Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 6 (b)

İstərdik ki, bu surəni tərcümə edək. Qul əuzu bir rəbbil fələq. Mən fələqin rəbbinə pənah aparıram. Nədən pənah aparıram? Min şərri ma xələq. Yaratdıqlarının şərrindən. Min şərri ğasiqin iza vəqab. Gecə qaranlıqda hücum edənin şərrindən. O zaman ki, Onu insan görmür. Bunu Uhudda etmişdilər. Va min şərrin nəffasati fil uqəd. Düyünlərdə üfürənlərin şərrindən. Düyünlərə üfürürlərin şərrindən Allaha pənah aparıram. Va min şərri hasidin iza həsəd. Paxıl insanın , onun paxıllığa başladığı zaman şərrindən Allaha pənah aparıram. Pənah nəyə deyirlər? Pənah zəiflikdə olur. İnsan zəif olan zaman o mərhələdə hər hansı bir yerə pənah aparar. İnsana bir heyvan hücum edərsə onda ağacın üstünə və ya hündür yerə qaçar. Çünki O,zəifdir. Bu surədə Allah insanın 4 zəifliyini təsvir edib. İnsanın 4 zəifliyi vardır. Ona görə Allahın vilayətini qəbul etməlidir. Vilayəti qəbul etmək, yəni o dediyi kimi yaşamaqdır. Vilayət sevmək mənasında deyil. Vilayət, yəni o nə cür deyirsə elə də yaşamaqdır. Çox insanlar Allahı sevirlər, lakin onun vilayətini qəbul etmirlər. Peyğəmbəri çox adam sevirdi. Təkcə Əli öz həyatında onun vilayətini qəbul etmişdi. Vilayəti qəbul etmək, yəni o necə deyirsə o cür yaşamaqdır. Bu surədə insanın 4 zəifliyini qeyd edib. Aşağıdakı surədə isə bir zəifliyini buyurub. Nas surəsində. O daxildən olan bir zəiflikdir. Bu barədə daha sonra qeyd edərik. İnsanın varlıqla rabitədə 4 zəifliyi vardır. Bir müqəddimə qeyd etmək istərdim. Biz varlığa, aləmə necə baxırıq? Bəzilərimiz mümkündür ki, belə baxırıq- varlığın mənə təsiri yoxdur sən nə cür istəyirsənsə yaşa. O varlıq aləmidir. Məsələn insan futbol meydanındadır və bu zaman iki komanda futbol oynayır. Torpaq komandalara kömək edirmi? Xeyir, neytraldır. Lakin mənim bədənimdə iki komanda mübarizə aparır. Mikroblar və mənim hüceyrələrim. Mənim bədənim meydana bənzəyir, bir sahədir, lakin neytral deyil. Nə istəyir? O Sağlamlığı tələb edir. Biz varlıqda da bu cür bir rabitəyə inanırıq. İnsan hər iş görür, öz həyatına istər ziyan olsun istərsə də xeyir varlıqda onun izi vardır. Yəni aləm rabitə aləmidir. Hər nə yeyirəmsə o neytiraldır. Zəhər yeyəndə bədənimlə neytral ola bilməz. Və ya başqa bir xörək də yeyəndə. Əksinə, hər nə yeyirəmsə onun həyatımda təsiri vardır. Mümkündür təsir sabah olmasın amma bir müddətdən sonra özünü biruzə versin. Yəni bunu bilirəm ki, hər şeyin aləmdə rabitəsi vardır. Əgər hər şeyin rabitəsi varsa o zaman mən nə edim? Məsələn hara getmək istəyirəmsə ora gedim ya yox? Və ya hər hansı bir işi edim ya yox? Və.s. Çünki, bunlar hamısı mənimlə rabitədədir. Görmək istədiyim hər hansı bir işin gərək izlərini bilim sonra o işi başlayım. Mənim elmim də məhduddur. Bilmirəm Allahın məxluqları ilə necə rabitə qurum və onlara mənim məsləhətim olsun. Niyə bilmirəm? Çünki bunların təsirlərini bilmirəm. Mən hələ tapmışam ki, donuz ətini belə etsəm belə olar və.s. Özü də bu məhdud rabitədir. Bu il belə olar, On ildən sonra isə təsiri necə olacaq bilmirəm. İnsanın elmi, tapdıqları iki metrlik məsafəni işıqlandıran bir fənərə bənzəyir. Minlərlə kilometr yolu getmək istəyə bilər lakin iki metri işıqlandıra bilir. Götürdüyü hər bir qədəmin hansı ki, iki metrlərin kilometrə təsiri var. Lakin bilmir bu təsir nə qədər olacaq. Bu qədəmi götürürəm amma ola bilər ki 100 metrdən sonra partlayışla qarşılaşım. Mən bilmirəm. Çünki, Allahın yaratdıqları ilə rabitə qurarkən onlardan mənə gələ biləcək hər hansı bir ziyanı bilmirəm. Xilqət (yaradılış) şərr deyil. Məxluqla mənim rabitəmdə şərr yaranır. Ona görə Allaha pənah aparıram ki, o hər şeyi bilir. Allaha deyirəm: Necə yaşamağımı sən mənə de. Məsələn: De filan şeyi ye! Deyim baş üstə. De filan şeyi yemə! Deyim baş üstə. Qul əuzu bir rabbil fələq min şərri ma xələq. Odur ki, Allahın yaratdıqlarının şərrindən Allaha pənah aparıram. Məxluq şərr deyil. Mənim rabitəmin necəliyi onu şərrə çevirir. Münasibətdə. Torpağın xeyri var. Amma onu yesən şərr olar. Torpağı yeməzlər. Torpağla divar düzəldərlər. Çünki, mən bilmirəm onunla necə münasibət bağlayım. Aləmdə heç nə şərr deyil. Hər şey öz yerində yəni özünəməxsus xeyirdir. Əqrəbin də öz xeyri vardır. Əqrəbin filan yerindən mikroblar tapmışdılar o mikrobların özünəməxsus xeyri vardır. Ona görə də mən məxluqlarla rabitədə Allaha pənah aparmalıyam. Niyə? Çünki, O sonsuz elmə malikdir. Çünki, mən naqisəm və ona pənah aparmalıyam. Onun vilayətini öz həyatımda qəbul edirəm. Buradan aydın olur ki, insan niyə şəriətin sözünə baxmalıdır. İnsan niyə Allahın hökmlərinin sözünə baxmalıdır. Çünki insan heç nə bilmir. Ma xələqdən (yaratdıqlarının) şərr törənməsindən Allaha pənah aparıram. Vilayətin əsasının biri budur. Bu bəşər üçün məhduddur, bəşər üçün naqisdir, kamilə müraciət etməlidir. Bir vilayətin əsası budur. İkinci - baxın, bəşərin elmi də olsa aləmdə gözlənməyən hadisələr vardır ki, bu elmdən də üstündür. Sənin elmin var, məsələn su 10 kilometrlik yolu gəlir filan vaxt bura çatacaq. Fizika elminin əsasında hesablayırsan ki, nə vaxt bura çatacaq və təsiri necə olacaq. Sən tufanı hesablamamısan, zələzələni, hesablamamısan və.s. Bunu adi halda hesablamısan. Hesabın olmayanda zəlzələ baş verir lakin bundan xəbərin olmur. Su gəlir amma ayrı vaxtda. Sən öz qanunlarınla mühasib etmişdin, onunla ölçü götürmüşdün lakin gözlənməyən hadisələr nəticəsində o ölçü puça çıxır. Biz hələ çox şeylərə cahilik, çox şeyi bilmirik. Hər şeyi bilsək belə gözlənməyən hadisələr də var hansı ki, sən onları əvvəlcədən proqnoz etməlisən. Bəs mən necə yaşayım ki, bu öz kamalım üçün olsun. İnsan həyatında o qədər zəifdir ki, heç nəyi mütləq deyə bilməz. Məsələn: Bu iş mütləqdir. Quran çoxlu ayələrdə bəşərə insanın hər şeyinin mütləq olmadığını göstərmək istəyir. Gözlənilməyən hadisələr baş verir və insanın planları heç olur. Quran çox yerdə bunu misal olaraq buyurub. Məsələn: Firon gözlənilməyən hadisəyə rast gəldi. Ona görə də gözü kor idi. Firon uşaqları öldürürdü ki, Musa olmasın. Allah Musanı öz əliylə ona böyütdürdü. Bu hadisələr gözlənilməyən hadislərdir. İnsan onları öz həyatında görmür. Onlar ğasiqdir. Gecə qaranlıqda hücum edir. Gecə qaranlıqda insan görməz. İnsanən həyatında çox hadisələr vardır. Ona gecə qaranlıqda hücum edilir. Əgər Allaha tərəf getsə gecə qaranlıqda hücum etsə də bu kamal üçün olar. Şərrə tərəf getsə özü yıxılacaqdır. Yəni bunu qeyd etmək istərdik ki, aləmin idarəsi Allahın əlindədir. Çünki, gecə qaranlıqda hücumlar vardır. Onları insan öz əlinə ala bilməz. Firon hər şeyi əlinə ala bilsəydi Musanı öz əliylə böyütməzdi. Əbrəhə hər şeyi ələ almışdı. Onun planı istədiyi kimi də baş tuturdu. Əbabil quşları isə onun planında deyildi. Quran da elə həmin sözü buyurur: Onların hiylələrini puça çıxarmadıq, hiylələri dağılmadı? Ona görə Allahın vilayətini qəbul etməliyik. Çünki həyatımızda gözlənilməyən hadisələr də vardır. Onlarda Allah ilə Allahlıq edə bilmərik ki, özümüz deyən kimi yaşayaq, özümüz deyən kimi hər şey həyata keçsin. İnsan heç vaxt özü deyən kimi işlərini həyata keçirə bilməz. Hətta sonsuz elmə də malik olsa. Çünki, gözlənməyən hadisələr vardır. Aləmin rəhbəri, rəbbi  yalnız Allahdır. Allah həm alimdir, həm Rəbbdir. Bəzi hadisələr olur ki, insan onları görmür. İnanmırdım, gözləmirdim bunu deyir. İmam Əli buyurur: “Mən Allahı planlarımın dəyişməsində tanıdım”. Məsələn: Sabah plan qurmuşam ki, belə edəcəm, amma xəstələnəcəyim planımda yoxdur. Və evə gəldim yatdım. Səhər yuxudan duranda gördüm ki, zökəm olmuşam. Bu da planımda yox idi. Hərşey dağıldı. Təkcə aləmdə belə olan mən deyiləm. Mən qarışqa misalındayam. İkinci məsələ də budur. Allahın vilayəti olduğuna görə hər şey mənim əlimdə deyil. Mən özüm özümə mütləq hakim ola bilmərəm. Hər tərəfli, hər şeyi nəzərə alana hakim deyərlər. Mən də onu edə bilmərəm çünki, gecə qaranlıqda hücumlar olur. Onların qarşısında da dayanmaq lazımdır. O da ancaq budur ki, Allahın vilayətini qəbul edək, Allaha pənah aparaq. Pənahdan məqsədimiz əuzubillah demək deyil. Pənah yəni, həyatımda Allah deyən kimi danışım. Üçüncü məsələ - insanın ayrı zəifliyi də vardır. O da bu surədə buyurulur. Ancaq bu elmi zəifliyi deyil, gözlənməyən hadisələrə zəifliyi deyildir. Görürsən insan çox vaxtlar elmdə olur, hər şeyi də nəzərə alıb. Məsələn: Böyük bir iş görmək istəyir. Birdən dostu ona deyir: Sənin bu işlə nə işin var, neyniyirsən bunu?. O işin Rəhməti çoxdur. Burada insanın iradəsini süstləşdirir. “Nəffasati fi uqəd”. Uqəd düyünə deyirlər. Düyünü möhkəmləyib ona üfürərlər. Bu bir kinayədir çünki, düyünü süstləşdirirsən. İradəni zəiflədirsən, möhkəm iradəni yumuşaldırsan. Bizlər çox vaxt bu problemdəyik. Süstlük iradəmizdə yaranır. Bir iş görmək istəyirik lakin görə bilmirik. Ünvanı tapmışıq getmək istəyirik lakin ayağımız gəlmir. Niyə gəlmir? Bəlkə mühit yaxşı deyil, dost yaxşı deyil? Bunlar hamısı nəffasdır. Niyə gəlmir? Mümkündür insan öz əməlinə Allah Taala buyurduğu kimi diqqət etmir. Buyurur: Əgər istəyirsənsə ruhun möhkəm olsun, həyatta bu şərrlərə düşməyəsən, düyünlərin yumuşalmasın, iradələrin süstləşməsin De: Fələqin rəbbinə pənah aparıram (qul əuzu bir rabbil fələq). Həyatında onun vilayətini qəbul et. O vilayəti qəbul etsən bəli, ruh möhkəm olar. O zaman möhkəm olar ki, Allah nə buyurur sən o formada yaşayırsan daha səni dostunun nə dediyi maraqlandırmır. O bunu sındıra bilməz. Çünki, əvvəldən nəyi axtardığın məlumdur. Hara getmisən məlumdur. İnsan hansı qapıda qalmağında tərəddüddə qalsa onu hamı ayrı qapıya çəkər. Qul əuzunun mənası budur ki, mənim həyatımda necə yaşayacağım müəyyənləşib. Qul əuzu, yəni pənah aparmışam. Aydındır. Buyurur: Mən belə pənah aparmışam. Ona görə də bunların şərrindən qurtarırsan. Daha düyünlərə üfürməzlər. Bəs Allahın vilayətini biz qəbul etməliyik ki, zəifləməyək. Mənəvi baxımdan, ürək cəhətindən zəifləməyək. Bir dördüncü zəiflik budur. Baxın, bəzən bu insanın elm məsələsi deyil, gözlənməyən hadisələr deyil, iradə zəifliyi deyil. Bu ayrı zəiflikdir. Dünya elədir ki, dünyada insanın dalınca da danışarlar, insanı sındırarlar da. Bəzən insan səhər yuxudan durub görür ki, bunun əleyhinə nələr danışırlar. Burada sındırılmış sayılır. Qarun bir qadına öyrətdi ki, Musanı əxlaqsızlıqda ittiham etsin. Hətta desin ki, bu pis işi Musa onunla edib. Çünki, o qadın əxlaqsız idi. Ona bunu öyrətdi, və müqabilində ona çoxlu pul verdi. O qadına bəla gəldi və nəhayət özü etiraf etdi ki, ona belə öyrədiblər. Həsadət, paxılçılıq İnsana ox atmaqda bir səbəbdir. Cəhalətdə o oxlardan biri idi. İnsanın həyatına qaranlıq gətirən, gözlənməyən hadisələr də digər bir ox idi. Onu, süstləşdirən təbliğat da digər ox idi. Bu ox da həsadət oxudur, arxadan atırlar. Bu da insanın həyatına dəyir, insanı yıxır, lakin bu ox arxadan atılır. Allah buyurur ki, bunada da qalib gələ bilərsən. Sənə ziyanı dəyməz. O da budur ki, gərək Allahın vilayəti ilə yaşayasan. Bəzi qanunlar vardır ki, onları qəbul etmək ağır olur. Bunlardan biridə Allahın Quranda qanunlarıdır. Buyurur: Napaklıq həmişə qala bilməz. Paklıq da həmişə gizli qala bilməz. Belə deyil ki, həmişə napak insan, əyri insan özünü pak göstərsin. Və belə də deyil ki, pak insan həmişə onu napak göstərsin. Belə ola bilməz. Bu bir qanundur. Əgər bir insana əyrilik ittiham vururlarsa, əgər pakdır dözür bir gün aydın olacaq ki, bu yalandır. Əgər Quran buyurursa siz möminsinizsə, təqvalısınızsa, səbr edirsinizsə, o zaman çoxlu problemləriniz həll olacaqdır. Onlar, sizə deyiblərsə aydınlaşar, bu yalandır. Düzdür burada insandan səbr istəyir. Səbr imanın rəsidir. Səbr etməsə əyri yola gedilə bilər. Allahın vilayətini bir şəxs qəbul etsə, o paklığında qalsa, Allah nə cür buyurubsa elədə yaşasa, həmişə qaranlıqda qala bilməz. Çünki, nur qaranlıqda qala bilməz. Bu Quranın qanunudur. Batil gedəndir, batil dayana bilməz, batil dağılandır. Əyrilik qalmaz. Niyə əyrilik qalmaz?. Çünki, onun kökü yoxdur. Əbtər olan dayana bilməz. Kövsər surəsidə bunu demək istəyir. Rəd surəsi 17 ci ayədə də belə bir misal vardır, haqq və batil su ilə köpüyə bənzəyir. Köpük gedər lakin su qalar. İndi görsənir ki, suyu görə bilmirsən. Amma bu belə deyil. Bu zaman keçdikcə görsənər. Tarix də göstərilir ki, həsadət müvəqqəti ziyana səbəb olub amma aradan gedib. Çünki, peyğəmbəri ərəb dünyasına cinayətkar kimi, davakar bir insan kimi təqdim etmişdirlər amma peyğəmbərin o səbri, paklığı, Allahın vilayəti ilə yaşamağı, şəxsi marağı ilə yaşamamağı hamıya bəllidir. Getdikcə məsələ yavaş-yavaş aydın oldu, Günəş görsəndi. Günəşin qarşısını həmişə almaq olmaz. Bu Quranın qanunudur. Əgər sən əyri yoldasansa həsadət səni yıxar. Çünki, əyri yolda olsan həsadət də yıxmaq üçün bir oxdur. Əlavə budur ki, cəhalətin yıxar, nəffaslar yıxar, ğasiqlər yıxar, həsadət də yıxar. Pak yolda olan həsadətdən də pak çıxar. Ondan da üstün olar. Çünki, həsadətin ziyanı özünə qayıdar. Quranda belə bir ayə vardır. Diqqət edin. (Muminun sur.26 cı ayə) Rəbbi unsurni bima kəzzəbuni. Həzrəti Nuh buyurur:Ey Rəbbim Mənə kömək et. Nəynən kömək et?. Biri budur - Mənə kömək et, mənə qoşun ver, mənə kömək et mənə dözüm ver, mənə kömək et mənə yaxşı silah ver, mənə mələk ver imdadıma çatsın. Burada ayrı söz buyurur. Ayə belədir: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”. Nə qədər ki, onlar təkzib edirlər,danırlar, bu bu cür davam edərsə camaat bir gün ayılar ki, bu qədər yalan niyə?. Elə yaxşıdır insanın düşməni yalançı olsun. Bu gün aldadır, varlığın qanunlarında vardır ki, yalanın kökü yoxdur. Ona görə buyurur ki, o danır, O, həqiqətdən qaçır onnan mənə köməklik et. Çünki, camaatın həmişə gözünü bağlamaq olmaz. Bu qanunlardandır. İnsan həsadətdən də şərrindən qaçmaq üçün gərək Allahın vilayətini qəbul etsin, haqq yolda olsun. Haqq yolda olsa bunlar ona ziyan vura bilməz. Batil yolda olarsa bunlar hamısı ziyan vurar. Qısası bu oldu ki, hüquqi baxımdan belə bir tərəf də vardır. (insanın nəfsi). İnsanın nəfsi də onu yıxar. Nas surəsi o haqda buyurur. Gərək insan Allaha pənah aparsın. Qısası bu oldu ki, hüquqi baxımdan insan Allahın vilayətini qəbul eləməlidir çünki, O xaliqdir. Allahın vilayətini qəbul eləməlidir, razı olmalıdır, ürəkdən istəməlidirlər. Məsələn: Deməlidir ki, mən Allahın vilayətində oluram, nəinki Allah öz vilayətini bizə qəbul etdirsin. Bu hüquqi bəhs deyil, mənəvi bəhsdir. O da buna görədir ki, insan naqisdir, bəşərin zəifliyi vardır. Kamilləşmək istəsə ona pənah aparmalı, onun dediyi kimi yaşamalıdır. O da bu surədə deyilir. Bunlar insanın həyatında qaranılıqlardır. Bu surə qaranlıqlardan bəhs edir. Bəşərin qaranlıqları. Qaranlığı isə parçalayan və ona işıqlıq verən Rəbbul fələqdir. Ona görə bu surədə Rəbbul fələq termini gəlib. Çünki, bunlar qaranlıqdır insanı yaşamağa qoymur. Quran gətirdiyi hər terminin o surə ilə əlaqəsi vardır. Bir alim buyurur: Əgər bir kəliməni bir surədə artıq hesab etsək, yəni belə olmasaydı da o məna çatardı. O zaman bil ki, hələ sən o surəni dadmamısan. Bir misal vururdu: Bir şəxs bir yerdən radio gətirmişdi. Radionu sökürdü, ondan artıq şuruplar, hissələr çıxırdı yenə də radio işləyirdi. Deyirdi mən çıxarıram o yenə işləyir. Məlumdur ki, o hələ çatmayıb. Buyurur: Quran surələri də o cürdür. Hansı ki, artıq şuruplar, hərflər, kəlimələr vardır. Məlumdur ki, biz hələ ora çatmamışıq.

 

Kafirlərin ümidlərinin kəsilməsi.

Bəhsimiz imamət haqqındadır. İmamlıq haqqında qeyd etmək istərdim. Biz bu ayə üçün müqəddimə deyirik. Tarixdə iki cür təhrif olub. Bir təhrif ləfzi təhrifidir, söz dəyişilir. Məsələn mən burada bir söz deyirəm, başqası gedir mənim sözümü dəyişir, mənim adıma ayrı söz deyir-buna ləfzi təhrif deyirlər. Quranda bu baş verməyib. Ləfzi təhrif Tövratta, İncildə, bütün kitablarda baş verib lakin Quranda baş verməyib. Bir təhrif də budur ki, bir şəxsin sözünün özünü yox mənasını dəyişəsən. Deyəsən bu bunu demək istəyirdi. Onu elə demək istəmirdi. Sən bu cür qəbul etdirirsən ki, onu başqa cür deyirdi. Bu Quranda çox baş vermişdir. Buna mənəvi təhrif deyirlər. Bunun ayrı adları da var. Quran bəzi yerlərdə mənəvi təhriflərin qarşısını almaq üçün xüsusi bir üslubda yığılmışdır. Əllamənin və başqa böyük Quran təhrifçilərin nəzəri belədir: Qurandakı hekayələr xüsusi olaraq öz yerlərində qoyulub. Peyğəmbər bunu elə bir yerdə qoyub ki, o yer münasib deyil. Bunun onlardan ayrı olmasını bilmək üçün belə edib. Baxın Quranda Əhzab surəsində Təthir ayəsi vardır. Əgər bu ayəni Allah müstəqil gətirsəydi Quranı peyğəmbər yığanda bu cür olardı. Deyərdilər ki bu ayə peyğəmbərin Əhli Beyti qadınları haqqındadır. Çünki, ərəblərdə kişi cinsində kum qadınlara da demək olar. Cəm qadınlar, bir nəfər də kişi olsa kum etmək olar. Məsələn: Səlamun aləykum. Allah bu ayəni nazil edib, peyğəmbər də Allahın dəsturu ilə bu ayəni peyğəmbərin qadınları haqqındakı ayənin yanına qoyub. Ona görə ki, bunun onlara aid olmadığı aydın olsun. Necə aid olsun?. Şəxs əvəzliyi dəyişilsin. Orada peyğəmbərin qadınları haqqında qeyd olunur. “Oturun evlərinizdə”. Buyurur: Kunnə. Kunnə sırf qadın cinsinə aiddir. Oturun evinizdə. Bu kəlmə burada olmasaydı ayənin mənası çox təhrif oluna bilərdi. Ona görədə deyə bilməzlər ki, bu qadınlar haqqındadır. Burada da o cür bir şey vardır. Ayənin əvvəli filan ətlərin haram olması haqqındadır. Nələr yemək haramdırsa onları buyurur. Ölü heyvanın əti , qan, donuz əti və Allahın adı deyilmədən kəsilən heyvanların əti haramdır. Sonra bunları sadalayandan sonra ikinci ayənin davamında yenə ondan danışır: Kim məcbur olarsa, çarəsiz olarsa yeyə bilər. Bu hissənin nə əvvəl ilə nə də sonra ilə əlaqəsi yoxdur. Əgər bu başqa yerdə olsaydı bəziləri bundan yaxşı istifadə edə bilərdilər. Buradan aydındır ki, bunun onlarla əlaqəsi yoxdur. Bu müstəqil bir sözdür. Buna bir neçə şahidimiz vardır. Birinci şahidimiz budur ki, Quranda başqa surələrdə bu barədə var. Amma onlarda belə bir hissə yoxdur. Bu Bəqərə surəsində var. Qan, meyyit, donuz əti haramdır, ancaq bu məsələ yoxdur. Məlumdur ki, bu hissə olmadan ayənin tam mənası kamil deyil. İkincisi məsələn: Ayələrin Şəni nüzulları vardır. Bu hissənin özünü müstəqil bir ayə kimi qeyd edirlər. Peyğəmbər buyurub: bu ayə nazil olduğu vaxt ərəfədə idim. Bu ayədən məqsəd yəni əl yovmə yəisəlləzi. Məsələn bir sıra hədislər var belədir əl yovmə yəisəlləzi (ümidsiz oldular) ayəsi filan yerdə nazil olub. Axı bu ayə nədir? Buradan məlumdur ki, müstəqil nazil olub, müstəqil bir cümlədir. Lakin Quran toplananda bu hissəyə qoyulmuşdur ki, təhrifin qarşısı alınsın. Təhrif olmasın. Bu iki cümlənin bir-biri ilə əlaqəsi var. Kafirlər deyir,ümidlərini kəsdilər. Bu gün məyus oldular o kəslər ki, kafir idilər. Onların ümidləri sizin dininizdən kəsildi. Diqqət edin məlum olur ki, onların bizim dinimizə nəsə ümidləri var idi. Bu gün bizim dinimizə ümidləri kəsildi. Onlardan qorxmayın. Onların ümidləri kəsildi. Adamın ümidi kəsilsə heç bir iş görməz. Çünki,onlardan qorxmayın daha ümidləri kəsildi. Bəs kimdən qorxun? Məndən qorxun. Gərək biz həmişə Allahdan qorxaq burada məna nədir ki, buyurur: məndən qorxun. Özü də belə buyurur: Onlardan qorxmayın məndən qorxun. Sanki qorxmaq əvəz olunur kimdən qorxun. Bu gün sizə dininizi kamilləşdirdim. Və nemətimi sizə tamamladım. Çünki, din kamilləşdi, nemət tamamlandı. İslamı, sizə din olması üçün razı oldum. Burada əl yovmdə məqsəd nədir? Bu gün kafirlər ümidlərini kəsdilər yəni, kafirlər necə ümidlərini kəsdilər? Bunu adətən iki cür təfsir ediblər. Müxtəlif nəzəriyyələr vardır. Adətən isə iki cürdür. Bir dövran kimi təfsir olunub. Yəni müəyyən gün yox. Çünki, ərəblərdə, elə azərbaycan dilində də gün sözü dövran mənasında işlənir. Bir gün sənindir, bir gün mənim. Bunun mənası bu deyil ki, 24 saat sənindir, bir 24 saat mənim. Bunun mənası belədir, bir dövran sənin olur, bir dövran isə mənim. Bəziləri yovmu dövran kimi məna ediblər. İndi bu hansı dövrandır? Buna dair müxtəlif nəzəriyyələr vardır. Buyururlar bu besət dövranıdır. Yəni İslam dini gəldiyi zaman kafirlər məyus oldu. Bəziləri buyururlar, bu Məkkə dövranıdır. Peyğəmbər Məkkəni fəth edəndə kafirlər məyus oldu. Bəziləri buyururlar yox o gün, peyğəmbər bəraət ayələrini Əliyə verdiyi, O da ayələri Məkkədə oxuduğu gündür. Yəni kafirlər ümidlərini kamil şəkildə üzdülər ki, Məkkədən bizim təsirimiz, bizim izimiz kəsildi. Kafirlər məyus olduqları o zamanlar, bu hadisələrin baş verdiyi zamanlardır. Bəziləri isə buyururlar elə müəyyən bir gündür. O 24 saatın içində. Nə günüdür. Bəziləri buyurur: Ərəfə günüdür, Peyğəmbər həccətül vidadan qayıtdığı gündür, Həccdə insanlara həcc əməllərini öyrədiyi gündür. Bu gün peyğəmbər həcc əməllərini öyrətdi ona görə də kafirlər məyus oldu. Bəziləri deyir yox bu Ərəfə günü deyil məqsəd bəraət nazil olan günüdür. Həmən ayələr nazil oldu hansıki müşriklərə 3 ay möhlət verildi ki, onlar Məkkəni tərk etsinlər. Müxtəlif nəzəriyyələr veriblər hamısına bizim bir ümumi nəzərimiz vardır. Sizə nemət verdim. Buyurur: Neməti tamamladım, dininizi kamilləşdirdim. Bu Besət olmaz, çünki besətdə din hələ gəlməkdədir. Necə din kamilləşə bilər ki, hələ nemət gəlməyə başlayıb, din təzə yayılır. Ayədən məqsəd budur ki, gərək din olsun, lakin naqis nəsə olsun. Tamam kamil ona deyərlər ki, məsələn bir ev tikmisən ama pəncərələri qalıb. Pəncərə olmasa evdə yaşamaq olmaz. Pəncərəni qoysan olar tamam kamil. Əgər bir işdən onun öz istifadəsi gəlsə tamam olar. Əgər evin pəncərələrini də qoysan oturmaq olsa tamam olar. İndi istifadədən əlavə ondan daha da gözəl istifadə etmək olsa olar kamil. Bu ayədən belə başa düşülür ki, din var idi, lakin hələ bütün hər şey deyilməmişdi, tamamlanmamışdı. Ona görə bu ayədən bir ayrı xasiyyətdə çıxır. Bu elə gündür ki, elə bir hadisədir ki, kafirlər ümidlərini kəsir. Besətdə kafirlər ümidlərini kəsməmişdilər. Hələ besətdə başlayırdı. Çoxlu vacibat bu nəzəriyyələrdən sonra nazil olub. Besətdən, fəthi Məkkədən hamısını deyiblər. Bu surə, Maidə surəsi axırıncı nazil olan surədir. Bu surədə, çoxlu vacibat vardır. Hudud var, qisas var çoxlu ayələr var ki, bu surədədir. Onlar deyən kimi olsa idi o zaman bunlar dindən deyil. Bəraət ayələrindən sonra nazil olan ayələr, (fəthi Məkkədən sonra) onlar dindən deyil. Din ilə əlaqəsi yoxdur. Digər tərəfdən o elə bir iş olmalıdır ki, kafirlərin ümidini kəsməlidir. Kafirlərin ümidinin Həcc əməlləri ilə nə əlaqəsi var? Peyğəmbər həcc əməllərini öyrədir bunun kafirlərin ümidlərini kəsməklə əlaqəsi yoxdur. Elə bir iş olmalıdır ki, kafirlər ümidlərini kəssinlər. Qeyd olunan nəzəriyyələrin bir neçə cəhətdən problemləri var. Bir cəhət budur, din gərək tamamlansın, nəinki başlansın, nemət gərək kamilləşsin, tamamlansın, nəinki nemət təzə başlansın. Bir də vacibat,Allahın hökmləri gərək onunla axıra, sona çatsın. Bununla kafirlər məyus olsun. Bə nədir? Biz qayıdırıq Quranın özünə. Görək kafilərin bizim din haqqında arzuları nə idi.Onlar nədən məyus olublar?. Onlar dindən məyus olublar. Bizim dinimiz haqqında nəsə ümidləri, arzuları var idi ona görə yaşayırdılar. Bir hadisə baş verdi və bunla o arzu, ümidləri boşa getdi. Bu nədir? Bunlar nəyə şad idilər? Quranda bir neçə ayə kafirlərin ümidlərini sayır. Buyurur: kafirlərin belə ümidləri var. Bu ayələrdən biri Ali İmran 69. Buyurur: “Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.” kafirlərin belə ümidləri var idi. Baxın bir nəfər təmiz insan olmaq istəyir. Bunun dostları isə istəyir ki, o elə əvvəlki vəziyyətində qalsın. Yəni adamın əyri dostlarının arzuları, ümidləri budur ki, bir gün öz baxışlarında itirdikləri dostlarını qaytarsınlar. Bunlar da bütpərəstlər də, kafirlər də İslam gələndə, müsəlmanlar bəzi işləri tərgidib bəzi vacibatı gördülər. Bunlar o vəziyyətdə yaşamaqdan narahat idilər. İçki içməməsindən narahat idilər, namaz qılmasından narahat idilər, büdpərəstlikdən əl çəkməsindən narahat idilər. Arzuları bu idi ki, bir gün müsəlamanlar əvvəlki vəziyyətə qayıdarlar. Nəinki din aradan getsin. Müsəlmanlar da əvvəlki vəziyyətlərinə qayıdsınlar. Ayrı surədə bundan da açıq-aşkardır. Bəqərə surəsi 109-cu ayə buyurur: “(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!” Hədis var ki, insan tövbə etsə, Allaha tərəf qayıtsa insan necə uşağın itirəndən sonra tapsa necə sevinər Allah da insan ona tərəf qayıdanda elə bil bir ana uşağını tapmış kimi sevinər. Elə bil Susuz bir şəxs səhrada su tapar. Buyurur Allah da o qədər sevinər. Bunun ilahi tərəfi olduğu kimi şeytani tərəfidə vardır. Onların da arzuları budur ki, bir gün insanlar islamdan qayıtsınlar. Bir xanım hicab örtür, ondan bəzi əyri adamların xoşları gəlmir. Onların arzusu budur ki, O bir gün hicabı açacaq. Bir gün bizim bir dost var idi. O,tələbə olmaq istəyirdi. Onun atası da razı deyildi. Ona görə ona dedik ki,get atanıda razı sal. Sonra atası razılıq verdi dedi: Mən ona görə razılıq verdim ümid edirəm ki, bir gün tələbəlikdən kənarlaşıb əvvəlki vəziyyətinə qayıdacaqsan. Bu əziyyət, zəhmət görəcək, Təbrizdən çıxıb gedib başqa şəhərdə oxuyacaq daha bunlara dözməyib qayıdacaq. Bu cür ümid, arzu bir sıra kafirlərdə var idi. Bu iman paltarını geyinən insanlar, bir gün bu paltarı çıxaracaqlar. Onlarda belə ümid var idi. Bunu dair ayrı ayələr də var. Əlbəttə bunuda qeyd edək ki, onlar İslamla düşmən idilər. Sən və sənin qardaşın ki, düşmənçilik edir səninlə düşmən deyil, dünənki sənin qardaşındır. Sənin namazınla düşməndir. Bunu necə qeyd edirik? Quranda ayələr var. “Onlar istəyirlər Allahın nurunu söndürsünlər”. Onların adamlarla işləri yoxdur. Allahın nurunu söndürmək fikrindədirlər. Silahları söndürməkdir. Axı insan şamı söndürəndə necə söndürər? Üfürər. Buyurur: Onlar deyirlər Allahın nuru şamdır. Diqqət edin Allah burada onlara söz atır. Deyir onlar deyirlər Allahın nuru şamdır üfürsən sönər. Allahın nurunu ağızları ilə söndürmək istəyirlər.(Tövbə sur. 32 ayə). Amma o ilahi nur heç vaxt sönməz.Allah öz nurunu tamamlayar. Söndürə bilməzlər. Qeyd etmək istərdik ki, onların düşmənçilikləri müsəlmanlarla müsəlmanların özləri ilə deyildir. İslamla idi. İstəmirlər namaz qılan olsun. Çünki, Namazından xoşları gəlmirdi.

 

OXŞAR VIDEOLAR