanın imanı olmasa Allaha, rəsulullaha itaətin mənası yoxdur. Allaha iman edilməmiş ona itaətin mənası yoxdur.Gərək əvvəl Allaha iman gətirsin. Allaha, rəsulullahın özünə iman edəndən sonra itaət gəlir. Bəs bəzi ayələr də əyyuhən nas gəlibsə burada isə məqsəd ümum bəşəridir, yəni hamı üçündür. İstər müsəlman olsun istərsə də qeyri-müsəlman. Bu İslamın genişliyini göstərir. İslamın ərəb terminində səmaətini göstərir. Səmaət, yəni yuxarıdan baxmasını göstərir ki, İslam qeyri-müsəlmanlara aid olan məsləhət də vermişdir.Onları da düşünüb.Hətta onların problemlərini də həll etmək istəyib. Məsələn, Quranda xilqətdən söhbət gedir.Yaranmaq təkcə möminə aid deyil. Hamı yaranıb, hamı kişi və qadından yaranıb. Ona görə müraciət belədir. “Ey camaat! Biz sizi bir kişi və bir qadından yaratdıq”.(Hucurat, 13) Ümumbəşəridir.Quranda bəzi başqa ayələr var ki, maraqlansanız görərsiniz.Orada müraciət “ya əyyuhən nasdır”(ey insanlar). “Ey möminlər” deyərək müraciət onunan ayələrdə məqsəd burada Allah istəyir ki, insanın imanını da üzünə vursun. Demək istəyir ki, bu imanı səndən tələb edir və bu əmrə əməl etməlisən. Ya əyyuhəl ləzinə amənu. Yəni bir nəfər Allah Taalaya xitab edir: Niyə mən sənin göstərişlərinə əməl etməliyəm? Müraciətdə Allah Taala özü cavab verib.Məsələn: Müəllim ümumi olaraq toplum insana müraciət edir. “Ey burada olanlar”, biri də var müəllim öz tələbələrinə müraciət edir. Deyir: “Ey tələbələrim” siz cavab verin. Tələbə deyə bilər ki, mən niyə bu suala cavab verməliyəm. Müəllim haqlı olaraq deyər: Elə tələbə olduğun üçün cavab verməlisən. Allah da bir sıra göstərişlərinin əvvəlində ”Ya əyyuhəlləzinə amənu” xitabını gətirib. Bunun iki faydası var. Bir faydası budur ki, səbəb göstərir.Yəni mən Allahın sözünə itaət etməliyəm, çünki iman gətirmişəm. Allah bir növ buyurmaq istəyir ki, itaət etməyinin səbəbi elə sənin iman gətirməyindir.Ona görə də imanını üzünə vurur. Bir də istəyir ki,insanı Allah özünə yaxınlaşdırsın və sonra göstəriş versin. Başqa müraciətlər insanı Allahla yaxınlaşdırmır.Bir-İnsana adı ilə də müraciət oluna bilərdi.O zaman belə yaxınlaşma baş vermir. Bir də budur ki, mənə inanan, mənə bağlanan deyə müraciət olunur. Burada Allah Taala əvvəl yaxınlaşdırır, sonra göstəriş verir. Oruc ayəsində olunan xitabın şirinliyi barəsində belə bir hədis vardır.İmam Sadiq buyurur: Bu xitab, yəni “ya əyyuhəl ləzinə amənu” o qədər şirindir ki, orucun zəhmətini insanın yadından çıxarır. Daha insan orucluğun zəhmətini, çətinliyini yaddan çıxarır.İnsan bəzən çalışır ki, dostunu yorğun görməsin. Məsələn bir yerdə zorla, məcburi o qədər çalışır ki, hətta saatlarla zamanını sərf edir. “Ya əyyuhəl ləzinə amənu” bu cürdür. Allah istəyir insanı özünə yaxınlaşdırsın. Yaxınlaşanda itaət etmək ona yüngülləşər, asanlaşar. Bu haqda başqa ayələrdə də var. Başqa ayələridə araşdırsaq biz bunu asanlıqla görə bilərik. Mövzumuzda qeyd etdiyimiz həmən bu ayədə(Nisa 59) Allah buyurur: Ey möminlər itaət edin Allaha, itaət edin rəsula və əmir sahiblərinə. Mömin deməklə nəyi qeyd etmək istəyir?. Burada incə bir mətləb vardır. Bu ayənin özündən bilinir ki, imanın dərəcələri var. Bunu bir dəfə də qeyd etdik. Bu ayənin özündən bilinir. Buyurur: Ey mömin itaət et Allaha. Məlumdur ki, itaət etməmişdən əvvəl də mömin idi.Buyurur: Ey möminlər itaət edin Allaha. Mümkündür ki, bir şəxs Allaha inanır lakin Allaha itaət etmə məsələsində bəzi sahələrlə itaət etmir. Bu bəzi sahələrdə mömindir. Bu ayənin özündə möminə xitab edilir.İtaət et! Allaha, rəsula, ululəmrə. Məlum olur ki, imanın özünün də dərəcələri vardır. Bunun barəsində hədislər də var.Hədislərdə imanın özünün də dərəcələri qeyd olunur. İmanın dərəcələri hansılardır?İmanın dərəcələri haqqında qeyd etdiyimiz ayələrdə də müxtəlif ifadələr var. İmanın dərəcələrinin haqqında, hədislərdə də var. Bir sıra hədislər buyurur: “İmanın dərəcəsi 10 dur”. Peyğəmbərin əziz səhabəsi Səlman bu dərəcələrin onununa da çatmışdır. Məfatihul Cinan kitabında qeyd olunan bir ziyarətnamədə Səlmanın bu dərəcələrin hamısına çatdığı məlum olur.Ziyarətnamədə var ki, “salam olsun sənə ey onuncu imana çatan”. Bir sıra hədislər var ki, iman 10 dərəcədir bəziləri bu dərəcələrə çatıblar. Hətta bəzi hədislər var ki, Səlmanın ürəyində gizlənəni Əbuzər bilsəydi Əbuzər onu kafir bilərdi. Əbuzərlə Səlman bir-birinə çox yaxındır lakin, onlar arasında iman baxımından da çox fasilə vardır. Əbuzər Səlmandan sonrakı dərəcədə idi. Lakin onun zehnindən nə keçdiyini bu bilsəydi ona kafir deyərdi. Çünki düşünməzdi, başa düşməzdi. Deyərdi Salman kafirdir. Bu bir sıra hədislərdir. Quranda da iman haqqında yuxarıda qeyd etmişik. İman haqqında birinidə qeyd etmək istərdim.Burada İmanın dərəcələri nəzərə gəlir.Onlar bir neçə bölümdür. Bu bir bölümdən ibarət deyil. Yəni yalnız bir sahədə imanın dərəcəsi yoxdur ki,deyək bu bir sahədir. Bir bölüm imanın mövzulara nisbət dərəcəsi var. iman mövzulara nisbətən bölünür. Bəzilərinin müxtəlif mövzularda imanları tez gələr. Bəzi mövzularda isə imanları gec gələr.Ola bilər ki, Namaz mövzusunda imanı olsun lakin, orucda çətinlik çəksin. Və ya əksinə. Bəzən insan namazı yaxşı qılır, orucu yaxşı tutur, lakin Əli(ə)ın vilayətində imanı şəxsi hesabları ilə, tayfabazlıqla toqquşur. İmanın mövzulara nisbət dərəcləri vardır. Bunu Bəqərə surəsindən qeyd edirik. Bəzi şeylərə imanları var, bəzi mövzulara isə imanları yoxdur. Mövzular fərqli olanda da mümkündür insanın imanı olmasın. Bu gün Uhud döyüşü zamanı yaşasaydım mümkündür ki, orada mənim imanım əlimdən çıxsın. Bəzi səhabələr var idi Uhudla qarşılaşanda o mövzudan qaçdılar. Uhud müharibəsində Peyğəmbəri tək qoydular və.s. İman mövzulara bölünür.Ola bilər ki, Mənim bir mövzuda imanım olsun, başqa mövzuda imanım olmasın. Mən çox yaxşı namaz qılanam,oruc tutanda isə məlum deyil necəyəm. başqa mövzuda məlum deyil necəyəm. Buna görə bir sıra hədislər vardır. Əllamə Əmininin Təfsiri Həmd adlı bir kitabı vardır (Həmd surəsinin təfisiri). Orada bəzi hədislərə rast gəlmişik.Məsumlardan qeyd olunan hədislərdə var ki, iman üzvlərə bölünür. Gözün bir imanı var, qulağın bir imanı var, ağızın bir imanı var, bədənin ayrı hissələrinin hərəsinin bir imanı vardır. Bu hədislər də imanı üzvlərə bölünür.Kamil iman budur ki, üzvərin hamısında kamil olsun. İman üzvlərə niyə bölünür? Çünki ,hər üzvün hər biri bir mövzuda imtahan oluna bilər. Hər üzvün qarşısında bir mövzu vardır. mümkündür mənim qulağımda imanım olsun, Allaha itaət edim, Allahın sözünə baxım, lakin gözümdə, ağzımda olmasın. İmanın dərəcələri mövzularladır. İman sırf elm deyil. Çünki kafirlərin də elmləri var. Buyurur: Dandılar. Danmaq o vaxt olur ki, həmən şeyi bilirsən lakin inkar edirsən. Mən bir şeyi bilməsəm səhv başa düşdüyümü deyərəm, “Bilmirdim”. Lakin Quranda kafirlərin bilmədikləri və ya səhv başa düşdükləri buyurulmur. Buyurur:Dandılar, inkar etdilər. Ürəkləri yəqinləri var idi, içəridən bilirdilər, lakin şəxsi mənfəətlərinə əsasən kafir olmuşdular, danmışdılar. Bu ayələr əsasında iman elmlə əlaqədə deyil. İman elmlə bərabər deyil. İman o elmə deyərlər ki, qəlb də təslimdir. Əgər insanın düşüncəsinə qəlbi də təslim olsa ona iman deyilər.Mənim əqlim sırf bu işi qəbul edir, lakin qəlbim təslim deyil. Əqaiddə oxumuşam Allah var, Qiyamət var,hətta sübutlarını öyrənmişəm, lakin qəlbim təslim deyil, imanım yoxdur. İman o düşüncəyə deyirlər ki,o düşüncəyə qəlb də təslimdir. Alimlərin belə ifadələri var buyururlar: Elmdə iki rabitə var. İmanda üç rabitə var. Elmdə rabitələr düşüncə, məlumat.Bunlar insanın zehni ilədir. İnsanın zehni onları bilir. Allahın varlığını, Qiyamətin varlığını və.s. İmanda o məlumat həm insanın elmi ilə rabitəsi var, həm insanın qəlbi ilə rabitəsi vardır. İmanda üç bucaq təşkil edir.Bu nəinki iki bucaqdır. Mümkündür insan alim olsun amma mömin olmasın. Bir şeyi bilsin lakin o şeyə imanı olmasın. Siqaretin zərərli olduğunu bilir, lakin onun zərərinə imanı yoxdur. Çəkir. Təslim deyil. İman o düşüncəyə deyilir ki, insan həmdə o düşüncəyə təslimdir. Ona görə iman bizim hədislərimizdə o imana deyirlər ki, insan düşünsün, dilində desin, əməlində də göstərsin. İmanı belə məna etmişdirlər. İmanın zühuru əməldə olur. Ona görə də iman mövzulara bölünür. İnsanın bir mövzuda imanı ola bilər lakin başqa bir mövzuda imanı olmasın. Niyə imanı olmasın?Çünki, düşünmür. Mümkündür insanın imanı zamanlar baxımından fərqli olsun.İmanın bir mövzular baxımından, iki zaman baxımından fərqli olması vardır. Bunu hardan qeyd edirik? Qurani Kərimdə ayə vardır: Bir sıra insanlar bir zaman iman gətirərlər, sonra kafir olarlar, sonra təzədən iman gətirərlər, sonra yenə kafir olarlar. Bu ayə göstərir ki, imanın insanda vəziyyəti, dəyişilməsi, zaman baxımından da ola bilər. Digər ayə də qeyd etdik ki,mövzu baxımındandır, bu ayə isə zaman baxımındandır. İndi mən yaxşı adamamsa, sabah yaxşı adam olacağam demək olmaz. Bu gün yaxşı adamam,ola bilər ki, sabah fərqli olum. Ona görə də gərək insan özünə nəzarət etsin, çünki iman zaman baxımından da dəyişilə bilər. İman insanda suya bənzəyir. Su buxar da ola bilər.Suya yağış da yağa bilər. Mövzu baxımından qablara bənzəyir, hər qaba ayrı su tökülür. İkinci buxar olub azalmağına və ya yağışla çoxalmağına bənzəyir. İkinci məsələdə imanın dərəcələri zaman baxımındandır. İman haqqında geniş izah etmək istədik. Üçüncü bəhs imanın dərəcələridir. Mümkündür ki,bir mövzuda insanın möhkəm etiqadı olsun. Biri də həmin mövzuda zəif etiqadı ola bilər. Yəni eyni mövzuda möhkəm və ya zəiflik ola bilər. Bir mövzuda zaman da deyil,insanın daxilindəki özünü becərtmə,iradə məsələsi vardır. İxlas baxımından, daxili ruhi sifətlər baxımından imanın dərəcələri vardır. Bir şəxs mümkündür ki, namazı ixlasla qılır, digəri namazı ixlasla qılmır. Burada imanın dərəcələri vardır.Bu dərəəcələr zaman, mövzu baxımından deyil onun keyfiyyəti baxımındandır. Bir şəxs hər hansı bir işi kor koranə görür, biri isə bəsirətlə görür. Bu imanın keyfiyyət bölmələridir. Hədis var buyurur:İki şəxsin namazında göylə yerin fasiləsi qədər fasilə ola bilər. İki şəxs namaz qılır, zahiri də eynidir amma göylə yer fasiləsi qədərdir. Baxın biz insanlar bəzən bir işi müxtəlif niyətlərlə görürük. Əməl eynidir, lakin niyyətləri müxtəlifdir. Məsələn mən riya ilə görürəm, nümayişlə görürəm o birisi ixlasla görür, o biri isə ixlasdan da o tərəfə keçib. Dərəcəsi vardır. Niyyətin özündə də ölçülər var. Mən ola bilər ki, bir işi ixlasla görmürəm, lakin o işdə 100 faiz imkanımı xərcləyirəm. Və ya hər hansı bir şəxs həmin işi ixlasla görür, lakin işə 10 faiz imkanını xərcləyir. Əməl niyyətlə fərqlidir, niyyətin özünün də imkanla fərqi vardır. Ola bilər bir şəxsin imkanı azdır, lakin əməli çox möhkəmdir. Hədisdə var buyurur: İbadətlərin ən savab olanı ən çətinidir, ən zəhmətlisidir. Çünki onda imkandan çox xərclənilir, çox əziyyət çəkilir. Bir şəxsin milyonlarla pulu var milyondan kiçik bir hissəsini yoxsula verir. Bu şəxs sanki pulundan “dəzindən bir qaşıq su götürmüş kimidir”. Biri də var imkanı nə idi elə onuda yoxsula verir.İkisi də zahirdə məbləğ olaraq eyni pulu veriblər. Bu da elə zahirdə həmən məbləği verdi, o da. Zahirdə eynidir. Fərz edək ikisi də ixlasla verib, niyyəti eynidir. Yenə də əməllərin fərqi vardır. Niyyətdə fərq yoxdur, əməllərin imkanında fərq vardır. Ona görə imanlar hətta daxili keyfiyyətlərə də bölünür. Nə niyyətlə, hansı imkanla nə işi görülür.Möminlik bir dərəcə deyil ki, deyək hamımız möminik və bir dərəcədəyik. Möminlik müxtəlif dərəcələrdir.Ona görə insan gərək günbəgün imanını çoxaldsın. Hədisdə buyurulur,”Qiyamətin dərəcələri Quran ayələrinin dərəcələri qədərdir”. Quran neçə ayədirsə hər ayə insana Qiyamətdə bir cənnət təmin edir. Əgər sən o ayəni oxusan məqam bir o qədər artar. Hədisdir,”Qiyamət günü insana belə müraciət edəcəklər”. Bu həmin imanın dərəcələridir ki, dünyada bunları insan əldə edib. Quran ayələri süfrədə oturmağa bənzəyir. Biri var ancaq süfrəyə tamaşa edilsin, biri də var otursun bəhrələnsin. Biri ancaq tamaşa ilə bəhrələnir, biri isə süfrədən qida götürür. Biri süfrədən yalnız su içir, biri isə ayrı qidalar da götürür. Quran Allahın süfrəsidir. Bəziləri süfrədən tamaşa ilə gedirlər, yəni Quranı yalnız öpüb gedirlər. Bəziləri süfrədən nə olduğu haqqında zahiri maraqlanırlar. Bəziləri isə süfrənin içərisindən qidalanırlar. İmanın insanda dərəcələri vardır. Dərəcləri yığcam sürətdə 3 qismə böldük. Mövzu baxımından, keyfiyyət baxımından, bir də zaman baxımından. Bunlar hərəsi insana böyük məsuliyyət verir. Mövzularda da, zamanda da, keyfiyyət baxımından da imanımızı qorumalıyıq. Tarixdə çoxlu insanlar var.Onlar hər sahədə istər mövzu baxımından, istər zaman baxımından, istər keyfiyyət baxımından ayaqları büdrəmişdir. Mövzu baxımından insana zəkat ayələri nazil olan zaman namaz qılırdılar lakin zəkat vermirdilər. Məscidə gedən idilər, imkanları da var idi.Allah zəkat verin buyuranda öz mallarından keçə bilmədilər. Quranda ayədə zəkatla oruc bir yerdə gətirilir.Buyurulur ola bilməz ki, namaz qılasınız lakin zəkat verməyəsiniz. Kim zəkat verməsə namazı da qəbul deyil. Bu mövzu baxımından insan bəzən bir mövzuda əməl edirsə ikinci mözvuda büdrəyir. Zaman baxımından Zubeyrə nəzər salsaq, Zubeyrin əvvəli xoş idi lakin axırı necə olduğu barəsində işimiz yoxudur.Bu barədə gərək araşdırılsın ki, Zübeyri sonda kim öldürdü.Lakin ortada azdı.O, İmam Əli(ə) xilafətə yetişəndə Cəməl muharibəsini yaradanlardan biri idi. Onun qılıncı bir zaman peyğəmbəri sevindirirdi bir zaman isə peyğəmbərin nəfsini incitdi. Çünki Əli(ə) də nəfsi Muhəmməddir(s). “Kim Əliyə əziyyət versə mənə əziyyət verir”. Bir zaman rəsulullahı sevindirirdi bir zaman isə rəsulullahı incitdi.Bu Zaman baxımından izah idi. İkinci keyfiyyət baxımından biz özümüzə müraciət etsək görərik. Bəzi günlərdə namazımız yaxşıdır. Hamının namazı ayrı cürdür. Baxırıq ki,başqası namazı necə qılır mən necə qılıram. O,namazı merac görür, mən isə namazı yük görürəm. O, namaz vaxtını axtarır, mən isə namazı tez bitirməyimi düşünürəm.Mən namazı vaxtın əvvəlində qılanda da düz qılmıram, məqsədim namaz qılmaqla rahat olmağımdır. Çünki, savabı vardır. Bu keyfiyyətin dəyişilməsidir. Bu barədə gələn mövzularda qeyd edəcəyik.
İnsan imanını necə gücləndirə bilər?İmanın dərəclərini qeyd etdik. “Ey mömin-iman əhli Allaha itaət et, rəsula itaət et, ululəmrə itaət et.” İndi isə bu ayədən ayrı mövzuda bəhs edək. Mömin haqqında danışdıq. İlk və əsas itaət Allaha edilməlidir. Allahdan başqasına necə itaət edək?. Quran burada buyurur: -“Peyğəmbərə itaət edin, ululəmrə itaət edin”. Bəzilərinin baxışında bu şərik qoşmaq deyil? Ancaq Allaha itaət edilməlidir. Allah şərik qoşmaq olmaz. Ayə buyurur: Allaha itaət edin ardıyla ayrı şəxslər də qeyd edir -rəsulullaha itaət edin, ululəmrə itaət edin.Burada Allaha şərik qoşulmur. Əgər Allaha şərik qoşulmursa deməli mənaları başqadır.Başqaları hər necə məna etsələr biz də onlara elə cavab veririk. Onlar deyirlər ki, Allahdan başqasını çağırmayın. Belə nəticə alırlar ki,peyğəmbəri gərək çağırmayaq, imamları çağırmayaq.Bnunla şərik qoşmaq olar. Amma Allah burada 3 şəxs qeyd edib.Onlara itaət edin. Bunların kim olduqları ilə işimiz yoxdur. Ulul əmr kimdir və ya rəsul kimdir. Onlara itaət edin. Onların dediyinə görə ilk şərik qoşan elə Allah özüdür. Bu zaman ayə gərək şirk ayəsi olsun. Çünki onların baxışında hər kim Allahın yanında bir işdə iştirak etsə şirk olur. Burada da Allah başqalarını itaətdə iştirak etdirir. Buyurur: Allaha itaət edin, sonra rəsula da itaət edin, sonra buyurur ululəmrə də itaət edin. Məlumdur ki, zahirdən baxmaq,səthi baxmaq insanı yoldan azdırır. İnsan gərək Qurani Kərimə üzdən,zahirdən baxmasın. Bəzi şeylər zahirdən şirindir, gözəldir lakin diqqət etsən görürsən ki,içərisi yoxdur. Məgər bir şəxs istəmirmi Allaha bağlansın? Hamı istəyir ki, Allaha bağlansın. Hələ Allaha bağlanmaq nə deməkdir onu izah edirik.Niyə Ayədə 3 şəxsə itaət var onun səbəbini izah etmək istərdim. Əvvəla Quran ayələrindən məlumdur ki,əsas itaət Allah Taalaya olunmalıdır. Allahdan başqa heç kimə müstəqil itaət yoxdur. Müstəqil itaət yalnız Allahadır. Digərlərinə isə asılı itaət edirik. Quran buyuru:”Hər bir rəsula itaət olunursa bu Allahın izni ilədir”. Bu itaət asılı itaətdir. Çünki,Allah buyurur itaət edin. 3 ayrı itaət deyil,bir itaətdir.iki itaət birinin içindədir. Buna misal olaraq: Mələklər Adəm peyğəmbəri tanımırdılar. Bir gün Allah buyurur ki, ona səcdə edin! Bu Allahın tapşırığıdır. Bu tapşırığın iki tərəfi vardır. Bir Allah tərəfi,bir də Adəm tərəfi vardır. Allah tərəfi əmrin verilməsidir. Adəm tərəfi isə o göstərişin həyata keçirilmə yeridir. Mələklər hamısı səcdə etdi. Şeytan tövhiddə xalis idi, dedi:Allah,mən səndən başqasına səcdə etmərəm. Ancaq sənə səcdə edərəm. Nə qədər deyirsən sənə səcdə edim amma Adəmə yox. Quran buyurmur ki, mələklər əhli şirk, Şeytan isə əhli tövhiddir.Axı Şeytan Allahdan başqasına səcdə etmədi, mələklər etdi. Quran belə buyurur:”İblis kafirdir, O, Allahın sözündən çıxdı”. Düzdür burada mövzu Adəmə səcdə etmək idi, amma əmri Allah vermişdi. O mövzu idi. Bizim dediklərimizə irad bildirənlər mövzu ilə göstəriş verəni qarışdırırlar. Necəki namaz bir mövzudur və mən onu həyata keçirməliyəm, rəsulullaha itaət etmək də mövzudur. Allahın əmrlərindən biridir. Allahın müxtəlif əmrləri vardır.Məsələn namaz qılmaq, oruc tutmaq, həccə getmək və.s bu əmrlərdən biri də rəsulullaha itaət etməkdir. Namaz qılmaqla rəsulullaha itaət etmək eyni səviyyədədir. Əgər sən namaz qılmasan Allahın sözündən çıxmış olursan.Çünki Allah buyurur: Namaz qıl!. Əgər sən rəsulullaha itaət etməsən Allahın sözündən çıxmış olursan. Düzdür peyğəmbərin sözündən çıxdın amma o asılı söz tutma idi,burada əsas Allahın sözündən çıxmış sayılırsan. Çünki o Allahın buyurduğu bir mövzudur. Bu 3 şəxsə itaət, 3 şəxsə ayrı itaət deyil, “Vahidə”- yeganə olan Allaha itaətdir. Ətiullah kəlamının içində bir çox göstərişlər vermişdir ki, bunlardan biri də budur –“Ətiurrəsul”. Necəki namaz qılın, oruc tutun buyurur Allah Taalanın bir göstərişi də peyğəmbərə itaət,əmr sahibinə itaət edindir. Bu Allahın göstərişidir, o əmrin, o böyük əhatənin içindədir. Bir ayrı misal da qeyd edək. Bir şəxs bizə rəhbər təyin olunub.Mütləq biz onun sözünə baxmalıyıq.Bu şəxs bizə özüylə bir şəxsi gətirib deyir: Mən həmişə sizii görmədiyim üçün bu mənim sizin üzərinizdə bir nümayəndəmdir. Nə deyir onun sözünə baxın. Bizdə həmən şəxsi qəbul edirik. O mənə bir söz deyir sonra əməl etmirəm.Deyirəm onsuzda o demir ki, bu deyir(yəni nümayəndəsi). Həqiqətdə, O ötürücüdür. Burada bir həqiqətdə göstəriş verən var o da əvvəldə bizə rəhbər təyin ediləndir. Nə üçün mən onun sözünə baxıram çünki O,rəhbərin nümayəndəsidir. Rəhbərimizin göstərişlərindən biri də budur ki, onun nümayəndəsinin sözünə baxaq. Yəni Allahın göstərişlərindən biri budur ki, rəsulun sözünə baxaq. O da bir vəzifədir, Allahın hökmüdür. Peyğəmbərə itaət etmək Allaha itaət eləməyin kənarında deyil. Çünki o elə Allaha itaət etməyin içindədir. Allah buyurub ona itaət edin. Quranda Nisa 80 cı ayədə buyurur: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.”. Buyurur yəni, sən peyğəmbərin sözünə baxsan deməli mənim sözümə baxmısan. Ayələrdə qeyd olunur ki, Allahın izni olmadan heç kimə itaət olunmaz. Bir ayədə buyurulur ki, kim peyğəmbərə itaət etsə,Allaha itaət etmişdir. Buna görədə asılı və müstəqil itaət növləri vardır. Asılı itaət yalnız Allah kimə itaət edin deyibsə onadır. Müstəqil itaət isə yalnız Allahadır. Hökm ancaq Allahındır. Bunun da mənası budur. Yəni necə ki,“inil hökmü illa lillah”(Ənam sur.57 ayə) ayəsi buna sübutdur. Necə ki, xəvariclər ayəni başa düşməyib Əli(ə) ın qarşısına çıxmışdırlar. Dedilər: Əli sən hökm verirsən bilmirsən ki,hökm Allahındır? Bilmirlər Allahın hökmündən biri də budur ki, elə Əli hökm verəndir. Əli sizin vəlinizdir. Allah hökm verir ki, Əli hökm versin. İndi də belə deyirlər peyğəmbərə itaət etsən, peyğəmbərin yanına getsən o iki qapıdır. Bəziləri elə başa düşürlər. İfadələr dində səbəb olur ki, iki qapı açılsın bir Allah qapısı, bir rəsulullah qapısı və imamlar qapısı. Onlar belə başa düşür ki,Cənnətə Allah buraxmır peyğəmbər və imamlar buraxır. Bu onların səhv düşüncəsidir. Düşünə bilmirlər ki, peyğəmbər Allahın əmri ilə, Allahın qapısında qapıçıdır. Özü Allahın əmri ilə hərəkər edir. Nəinki ayrı bir qapı açılır. “Ətiurrəsul”. Özü buyurur, Peyğəmbərin sözünə baxın. Ona görə biz peyğəmbərin sözündən çıxsaq peyğəmbərin sözündən yox elə əsasda Allahın sözündən çıxmış sayılırıq. Bu ayədə 3 itaət gəlib lakin həqiqətdə bir itaətdir. O da Allaha itaətdir, o birisi itaətlər asılı itaətlərdir. Bəziləri bu iki dəfə ətiu istifadə olunduğunu belə məna edirlər. Biz qeydlərimizdə ayrı bölmədə izah etdik. Çünki rəsulun iki vəzifəsi vardır. Bəzi təfsirçilər ona işarə ediblər. Bunlar zidd deyil. Bəziləri də bunun ayrı faydası olduğunu qeyd edirlər. O müstəqil itaətdir. Digər itaətlər asılı itaətdir onlara ayrıca ətiu gətiriblər. Ətiullah, ətiurrəsul və ululəmr. Bu da bir məsələ. Bir ehtimalda budur ki, Allah işlərini mələklərin vasitəsilə görür, yəni mələklər Allahın tədbirlərini yerinə yetirirlər. Quranda ayə var ki, mələklər tədbir edəndirlər. Bəziləri buyururlar:Allahın əsmail hünası var. Allahın müxtəlif ismləri vardır.Bunlardan xaliq, raziq, rəhim və s. qeyd etmək olar.Quranda və bəzi dualarda 1001 adının olduğunu qeyd edirlər. Allahın əsmail husnası var. Allah hər hansı bir işi görəndə bir ismə uyğun o işi görür. Allah insanın günahlarını bağışlayır nə çün xaliqdir və ğafirdir. Mən Allahdan istəyirəm tövbəmi qəbul etsin Demirəm ya xaliq tövbəmi qəbul et, deyirəm ya ğafir tövbəmi qəbul et. Baxın mümkündür ki, bir şəxs 4 işi öyrənib.Mühəndislik, həkimlik , bənnalıq və.s.O, hər işi öyrənib. Həmən şəxsə mənim evimdə mühəndislik ehtiyacım olduğu zaman demərəm ey həkim gəl mühəndislik işlərimi gör.Deyərəm “Ey mühəndis gəl”. Xəstə olanda ona müraciət edərəm çünki eyni zamanda həkimdir. Bəzən evimin həm mühəndisə ehtiyacı var, həm həkimliyə, həm bənnalığa. Bəziləri deyirlər:Biz istəyirik bir iş üçün Allah bütün əsmail hüsnası ilə müraciət edək ki, o işi görsün.