Quranda imamət - 5 (a)
İslam dini istəyir ki,insanı şəxsə bağlılıqdan çıxarsın ünvana bağlı etsin. Qeyd etsin ki, İslam dini şəxsə bağlı deyil. Bir sıra kamil insanlar vardır ki,onlar dinin hafizi və dinin vəliləridir.Dinin hafizi və vəlisi təkcə Rəsulullah deyil. Təkcə Məhəmməd(s) vəli deyil. Vəli bir sıra insanlardır ki, onlar Qiyamətə qədər olacaqlar. Buna şəxsilikdən çıxarılıb deyilər.Hər hansı bir şəxsin getməyi ilə bu məsələ bitmir. Burada məqsəd rusulullahın şəxsindən çıxarmaqdır.Yəni təkcə rəsulullah sizin vəliniz deyil eyni zamanda Əli də vəlidir.Rəsulullahın davamçısıdır. “Mən kimin vəlisiyəmsə, Əli də onun vəlisidir”. Bu şəxsidən çıxarmaqdır.Sanki bir şəxsin şeir deməsi gözlənilirdi.Ancaq həmən şəxsin halı pisləşdi və səhəti şeir deməyə yol vermədi və tapşırdı ki,bu gündən lazım olduğum bütün yerlərdə mənim əvəzimə filankəs şeir deyəcək. Çünki bunlar vilayəti, şeir demək kimi şəxsi bir məfhum başa düşürdülər. İşin bundan böyük və mühüm olduğunu anladılar.Həqiqətən bu iş bundan mühimdir. Təkcə namazı,orucu və.s lərini tapşırmayıb. Bu olduqca ayrı mühüm bir işdir. Allah Taala bütün vilayəti tapşırıb. Rəsulullah demir ki,təkcə namaz qıl. Bu bir növ belədir ki,bütün İslamı necə özünə bağlamışdırsa indidə şəxsilikdən çıxarıb Əliyə aid edir. Qurani Kərimdə nazil olan ayə də elə bunu demək istəyir. Adətən biz ikinci hissəni oxuyuruq lakin ondan qabaqda nə buyurulduğunu oxumuruq. Buyurur: Bu gün kafirlər məyus oldular, ümidləri kəsildi. Bu günə qədər ümidləri var idi, bu gündən sonra isə ümidləri kəsildi. Allah burada vəda məsələsinə də işarə edib. “Cahillər məyus oldular”. (Maidə sur.ayə 3). Çatdırılmağı isə Əllamə Təbətəbainin nəzəriyyəsində buyurur: kim olur olsun hələ bununla işimiz yoxdur. Necə ki,ululəmrdə işimiz olmadığı kimi.Qeyd etdik ki,ululəmr kim olur olsun məsum olmalıdır. Burada da Əllamə buyurur: kim olur olsun bununla hələ işimiz yoxdur. Qurani Kərimdə bu məsələyə baxış bundan ibarətdir ki, peyğəmbər İslamın vilayətini şəxsilikdən çıxarsın. Bir müəyyən formada nizamlandırılsın və şəxs adından çıxsın.Bu şəxs kim olursa olsun.Buradan bir bəhs ortaya çıxır ki, niyə bu məsələ təhlükəli idi. Nəzərimiz bu ayə haqqında idi, Təbliğ ayəsi haqqında. Təbliğ ayəsindən bir neçə məqam qeyd etdik.Bu iş o qədər mühümdür ki, Allah öz Rəsuluna əmr edir “çatdır”! Burada hətta çatdırılası məsələsinin risalət qədər mühim olduğu vurğulanır. Buyurur mühimliyindən əlavə həmdə təhlükəlidir. Təhlükəliyindən əlavə isə həmdə peyğəmbərin ömrünün sonuna aiddir.Çünki,Allah bu ayələri Maidə surəsində nazil edib və Maidə surəsi də axırıncı surələrdəndir. Araşdırdıq ki, qeyd olunan təfsirlərdə,Əhli sünnət kitablarında tövhidə aiddir. Namaz haqqında müxtəlif nəzəriyyələr vermişlər ki, heç biri bu 3 əlamət Quranla düz gəlmir.
Quranın siyaqı (Siyaq) bir termindir.Siyaq yəni axın. Siyaq yəni gedişat. Sözün gedişatı. İnsan bir nəfərin sözünün gedişatından düşünə bilər ki, nəsə bunun filan şeydən xoşu gəlmir. Mümkündür açıq-aydın deməsin lakin sözünün gedişatından, sözü necə başlayır, necə bitirir, nə formada cümlələr qurur buna siyaq deyirlər. Quran təfsirində siyaqın mühim rolu vardır. Əllamə Təbatəbainin təfsirində Əl Mizanda Siyaqdan 40 faiz istifadə olunub.Buyurur: O siyaq göstərir. Hətta nəzəriyyələri tənqid edəndə bu nəzəriyyə bu ayəyə,təfsir bu ayəyə düz olmadığını qeyd edir.Tənqid edəndə belə tənqid edir.Buyurur:Çünki,bu siyaqla düz deyil. Siyaqın Quranın ayələrində mühüm rolu vardır. Hətta siyaqı məhkəmələrdə də istifadə olunur. Sənəd, müqavilə və.s kimi şeylərdə iki şəxs ixtilaf edir. Məsələn bu müqavilədə filan şeydən belə düşünülür o isə belə olduğunu qəbul etmir. əvvəlinin belə,sonunun isə ayrı cür yazıldığı deyilir. Sən deyən olsaydı belə başlayardı. Yuxarıda misallarla izah edilənlərə siyaq deyirlər. Təkcə Quranda deyil yazı işlərində,araşdırmaqda, kitabların araşdırılmasında, sözlərin araşdırılmasında, sənədlərin araşdırılmasında, sadalanın bu kimi işlərin hamısında siyaqın mühim rolu vardır. Əllamə Təbatəbai Quranda da eyni ilə belə işlədib. Buyurur: Allah bizimlə bizim dilimizdə danışır. Qurani Kərim tapmaca deyil. Quran buyurur: Biz ərəb dilində nazil etmişik ki, siz düşünəsiniz. Tapmaca deyilməyib ki, biz onu düşünməyək. “Quranı asanlaşdırmışıq ki, siz onu xatırladasınız, fikirləşəsiniz”. Çünki, Quran insan diliylə danışılıb, dialoq formasında danışılıb ona görə də biz özümüz sənədlərimizdə, yazılarımızda siyaqdan istifadə edirik. Quranda da siyaqdan istifadə olunub. Bu da açardır və bundan ayrı ayələrdə də istifadə olunub. Bizim , bu ayə haqqında buyurulan nəzəriyyələrin təfsirlərində yazılanlara bütün cavabımız budur:Siyaqla düz deyildir. Bir-bir nəzəriyyələri qeyd etmək istəmirik. Hamısının bir cavabı budur ki, siyaqla düz deyil.Buna nəinki hədislərlə, ayə ilə cavab veririk. Siyaq mühim işdir, peyğəmbərin ömrünün axırının işidir, təhlükəli bir işdir. Bir az da hədis əsasında o iki ayəni araşdıraq. Sual olunur ki, niyə “Qədir Xum” oldu? Ona cavab verək. Buyurulur:Bu ayənin “Qədir Xum” günü nazil olmasını 50 ədəd təfsirdə və hədis kitablarında Əhli Sünnətin alimləri yazmışdırlar.Bu ayə “Qədir Xum” günü nazil olub. Adətən “Qədir” cərəyanını alim inkar edə bilməz. Alim olan şəxslər yalnız Qədir cərəyanını yoza bilərlər. Yəni yozmaq budur ki, mənasını dəyişsinlər. Desinlər ki, mövla ayrı mənadadır. “Mən kimin mövlasıyam Əli də onun mövlasıdır”. Orada dost mənasındadır, rəhbər mənasında deyil, vəli mənasında deyil. Bu cür etmək olar. Yenə də gərək onu araşdırsınlar. Bir nəfərin kökdən bu məsələni inkar etməsi heç məntiqə uyğun deyil. Bu ayə haqqında Əhli Sünnətdə 50 təfsir yazılmışdır ki,bunlar “Qədir Xum” haqqındadır. Qədir Xumun cərəyanında bir neçə bəhslər vardır. Biz ümumi şəkildə o bəhsləri qeyd edirik. Sonralar başqa mövzularda geniş izah edəcəyik. Birinci bəhs: Qədir Xum ayələrdə necədir? Hansı ayələrdə var? Bəziləri iki ayəni Qədir Xum haqqında qeyd edirlər. Lakin Qədir Xum haqqında 4 ayə vardır. Maidə surəsi 2, Məaric surəsi, Ənfal surəsi. Birinci bəhsimiz budur ki, Qədir Xum Quran ayələrində nəcə qeyd edilib?. Bu ikisi haqqında sonralar geniş danışacağıq. Ənfal 31-i ayəni qeyd edək. Bu bəhsimiz bundan ibarət oldu ki, Qədir Quran ayələrində necə təsvir olunub. Necə buyurulub: Bu haqda 4 ayə vardır və hər ayəni də ayrıca araşdırmaq lazımdır. Birini bir az araşdırmışıq,digərləri isə qalıb. İkincisi isə ayrıca bir bəhsdir.Bu Qədir hədislərdə necədir? Bir şəxs Qədr haqqında olan ayələri başqa cür təfsir edə lakin hədislər ayrıdır. Hədis haqqında belə işarə etmək istərdik.Əhli sünnətin 360 hədis kitabında Qədir hədisi qeyd olunub. Əllamə Əmini müasir bir alimlərdən idi. Bizim muasirimiz olub. Təbrizli bir alimdir. Nəcəfdə dərs almışdı, Nəcəfdə yaşayırdı və məzarıda də Nəcəfdədir. Nəcəfdə kitabxanası var idi. Həmən kitabxana 40 min nəfərlik mütaliə üçün yerə malik idi.O, Əhli Beyt aşiqi idi, imam Əlinin adını eşitsəydi ağlayardı. Əl Ğədir kitabı da məhz Qədir Xum haqqındadır. Bu 11 cildlik bir kitabdır. Bu kitabı yazarkən müəllif Əhli sünnət kitablarını araşdırmışdı. Hətta bu kitabları araşdırmaq üçün Hindistana,Pakistana, müxtəlif ölkələrə gedərək bir neçə gün də orada qalardı. Məsələn bir kitabxanada gecədən səhərə qədər,hətta bir gün qalmışdır. Bir gün kitabxanaçı vaxtın qutardığını mədəni bir şəkildə demək istədi. Kitabxanaçı ona vaxt qutarıb mən gedirəm deyə səsləndi. Əllamə belə cavab verdi: eybi yoxdur,siz gedə bilərsiz.Kitabxanaçı dedi: Axı buranı bağlayıb gedirəm. Dedi: Eybi yoxdur bağlayın. Dedi:Burada heç nə yoxdur. bağlasam içəridə qalacaqsan, bir də səhər gələcəyəm. Dedi:Eybi yoxdur.mənim vaxtım azdır,mən burada çox qala bilmərəm. Gecə səhərə qədər mən burda qalıram,səhər gələrsən açarsan mən çıxaram. Bu gecə səhərə qədər orada nüsxə, istinsax(üzünü köçürmə ) ilə məşğul oldu. Bəzi kitabxanalarda əlyazmaları vermirlər, gərək onları özün yazasan. Bu o cür istinsax etmişdir ki, orada 360 hədis kitabında Qədir hədisi qeyd olunmuşdur. Bu 360 kitabın adını,səhifəsini və sətrini “Əl Ğədir” kitabının əvvəlində yazmışdır. Təkcə adını, səhifəsini, sətrini yox hədisin özünü də,o hansı sənədlə gəlib onlarıda yazmışdır. Axı sənədlər müxtəlifdir. Hədislərin sənədi haqqında bir az izahat etmək istərdik. Mümkündür burada söhbət bu olsun ancaq başqa sənədi ünvan kimi göstərilsin.Və ya bunun əksinə də ola bilər. Bu Qədir Xum hadisəsi haqqındadır. Peyğəmbər buyurub lakin bir dənə sənədi yoxdur. Orada Peyğəmbərin buyurduğu kəlamı eşidənlərin sayı kifayət qədər çox idi . Tarixdə onların sayı 100 min nəfərdir. Bəziləri onların, 110 min nəfər olduğunu qeyd edir. Heç bir tarixdə 90 mindən aşağı yazılmayıb. Bunlar hədisi qeyd etməlidirlər. Hamısı da olmasaydı bir azı qeyd edəcəkdi. Bunlar qeyd edəndən sonra ikinci nəsil bunlardan eşidib. İkinci nəsil ayrı şəxslər idi. İkinci nəsil gedəndə onu qeyd edəcək üçüncü nəsil gəlir. O vaxta qədər ki, kitablar yazılır. Hədis şifahi şəkildən kitabça şəklindən bitir sonra kitab şəklinə gəlir. Bilirsiniz ki, hədisi imamlar buyurduqları ilk vaxtlar bəzi tələbələr o hədisi kitabçalarda yazırdılar.Buna görə özlərinin bir ayrı kitabçaları olurdu və ora hədisi yazırdılar. İmam Sadiq buyurur,imam Baqir buyurur və.s. Bu kitabçaların xüsusiyyəti bu idi lakin bunlarda nizam yox idi. Tələbələrin imamdan eşitdikləri qeydləri yazmışdılar.Əsas Kitabçalar olmuşdu sonra alimlər o kitabçalardan hədis məcmuələri yazırdılar. Usuli Kafi o kitabça əsasında yazılmışdır. Digər hədis kitabları da o kitabçalar əsasında yazılmışdır. O zaman həmən kitabçalar olduğu üçün hədis kitablarını onların vasitəsi ilə yazırdılar. İndi isə bizim əlimizdə yoxdur.o zamankı alimlər hədis məcmuələrini belə yazırdılar. O alimlər yazırdılar və sənəd olaraq həmən kitabçaları göstərirdilər. Zurarə İmam Sadiqin tələbəsi idi. O öləndən sonra əslini başqası istinsaq (üzündən köçürmək)etmişdir.Onun tələbəsi, onun yaxını o zaman qədər ki ikinci nəslə və oradanda bizə yetişmişdir.Onun kitablarından yazılanların yazılma ünvanları barəsində sənədi vardır.Bir hədisin müxtəlif sənədi olması mümkündür. Necə ki araşdırmada Əllamə Əmini tapmışdır ki, peyğəmbərdən Qədir Xumu nəql edən 110 nəfər səhabə olmuşdur.İndiki zamanda hədis kitablarında həmən 110 səhabənin adı var ki,onlar Qədir Xum hədisini nəql etmişlər.. Yəni o zaman daha çox idi. İndi isə hədis məcmuələrində 360 səhabədən 110 nu qalmışdır.. Əllamə Əmini bu 360 hədisi öz kitabında sənədi ilə yazmışdır. Mümkündür filan kitabda Əbuzərdən gəlir. Əbuzər nəql edib ki, peyğəmbər belə buyurdu.Burada Əbuzərdən gəlib, orada Səlmandan gəlib, başqa bir yerdə Əmmardan gəlib. Bunları və hədisin sənədini də yazıb. Təkcə Əbuzəri yox. Bu birinci nəsildir. Əbuzərdən 5 nəfərin nəql etməsi mümkündür.Hətta onları da yazıb. Yəni Əbuzərdən nəql edən ikinci nəsil filankəsdir və filankəsdir. O filan kitabdadır, bu da filan kitabda. Yəni hal hazırda Əhli sünnət məcmuələrindən gördüyümüz 110 səhabədən nəql olunan hədisi Qədiri həmən kitab vasitəsi ilə əldə edirik. Qədir hədisini nəql edən səhabələrin adlarınıda həmən kitabda bir bir qeyd etmişdir. Qədir hədisində olan bir məsələdə budur. Heç bir hədisi Qədir hədisi istisna olmaqla İslam tarixində Peyğəmbərdən 110 səhabə nəql etməyib. Bu hədisi 110 səhabə nəql edib. Hədisi Peyğəmbər mümkündür belə buyurdu. Birini 2 səhabə nəql edib. Bir hədis 110 səhabə nəql edən ilk nəsildə peyğəmbərdən birbaşa eşidən hədis Qədiri Xum hədisidir. Əgər ravilərin çoxluğu ilə müqayisə etsək Qədir hədisi bütün hədislərdən öndədir. Bu da bir məsələ. Əhli Sünnətin özlərinin sənədlər əsasında düşünən alimləri qədir hədisinə aid müstəqil kitab yazmışdırlar. Məsələn Təbəri. Təbəri Əhli Sünnətdəndir. Onun “Hədisul Vilayə” adlı bir kitabı vardır. Müqəddiməsində yazılıb: Mən gördüm ki,Qədir Xum hədisini özbaşına bir sıra savadsız insanlar inkar edirlər. Onların, din mənbələrinə, hədis mənbələrinə tanışlıqları yoxdur. Təbəri müqəddiməsində yazır. Qeyd edir: Hədis başa düşülənə qədər istərdimki bu hədisin sənədi haqqında yazım.O vaxta qədər ki, bu hədisin olduğu hamıya məlum olsun. Bunun mənasını yozmaqda imkan genişdir. Lakin sənəd məsələsində 110 səhabənin adını gətirir.
Başqa alimlər də var.Məsələn, ibn Uqdə.O da Hədisil Vilayə kitabı yazıb. Bu müxtəlif zamanlarda araşdırılıb və yazılıb. Bu zaman sənəd baxımından biz Qədir Xum hədisini inkar etsək, göz yumsaq insafdan deyildir.Din qaynaqlarını azda olsa araşdıran bir şəxs bu hədisi inkar etməz. Bir nəfər gözünü gündüz yumsa deyə bilər ki, günəş yoxdur?.Qədir Xumda buna bənzəyir. Qədir Xum bir Quran ayələri ilə birdə hədislərlə araşdırılır. İkincisi Qədir Xumun hədis əsasında iki bölməsi vardır. Bir sənəd araşdırması, bir məzmun araşdırması vardır. Biz sənədi qeyd etdik. Məzmun araşdırması bu hədisin mənasının araşdırılmasında geniş bir sahədir.Burada peyğəmbərin sözünün nə mənada olduğu nəzərə çatdırılır. Əli mənin dostumdur?Yoxsa damadımdır?Peyğəmbər nə buyurmaq istəmişdir? Bu da bir araşdırmadır. Bu da Əbəqatul Ənvar adlı bir kitabdır. Əbəqatul Ənvarda 12 hədis araşdırıb.Bu kitab 50 cilddir.Onun müəllifi Mir Hamid Hüseyni Hindidir. Deyilənə görə bu şəxs o qədər yazar idi ki,əlləri işləmirdi ayaqları ilə yazırdı. Əllər işdən düşmüşdü. Bu şəxs 12 hədisi araşdırmışdı. Qədir hədisi, Səqəleyn hədisi, Mənzilət hədisi, Quş hədisi və.s.Quş hədisi belədir:Buyurur: Peyğəmbərə Mələk vasitəsi ilə cənnətdən bişmiş bir quş gətirirlir.Peyğəmbər buyurdu: İlahi,O şəxsi mənə yetir ki,onu həm sən sevirsən həm də mən. Ənəs ibn Malik peyğəmbərin bu duasını eşitdi.İbni Malik deyir: Qapı döyüləndə arzu edirdim ki,qapıdan girən şəxs mənim tayfamdan olsun. Deyir, qapı açıldı gördüm Əlidir. Dedim hələ içəri girmə peyğəmbərin işi var. Üçüncü dəfə peyğəmbər özü çağırdı. Buyurdu: Niyə mane olursan? O hədislər adı çəkilən kitabda 12 dənədir.Bu alim həmən o 12 hədisi 2 cür araşdırıb. Bir sənəd araşdırması, bir də məzmun araşdırması ilə. Hətta onun bir maraqlı hissəsi vardır. bəzi cümləni qeyd etmək istərdim. O da budur: Bir sıra alimlər öz kitablarında Qədir hədisini gətiriblər. Qeyd ediblər ki,Qədir hədisi mübahisəlidir.Onlar Əhli Sünnətdən deyil. Bu alim həmən kitabında bu cür fikri irəli sürən şəxslərin ümumiyyətlə bu barədə məlumatsız olduğunu qeyd edir.Burada, Qədir hədisinə fiqhdə və ya başqa yerlərdə istinad olunan, imam (rəhbər) kimi istinad edilənləri araşdırıb tapıb. Qeyd edir ki,Qədir mövzusu mübahisə olunası mövzu ola bilməz. Çünki, siz 3040 mürid gətirə bilmərsiniz ki,bu hadisəni öz kitabında qeyd etməmiş olsun . Bu da ayrı bir kitabdır. 12 hədis haqqında öz sahəsində elə bir kitab yazılmayıb. Əl Ğədir kitabı yalnız Qədir Xum haqqındadır. Əbəqat 12 hədis haqqındadır. Sənəd araşdırması, məzmun araşdırması və.s. Burada geniş izah verməklə mövzumuzdan kənara çıxmaq istəmirik. Qədir Xumun ayrı bəhsi də vardır. O da Qədir Xum şeirdə və ya ədəbiyyatda. Alimlər o hadisə baş verəndən bəri bu hadisə haqqında deyilən şerləri və onların yazarlarını araşdırıb tapmışdırlar. İlk şeir deyən birinci şair Qədirin ravisidir. Qədir Xumun110 nəfərindən biridir. Həssan ibn Sabit.O, Rəsulullahın şairi idi. Əlbəttə sonra ayağı büdrədi. Bu barədə qeyd edəcəyik. Qədir Xum hadisələri baş verəndən sonra Həssan gəldi rəsulullaha ərz etdi ki, icazə ver mən şeir oxuyum. Bədahətən, yəni fikirləşmədən şeir oxumağa başladı.Məzmun cəhətdən şeirin əvvəli belədir. “Peyğəmbər nida edir bir gün Xumda (yəni Qədir Xum məntəqəsində) Əlinin əlini qaldırır və deyir mən kimin mövlasıyam bu onun mövlasıdır.” Bunları sonra şeirdə yazıb: “Mən kiminlə dostamsa Allahda onunla dostdur”. Bunları deyəndən sonra ilk şairdir ki, bu hadisədə peyğəmbər onun üçün şərtli dua etdi. Mütləq dua etmir şərtli dua edir. Buyrur: Sən dilinlə bizə kömək edənə qədər ruhul qudus tərəfindən kömək ,imdad olunasan. Bu o vaxta qədərin mənası var idi. Tarixdə bunun cərəyanı vardır. Bu da ilk şair, Həssanın məsələsi. Hətta, hələ kamil olaraq cərəyan şəffaflaşmayana qədər Əli nin düşmənləridə Qədir haqqında şeirlər demişdilər. Məsələn,Əmr As kimi. Əmr As imam Əli xilafətə çatanda öz işiylə məşğul idi. Əmirul Möminin xilafətə çatanda Muaviyə bilirdi ki, Əli onu qəbul etməz və Əli də qəbul etmədi. Və buna görə də bilirdi ki, gərək özü bir sıra işləri görsün. Müaviyə Əmr Asa məktub yazır ki,ona kömək etsin. Bu hadisədə mənə kömək et. Əmr As da Əli nin düşməni olduğu üçün ona kömək edirdi. İmam Əlidən bir hədis var buyurulur: “İmam bir neçə nəfəri qunutunda lənətləyirdi ki, Muaviyə, Əmr As, Vəlid ibn Ütbə də onlardan biri idi”. Qunutda lənətlənənlərdən Müğəyrət ibni Şübə, Mərvan ibn Həkəm də var idi. İmam bunları lənətlədikdən sonra buyurardı:Mən bunların övladlarınıda tanıyıram. Onlar nə Quranın, nə də dinin sözünə baxırlar. Onların həyatlarında, Quran və din yoxdur. Əmr As onlardan biri idi. Əmr As da imam Əlinin düşmənlərindən idi, lakin mənfəətini düşünərək. Müaviyə ona, kömək et deyəndə,Əmr As dedi: Sən məni elə bir şəxslə düşmənçiliyə dəvət edirsən ki, O şəxsin barəsində Peyğəmbər buyurub: ”Mən elmin şəhəriyəm Əli də onun qapısıdı.”. Bu məktubun cavabında bir bir Əli nin məqamları barəsində qeyd etdi. Düzdür,düşmən bəzən xeyrə də səbəb olur. Bu məktub Əl Ğədirdə var. Əl Ğədirin 160-a yaxın səhifəsi Əmr Asın tərcümeyi halı haqqındadır. İkinc cilddə 160 səhifə Əmr Asın tərcümeyi halı vardır. Orada bu məktub da var. Bu məktub ibn Əbil Hədidin “Nəhcül Bəlağənin şərhi” kitabında da qeyd olunub. Ayrı yerlərdə də var. Əmr Asın tərcümeyi halını yazarkən bunu da qeyd etmişdirlər ki, bu məktubda O,Əlinin fəzilətlərini yazıb.Qədir Xumu da xatırladıb və həmən şeir də gətirib. Əlini azda olsa tanımaq üçün həmən məktub bir faktdır. Yəqinləri olanlar Onu dandılar. Ona tanıya tanıya kafir oldular. Şeirdə imam Əlinin Qədir Xumunda kimlərin olduğu barədə bir hissədə var. Qeyd etdiyimiz Həssan, Əmr As o ilk təbəqələrdən idi. Əllamə Əmini 14-cü əsrə qədər yazıb. 14-cü əsr isə yoxdur. Bir divanlara və 14-cü əsrin alimlərinə 3-4 nəsil olur. Əl Ğədir kitabı naqisdir. 11 cildi çap olunub, 22 cild olmalı idi. Belə naqis bir şeydir ki, 100 nəfər alim onun qalan hissəsini tapmaq istəyir. 14-cü əsrdə şair çoxdur. Baxın, Əllamə o kitabda şairi yazanda ora şairin tərcümeyi halınıda yazıb. Hətta şeirin müəllifinin kim olduğunu qeyd etmək istəyir. Yəni bunlar,sıradan elə belə şeir deyil. Məsələn Əmr Asın tərcümeyi halını şair kimi niyə yazıb? O,şair hissəsindədir. Əmr Asın tanınması üçün 160 səhifə tərcümeyi hal yazıb. Bu da Qədir Xum cərəyanındaki şeir məsələsi idi. Bir mətləbi qeyd etmək istərdik.Bir çox şəxslər Əlinin haqqında şeirlər yazıb. Seyyid Himyəri bu barədə mühim bir iş görmüşdür. Əlinin Peyğəmbərin dili ilə nə fəzilətləri var idisə onları şeirdə nəzmə çəkib. Bu əvvəl şərab içən idi sonra tövbə etmişdi. Əvvəl imamlarla arası yox idi sonra tövbə etmişdi. Bu hətta mükafat vədi vermişdi.Demişdi:Əli haqqında Peyğəmbərdən elə bir hədis tapın ki,mən onu şeirlə nəzmə çəkməmişəm.Elə bir hədis tapan şəxsə böyük mükafat verəcəm. Bir şəxs ona mühim bir hədis dedi. Bu hədis Seyyid Himyərinin tərcümeyi halında var. Gördü ki,həqiqətən bu hədis haqqında şeir yazmayıb.Hədisi deyən şəxsə mükafat verdi.